Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Muayyad Şihabəddin Əhməd
Muayyad Şihabəddin Əhməd — Seyfəddin İnalın oğlu və 26 fevral — 28 iyun 1461-ci il aralığında Misir Məmlük sultanı.
Şihabəddin Yəhya Sührəvərdi
Şihabəddin Yəhya Sührəvərdi (fars. شهاب‌الدین سهروردی‎) — tam adı Şihabəddin Əbülfütuh Yəhya ibn Həbəş ibn Əmirək Sührəvərdi olan XII əsr Azərbaycan və İran filosofu, sufi, İşraqilik fəlsəfi məktəbinin banisi. İslam mistisizminin ən mühüm nümayəndələrindən biri olan Sührəvərdi eyni zamanda "Şeyx əl-Məqtul" və "Şeyx əl-İşraq" ləqəbləriylə də tanınmışdır. Şihabəddin Yəhya Sührəvərdinin onlarla əsərinin müxtəlif tarixdə köçürülmüş yüzə yaxın əlyazma nüsxəsi dünyanın otuzdan çox kitabxanası, əlyazmaları fondunda saxlanılır. Onların əksəriyyəti AMEA Əlyazmalar İnstitutunda, Sankt-Peterburqda Şərqşünaslıq İnstitutunda, Türkiyədə Sultan Fateh, Yusif Ağa, Əsəd Əfəndi, Saray III Əhməd, Raqib, Rza Paşa, Aşir, Cərullah, Aya Sofiya Muzeyi, İstanbul universiteti, Laləli, Nuri Osmaniyyə, Emniyyə, Şəhid Əli Paşa kitabxanalarında, İranda Astan-qüds Rəzəvi, Səltənət, Milli, Şura Məclisi, Tehran Universiteti, Sepəhsalar ali mədrəsəsi, Firdovsi milli kitabxanalarında, Suriyada Zahiriyyə, Misirdə Xidiviyyə, Dar əl-kütub, Bələdiyyə kitabxanalarında, İraqda Bağdad universiteti kitabxanasında, Hindistanda Bankipur kitabxanasında, İngiltərədə Britaniya muzeyi kitabxanasında və Fransada Paris Milli Kitabxanasında saxlanılır. == Adı == Şihabəddin filosofun ləqəbidir. Şəmsəddin Şəhrəzuri "Şihab əl-millə və-l-haqq və-d-din" (millətin, haqqın və dinin axan ulduzu) yazır. Əleyhdarları isə sadəcə Şihab (əş-Şihab – axan ulduz) yazırlar. Filosofun künyəsi Əbülfütuh "Qələbələr atası" mənasını verir. Sührəvərdinin öz adı isə mənbələrdə müxtəlif şəkildə qeyd edilmişdir.
Şihabəddin Ömər Sührəvərdi
Şihabəddin Ömər Sührəvərdi (fars. عمر سهروردى‎; 1145—1234) – Fars hüquqşünas alim, sufi nəzəriyyəçi, ictimai-siyasi xadim. == Həyatı == Əbuhəfs Sührəvərdi 1145–ci ilin yanvarında Zəncan yaxınlığındakı Sührəvərd şəhərində anadan olmuşdur. AMEA-nın müxbir üzvü Zakir Məmmədov filosofun gəncliyində Bağdada gedib, orada Nizamiyyə mədrəsəsinin müəllimi, əmisi Əbunnəcib Sührəvərdi, Əbdülqadir Cili-Cilani, Əbuzürə Müqəddəsi və başqalarından təhsil aldığını, onun fiqh, təsəvvüf və ədəbiyyata dərindən yiyələndiyini, geniş əhatəli, mükəmməl biliyi ilə şöhrət qazandığını qeyd etmişdir. Zakir Məmmədov Əbuhəfs Sührəvərdinin müəllimi və yaxın dostu, Qadiriyyə sufi təriqətinin banisi Əbdülqadir Cili-Cilaninin şagirdinin gələcəyinə böyük ümid bəsləyib, ona "sən İraqda məşhurların axırıncısısan" dediyini yazmışdır. Tədqiqatçı mənbələr əsasında bildirmişdir ki, Azərbaycan mütəfəkkiri ömrü boyu ziyarətlərdə, səyahətlərdə olmuş, dövrün böyük şəxsiyyətləri, yaradıcı ziyalıları ilə görüşmüşdür. Əbdürrəhman Cami belə bir əhvalatı xatırladır ki, Əbuhəfs Sührəvərdi "bəzi abdallarla (dərvişlərlə) birlkdə Əbbadan adasında Xızır əleyhissəlamı dinləmişdir". Bağdadda baş şeyx rütbəsini tutmuş, xilafətə elçilik (səfirlik) etmiş Şihabəddin Əbuhəfs Sührəvərdi varid olduğu yerlərdə böyük hörmət və ehtiramla qarşılanmışdır. İbn Bibi onun Kiçik Asiyaya gəlməsini təsvir edərkən yazır ki, elçinin Aqsaraya yetişməsini eşidincə sultanla bərabər qazilər, imamlar, şeyxlər, sufilər, əxilər və fütüvvə sahibləri pişvaza çıxdılar. Sultan Əlaəddin Şeyx Şihabəddin Sührəvərdi ilə görüşərkən onun əlini öpdü.
Şihabəddin Yəhya Sührəvərdinin əsərlərinin siyahısı
Şihabəddin Yəhya Sührəvərdi orta əsrlərdə fəlsəfənin inkişafında böyük rolu olan filosof və şair, İşraqilik fəlsəfi məktəbinin yaradıcısıdır. Şihabəddin Yəhya Sührəvərdinin əsərlərinin və onlara yazılmış şərhlərin əlyazma nüsxələri dünyanın bir sıra fond və kitabxanalarında saxlanılır. Tədqiqatçılar həmin əsərləri yazıldığı mövzulara uyğun olaraq müxtəlif qruplara bölmüşlər. Şihabəddin Sührəvərdinin əsərlərinin mövzu etibarıya təsnifatı şərtidir. Mütəfəkkirin ayrı-ayrı fəlsəfi cərəyanlarla məşğul olduğu dövrlərə mütləq hədd qoymaq mümkün deyil. Məsələn, alim "İşraq fəlsəfəsi" kitabını yaza-yaza digər mövzular üzərində də işləmişdir. Şihabəddin Sührəvərdinin şeirləri isə mütəfəkkirin ümumi yaradıcılığının bir hissəsi olmaqla onun fəlsəfəsinin müəyyən cəhətlərini əks etdirir. Aşağıdakı siyahıda Şihabəddin Yəhya Sührəvərdinin əsərlərinin mövzulara uyğun qruplaşdırılması AMEA-nın müxbir üzvü Zakir Məmmədovun tədqiqatlarına istinadən hazırlanmışdır. Əsərlərin həm orijinal adı, həm də Azərbaycan dilində adı göstərilmiş, yazıldığı dil qeyd edilmişdir. Qeydlər bölməsində əsər haqqında qısa məlumat göstərilmişdir.
Şəhabəddin
Şəhabəddin — kişi adı. Şeyx Şəhabəddin Mahmud Əhəri — təsəvvüf alimi, "Şəhabilik" təriqətinin banisi. Xədim Şəhabəddin Paşa — Osmanlı sultanı II Murad və Fateh Sultan Mehmed dönəmlərində vəzir. Şəhabəddin Abdulla Mirvarid — şair, musiqiçi, katib. Şəhabəddin Mərcani Şəhabəddin Əhməd bəy Ramazanoğlu Digər Şəhabəddin (Qürvə) Şəhabəddin (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Molla Şəhabəddin (Qoşaçay) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd.
Şəhabəddin (Meşkinşəhr)
Şəhabəddin (fars. شهاب الدين‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 36 nəfər yaşayır (11 ailə).
Şəhabəddin (Qürvə)
Şəhabəddin (fars. شهاب الدين‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 401 nəfər yaşayır (75 ailə). Əhalisini kürdlər təşkil edir.
Şəhabəddin Mərcani
Şəhabəddin Mərcani (Şəhabəddin bin Bəhaəddin əl-Qazani əl-Mərcani, tatar. Шиһабаддин Мәрҗани, Şihabaddin Mərcani; 1818[…], Kazan – 1889[…], Kazan) — tatar alimi,Nəqşibəndiyyə təriqətinin şeyxi, filosofu, tarixçisi, etnoqrafı, maarifçisi. == Həyatı == == Fəaliyyəti == "Tərcüman" fikirlərinin təsiri altında 1885-ci illərə doğru Kazan türklüyünün mərkəzi olan Kazan şəhərində milliyyət fikrinin tarix və etnoqrafiya sahəsində göründüyünə şahid oluruq. O zamana qədər özlərini sırf müsəlman sayan və şüursuz bir şəkildə dillərinə "türk dili" deyən kazanlılar içində yenilikçi elm adamlarından Şəhabəddin Mərcani, tarixi əsərlərindən birisini, "Kitabu-Müstəfadil-əxbar fi Ahval-i Kazan" adlı Kazan tarixini Kazan türkcəsi ilə yazır və o əsərində ilk dəfə kazanlı müsəlmanlara dindən başqa bir də milliyyətin varlığını acı bir dillə, sərt və açıq ifadələrlə xatırladır və elan edir. "Mustafadül-əxbar"ın bu barədəki məşhur cümlələri bunlardır: "Bəziləri tatar olmağı əskiklik sayıb o ismdən nifrət edib "biz tatar deyil, müsəlmanıq!" deyə qovğa və mücadilə edirlər… Ey miskin! Deyək ki, sənin müsəlmandan başqa bir adını dinin və millətin düşmənləri bilməsəydi, əlbəttə, səni "müsəlman" deyə ayırd edərdi. Tatar olmasan, ərəb və tacik və noğay deyil, hatay və rus və fransız, prussiyalı və alman daha deyil, indi kim olursan?" Şəhabəddin həzrətin millətinə bu hiddətli xitabı, kazanlıların öz tarixlərinə, öz soy və köklərinə dəyər və önəm vermədiklərini tənqid etmək üçündür: "…Tarix elminin böyüklüyü və insanların yaşayışına ilgilərinin azlığından qismətsiz və verimsiz olub, heç bir zaman olayların baş verməsini, macəralarını bəyan və zəbt edilməyərək cahan alimləri, hökmdarlar və böyük hakimlər kimi babalarımız, atalarımız və xalqımız tərəfindən bilinməyərək büsbütün bilinməzlik örtüyü altında qalmış, hətta qövmümüzün əksəriyyəti, əzəldən bəri bu yolda Rusiya hökumətinin idarəsi altında yaşayırıq -zənnindədir və Bolqar və Kazan əhvalından "Şəhri-Bolqar övliyaları" və ya "Əzizlər qəbri" və "Xan məscidi" və bir şeyi köhnəlikdə mübaliğə məqamında "Hao Xan zamanındakı iş" deməkdən başqa heç bir şey bilmirlər və bu sözün anlamını belə sağlam təsəvvür və dərk edə bilmirlər. Öz qəbilələrindən nə qədər şöhrətli hökmdarların gəlib keçdiyi haqqında bilgiləri yox " İstər yuxarıdakı xitab, istərsə də bu müşahidə yazarın milli şüur sahibi olduğunu açıq göstərməkdədir. Tuna bolqarlarının ilk milliyyətçi tarixçilərindən Paisi də 1762-ci ildə yazdığı "Slav bolqar tarixi" adlı əsərində bolqarları kəndi milliyyətlərinin adını tələffüz etməkdən çəkindikləri üçün çox acı sözlərlə qınayır və onlara "Ey ağılsızlar! Nə üçün öz milliyyətinizdən çəkinir, nə üçün bolqar deyə adlandırılmanızdan utanır və rumların hiyləgər siyasətlərinə tabe olursunuz?" -deyə xitab edirdi.
Molla Şəhabəddin (Qoşaçay)
Molla Şəhabəddin (fars. ملاشهاب الدين‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2,311 nəfər yaşayır (490 ailə).
Muayyad Şəhabəddin Əhməd
Muayyad Şihabəddin Əhməd — Seyfəddin İnalın oğlu və 26 fevral — 28 iyun 1461-ci il aralığında Misir Məmlük sultanı.
Xədim Şəhabəddin Paşa
Xədim Şəhabəddin Paşa (ö. 1453-dən sonra) — Osmanlı sultanı II Murad və Fateh Sultan Mehmed dönəmlərində vəzir olmuş dövlət xadimi. Hərəm ağası olduğu üçün Xədim Şəhabəddin Paşa olaraq anılmışdır. == Həyatı == Əsli və ilk illəriylə bağlı yetərli məlumat yoxdur. Dönəmin tarixi mənbələrində Qula Şahin Paşa, vəqf kitablarında isə Qazi, Əlhac ünvanlarıyla anılır. II Murad dönəmində sarayda yetişmiş, daha sonra hərəm ağası olaraq xidmət etmişdir. Sultan Muradın yaxın adamlarından biri olaraq önə çıxmış, 1432-ci ildən öncə Balkan yarımadasında Evrenesoğlu Əli bəyin ardından Ərgirikasrı sancaqbəyliyinə gətirilmişdir. Bu vəzifədə ikən hərbi fəaliyyətləriylə məşhurlaşmış, Sultan Muradla birlikdə bir çox hərbi əməliyyata qatılmışdır. Sultan Muradın oğulları Şahzadə Ələddin və Şahzadə Mehmedin 1438-ci ildə Ədirnədə keçirilən sünnət mərasimi əsnasında Saruca Paşanın yerinə vəzirliyə gətirildiyi bilinir. Bundan başqa yaxın zamanda vəfat edən Sənan Paşanın Rumeli bəylərbəyliyi ünvanı da Şəhabəddin Paşaya verildi.
Şəhabəddin Abdulla Mirvarid
Mövlanə Şəhabəddin Abdulla Mirvarid (1461–1516)—şair, musiqiçi, katib. == Həyatı == Mövlanə Şəhabəddin Abdulla Mirvarid 1461-ci ildə Herat şəhərində anadan olmuşdu. Xacə Şəmsəddin Məhəmməd Kirmaninin oğludur. Şair idi. Bəyani təxəllüsü ilə xoştəb şeir yazırdı. Mövlanə Şəhabəddin Abdulla Mirvarid Sultan Hüseyn Bayqaranın sarayında çalışmışdı. Mövlana Abdulla Mərvarid cavanlığında Sultan Hüseyn mirzənin xidmətində olmuş, hətta sədarət mərtəbəsinə çatmışdı. Axırda böyük əmirlər cərgəsinə daxil olmuş, Mir Əlişirin yerinə möhür vurmuşdu. Sultan Hüseyn mirzənin ölümündən sonra tənhalıq küncündə qərar tutmuşdu. Bu il o, dünyadan köçdü.
Şəhabəddin Yəhya Sührəverdi
Şihabəddin Yəhya Sührəvərdi (fars. شهاب‌الدین سهروردی‎) — tam adı Şihabəddin Əbülfütuh Yəhya ibn Həbəş ibn Əmirək Sührəvərdi olan XII əsr Azərbaycan və İran filosofu, sufi, İşraqilik fəlsəfi məktəbinin banisi. İslam mistisizminin ən mühüm nümayəndələrindən biri olan Sührəvərdi eyni zamanda "Şeyx əl-Məqtul" və "Şeyx əl-İşraq" ləqəbləriylə də tanınmışdır. Şihabəddin Yəhya Sührəvərdinin onlarla əsərinin müxtəlif tarixdə köçürülmüş yüzə yaxın əlyazma nüsxəsi dünyanın otuzdan çox kitabxanası, əlyazmaları fondunda saxlanılır. Onların əksəriyyəti AMEA Əlyazmalar İnstitutunda, Sankt-Peterburqda Şərqşünaslıq İnstitutunda, Türkiyədə Sultan Fateh, Yusif Ağa, Əsəd Əfəndi, Saray III Əhməd, Raqib, Rza Paşa, Aşir, Cərullah, Aya Sofiya Muzeyi, İstanbul universiteti, Laləli, Nuri Osmaniyyə, Emniyyə, Şəhid Əli Paşa kitabxanalarında, İranda Astan-qüds Rəzəvi, Səltənət, Milli, Şura Məclisi, Tehran Universiteti, Sepəhsalar ali mədrəsəsi, Firdovsi milli kitabxanalarında, Suriyada Zahiriyyə, Misirdə Xidiviyyə, Dar əl-kütub, Bələdiyyə kitabxanalarında, İraqda Bağdad universiteti kitabxanasında, Hindistanda Bankipur kitabxanasında, İngiltərədə Britaniya muzeyi kitabxanasında və Fransada Paris Milli Kitabxanasında saxlanılır. == Adı == Şihabəddin filosofun ləqəbidir. Şəmsəddin Şəhrəzuri "Şihab əl-millə və-l-haqq və-d-din" (millətin, haqqın və dinin axan ulduzu) yazır. Əleyhdarları isə sadəcə Şihab (əş-Şihab – axan ulduz) yazırlar. Filosofun künyəsi Əbülfütuh "Qələbələr atası" mənasını verir. Sührəvərdinin öz adı isə mənbələrdə müxtəlif şəkildə qeyd edilmişdir.
Şəhabəddin Yəhya Sührəvərdi
Şihabəddin Yəhya Sührəvərdi (fars. شهاب‌الدین سهروردی‎) — tam adı Şihabəddin Əbülfütuh Yəhya ibn Həbəş ibn Əmirək Sührəvərdi olan XII əsr Azərbaycan və İran filosofu, sufi, İşraqilik fəlsəfi məktəbinin banisi. İslam mistisizminin ən mühüm nümayəndələrindən biri olan Sührəvərdi eyni zamanda "Şeyx əl-Məqtul" və "Şeyx əl-İşraq" ləqəbləriylə də tanınmışdır. Şihabəddin Yəhya Sührəvərdinin onlarla əsərinin müxtəlif tarixdə köçürülmüş yüzə yaxın əlyazma nüsxəsi dünyanın otuzdan çox kitabxanası, əlyazmaları fondunda saxlanılır. Onların əksəriyyəti AMEA Əlyazmalar İnstitutunda, Sankt-Peterburqda Şərqşünaslıq İnstitutunda, Türkiyədə Sultan Fateh, Yusif Ağa, Əsəd Əfəndi, Saray III Əhməd, Raqib, Rza Paşa, Aşir, Cərullah, Aya Sofiya Muzeyi, İstanbul universiteti, Laləli, Nuri Osmaniyyə, Emniyyə, Şəhid Əli Paşa kitabxanalarında, İranda Astan-qüds Rəzəvi, Səltənət, Milli, Şura Məclisi, Tehran Universiteti, Sepəhsalar ali mədrəsəsi, Firdovsi milli kitabxanalarında, Suriyada Zahiriyyə, Misirdə Xidiviyyə, Dar əl-kütub, Bələdiyyə kitabxanalarında, İraqda Bağdad universiteti kitabxanasında, Hindistanda Bankipur kitabxanasında, İngiltərədə Britaniya muzeyi kitabxanasında və Fransada Paris Milli Kitabxanasında saxlanılır. == Adı == Şihabəddin filosofun ləqəbidir. Şəmsəddin Şəhrəzuri "Şihab əl-millə və-l-haqq və-d-din" (millətin, haqqın və dinin axan ulduzu) yazır. Əleyhdarları isə sadəcə Şihab (əş-Şihab – axan ulduz) yazırlar. Filosofun künyəsi Əbülfütuh "Qələbələr atası" mənasını verir. Sührəvərdinin öz adı isə mənbələrdə müxtəlif şəkildə qeyd edilmişdir.
Şeyx Şəhabəddin Mahmud Əhəri
Şeyx Şəhabəddin Mahmud Əhəri (1180 – 1265) — təsəvvüf alimi, "Şəhabilik" təriqətinin banisi. == Həyatı == Şeyx Şəhabəddin Mahmud Əhəri Azərbaycanın tanınmış ariflərindəndir. İlk təhsilini Molla Həsən Əhəridən alıb. Sonra Təbriz şəhərinə yollanıb "Vəhdətiyyə Sürxab" mədrəsəsində oxuyub. Bu mədrəsədə üç dəfə qırxgünlük riyazət edəndən sonra Socasa gedib Şeyx Rüknəddin Məhəmməd Sücasinin müridliyini qəbul etmişdi. Mükəmməl təhsildən sonra mürşidindən təriqət şeyxliyinin icazəsini alaraq Əhərə qayıtmışdı. Şeyx Şəhabəddin Mahmud mürşidinin qızı Xədicə Sultan xanımla həyat qurmuşdu. Şeyx Əli adlı oğlu vardı. == Fəaliyyəti == Şeyx Şəhabəddin Mahmud Əhəri təriqət başçılığında ən ulu dərəcə olan "qütb" dərəcəsinə çatmışdı. Onun yaratdığı "Şəhabiyyə" təriqətinin sorağı bütün şərqə yayılmışdı.
Şəhabəddin Əhməd bəy Ramazanoğlu
Şəhabəddin Əhməd bəy Ramazanoğlu (türk. Sihabeddin Ahmed bey Ramazan-oglu; ? - 1416) - Ramazanoğulları bəyliyinin hökmdarı == Həyatı == İbrahim bəyin ölümündən sonra hakimiyyətə qardaşı Şəhabəddin Əhməd bəy keçdi. İbrahim bəyin hakimiyyəti dövründə Birecik bölgəsinin hakimi idi. O hakimiyyəti dövründə bəzən Məmlük sultanına kömək edir, bəzən də ona qarşı döyüşürdü. Əhməd bəy hakimiyyətə gəldikdən sonra Xəlil bəy Zülqədər ilə ittifaq bağlayaraq Maraşı işğal edir. Hələb hakimi Yelboga vəziyyəti dəyişmək üçün müdaxilə etmək istəsə də Sultan Bərkukun ölümü ona mane oldu. 1401-ci ildə Əmir Teymurun Suriyadan getməsindən sonra Hələb şəhərinin azad edilməsində Məmlük ordusuna kömək etdi. Eyni zamanda Suriya ərəblərinin şəhəri mühasirəyə aldığı zamanda Hələb hakimi Dəmirdaşa köməklik göstərdi. Sultan Fərəc Əhməd bəyin xidmətlərinə görə ona müxtəlif hədiyyələr göndərdi.
Məhəmməd Şahabuddin
Məhəmməd Şahabuddin (benq. মোহাম্মদ সাহাবুদ্দিন; 10 dekabr 1949, Pabna dairəsi[d], Şərqi Pakistan) — Banqladeş hüquqşünası və təqaüdə çıxmış hakimi, 24 aprel 2023-cü ildən Banqladeş prezidenti. 2023-cü ildə Məhəmməd Şahabuddin Banqladeşin 22-ci prezidenti kimi and içmişdir. Onun andiçmə mərasimində Banqladeşin Baş naziri Şeyx Hasina, kabinet üzvləri və yüzlərlə qonaq iştirak etmişdir.
Siracəddin Səyyid
Siracəddin Səyyid (1958, Özbəkistan) — Özbək şairi. Özbəkistanın xalq şairi. == Həyatı == Siracəddin Səyyid 1958-ci ildə Özbəkistan Respublikasının Surxandərya vilayətində anadan olub. 1980-ci ildə Daşkənd Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. İlk kitabı "Ruhum xəritəsi" (1984) Qafur Qulam adına Ədəbiyyat və sənət nəşriyyatında nəşr olunub. Ondan bəri istedadlı şairin 20-ə yaxın kitabı müxtəlif nəşriyyatlarda çap edilib: "Sevgi məmləkəti" (1987), "Qoru" (1990), "Mehr qalır, məhəbbət qalır" (1992), "Yandım" (1994), "Evindəki beşiklər" (1996), "Vətəni öyrənmək" (1996), "Yiyəsi var yurd" (2001), "Vətən əbədidir" (2001), "Könül fəsli" (2007), "Yaşasın yağışlar" (2007) və başqa kitabları ədəbi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb. 2008-ci ildə "Şərq" nəşriyyatı görkəmli şairin ikicildlik seçilmiş əsərlərini nəşr edib. Siracəddin Səyyid çağdaş Azərbaycan poeziyasının bir çox qiymətli nümunələrini özbək dilinə uğurla çevirib.
Siracəddin Urməvi
Siracəddin Mahmud Əbubəkr oğlu Urməvi (1198, Urmiya – 1283, Konya) — Azərbaycan filosofu, ictimai-siyasi xadimdir. == Haqqında == Azərbaycanda Siracəddin Urməvi irsinin yeganə tədqiqatçısı AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Zakir Məmmədovun əsərlərindən məlum olur ki, filosof 1198-ci ildə Cənubi Azərbaycanın Urmiya şəhərində doğulmuş, uşaqlıq illərini həmin səfalı diyarda keçirmişdir.Mənbələrdə onun Mosulda təhsil aldığı göstərilir. Siracəddin Urməvi bir müddət Dəməşqdə yaşamış, sonralar isə Kiçik Asiyaya getmişdir. 1246-cı ildən əvvəl o, artıq Konya şəhərində qazi imiş. Görkəmli hüquqşünas alim kimi onun 1250-ci ildə disput məclislərində iştirak etdiyi xəbər verilir. XIII əsrin türk tarixçisi İbn Bibi 1282–1285-ci illərdə qələmə aldığı "Ali işlərə dair Əlaəddin əmrləri" kitabında Azərbaycan filosofunun bütün elm sahələrində şöhrət tapdığını qeyd edərək fəaliyyətini yüksək qiymətləndirmişdir. Ən məşhur əsəri "Nurların doğuşları"dır, bu kitabın məntiqə dair hissəsinin Qahirədə Xədiviyyə kitabxanasında saxlanılan əlyazması Siracəddin Urməvinin sağlığında, 1278-ci ilin iyul ayında Konya şəhərində xəttat İsmayıl ibn Xəlil tərəfindən köçürülüb tamamlanıb. Filosofun bu kitabının həmin hissəsi Qütbəddin Razinin ona yazdığı şərhlə birlikdə Təbriz, İstanbul və Tehranda müxtəlif illərdə çap edilib. Digər iri əsəri olan "Hikmət incəlikləri" 1257-ci ildə yazılıb, 1972-ci ildə Tehranda çap edilib. Zakir Məmmədov elmi-tədqiqatında göstərmişdir ki, Siracəddin Urməvinin əsərlərində peripatetik fəlsəfənin bütün problemləri geniş araşdırılmış, varlıq təlimi, idrak nəzəriyyəsi və məntiq məsələləri dərindən tədqiq edilmiş, mütərəqqi sosial-siyasi görüşlər və etik fikirlər öz dolğun ifadəsini tapmışdır.
Siraqəddin Cabbarov
Siraqəddin Cabbarov (15 dekabr 1959, İmişli rayonu) — Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Siraqəddin Cabbarov 15 dekabr 1959-cu ildə İmişli rayonunda anadan olmuşdur. 1981-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. İxtisasca mühəndis-mexanikdir. Əmək fəaliyyətinə 1981-ci ildə Bakı Metaləritmə zavodunda mühəndis-texnoloq kimi başlamış və 1992-ci ilə kimi həmin zavodda komsomol komitəsinin katibi, baş metallurqun müavini və zavod idarəetmə xəttinin rəisi və zavod həmkərlar komitəsinin sədri kimi vəzifələrdə işləmişdir. 28 avqust 1989-cu ildən 25 aprel 2008-ci ilə kimi Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatında Mənzil sahələrinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin müdiri, Təsərrüfat şöbəsinin müdiri, Sosial-iqtisadi məsələlər şöbəsinin müdiri və Binəqədi Rayon İcra Hakimiyyəti başçının müavini vəzifələrində çalışmışdır. 25 aprel 2008-ci ildən 17 may 2019-cu ilə qədər Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 17 may 2019-cu il tarixli Sərəncamı ilə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2017-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.
Siracəddin Səkkaki
Sekkaki (d. 1159 (1160) - ö. 1229) — çağatayca yazan şair. Həyatının ilk dövrlərində metal işləmə sənətiylə məşğul olduğu üçün Sekkaki nisbəsiylə anılmışdır. Nisbəsiylə bağlı başqa fərziyyələrdə vardır. Böyük şair olmaqla yanaşı, eyni zamanda fiqh sahəsində də böyük biliklərə malik olmuşdur. == Haqqında == Doğum və ölüm tarixləri bilinmir. Həyatı haqqında yetərli bilgi yoxdur. Müasiri Yaqut əl-Həməvi Səkkainin başqa qələm ilə fiqh olmaqla, ərəb dili və ədəbiyyatı, bəyan,əruz və şer kimi müxtəlif elmlərdə çox usta olduğunu və karvanlar vasitəsiylə şöhrətinin hər yerə yayıldığını bildirmişdi. Lakin dövrün qarışıqlığına görə, həyatı barədə bəzi məlumatlar ya dövrümüzə heç çatmamış, ya da çox təhrifə məruz qalaraq çatmışdır.
İsmayıl Siracəddin Şirvani
İsmayıl Şirvani tam adı Mövlana Şeyx Hacı İsmayıl əl-Kürdəmiri əş-Şirvani, həmçinin İsmayıl Kürdəmiri və ya İsmayıl Siracəddin Şirvani (1782, Kürdəmir, Bölükət mahalı, Şirvan Xanlığı — 1848, Amasya, Osmanlı imperiyası) — İslam din xadimi, sufi Nəqşibəndiya ordeninin ruhani lideri. Xalidiyyə təriqətinin ağsaqqalı, Qafqazdakı müridizm hərəkatının və Nəqşibəndi təriqətinin banisi. Nəqşibəndiyyə tarikatının şeyxlərinin qızıl varislik silsiləsində 31-ci mənəvi halqadır. == Həyatı == 1782 ildə Azərbaycanın Şamaxı qəzasına bağlı Kürdəmirdə dünyaya gələn İsmayıl, Məhəmməd Nuri Əfəndidən dərs alır. 1848-ci ildə vəba xəstəliyi səbəbindən İsmail Siracəddin Ramazan ayının 17-ci günündə vəfat edərək Şamlar qəbiristanlığında dəfn edilir. == Ailəsi == Oğlu Əhməd Xulusi Əfəndi Şirvanzadə 1874-də İstanbul qazısı olmuş, digər oğlu Şirvanzadə Rüşdü Paşa sədrəzəm olmuşdur. Onun digər oğlu Hacı Mahmud Əfəndi İsmayıllı rayonunun Mican kəndində məskən salmışdır. Rəşid Mahmudov və Ağarəsul Məmmədovun ulu babasıdır. == Səcərə == == Xəlifələri == Şeyx Şamil Mir Həmzə Nigari Şeyx Mahmud əfəndi Almalı Mövlana Hacı Mahmud baba Şeyx Əməd Əl Ağdaşi == Həmçinin bax == Azərbaycanda təsəvvüf Xəlvətilik == Mənbə == Məhəmməd Məhəmmədcəlil, Fariz Xəlilli, Mövlanə İsmayıl Siracəddin Şirvani. Həyatı, fəaliyyəti və ardıcılları.
Əbu Bəkr Siracəddin
Martin Linqs və ya Əbu Bəkr Siracəddin (24 yanvar 1909[…] – 12 may 2005[…]) — İngiltərəli din tədqiqatçısı[mənbə göstərin] == Həyatı == Martin Linqs 1909-cu ildə İngiltərənin Mançester şəhərində dünyaya gəlmişdir. Xristian protestant ailədə göz açsa da, gənclik illərində dini mövzudakı suallara qənaətbəxş cavab tapmaması onun ateizmə meyil göstərməsinə səbəb olmuşdur. Həyatının sonrakı illərində ədəbiyyat sahəsinə marağı artan Linqs Oksford Universitetində ingilis ədəbiyyatı üzrə təhsil almağa başlasa da, daxilindəki mənəvi boşluq iyirmi beş yaşında onu dünya dinlərini tədqiq etməyə istiqamətləndirmişdir. Nəhayət, İslamla yaxından tanış olmağa başlamış və bu sahədə çoxlu ədəbiyyat mütaliyə etmişdir. 1938-ci ildə Şimali Afrikada səfərdə olarkən orada böyük sufi şeyxi Əhməd Ələvi əş-Şazəli ilə görüşmüşdür. Məhz bu görüş onun həyatının dönüş nöqtəsi hesab edilir. Martin İslamı qəbul edərək Əbu Bəkr Siracəddin adını almış, bir ildən sonra isə Misirə gələrək, Qahirə Universitetində ingilis ədəbiyyatından, əsasən, Şekspirin yaradıcılığından dərs deməyə başlamışdır. 1948-ci ildə İngiltərəyə qayıdan Martin Linqs London Universitetində ərəb dili üzrə mütəxəssis diplomuna yiyələnmiş, 1955-ci ildən başlayaraq uzun müddət Britaniya muzeyinin Şərq əlyazmaları (əsasən ərəbdilli mətnlər) şöbəsinin müdiri vəzifəsində çalışmış və bu sahədə çoxlu tədqiqatlar aparmışdır. Həyatı boyu İslam dəyərlərinə, müsəlman mədəniyyətinə xüsusi bağlılığı ilə seçilən Martin Linqs (Əbu Bəkr Siracəddin) 2005-ci ilin may ayında 98 yaşında İngiltərədə vəfat etmişdir. == Əsərləri == "Qədim inanclar, müasir xurafatlar" "İyirminci əsrdə bir vəli" "Təsəvvüf nədir?" "On birinci saat" "Əminlik kitabı" "Şekspirin müqəddəs sənəti" "Quran xəttatlığı nümunələri" "Məhəmməd: ilk mənbələr əsasında Onun həyatı" (ing.