Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ənfal
8-ci surə əl-Ənfal (Qənimət) surəsi (Mədinədə nazil olmuşdur, 75 ayədir.
Bəsirətül-ətfal
Bəsirətül-ətfal - Rəşid bəy Əfəndizadə bir neçə dərslik müəllifidir. Bu dərsliklərdən biri 1898-ci ildə İstanbulda Azərbaycan dilində nəşr olunan “Uşaq bağçasi” haqqında ədəbi və elmi ictimaiyyətə məqalələrimizin birində ətraflı məlumat vermişdik. R.Əfəndizadənin İstanbulda çap olunmuş daha bir dərsliyi də vardır. Bu dərsliyin adı "Bəsirətül-ətfal"dır. "Bəsirət" ərəb mənşəli sözdür, "gözüaçıqlılıq, dərrakəlilik" kimi tərcümə olunur. "Ətfal" da ərəb mənşəlidir, "tifil" (uşaq) sözünün cəmidir. Deməli, "Bəsirətül-ətfal"ı "Uşaqların gözüaçıqlığı, dərrakəliliyi " kimi tərcümə etmək lazımdır. Bu yazımız R.Əfəndizadənin İstanbulda çap olunmuş daha bir dərsliyi haqqındadır. R.Əfəndizadənin bu adda ilk dərsliyi 1901-ci ildə Bakıda çap olunub. XX əsrin əvvəllərində R.Əfəndizadə xalqa və onun məktəbli övladlarına öz sözünü yenə də dərslik vasitəsilə söyləmək qərarına gəlib.
Ənfal Surəsi
8-ci surə əl-Ənfal (Qənimət) surəsi (Mədinədə nazil olmuşdur, 75 ayədir.
Ağsal
Ağsal — Şərur rayonunun Şimal-Şərqində dağ. Ağsal — Culfa rayonunun Ərəfsə kəndi yaxınlığında, Ağsal dərəsində mineral bulaq.
Ağyal
Ağyal — Gədəbəy rayonu ərazisində dağ; Ağyal — Qazax rayonu ərazisində dağ; Ağyal — Tovuz rayonu ərazisində dağ; Ağyal — Zəngilan rayonu ərazisində dağ.
Kefal
Liza (balıq) — kefallar fəsiləsinə aid balıq cinsi. Liza (ad) — qadın adı. Liza (film, 1972) — film. Liza (film, 1978) — film.
Rafal
Rafal (isp. Rafal) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 1,60 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 4181 nəfərə çatmışdır.
İmfal
İmfal - Hindistanın Manipur ştatında şəhər. Həmçinin bu ştatın paytaxtıdır. == İqlimi == İmfal Hindistanın ən şərqində yerləşir. Keppenin iqlimlər təsnifatına görə rütubətli subtropik iqlimə malikdir. Qışları mülayim, qurudur. Ən isti ay iyun, ən soyuq ay isə yanvardır. Şəhərə hər il ortalama 1320 mm yağıntı düşür. Ən yüksək temperatur 35.6 °C 22 may 2009-cu ildə, ən aşağı temperatur isə −2.7 °C 10 yanvar 1970-ci ildə qeydə alınmışdı. == Əhalisi == 2011-ci ilin əhalinin siyahıyaalınması məlumatlarına görə İmfalın əhalisi 264 986 nəfər olmuşdur. Bunlardan 128 931 nəfəri kişi və 136 055 nəfəri isə qadındır.
Ədyal
Ədyal bir növ yataq ləvazimatındandır ki, ümumiyyətlə istifadəçini qızdırmaq üçün xüsusilə də yatmaq vaxtı nəzərdə tutulan böyük bir parçadır.Ədyallar qalınlıq və məqsədlərinə görə döşəkağıları ilə fərqlənir;ən qalın dəşəkağı hələ də ən yüngül ədyaldan daha incədir. Ədyallar ümumiyyətlə, istilik üçün istifadə olunur, halbuki döşəkağıları gigiyena, rahatlıq və estetik üçün istifadə olunur.
Əmsal
Əmsal (lat. co (cum) — "birgə" və lat. efficients — "edən") — dəyişənin qarşısında duran və dəyişənə vurulan ədəd (və ya hərf). Məsələn: 5a, 2d, 6t və s. Burada 5, 2, 6 əmsallardır. Başqa bir nümunə: a x 2 + b x + c {\displaystyle ax^{2}+bx+c} -kvadrat tənlik forması burada a , b {\displaystyle a,b} əmsal, x {\displaystyle x} dəyişən, c {\displaystyle c} isə sərbəst həddir.
Əhval
Əhval — hər hansı bir anda fərdin fiziki və mənəvi vəziyyətinin ümumi psixi göstəricisi; xüsusi hisslərdən və ümumi hisslərdən ibarətdir. Beləliklə, əhval hallarından biri — aclıq hissi — mədədə yerli hisslərdən və bütün bədəndə ümumi qeyri-müəyyən bir hissdən ibarətdir. Əhval fərdin özünü qorumaq instinkti ilə sıx bağlıdır: o, orqanizmə ehtiyaclarını xatırladır və onu təhdid edən təhlükələrə yönəldir. == Əhvalın formalaşması == Xüsusən də əhval rifahdan asılıdır. Əhval yaratmaq üçün hərəkətlərin və şərtlərin dəqiq tərifi yoxdur. Əhval ətraf mühitin və onun doğurduğu emosiyaların qiymətləndirilməsi yolu ilə inkişaf edir, sonra isə əhvalı formalaşdıran öz şəxsi müqəddəratını təyinetmənin təfsiri inkişaf edir. Əhvalın iki fərqli növü var: koqnitiv və affektiv. == Əhvalın subyektiv əsasları == Subyektiv nöqteyi-nəzərdən əhval "hər bir insanın həyatı haqqında düşündüyü və hiss etdiyi hər şeyin əhəmiyyətli olması fikrinə əsaslanır". . Əhval subyektivdir, çünki insan başqa insanlara və cəmiyyətə baxaraq özünü hiss edir. Əhval insanın ehtiyaclarının ödənilmə dərəcəsi ilə də müəyyən edilə bilər, baxmayaraq ki, sırf nəzəri cəhətdən fərdin ehtiyacları və istəkləri heç vaxt tam təmin edilə bilməz.
Ağal
Ağsal dağı
Ağsal dağı — Şərur rayonunu ərazisində, Dərələyəz silsiləsindən şimal-qərbə ayrılan Saraybulaq qolunun cənub-qərb istiqamətli eyniadlı şaxəsində, Arpaçay su anbarının sol sahil yamacında, Mehridərəsi və Şahbulaqdərə çaylarının suayrıcında, Şahbulaq kəndindən 2 km şimal-şimal-şərqdə dağ (hünd. 1928,0 m). Zirvəsi Orta Eosen yaşlı Dərəlik lay dəstəsinin çökmə, yamacları Üst Tabaşirin Gərməçataq lay dəstəsinin terrigen-karbonat süxurlarından təşkil olunmuş günbəzvari sıldırım yamaclı yüksəklikdir. Tektonik cəhətdən Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin şimal-şərq cinahında müşahidə edilən eyniadli sinklinalın nüvə hissəsində yerləşir. Şimal-şərq və cənub-qərb yamaclarında şimal-qərb istiqamətli qırılmalar izlənilir.
Ağsal nekropolu
Ağsal nekropolu — Culfa rayonu ərazisində, Əlincə çayın sağ sahilində, Milax kəndindən şimal-şərqdə Tunc dövrünə aid arxeoloji abidə. Arxeoloqlar Ə.K. Ələkbərovun və O. H. Həbibullayevin məlumatlarına görə, burada vaxtilə böyük nekropol olmuş və oradan boyalı qablar tapılmışdır. Əlincəçayın vadisi şumlanıb əkin sahəsi kimi istifadə edildiyindən nekropolun yerüstü əlamətləri tamamilə itmişdir. Torpaq işləri görülərkən qəbir abidələri dağıdılmış, buradan gil qablar aşkar edilmişdir. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 16.
Cəğal (Maku)
Cəğal — İranın Qərbi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Maku şəhristanının Siyahçeşmə bölgəsinin Bəhbəhcik kəndistanında, Siyahçeşmə qəsəbəindən 20 km şimal-şərqdədir.
Qızılı kefal
Qızılı kefal (lat. Liza parsia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü. == Yayılması == Atlantik okeanında İngiltərədən Cənubi Afrikaya qədər, eləcə də Aralıq, Qara və Azov dənizlərində yayılıb. Xəzər dənizində geniş yayılmışdır. Orta və Cənubi Xəzərin sahilə yaxın yerlərində və habelə Şimali Xəzərin bir sıra rayonlarında yayılmışdır. == Morfoloji əlamətləri == D IV,19, A III 9 şüa var.Pilorik çıxıntıların sayı 7-9-dur. Bədəni uzunsov-girdəvarıdır, burun hissəsi kütdür. Pulcuq örtüyü geri burun dəliyinə qədər çatırsa da rostrumun üzərində pulcuqsuz enli zolaq olur.Bədəni üzərində bir neçə qızılı rəngdə zolaq, qəlsəmə qapağı üzərində isə həmin rəngdə ləkələr olur. Uzunluğu Qara dənizdə 50 sm Xəzər dənizində 55 sm-ə, kütləsi müvafiq olaraq 0,7-5 kq-a çatır,1 2 ilə qədər yaşayır. == Yaşayış yeri və həyat tərzi == Qızılı kefal sırf dəniz balığıdır.
Rafal Poborski
Rafal Poborski (pol. Rafał Poborski; 6 fevral 1976, Varşava) — Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2020-ci ildən). == Həyatı == 6 fevralda 1976-cı ildə Varşavada anadan olmuşdur. 1995–2000-ci illərdə Varşava Universitetinin Etnologiya və Mədəni Antropologiya İnstitutunda təhsil almış və 2002-ci ildə həmin Universitetin Şərqi Avropanın Tədqiqatı üzrə Xüsusi Şərqşünaslıq Tədqiqatları üzrə magistr dərəcəsi almışdır. İsveç Milli Müdafiə Kollecində Avropa təhlükəsizlik siyasəti kursunu bitirmişdir. (2008-ci il). Peşəkar karyerasına Polşa İnformasiya Agentliyi Səhmdar Cəmiyyətində redaktor kimi başlamışdır. Sonra 2000–2003-cü illərdə Varşava Şərqşünaslıq Mərkəzinin Rus bölməsində analitik kimi çalışmışdır. 2003-cü ildən Xarici İşlər Nazirliyi ilə peşəkar əlaqəlidir, burada diplomatik və konsulluq təhsillərindən başlayaraq ta şöbə müdiri, departament direktorunun müavini və Polşa Respublikasının Səfiri vəzifələrinə keçmişdir. Xarici İşlər Nazirliyinin qərargahında Poborski həmçinin çalışmışdır Avropa Departamentində, Şərq Siyasəti Departamentində, eləcə də Təhlükəsizlik Siyasəti Departamentində.
Rəfal Əliyev
Rafael Əliyev (24 may 1984, Horadiz, Füzuli rayonu – 28 sentyabr 2020, Füzuli) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rafael Əliyev 1984-cü il mayın 24-də Horadiz şəhərində anadan olub. 1991–2002-ci illərdə Horadiz şəhərində 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Rafael Əliyev 2002–2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2006-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edirdi. Azərbaycan Ordusunun çavuşu olan Rafael Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rafael Əliyev sentyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Horadiz şəhərində dəfn olunub.
Sivriburun kefal
Sivriburun kefal (lat. Liza saliens) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü. == Yayılması == Atlantik okeanın şərqində Biskay körfəzindən Cənubi Afrikaya qədər və Aralıq,Qara,Azov dənizlərində yayılıb. Xəzərdə, xüsusilə onun cənubi-şərqində və cənubi-qərbində, o cümlədən Qızılağac körfəzində geniş yayılmışdır. == Morfoloji əlamətləri == D IV, 1(8) 9, A III(8) 9 şüa var. Pilorik çıxıntıları 7-9 olur. Burun hissəsi nisbətən kütdür. Pulcuq örtüyü ön burun dəliyindən başlayır. Göz qapağı yoxdur. Quyruq gövdəsi nisbətən hündür və yastıdır.
Zolaqlı kefal
Zolaqlı kefal (lat. Liza tricuspidens) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin kefalkimilər dəstəsinin kefallar fəsiləsinin liza (balıq) cinsinə aid heyvan növü.
Əmral Xəmmədov
Əmral Zaur oğlu Xəmmədov (2 oktyabr 2001; Çaxırlı, İmişli rayonu, Azərbaycan — 15 oktyabr 2020; Hadrut, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əmral Xəmmədov 2 oktyabr 2001-ci ildə İmişli rayonunun Çaxırlı kəndində dünyaya göz açmışdır. Orta təhsilini İmişli rayon Çaxırlı kənd tam orta məktəbində almışdır. == Hərbi xidməti == Əmral Xəmmədov Xüsusi Təyinatlı Dəstələrin əsgəri olaraq xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Əmral Xəmmədov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Murovdağ və Cəbrayıl döyüşlərində vuruşmuşdur. Cəbrayılın girişində bayraq dalğalandırmışdır. Əmral Xəmmədov 15 oktyabr 2020-ci ildə Hadrutun azad olunması uğrunda gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmral Xəmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmral Xəmmədov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Ərdal Çəlik
Ərdal Çəlik (1 yanvar 1988, Qaziantep, Türkiyə) — Azərbaycan əsilli türk futbolçu. == Həyatı == 1988-ci ildə Türkiyənin Qaziantep şəhərində anadan olan müdafiəçinin ata-babaları azərbaycanlıdı. == Karyerası == Mərkəz müdafiəçisi mövqeyində çıxış edən futbolçu 186 sm boyu var. Futbolçu Almaniyanın məşhur Bayern klubunun yetirəmisidi. 2007-ci ilə qədər bu klubda çıxış edən Ərdal daha sonra Regional Liqada Alemanniya (Aahen) və Bayern II-nin formasını geyinib. Daha sonra 3-cü liqa klubu Rot Ahlendə oynayıb. Onun son klubu Türkiyə Bank Asiya liqasında çıxış edən Bucaspor olub. Ötən mövsüm o, bu komandada 8 oyuna çıxıb. 2012-ci ildə Azərbaycanın Sumqayıt klubuna transfer olunub.
Ərdal Öz
Ərdal Öz (26 mart 1935 - 6 may 2006) — türk yazıçısı və naşiri. == Həyatı == Ərdal Öz 1935-ci ildə Sivasın Yıldızeli bölgəsində doğulmuşdur. 1953-cü ildə Tokat Litseyini, 1969-cu ildə Ankara Üniversitetinin hüquq fakültəsini bitirmişdir. Türk Dil Qurumu Yayın Qolunda işə başlamış, Türk Sinematek Dərnəyinin Ankara şöbəsində çalışmışdır. 12 mart 1971-ci il tarixindən etibarən üç dəfə həbs olunmuşdur. Məhkəmə istintaqı nəticəsində azad edilmişdir. Məhbədə olduğu müddətdə Dəniz Gəzmiş və Yusuf Aslan kimi inqilabçı gənclərlə tanış olmuş və onlar haqqında hekayələr yazmışdır. "Cem Yayınevi"nin uşaq kitabları seriyasını redaktə etmişdir. 1980-ci ildə Can Yayınlarını yaratmışdır. Uzun müddət müalicə olunduğu xəstəxanada, ağciyər xərçəngi xəstəliyindən qurtula bilməyib 2006-cı il mayın 6-da saat 17:22-də vəfat etmişdir.
Bahoz Ərdal
Bahoz Ərdal (türk. Bahoz Erdal), həmçinin Fəhman Hüseyn (kürd. Fehman Hûseyn فەهمان حوسێن‎; 3 avqust 1969, Suriya) — kürd hərbi xadimi. O, Kürdüstan Fəhlə Partiyasının (PKK) yüksək komandiridir və əslən Suriyanın Əl-Malikiyyə şəhərindəndir. == Sui-qəsd iddiası == Türkiyənin rəsmi dövlət xəbər agentliyi "Anadolu Agentliyi" və "Daily Sabah"ın verdiyi məlumata görə, Bahoz Ərdal 8 iyul 2016-cı ildə Suriyada öldürülmüşdür. Təl-Hamis Briqadaları adlı rejim əleyhdarı silahlı qruplaşmanın sözçüsü Xalid əl-Həsəkəvi adlı şəxs "Anadolu Agentliyi" müxbirinə bildirmişdir ki, Hüseyn Suriyanın şimalında yerləşən Qamışlı şəhəri yaxınlığında hədəfə alınmışdır. O, 8 iyulda, saat 8:30-da Hüseynin avtomobilinin partladıldığını, mühafizəçiləri də daxil olmaqla 8 nəfərin öldürüldüyünü iddia etmişdir. 12 iyulda "Yeni Şafak" qəzeti bu xəbərin mənbəyi kimi Türkiyənin MİT kəşfiyyat xidmətinə istinadən xəbər yaymışdır. PKK bu iddianı təkzib etmiş və Ərdal 13 iyulda özü radioya müsahibə vermişdir. O, 2017-ci ilin aprel ayında bir videoda görünmüşdür.
Əmsal (ədəbiyyat)
Əmsal (ərəb. أَمْثَال) və ya təkdə Məsel (ərəb. مَثَل), əslində ərəb dilində atalar sözlərini təsvir etmək üçün istifadə olunan ədəbi termindir. Ərəb ədəbiyyatında bu atalar sözlərinin toplandığı Kitâbu'l-Əmsal adlı əsərlər yazılmışdır. Bu səbəbdən də ilkin cəm söz olan əmsal termininin terminologiya kimi işləndiyi müşahidə edilir. == Tərif == Qədim ərəb ədəbiyyatında atalar sözü və idiom anlayışlarını fərqləndirmək üçün konkret meyarlar müəyyən edilməmişdir. Buna görə də məsəl termini qədim zamanlarda həm atalar sözləri, həm də idiomlar üçün işlədilirdi. == Türk Dilindən Ərəb Dilinə Köçürülmüş Atalar Sözləri == Hesab olunur ki, mədəniyyətlərarası qarşılıqlı əlaqə nəticəsində türk dilinə xas olan bəzi atalar sözləri ərəb xalq şivələrinə keçib. Məsələn; "Ayağını yorğanına görə uzat" türk atalar sözü ərəb xalq ləhcələrinə "على قد لحافك مد رجليك" kimi keçmiş ola bilər. Əslində sözügedən atalar sözü qədim türkcədə belə işlənir: Yogurkanda artuk aḍak kösülse üşiyür.
Eqyan
Eqyan (fr. Eyguians, oks. Aiguians) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Laran-Monteqlen kantonuna daxildir. INSEE kodu — 05053. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 243 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 155 nəfər (15-64 yaş arasında) 117 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75.5%, 1999-cu ildə 71.2%). Fəal olan 117 nəfərdən 110 nəfəri (60 kişi və 50 qadın), 7 nəfəri işsizdir (3 kişi və 4 qadın).
Eyfel
Eyfel qülləsi (fr. La Tour Eiffel) — Parisin metaldan hazırlanmış ən məşhur qülləsidir. Qüllə həm də bütün dünyada Fransanın simvoluna çevrilmişdir. "Eyfel" adı qülləyə onu inşa edən memarın - Qüstav Eyfelin (fr. Gustave Eiffel) adından miras qalmışdır. Memar özü isə qülləni "300 metrlik qüllə" adlandırmışdır. Dünyada turistləri özünə cəlb edən məkanlar arasında ön sıralardan birini tutan Eyfel qülləsinə ildə 6 milyon turist baş çəkir. Bütün tarixi boyu isə qülləni görməyə gələnlərin sayı 236 milyonu keçmişdir. Eyfel qülləsi Mars adlanan stadionun yanındakı İen sütunları ilə üzbəüz olan Sena çayının yaxınlığında yerləşir. == Tarixi == Eyfel qülləsi 1887-1889-cu illər arasında Qüstav Eyfelin firması tərəfindən inşa etdirilmişdir və fransız dövrünün 100 illik münasibətilə əlaqədar hazırlanmış mərasimlərə görə tikilmişdir.
İqbal
İqbal — kişi adı.
Əfqan
Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012 – ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25,500,100 (2011 – ci ilin əvvəlinə 24,485,600) nəfər olduğu ehtimal edilir . Ölkə əhalisinin milli tərkibini təşkil edən etnik qruplar : puştunlar, taciklər, həzaralar, özbəklər, türkmənlər, aymaqlar, bəluclar, qızılbaşlar, nuristanlılar, paşayilər və sairədir. == Etnik tərkib == Böyük Sovet Ensiklopediyasının II nəşri, III cildinin (1950-ci ildə çap edilib), 494-cü səhifəsində yazılıb: == Əfqanıstan Türkləri == Əfqanıstanda indiyə qədər bütün ölkəni əhatə edən və nəticələri şübhə doğurmayan siyahıya alma aparılmadığından onun əhalisinin etnik tərkibi haqqında dəqiq məlumatlar yoxdur , bütün rəqəmlər müxtəlif mənbələrin qeyri-rəsmi təxmininə əsaslanır . Pan-İranizm ideyasını bəyənən və ona felən dəstək verən Avropanın "müstəqil sosial təşkilatları" İranda olduğu kimi Əfqanıstanda da Türk kökənli əhalinin sayını öz rəsmi məlumatlarında süni şəkildə azaldırlar . Əksər qərb mənbələrinə əsasən Əfqanıstanda Türk kökənli xalqlar ölkə əhalisinin təxminən 12%-ni təşkil edirlər (özbəklər-9% , türkmənlər-3%) . Ancaq Əfqanıstandakı Türk mənşəli etnik qrupların (əsasən Özbək və Türkmən) liderlərinin iddialarına əsasən həzaralar və çahar aymaqlar daxil edilmədən bütün Türk əsilli xalqlar Əfqanıstan əhalisi içində təxminən 35%-lik paya sahibdirlər (19% – özbəklər, 13% – türkmənlər , 3% – qızılbaşlar , qırğızlar , tatarlar , qaraqalpaqlar , qazaxlar) . Əfqanıstanda Türk toplumunu özbəklər , türkmənlər , qızılbaşlar , qırğızlar , qaraqalpaqlar , qazaxlar , tatarlar əmələ gətirirlər . Özbəklər – Əfqanıstanda puştun və taciklərdən sonra üçüncü ən böyük etnik qrupdurlar . sayları 4,000,000 nəfərdən çoxdur . Türkmənlər – sayları 900,000 nəfərdən çoxdur (bəzi təxminlərə görə 3,000,000 nəfərdir) .
İqal
İqal — Macarıstanın Şomod medyesində yerləşən rayon. İqal Zamardinin 43 km cənubunda yerləşir. İqal spa macəra elementləri olan 12 hovuza malikdir.
Əqda
Əqda - İranın Yəzd ostanının Ərdəkan şəhristanının Əqda bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,583 nəfər və 432 ailədən ibarət idi.
Egedal FK
Egedal İdman Klubu — Danimarkanın 2-ci divizionunda çıxış etmiş və Egedal şəhərini təmsil etmiş peşəkar Danimarka futbol klubudur. Klub 2011-ci ilin iyul ayında Stonlose və Olstikke klublarının birləşməsi nəticəsində təsis edilmişdir. Klub 2015-ci ilin iyun ayında bağlanmışdır.
Elfak Daşdəmirov
Elfak Daşdəmirov (26 aprel 1996, Qazax rayonu – 26 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elfak Eltun oğlu Daşdəmirov 1996-cı il aprelin 26-da Qazax rayonunun Fərəhli kəndində anadan olub. 2002-2011-ci illərdə K. Kərimov adına Fərəhli kənd orta məktəbində, 2011-2013-cü illərdə isə Qazax şəhərində S. Vurğun adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. 2013-2017-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ali təhsil alıb. Subay idi. == Hərbi xidməti == Elfak Daşdəmirov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Elfak Daşdəmirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elfak Daşdəmirov oktyabrın 26-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Qazax rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elfak Daşdəmirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Elfaq Hüseynov
Elfaq Hüseynov (15 iyul 1969 – 27 may 1993, Gədəbəy) — Azərbaycanlı şəhid. == Həyatı == Hüseynov Elfaq Oruc oğlu 1969-cu ildə iyulun 15-də Gədəbəy rayonunun Qaraməmmədli kəndində anadan olmuşdur. Elfaq orta məktəbdə oxuyarkən öz yaşıdlarından sakit təbiəti, elmə həvəsi ilə fərqlənirdi. Valideynləri ona böyük ümüd bəsləyir, dərsləri ilə məşğul olması üçün hər cür şərait yaradırdılar. Orta məktəbi qurtardıqdan sonra, Sovet ordu sıralarında hərbi xidmətini yerinə yetirib təhsilini Azərbaycan Texniki Universitetində davam etdirirdi. Texniki Universitetin IV kurs tələbəsi idi. O, ermənilərin vəhşiliklərinə dözməyib könüllü batalyona yazıldı. Gənc leytenantın döyüş yolu Başkəndin alınmasından başlandı. Yoldaşları arasında cəsurluğu və hərbi intizamı ilə seçilən bu Vətən oğlu neçə-neçə qanlı döyüşdə düşmənə ağır itgilər vermişdi. 1993-cü il may ayının 27-si qəhrəmancasına şəhid olmuşdur.
Elfaq Nağıyev
Elfaq Azad oğlu Nağıyev (26 dekabr 1996, Parakənd, Gədəbəy rayonu – 21 oktyabr 2020, Xocavənd rayonu) - Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elfaq Nağıyev 1996-cı il dekabrın 26-da Gədəbəy rayonunun Parakənd kəndində anadan olub. 2003—2011-ci illərdə kəndin tam orta məktəbində təhsil alıb. 2012—2016-cı illərdə Şamaxı rayonu Humanitar Kollecində "Bədən tərbiyəsi müəllimliyi" ixtisası üzrə ali təhsil alıb. Nişanlı idi. == Hərbi xidməti == Elfaq Nağıyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016—2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun giziri Elfaq Nağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Hadrut əraziləri və bir neçə strateji yüksəkliklərin azad olunması uğrunda gedən döyüşlərdə şücaət göstərib. Oktyabrın 9-da Hadrut qəsəbəsinə bayraq sancan əsgərlərdən biri olub. Elfaq Nağıyev oktyabrın 21-də Xocavənd rayonu ərazisində gedən döyüşlərdə şəhid olub.