Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şotlandiya
Şotlandiya (ing. Scotland; şot.kelt Alba) — Böyük Britaniya krallığına daxil olan tarixi və inzibati ərazi. Böyük Britaniya adasının şimal hissəsində yerləşir. Paytaxtı Edinburq, ən böyük şəhəri isə Qlazqodur. Şotlandiya özünün qalaları və dağlıq peyzajı ilə tamamilə başqa ölkə təəsüratını yaradır. Şotlandiyada 787 ada vardır, demək olar ki, hamısında əhali məskunlaşıb. Məşhur Haylənds ("yüksək yerlər") vilayəti – ölkənin şimal-qərbində dağlar dənizlərlə, çəmənlər, meşələrlə əvəz olunan təkrarolunmaz təbii landşaftdır. Şotlandiya ətrafı okean və dəniz dünyada biloji canlıların ən çox yaşadığı su hövzəsi sayılır, orada 40 min növ var. 1707-ci ildən Birləşmiş Krallığın bir hissəsi kimi yaşayan, böyüyən və inkişafa çalışan Şotlandiya, Birləşmiş Krallığı meydana gətirən dörd böyük quru parçasından biridir. Hər nə qədər Şotlandiya parlamenti Londona bağlı olsa da, Şotlandiyanın avtonom bir hüquq sistemi və kilsəsi mövcuddur.
Şotlandlar
Şotlandlar (ş.german Scots Fowk, şot.kelt Gáidheal ya da Albannaich, ing. Scots) — əksəriyyəti Şotlandiya və ABŞ-də yaşayan xalq. Scotia sözü Qədim Romalılar tərəfindən I əsrdə mövcud olan qəbilə üçün işlədilirdi. Bundan başqa Qədim Romalılar Scotia sözünü İrlandiyada yaşayan Qel tayfası üçün də işlətmişdir. Bede İrlandiyadan Pikt ölkəsinə qədər ərazidə olan xalqlardan Scottorum sözünü işlədərək bəhs etmişdir. Qel olaraq tanınan tayfalar Dal Riyata Krallığına, yəni Şotlandiyanın qərbinə gəlmədir. Bede şotlandlardan bəhs edərkən natio, yəni xalq sözünü işlətmişdir. Piktlərlə yanaşı digər xalqlardan isə gens, yəni irq şəklində bəhs etmişdir. Anqlo-Saks Xronologiyası adlı sənəddə Scot sözü Qellər ölkəsinə eyham vurmaq üçün istifadə olunmuşdur. Scottorum sözü isə 1005-ci ildə İrlandiya kralı tərəfindən İmperator Scottorum şəklində yenidən istifadə olunmuşdur.
Şotland

Hamilton (Şotlandiya)
Həmilton (ş.german Hamiltoun, şot.kelt Baile Hamaltan) — Şotlandiyanın Cənubi Lanarkşir bölgəsində böyük bir şəhər.
Livinqston (Şotlandiya)
Livinqston (ing. Livingston, şot.kelt Baile Dhùn Lèibhe) — Böyük Britaniyada, Şotlandiya vilayətində kiçik şəhər.
Pert (Şotlandiya)
Pert (ing. Pert, şot.kelt Peairt) — Böyük Britaniyaın Şotlandiya regionunda yerləşən şəhər, Pert və Kinross vilayətinin inzibati mərkəzi (1975-ci ilədək Pertşir qraflığının inzibati mərkəzi).
Yeni Şotlandiya
Yeni Şotlandiya — Kanadada əyalət. Mərkəzi Halifaks şəhəridir.
Şotlandiya bayrağı
Şotlandiya bayrağı — Şotlandiyanın Dövlət bayrağı
Şotlandiya gerbi
Şotlandiyanın rəsmi gerbi, Britaniya monarxının rəsmi gerbidir. Hansıki indi II Elizabetdir. Bu gerb rəsmi olaraq Birləşmiş Krallıq hökmdarı kimi rəsmi fəaliyyət göstərən II Elizabet tərəfindən istifadə olunur və rəsmi "Dominion Gerbi" kimi tanınır. Müxtəlif versiyalara görə Royal Ailənin digər üzvləri tərəfindən istifadə olunur və Britaniya hökuməti tərəfindən ölkə rəhbərliyi və hökumət ilə əlaqədardır. Qalxanın birinci və dördüncü rübündə təsvir olan İngiltərəni qoruyan üç şir: ikinci, rampant aslanı və ikiqat xəzinə təsvir olunub. Hökuməti tərəfindən istifadə edilən versiyada dəbilqə və ya aslan, aslan və ya "Müdafiə" şüarı yoxdur. Şotlandiya hökuməti tərəfindən istifadə olunan versiyada "Müdafiə sözü" yoxdur.
Şotlandiya klanları
Klanlar — Müştəri-patron münasibətlərinə və ortaq bir ataya sahib olma xəyalına əsaslanan daxili patriarxal quruluşa sahib Şotlandiya qəbilə icmaları. Klanlar, Şotlandiya xanədanlığını və gerblərini idarə edən Lion Məhkəməsi tərəfindən tanınan rəsmi bir quruluşa sahibdir. Şotlandlar arasında müəyyən bir klana mənsubiyyətin fərqli bir əlaməti, hər bir klanın (sözdə tartan) xarakterik xüsusiyyətinə sahib bir kəlmədir (indi kilt). Tarixən tartan naxışları, toxucuları adətən bu ərazilərdə üstünlük verilən kumaş dizaynlarını istehsal edən Aranlar və Yaylalarla əlaqələndirilmişdir. Klan sözü (ing. clan, qal. clann) qal mənşəlidir və "nəsil" kimi tərcümə olunur. Klan sistemi XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Şotlandiya lordlarının əhalidən "mülklərinin təmizlənməsi" nəticəsində məhv edildi.
Şotlandiya krallığı
Şotlandiya krallığı (şot.kelt Rìoghachd na h-Alba, ş.german Kinrick o Scotland, ing. Kingdom of Scotland) — 843-1707-ci illərdə hökm sürmüş suveren dövlət. 1707-ci ildə İngiltərə krallığı ilə birləşərək Böyük Britaniya krallığının əsasını qoymuşdur.
Şotlandiya maarifçiliyi
Şotlandiya maarifçiliyi, şotland maarifçiliyi və ya Şotland Maarifçilik dövrü (ing. Scottish Enlightenment, ş.german Scots Enlichtenment, şot.kelt Soillseachadh na h-Alba) — Şotlandiya tarixinin XVIII–XIX əsrləri əhatə edən, intellektual və elmi fəaliyyət dalğası ilə səciyyələndirilən dövrü, Maarifçilik dövrünün epizodu. Şotlandlar XVIII əsrdə Avropanın ən savadlı xalqlarından biri idi. Onların ümumi savadlılıq dərəcəsi təqribən 75% idi. Şotlandiya maarifçiliyinin əsas şəxsləri alimlər, mütəfəkkirlər və yazıçılar idi. Şotlandiyanın paytaxtı olan Edinburq şəhərində elmi cəmiyyətlər formalaşmışdı. Şotlandiya mütəfəkkirləri Avropa marrifçiliyinin humanist və rasional fikirlərindən fərqli olaraq, dünya haqqında olan, rasional baxımdan düzgün olmayan ənənəvi anlayışlardan uzaqlaşaraq insan dərrakəsinin fundamental əhəmiyyətini müdafiə etmişdir. Onlar düşünürdülər ki, səbəb ilə irəliləyən insan təbiət və cəmiyyət üçün daha yaxşı dəyişikliklər edə bilər. Bu, Şotlandiya maarifçiliyinin açar amilidir. Maarifçilik Şotlandiyada empirizm və praktikliyi ilə fərqlənirdi.
Şotlandiya milliyətçiliyi
Şotlandiya milliyətçiliyi və ya şotland milliyətçiliyi (ing. Scottish nationalism) — şotlandların vahid millət təşkil etməsi ideyasını elan edən, vahid milli kimliyin yaradılması və saxlanmasını müdafiə edən siyasi-ictimai hərəkatlar toplusu. Şotlandiya milliyətçiləri Şotlandiyanın Birləşmiş Krallıqdan müstəqilliyi uğrunda mübarizə aparır. Şotlandiya millətçiliyi 1920–1970-ci illərdə fəal şəkildə formalaşmış və indiki ideoloji yetkinliyinə 1980–1990-cı illərdə çatmışdır. Millətin mənşəyi, siyasi kontekst və unikal xüsusiyyətlər, o cümlədən gel dili, poeziyası və kinosu şotlandların fərdi kimliyini və milli kimliyini dəstəkləyir. Vikianbarda Şotlandiya milliyətçiliyi ilə əlaqəli mediafayllar var.
Şotlandiya musiqisi
Şotlandiya musiqisi — Şotlandiya ərazisində formalaşmış musiqi sənəti. Şotlandiya musiqi sənətinin mənşəyi ölkənin ərazisində məskunlaşmış tayfaların, yəni keltlərin, skottların, skandinavların və başqalarının mahnı və rəqsləri ilə bağlıdır. Gəzərki xalq müğənniləri olan bardlar, sonralar isə minstrellər qəhrəmani, məhəbbət mahnıları qoşur, xalq eposunu qoruyub-saxlayırdılar. Şotlandiya mahnıları üçün pentatonika və natural məqamlar xarakterikdir. Mahnı və rəqslər XII əsrdən populyarlaşan arfa, XV əsrdən əsas milli musiqi aləti olan tuluq zurnası, fidele, viola, skripka ilə müşayiət olunurdu. XII əsrdən professional dini və dünyəvi saray musiqisi inkişaf etməyə başlamış, XIII əsrdə xor məktəbləri yaranmışdı. XVI əsrin birinci yarısında Şotlandiya musiqisi bəstəkarlardan Robert Karver, Robert Conson, Devid Pibls və başqalarının yaradıcılığı ilə bağlıdır. Musiqi sənəti XVII əsrdən yüksəlişə başlamışdır. XVIII əsrdə professional musiqi cəmiyyətləri, xor, orkestrlər və opera birlikləri yaranmışdır. Şotlandiya xalq mahnıları əsasında ilk ballada-opera ("Nəcib çoban", 1725, Allan Ramzey) yaradılmışdır.
Şotlandiya parlamenti
Şotlandiya parlamenti (ing. Scottish Parliament; şot.kelt Pàrlamaid na h-Alba), bəzən Holirud kimi tanınır — Şotlandiyanın 12 May 1999-ci ildə qurulan və milli suverenliyə sahib qanunvericilik orqanıdır. Parlament həmçinin Nazirlər Kabinetini formalaşdırır və ona nəzarət edir.
Şotlandiya teatrı
Şotlandiya teatr — Şotlandiya ərazisində formalaşmış teatr sənəti. Şotlandiyada dram teatrı XVIII əsrin ortalarında meydana gəlmişdir. Edinburq şəhərində 1769-cu ildə "Royyal", 1883-cü ildə "Litseum" teatrları açılmışdır. Truppalar, əsasən ingilis aktyorlarından ibarət idi. Qlazqo şəhərində «Danlop strit tietr» (1782–1863), "Kuin strit tietr" (1805–1829), "Adelfi" (1842–1848) və s. teatrlar fəaliyyət göstərmişdir, 1909-cu ildə rejissor A. Uerrinqin rəhbərliyi ilə "Qlazqo repertuar teatrı" təşkil edilmişdir. Teatr cəmi beş mövsüm fəaliyyət göstərsə də, milli teatr sənətinin formalaşmasında əhəmnyyətli rol oynamışdır. 1921-ci ildə "Şotlavd milli aktyorları" truppası təşkil olunmuşdur. 1939-cu ildə ilk Şotlandiya teatr festivalı keçirilmişdir. 1970–1980-ci illərdə "Travers tietr klab" (Edinburq) və "Klouz studia tietr" (Qlazqo) eksperimental teatrları tamaşalar hazırlamışdılar.
Şotlandiya viskisi
Şotland viskisi (ing. Scotch whisky) — arpadan hazırlanmış viski növüdür. Scotch viskisi Şotlandiyaya xas viski növü hesab olunur. Şotland viskisinin dəqiq yaradılma tarixi məlum deyil, ancaq onun 1494-cü ilə aid olduğu təxmin edilir. 1988-ci ildə parlamentdə hazırlanmış bu qanuna görə Şotlandiyada şotland viskisindən başqa viski hazırlamaq, onu başqa viski ilə qarışdırmaq qadağan olunur.
Şotlandiya çəpərləmələr
Çəpərləmə İngiltərədən xeyli sonra Şotlandiyada başladı və xüsusilə dramatik idi. 1760-cı illərdən bəri bir əsr boyunca qəbilə rəisləri müştərilərini və icarəçilərini (mahiyyətcə kiçik fermerləri) otlaq vadilərindən sahilə qovdular, burada özləri üçün yeni peşələrə yiyələnmək — dəniz yosunu toplamaq təşviq edildi. Deportasiyanın nəticəsi feodal düzəninin və ənənəvi klan sisteminin məhv edilməsi, həmçinin dağlıq ərazilərin Kanada və Avstraliyaya kütləvi köçü idi. Bənzər fenomenlər İngiltərədə uzun müddətdir baş versə də, İsveç dağlıqlarında, təsiri gecikmə və tələskənlik, habelə uzunmüddətli torpaq icarəçilərinin hüquqlarını tənzimləyən Şotlandiya qanunlarının olmaması səbəbindən, icarə hüququ ilə yanaşı, tez-tez bütün əmlaklarını itirdi. Şotlandiya orta əsrlərdən bəri himayə quruluşuna və klan üzvləri arasındakı qohumluq uydurmasına əsaslanan klan sistemi miras aldı. Digər ənənəvi cəmiyyətlərdə olduğu kimi, patron-müştəri münasibətləri torpaq sahibinin kəndlilərə himayədarlıq etdiyini və müharibə dövründə ona sədaqətlə xidmət etdiklərini düşünürdü. XVIII əsrin birinci yarısındakı Yakobit qarışıqlığının yatırılması hökumətin Şotlandiyanı silahsızlaşdırmasını tələb etdi və bununla birlikdə havadarların və müştərilərin hərbi əlaqələri mənasını itirdi. Beləliklə, klan sisteminin dağılması üçün şərait yaradıldı. Devine, Tom. Clanship to Crofters' War: The social transformation of the Scottish Highlands.
Şotlandiya çəpərləmələri

Şotland Riti
Qədim və Qəbul Edilmiş Şotland Nizamnaməsi (ing. Scottish Rite) — Masonluqda dərəcələndirməni ifadə etmək üçün istifadə edilən masonluq ritlərindən biri. Şotland Riti masonlar arasında ən geniş istifadə edilən ritdir.
Şotland dili
Şotland dili — Şotlandiyada ingilis dilindən başqa əsasən iki yerli dildə danışılır, bunların hər ikisi şotland dili adlansa da, bir birindən dil qruplarına görə seçilən iki fərqli dillərdir.
Şotland funtu
Şotland funtu (ş.german Pund Scots, ing. Pound Scots) — Şotlandiya krallığının XII–XVIII əsrlərdə pul vahidi. Hal-hazırda Şotlandiya bankları tərəfindən buraxılan əskinazlar da bəzən "Şotland funtu" adlandırılır. Şotlandiya sikkələrinin buraxılması kral I David dövründə baş tutub (1124–1153-cü illərdə hakimiyyətdə olub). Onlar funt stetrlinq kimi 20 şillinq və 240 pensdən ibarət olub. Şotland funtunun keyfiyyəti aşağı düşdükcə onun ingilis funtuna nisbəti də dəyişirdi. 1603-cü ildə Şotlandiya kralı I Yakov İngiltərənin kralı olduqdan sonra 1 funt sterlinq 12 şotland funtuna bərabər edildi. 1707-ci ildə Uniya haqqında Akt qəbul edildikdən sonra şotland funtu dövriyyədən çıxarıldı. Müstəqil dövlət olmasa da, Şotlandiyanın üç bankı öz əskinazlarını buraxmaq hüququna malikdir. Onlar "Şotland funtu" adlanmasalar da, funt sterlinq kimi nominala malikdirlər.
Şotland maarifçiliyi
Şotlandiya maarifçiliyi, şotland maarifçiliyi və ya Şotland Maarifçilik dövrü (ing. Scottish Enlightenment, ş.german Scots Enlichtenment, şot.kelt Soillseachadh na h-Alba) — Şotlandiya tarixinin XVIII–XIX əsrləri əhatə edən, intellektual və elmi fəaliyyət dalğası ilə səciyyələndirilən dövrü, Maarifçilik dövrünün epizodu. Şotlandlar XVIII əsrdə Avropanın ən savadlı xalqlarından biri idi. Onların ümumi savadlılıq dərəcəsi təqribən 75% idi. Şotlandiya maarifçiliyinin əsas şəxsləri alimlər, mütəfəkkirlər və yazıçılar idi. Şotlandiyanın paytaxtı olan Edinburq şəhərində elmi cəmiyyətlər formalaşmışdı. Şotlandiya mütəfəkkirləri Avropa marrifçiliyinin humanist və rasional fikirlərindən fərqli olaraq, dünya haqqında olan, rasional baxımdan düzgün olmayan ənənəvi anlayışlardan uzaqlaşaraq insan dərrakəsinin fundamental əhəmiyyətini müdafiə etmişdir. Onlar düşünürdülər ki, səbəb ilə irəliləyən insan təbiət və cəmiyyət üçün daha yaxşı dəyişikliklər edə bilər. Bu, Şotlandiya maarifçiliyinin açar amilidir. Maarifçilik Şotlandiyada empirizm və praktikliyi ilə fərqlənirdi.
Şotland milliyətçiliyi
Şotlandiya milliyətçiliyi və ya şotland milliyətçiliyi (ing. Scottish nationalism) — şotlandların vahid millət təşkil etməsi ideyasını elan edən, vahid milli kimliyin yaradılması və saxlanmasını müdafiə edən siyasi-ictimai hərəkatlar toplusu. Şotlandiya milliyətçiləri Şotlandiyanın Birləşmiş Krallıqdan müstəqilliyi uğrunda mübarizə aparır. Şotlandiya millətçiliyi 1920–1970-ci illərdə fəal şəkildə formalaşmış və indiki ideoloji yetkinliyinə 1980–1990-cı illərdə çatmışdır. Millətin mənşəyi, siyasi kontekst və unikal xüsusiyyətlər, o cümlədən gel dili, poeziyası və kinosu şotlandların fərdi kimliyini və milli kimliyini dəstəkləyir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Şotland milliyətçiliyi ilə əlaqəli mediafayllar var.
Ed (Şotlandiya kralı)
Ağ Ed (ing. Áed the White), Ed mak Exdax (şot.kelt Áed mac Echdach), Ed Find (şot.kelt Áed Find; VIII əsr – 778) — Dal Riada kralı (768–778). == Həyatı == Ağ Ed 733-cü ildə vəfat edən III Eoxaydın oğlu idi. Atasının ölümündən çox keçməmiş Dal Riada krallığı piktlərdən asılı vəziyyətə düşmüşdür. Ağ Ed haqda ilk məlumat 768-ci ilə təsadüf edir. "Olster annalları" əsərinə görə, Ağ Edin ordusu ilə pikt kralı I Kiniodun ordusu arasında bir döyüş baş vermişdir. Bu dövrdə Dal Riada özünü piktlərdən azad etmişdir. "Alba krallarının salnaməsi" əsəri Ağ Edin bir çox qanunlar qəbul etdiyini və bu qanunların I Domnallın (Donald) hakimiyyəti dövründə bütün Şotlandiyaya şamil edildiyi haqda məlumat verir, ancaq bu qanunların məzmunu naməlumdur. Ağ Ed 778-ci ildə vəfat etmişdir və Dal Riada taxtını qardaşı II Fergüsə buraxmışdır. == Mənbə == === Ədəbiyyat === Anderson, Alan Orr.