Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mirzə Əbutalib Zəncani
Mirzə Əbutalib Zəncani (fars. میرزا ابوطالب زنجانی‎) — hüquqşünas və şiə alimi. Mirzə Əbutalib Zəncani 10 dekabr 1843-cü ildə Zəncanda dünyaya gəlmişdir. Səfəvilər dövründən onun ata tərəfindən olan əcdadları Zəncan şəhərinin münsif və mərcə alimlərindən idilər. O, Zəncanda təhsilə başlamış, sonra Qəzvin və Nəcəfdə təhsilini Şeyx Mürtəza Ənsari, Şeyx Razi və Seyid Hüseyn Kuhkəməri Təbrizinin yanında davam etdirimişdir. 40 yaşında İrana qayıtmış və Tehranda məskunlaşmışdır. Seyid Hüseyn Kuhkəməri Təbrizinin tanınmış şagirdi olaraq, kargüzarlıq dairələrinin mərkəzində olmuşdur. Vaxtının çoxunu dərs deməyə və dini kitablar yazmağa həsr etmişdir. Əvvəlcə Məşrutə hərəkatının tərəfdarı olsa da, sonra kralpərəstlərə qoşulmuşdur.16 mart 1911-ci ildə Tehranda vəfat etmiş, Məşhəddə dəfn olunmuşdur. Azərbaycan və fars dilləri ilə yanaşı, fransız, ərəb və osmanlı dillərini də bilmişdir.
Hacı Mir Əbutalib xan Qarabaği
Abutalıb Abdullayev
Abutalıb Mir Ağa oğlu Abdullayev (iyun 1912, Bakı – 2 aprel 1980, Bakı) — Azərbaycan-sovet dövlət və təsərrüfat xadimi, Azərbaycan SSR mənzil-kommunal təsərrüfatı naziri (1954–1963), 1958–1976 illərdə Azərbaybaycanın qazlaşdırılması prosesinə rəhbərlik etmiş şəxs. == Həyatı == 1912-ci il iyun ayında Bakı şəhərində anadan olub. İçəri şəhərin "Ağşalvarlılar" məhəlləsindən idi. Atası Mir Ağa matros idi, Abutalıbın erkən yaşlarında rəhmətə getmişdir. Onu anası Bilqeys böyütmüşdür. 1920-ci ildə məktəbə daxil olaraq, 1926-cı ildə 9 saylı Bakı beşillik məktəbi bitirib. O ildə də Sənaye texnikumuna qəbul edilib. Texnikumu bitirəndən sonra 1931-ci ildə "Leninneft" neft-qaz trestinin qaz kontorunda texnik vəzifəsinə təyinat alır. 1931-ci ildə istehsalatdan ayrılmadan Azərbaycan Sənaye İnstitutunda təhsilini davam etdirir. 1933-cü ildə Bakı Şəhər Sovetinin qazlaşdırma şöbəsində texnik, sonra mühəndis vəzifələrində işləyir.
Abutalıb Cəlilov
Abutalıb Cəlilov (17 iyul 1950, Bakı) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Slavyan ölkələri tarixi kafedrası"nın müdiri, dosent, Əməkdar müəllim (2019). == Həyatı == 17 iyul 1950-ci ildə Bakı şəhərində anadan olmuşdur. === Təhsili === 1968–1973-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almışdır. 1981-ci ildə Moskva Dövlət Tarix-Arxiv institutunda "1920–1932-ci illərdə Azərbaycan neft sənayesinin idarəçiliyinin təşkili" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. == Elmi fəaliyyəti == 1973-cü ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra Tarix fakültəsində baş laborant, müəllim, baş müəllim işləmiş və hal-hazırda dosent vəzifəsində çalışır. 1979-cu ildən Tarix fakültəsinin "Slavyan ölkələri tarixi" kafedrasında çalışır. "Slavyan ölkələri tarixi" fənnini tədris edir. Tədris etdiyi fənn slavyan xalqlarının qədim, orta əsrlər və yeni dövrünü əhatə edir. 30-dan artıq məqalənin müəllifidir. === Tədris etdiyi fənlər === Slavyan ölkələri tarixi qədim və yeni dövrləri əhatə edir.
Abutalıb Qafurov
Abutalıb Qafuroviç Qafurov (lak. Гъапуров, АбутӀалиб, 21 noyabr 1882-1975) - Lak şairi. Dağıstan Muxtar Sovet Sosialist Respublikasının xalq şairi. == Həyatı == Abutalıb Qafuroviç Qafurov 1882-ci il noyabrın ayının 21-də Qazıqumux dairəsinin Şuni kəndində kasıb kəndli ailəsində anadan olmuşdur. Gənclik illərində sənətkarlığın bir çox sahəsi ilə məşğul olan Abutalıb Qafurov, Qafqazın bir çox şəhərlərində olur. O, Gürcüstanda, Çariçino, Həştərxanda, Gəncədə, Bakıda sərgərdan həyatı yaşayır. Rusiyada vətəndaş müharibəsi zamanı Qırmızıların tərəfinə keçərək, partizan dəstəsində döyüşür. Abutalıb Qafurov partizan dəstəsində həm musiqiçi, həm də adi döyüşçü kimi mübarizə aparır. Sovet və Ağ qvardiyaçıların işğalına qarşı mübarizə aparan İmam Nəcməddin Qotsinskinin hərbi birləşmələri ilə mübarizədə iştirak edir. Abutalıb Qafurov Rəsul Həmzətovun "Dağıstanım" romanının əsas personajlarından biridir.
Abutalıb Qasımov
Qasımov Abutalıb Ağa oğlu (25 may 1956, Culfa rayonu – 11 dekabr 2018) — Naxçıvan Muxtar Respublikasının Təhsil Naziri (1994–1995), Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini (1995–2000) == Həyatı == Abutalıb Qasımov 1956-cı il may ayının 25-də Culfa rayonunun Saltaq kəndində anadan olub. 1963–1973-cü illərdə orta məktəbdə təhsil alıb və oranı fərqlənmə attestatı ilə bitirib. 1974-cü ilin dekabr ayından 1975-ci ilin iyul ayına qədər Naxçıvan Dövlət Pedoqoji İnstitutunun hazırlıq şöbəsində oxumuşdur. 1975-ci ilin avqust ayından 1979-cu ilin dekabr ayınadək Naxçıvan Dövlət Pedoqoji İnstitunun Tarix fakültəsində təhsil almış və buranı fərqlənmə diplomu ilə bitirmişdir. 1988-ci ildə Azərbaycan EA Tarix İnstitutunun aspiranturasında qiyabi yolla təhsilini başa vurmuş, namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. Abutalıb Qasımov 11 dekabr 2018-ci ildə qəflətən dünyasını dəyişmişdir. == Fəaliyyəti == 1973-cü ilin sentyabr ayından 1974-cü ilin dekabr ayına qədər Culfa rayonunun C. Cabbarlı adına kolxozunda fəhlə işləyib. 1979-cu ilin avqust ayından 1984-cü ilin avqust ayınadək Culfa rayonunun Saltaq kənd orta məktəbinin tarix müəllimi, 1984-cü ilin sentyabr ayından 1990-cı ilin iyul ayınadək həmin məktəbin direktoru işləmişdir. 1991-ci ilin avqust ayından 1994-cü ilin oktyabr ayınadək Naxçıvan Dövlət Unversitetində elmi katib, Azərbaycan tarixi kafedrasında baş müəllim, 1995-ci ilin dekabr ayından isə həmin kafedranın dosenti vəzifəsində işləmişdir. === Siyasi fəaliyyət === 1990-cı ilin iyun ayından 1991-ci ilin iyun ayınadək Culfa rayon Partiya Komitəsində şöbə müdiri, 1991-ci ilin iyun-avqust aylarında isə Naxçıvan Dövlət Universitetində ilk partiya təşkilatı katibi olaraq çalışmışdır.
Abutalıb Səmədov
Abutalıb Qəmbər oğlu Səmədov (19 fevral 1961, Tovuz) — Azərbaycan siyasətçisi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini (2008–2016), Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri (2006–2008), Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, Azərbaycan Naminə Alyans Partiyasının sədri (1994–2023). == Həyatı == 1961-ci il fevralın 19-da Tovuz şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus dilini bilir. Evlidir, 3 övladı var == Siyasi fəaliyyəti == 1992–1993-cü illərdə Azərbaycan Milli İstiqlal Partiyasının yaradılması prosesində iştirak edib və Sumqayıt şəhər təşkilatının sədri olub. 1993-cü ilin mayında partiya üzvlüyündən çıxıb. 1994-cü ilin oktyabrında Azərbaycan Naminə Alyans Partiyasının təşkilat komitəsinə rəhbərlik edib və partiyanın sədri seçilib. 1997–1998-ci illərdə Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini işləyib. 1990, 1995, 2000-ci illərdə parlament seçkilərində namizəd kimi iştirak edib, 2001-ci il yanvarın 7-də 99 saylı Şəmkir şəhər seçki dairəsindən deputat seçilmişdir Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü olmuşdur. 2006–2008-ci illərdə Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsində fəaliyyət göstərmişdir.
Abutalıb Əbilov
Abutalıb Əbiloviç Əbilov (1920 – 2012, Mahaçqala) — Sovet və Rus tarixçisi, Dağıstan Dövlət Universitetinin qurucusu və ilk rektoru, RSFSR-in əməkdar elm xadimi, Rusiya Federasiyası Ali Məktəbinin əməkdar işçisi, professor, tarix elmləri doktoru. == Həyatı == Abutalıb Əbilov 1920-ci ildə Kürə dairəsi Ulluqataq kəndində (indiki Süleyman-Stalski rayonu) anadan olub. Atası Abil Qyukyuloviç Abilov çətin iqtisadi vəziyyətə görə ailəsini dolandırmaq üçün Bakının neft mədənlərində işləməyə məcbur olur. 1929-cu ildə atasının istəyi ilə Abutalıb məktəbə yollanır. 1936-cı ildə Uluqataq yeddiillik məktəbini bitirib və həmin il Dərbənd Kənd Təsərrüfatı Texnikumuna daxil olur. Mükəmməl akademik müvəffəqiyyət üçün müəllimlər şurasının qərarı ilə Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasına qəbul edildi. Ancaq Böyük Vətən müharibəsinin başlaması səbəbindən təhsilini bitirə bilmədiyi üçün Abutalıb Dağıstana qayıtdı və Süleyman Stalski adına Pedaqoji İnstituta daxil oldu. O, 1943-cü ildə institutu qiyabi olaraq tamamlayır. == Karyerası == 1943-cü ilin mayında Sov.İKP (b) Kasumkent rayon komitəsinin təbliğat və təşviqat şöbəsinə rəhbərlik etdi. 1944-cü ilin sentyabrında Komsomol rayon təbliğat və təşviqat komitəsinin katibi təyin edildi.
Qarmonçu Abutalıb
Qarmonçu Abutalıb (doğum adı:Abutalıb Kərbəlayı Muxtar oğlu Yusifov; 1884 – 1937) — tanınmış xalq çalğıçısı, qarmon ustası və tarzən. Abutalıb Kərbəlayı Muxtar oğlu Yusifov 1884-cü ildə Şuşa şəhərində anadan olub. Abutalıbın atası Kərbəlayı Muxtar uzun illər məşhur mərsiyəxan və xanəndə olmuş, tarzən Əli Əsgər ilə birlikdə Qarabağ-İran məclislərində çıxış etmişdir. Artıq Abutalıb iyirmi yaşında kamil bir qarmonçu kimi xalq şənliklərində şöhrət qazanır. Eyni zamanda o, tar çalmağı da öyrənir. Beləliklə, istedadlı çalğıçı toylarda qarmonda oyun havalarını çalmaqla, xanəndəni də sədəfli tarında müşayiət edərdi. Atası vəfat etdikdən sonra Abutalıb məşhur xanəndə Məşədi Məmməd Fərzəliyevlə birlikdə Gəncəyə, oradan Tiflis şəhərinə gedir. O, Tiflisdə verilən teatr tamaĢalarında, «şərq konsertləri»ndə, ədəbi gecələrdə yaxından iştirak edir, çoxmillətli Tiflis tamaşaçılarının hədsiz hörmət və rəğbətini qazanır. Dərin lirizm, zərif duyğu, incə zövq, zəngin xallar, şirin barmaqlar Abutalıbın çalğısı üçün ən səciyyəvi cəhətlər idi. Abutalıbı həmkarlarından ayıran cəhətlərdən biri də onun xalq musiqisinin ən incə nöqtələrini dərk etməsi,şirin və duzlu çalğısı ilə dinləyicini məsti-xumar etməsi, səhnə mədəniyyəti idi.
Məşədi Abutalıb hamamı
Məşədi Abutalıb hamamı — Astara rayonunun Pensər kəndində yerləşən XIX əsrə aid tarix-memarlıq abidəsidir. Hamam 1886-cı ildə kənd xeyriyyəçisi olan Məşədi Abutalıbın sifarişi ilə inşa edilmiş və kənd sakinlərinin istifadəsinə verilmişdir. Bundan əlavə Məşədi Abutalıb kəndin ərazisində iki binadan ibarət bir məscid də tikdirib. Hamam iki hissədən ibarətdir. Giriş hissəsində, binanın ortasında hovuz var. Hovuzun kənarlarında daşdan hörülmüş kürsü, kürsünün içində isə yarımdairəvi taxçalar vardır. Hamam 1886-cı ildə kənd xeyriyyəçisi olan Məşədi Abutalıbın sifarişi ilə inşa edilmiş və kənd sakinlərinin istifadəsinə verilmişdir. 1855-ci ildə Astara rayonunun Pensər kəndində anadan olmuş Məşədi Abutalıb Hazı Cahangir oğlu öz dövrünün tanınmış tacirlərindən olub və ömrünün çox hissəsini ticarətlə keçirib. O, hamamın tikilməsi üçün Cənubi Azərbaycandan ən səriştəli ustaları Astaraya dəvət edərək bina tikilməsini sifariş edib. Məşədi Abutalıb hamamın tikintisində atasının həyətindəki kərpic kürəsində kəsilən kərpiclərdən, yumurta sarısı və külün qarışığından alınan məmulatdan istifadə etməyi üstün tutub.
Mütalib Mitarov
Mütalib Mitaroviç Mitarov (23 fevral 1920 - 11 mart 2011) - Tabasaran şairi və yazıçısı, Dağıstanın xalq şairi. 2005-ci ildə “Sətirlərdə ömür” kitabına görə ədəbiyyat sahəsində Dağıstan Respublikasının Dövlət Mükafatı laureatı. Mütalib Mitarov 1920-ci ildə Dağıstan Respublikasının Xiv rayonunun Kondik kəndində anadan olub. Baqautdin Mitarov Mütalib Mitarovun kiçik qardaşıdır. Mitarov Böyük Vətən müharibəsində iştirak edib, Şimal cəbhəsində vuruşub. Müharibədə əlil olaraq vətəninə qayıdır. Mütalib Mitarov Pedaqoji Texnikumu və Ali Partiya Məktəbini bitirmiş, daha sonra o, müxtəlif partiya və sovet vəzifələrində çalışmışdır. O, “Bilik” cəmiyyətində Xiv rayon komsomol komitəsinin birinci katibi, Sov.İKP Tabasaran rayon komitəsinin birinci katibi, respublikanın məişət xidməti naziri, Dağucpəqızın direktoru, o cümlədən Respublika Ədəbiyyat Muzeyinin direktoru vəzifələrində çalışmışdır. Mütalib Mitarovun ilk nəşri 1937-ci ildə “Qırmızı Tabasaran” qəzetində çap olunub. Mitarovun ilk şeirlər kitabı “Xoşbəxtlik” adlanır.
Mütalib Xudiyev
Butalı islimilər
Butalı islimilər — üzəri buta rəsmi ilə bəzənən islimi elementinə deyilir. Butalı islimilər Azərbaycan memarlıq (daş, kəc və kaşı) bəzəklərində daha çox yayılmışdır == İstinadlar == .
Butalı xalçaları
Butalı xalçaları — Quba xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.