Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şezlonq
Şezlonq (fr. chaise longue — uzun stul) — istirahət üçün nəzərdə tutulmuş yumşaq kreslo. Çimərliklərin, üzmə hovuzlarının kənarlarında, eləcə də bağ mebeli qismində istifadə olunur. Müasir şezlonqlar alüminium, plastik, taxta və sintetik parçadan hazırlanır.
Celonq
Celonq (ing. Geelong) — Avstraliyanın cənubunda, Viktoriya ştatında şəhər. == Əhalisi == Əhalisi 143,9 min (2011) nəfərdir. == Coğrafiyası == Bass boğazının Port-Fillip körfəzindəki Korio buxtasında yerləşir. Dəniz portu (yük dövriyyəsi 12 mln. t-dan çoxdur, 2006; əsasən, neft və neft məhsulları, buğda, mineral gübrə). Nəqliyyat qovşağıdır. Avalon aeroportu burada yerləşir. == Tarixi == Əsası 1837-ci ildə qoyulmuşdur. 1841-ci ildə Celonq portundan Böyük Britaniyaya qoyun yununun (19-cu əsrdə Avstraliyanın əsas ixrac əmtəəsi) ilk partiyası göndərilmişdi.
Fridrix Şellinq
Fridrix Şellinq (alm. Friedrich Wilhelm Joseph Schelling‎; 27 yanvar 1775[…], Leonberq, Ştutqart[d] – 20 avqust 1854[…]) — alman idealist filosof. Yohann Qotlib Fixte tərəfindən irəli sürülən fundamental qavrayış və idealist düşüncə tərzi fikirlərini qəbul etməklə birlikdə, insan iradəsinə zidd hadisələrin baş verməsi fikrinə qarşı çıxmışdır. Kklassik alman fəlsəfəsində obyektiv idealizmin görkəmli nümayəndələrindən biridir.
Tomas Şellinq
Tomas Şellinq (ing. Thomas Crombie Schelling) (d. 14 aprel 1921 — ö. 13 dekabr 2016) — amerikalı iqtisadçı. Xarici əlaqələr, milli təhlükəsizlik, nüvə strategiyası mövzularında mütəxəssis. Tomas Şellinq universitet təhsilini Berkli Kaliforniya Universitetində 1944-cü ildə iqtisadiyyat sahəsində tamamlamışdır. Doktorluq dərəcəsinə isə 1951-ci ildə Harvard Universitetində yüksəlib. Ən əhəmiyyətli kitabı sayılan Qarşıdurma Strategiyası (ing. Strategy of Conflict) 1960-cı ildə nəşr edilmişdir. 1964-cü ildən etibarən Pentaqonnun Vyetnam müharibəsində bombalama və gərginlik siyasəti sahəsində çalışdı.
Seylon
Şri-Lanka, tarixi adı ilə Seylon və ya rəsmi adı ilə Şri-Lanka Demokratik Sosialist Respublikası — Cənubi Asiyada ada-dövlət. Şri-Lanka Hind okeanında Hindistandan 31 km cənubda eyni adlı adada yerləşir. Ada-dövlət 1972-ci ilə qədər Seylon olaraq bilinirdi. Ümumi sahəsi 65610 kvadrat kilometr, əhalisinin sayı 21 milyon nəfərdən çoxdur. Şri-Lanka həm də Hind okeanının incisi adlandırılır. Hökumət qüvvələri ilə Tamil İlam Azadlıq Pələngləri (digər adı ilə Tamil pələngləri) arasında baş verən vətəndaş müharibəsi 1983-cü ildən bu yana davam edir. Tamil pələngləri adanın şimalında və şərqində Tamil İlam adında müstəqil dövlət qurmaq üçün mübarizəsi 2009-cu ildə hökumət qüvvələrinin zəfəri ilə nəticələndi. Ümumilikdə 1,340 kilometrlik sahil xəttini malikdir. Hindistandan Polk boğazı vasitəsilə ayrılır. Dekabr və Mart ayları arasında tropik və şimal-şərq bölgəsi musson yağışlarının təsiri altında qalan iqlimi, İyun və oktyabr ayları arasında da cənub-qərb bölgəsi musson yağışlarının təsiri altında qalır.
Sezon
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.
Rod Serlinq
Rod Sterlinq (25 dekabr 1925, Sirakuz - 28 iyun 1975, Roçester) - ABŞ yazıçısı, senaristi, televizor proqramı aparıcısı. 1950-ci illərdə efirdə olan "The Twilight Zone" proqramı ilə tanınmışdır. Televizor sənayesinə də töhfələr vermişdir. Rod Serlinq tez-tez Hallivudda irqçilik, millətçilik ilə bağlı problemlər yaşamışdır. Patterns (1955) Requiem for a Heavyweight (1956) The Comedian (1957) A Town Has Turned to Dust (1958) The Velvet Alley (1958) The Twilight Zone (1959–1964 serial) Night Gallery (1970–1973 serial) Planet of the Apes (1968) The Loner (serial) Encounter with the Unknown (1975) (təqdim edən) The Undersea World of Jacques Cousteau (təqdim edən) . Escape Clause (1960) The Fever (1960) The Mighty Casey (1960) The Monsters Are Due on Maple Street (1960) Walking Distance (1960) Where is Everybody?
Paula Selinq
Paula Selinq (rum. Paula Seling) — 25 dekabr 1978-ci ildə anadan olmuş Rumıniyalı məşhur müğənni. Paula Selinq Ovidiu Çerneutsyanu ilə birlikdə "Playing with Fire" mahnısı ilə Rumıniyanı 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil edib və finala vəsiqə qazanaraq, Rumıniyaya 3-cü yeri qazandırıb. Bu Rumıniyanın müsabiqə tarixində əldə etdiyi ən yüksək nəticə olub. Selinq 2012-ci ildə Bakıda keçirilən Avroviziya Mahnı Müsabiqəsində ölkəsini yenidən təmsil etmək üçün Rumıniyanın Milli Finalına qatılacağını bildirsə də, daha sonra mahnısının hazır olmadığı üçün seçimlərə qatılmayıb. Lakin müğənni növbəti illərdə Avroviziyaya yenidən qayıtmaq niyyətində olduğunu açıqlayıb. Paula Selinq Avroviziya 2012-nin final mərhələsində Rumıniyanın səslərini açıqladı. 1 mart 2014-cü ildə Paula Selinq və Ovidiu Çerneutsyanunun "Miracle" mahnısı ilə Kopenhagendə keçiriləcək 2014 Avroviziya Mahnı Müsabiqəsində yenidən Rumıniyanı təmsil etmək üçün seçildikləri elan edildi.
Sejonq Universiteti
Seconq Universiteti (SJU; Koreya: 세종대학교; Hanja: 世宗大學校; RR: Sejong Daehakgyo) — Cənubi Koreyanın Seul şəhərində yerləşən özəl universitetdir. Kyung Sung Humanitar Elmlər İnstitutu kimi əsası qoyulan qurum 1978-ci ildə Coseon sülaləsinin dördüncü kralı və Koreya əlifbasının Hanqul əlifbasının yaradılmasına nəzarət edən Böyük Sejonqun şərəfinə indiki adı ilə adlandırılıb. Seconq Universitetinin doqquz fakültəsi var: Liberal İncəsənət Fakültəsi, Sosial Elmlər Fakültəsi, Biznes Fakültəsi, Turizmin İdarə Edilməsi Fakültəsi, Təbiət Elmləri Fakültəsi, Həyat Elmləri Fakültəsi, Elektronika və İnformasiya Mühəndisliyi Fakültəsi, Mühəndislik Fakültəsi, İncəsənət və Bədən Tərbiyəsi Fakültəsi, və Ümumi Təhsil Fakültəsi və yeddi magistr məktəbi var. Sejong Universitetinin tarixi 1940-cı ilin may ayında Dr.Youngha Choo və Dr.Okja Choi tərəfindən Kyung Sung Humanitar İnstitutunun yaradılması ilə başladı. 1947-ci ildə institut Seul Qadın Müəllimlər İnstitutuna çevrildi, onun ilk direktoru Dr.Ço idi; Növbəti il ​​yenidən təşkil edildi və kiçik kollec oldu. 1954-cü ildə məktəb Soodo Qadın Müəllimlər Kollecinə çevrildi. Kollec 1961-ci ildə dörd illik təhsil müəssisəsinə çevrildi və 1962-ci ildə Kunja-dongdakı hazırkı kampusuna köçdü. İnstitut 1966-cı ildə yaradılmışdır. 1973-cü ildə Koreya antikvarlarının yaradıcılarının kolleksiyasını saxlamaq üçün qurulan Soodo Muzeyi (indiki Seconq Universiteti Muzeyi) öz qapılarını ictimaiyyətə açdı. 1979-cu ildə Soodo Qadın Müəllimlər Kolleci adını Sejong Kolleci olaraq dəyişdirdi və ilk dəfə olaraq kişi bakalavr tələbələrini qəbul etdi.
Seylon bəbiri
Seylon bəbiri (lat. Panthera pardus kotiya) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü.
Seylon fili
Seylon fili (lat. Elephas maximus maximus) — Asiya filinin üç geniş yayılmış yarımnövündən biri. Seylon adasının (Şri-Lanka) endemikdir. 1986-cı ildən bəri Elephas maximus IUCN Qırmızı Siyahısına daxil edilmişdir. Səbəb isə son 60–75 il ərzində sayının ən azından 50% azalmasıdır. Yaşayış arealının insanlar tərəfindən mənimsənilməsi müşahidə olunur. Asiya filləri Afrika fillərindən daha kiçik olur. Dişilər bir qayda olaraq ölçü baxımından erkəklərdən kiçikdir və iri fil dişlərinə sahib olmurlar. Erkəklərin yalnız 7% -nin iri dişləri olur. Asiya filinin müasir yarımnövlərinin ən böyüyü olan Seylon fili 2–3,5 m hündürlüyə malik olur.
Seylon çayı
Seylon çayı — Şri-Lankada yetişdirilən çay. Seylon çayı Şri-Lankanın əsas gəlir mənbələrindən biridir. Bu ölkənin ÜDM-nin 2%-ni təşkil edir. 2013-cü ildə Şri-Lankaya 1,5 milyard dollar vəsait gətirmişdi. Təxminən 1 milyona yaxın insan çay tarlalarında işləyir. Bundan əlavə, kiçik sahibkarlar tərəfindən çay əkilməsi minlərlə insan üçün yaşayış mənbəyidir. Şri-Lanka dünyanın dördüncü ən böyük çay istehsalçısıdır. 1995-ci ildə dünyanın çay ixracatının 23%-nə sahib olub. 2013-cü ildə çay hasilatı 340 milyon kiloqramı keçərək ən yüksək həddə çatmışdır. Ölkənin mərkəzi dağlıqlarının rütubəti, sərin temperaturu və yağışları yüksək keyfiyyətli çay istehsalına kömək edən iqlimi təmin edir.
Seylon cəngəllik toyuğu
Seylon cəngəllik toyuğu (lat. Gallus lafayettii) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin cəngəllik toyuğu cinsinə aid heyvan növü.
Seylon darçın ağacı
Seylon darçın ağacı (lat. Cinnamomum zeylanicum) - darçın ağacı cinsinə aid bitki növü.
Oh Seong-Og
Oh Son-O (d. 10 sentyabr 1972) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Oh Son-O Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı. Daha sonra Oh Son-O Cənubi Koreya yığmasının heyətində 1996-cı ildə Atlanta şəhərinin ev sahibliyində baş tutan XXVI Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 37:33 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Atlanta Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı. Oh Son-O Cənubi Koreya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarına qatıldı. Bürünc medal uğrunda oyunda Norveç yığmasına 22:20 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Sidney Olimpiadasını 4-cü yerdə başa vurdu. Daha sonra Oh Son-O Cənubi Koreya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Danimarka yığmasına 38:36 hesabı ilə məğlub olan Cənubi Koreya yığması, Afina Olimpiadasını 2-ci yerdə başa vurdu və gümüş medal qazandı.
2016 Formula-1 sezonu
2016 Formula-1 sezonu — Formula-1 yarışlarının 67-ci sezonudur.
Up Where We Belong
Up Where We Belong – An Officer and a Gentleman filminin musiqisi. Mahnının musiqisi Jack Nitzsche və Buffy Sainte-Marie tərəfindən yazılmışdır.
Taxtların oyunu (7 sezon)
Taxtların oyunu — fantastik-dram janrında televiziya serialı. Serialın yeddinci mövsümü 16 iyul 2017-ci ildə HBO televiziya kanalında nümayiş etdirilməyə başladı və 27 avqust 2017-ci ildə tamamlandı. On epizoddan ibarət olan əvvəlki mövsümlərdən fərqli olaraq, yeddinci mövsümün yalnız yeddi epizodu var. Əvvəlki mövsümdə olduğu kimi, əsasən Corc R. Martinin "Buz və yanğın səsləri" əsərində tapılmayan əsərlərin orijinal tərkibindən ibarət idi.
Xeyir Ola (1-ci sezon)
Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımovanın aparıcılığı ilə ATVdə həftəiçi 5 gün yayımlanan əyləncəli musiqili verilişdir. Aygün Kazımovailə birlikdə Samir Piriyev, Elvin Abdullayev, Azər Axşamda aparıcılıq etmişdir. Azərbaycan Respublikasının Xalq artisti Aygün Kazımovanın aparıcılığı ilə ATVdə həftəiçi 5 gün yayımlanan əyləncəli musiqili verilişdir. Aygün Kazımovailə birlikdə Samir Piriyev, Elvin Abdullayev, Azər Axşamda aparıcılıq etmişdir. Veriliş 1-ci sezonda 209 dəfə canlı yayımda olmuşdur. Aygün Kazımova verilişdə 627 qonaq qəbul etmişdir. Aygün Kazımova bu sezonda 218 mahnı ifa etmişdir. Onlardan 11-i yeni mahnı idi. Bu sezonda ən gərgin anlardan biri Sərxan Kərəmoğlunun Flora Kərimovaya qarşı etdiyi hörmətsizliyə dözməyərək onu efirdən qovmuşdur.
Azərbaycan Premyer Liqası 2011/2012 sezonu
Azərbaycan Premyer Liqası 2011/2012 — 1992-ci ildən bəri futbol üzrə keçirilən sayca 20-ci Azərbaycan çempionatıdır.
Miracle (Paula Selinq və Ovi mahnısı)
Miracle (azərb. Möcüzə‎) — Rumıniyanın 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.