Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
ƏDV
Əlavə dəyər vergisi (ƏDV) — istehlak vergisinin növü. Bu vergi məhsula və ya materiala hər bir istehsal və çatdırma (distribusiya) mərhələsində əlavə olunan bazar dəyərinə qoyulur, və axırda istehlakçının üzərinə düşür. Bu satış vergisindən fərqlidir, çünki satış vergisi alış-veriş nöqtəsində götürülür. Fransanın Vergi Vəkalətinin (Direction générale des impôts) birgə direktoru Maurice Lauré 1964-cü ildə aprelin 10-da bu vergini ilk dəfə tətbiq edən olub, baxmayaraq ki bu konsepti 1918-ci ildə təklif edən alman sənayeçi Vilqeym fon Simens (Wilhelm von Siemens) olub. İlkin olaraq o böyük bizneslərə yönəldilmişdir, amma sonra biznesin bütün sahələri əhatə edib. Fransada o dövlət gəlirlərin 50%nı təşkil edən dövlət maliyyənin vacib mənbəyidir. Fərdi axrıncı istehlakçılarda ƏDV-ni geri qaytarmaq imkanı yoxdur, amma müəssisələr təchizat zənciri çərçivəsində alınan və növbəti mərhələrə satılan (digər müəssisəyə və ya istehlakçılara) məhsullar və xidmətlər üçün ödənilmiş ƏDVni geri ala bilərlər. O cümlədən təchizat zəncirin hər bir mərhələsində vergi biznes tərəfindən əlavə olunan dəyərin daimi hissəsidir, və verginin yığması ilə bağlı xərclər dövlətə yox, daha çox bizneslərə düşür. ƏDV ona görə yaradılıb ki, yüksək satış vergiləri onlardan qaçmağa və fırıldaqlığa səbəb olurdu. Verginin tənqidçiləri qeyd edir ki, o qeyri-proporsional olaraq aşağı və orta gəliri olan ev təsərrüfatları üçün vergi ağırlığını artırır.
Elüvi
Elüvi — əsas süxurların aşınma məhsulunun əmələ gəldiyi əvvəlki yerində qalan hissəsidir. Elüvi aşınma qabığını əmələ gətirir.
Duvr
Duvr (ing. Dover [ˈdoʊvər], fr. Douveres, lat. Dubris) — Böyük Britaniyanın Kent qraflığında liman qəsəbə və eyniadlı rayonun inzibati mərkəzi. Qəsəbə Duvr boğazının (və ya Pa-de-Kale boğazı) sahilində, Kenterberi şəhərinin cənub-şərqində, Meydston qəsəbəsinin şərqində və Hastinqs qəsəbəsinin şimal-şərqində yerləşir. Qəsəbənin sahilində yerləşən təbaşir uçurumlar "Duvrın Ağ Uçurumları" adlanır. Qəsəbənin strateji mövqeyi tarixi boyu bəllidir. Arxeoloji tapıntılar ərazinin Britaniyaya daxil olan və tərk edən xalqlar üçün vacib olduğunu aşkar etmişdir. Qəsəbənin adı Daur çayından gəlir. Arxeoloji tapıntılar qəsəbənin daş dövründən bəri əhaliyə malik olduğunu sübut edir.
Arctium edule
Eduin Quero
Eduin Estiver Quero Albarrakin (22 aprel 1997-ci ildə anadan olub) — Venesuela Primyera Diviziya təmsilçilərindən olan Deportivo Taçira klubunda müdafiəçi kimi çıxış edən peşəkar Venesuela futbolçusudur. == Milli karyerası == Quero Venesuelanın U-20 millisi ilə 2017 FİFA U-20 Dünya Çempionatında iştirak etmişdir.
Saccharum edule
Saccharum edule (lat. Saccharum edule) — qırtıckimilər fəsiləsinin şəkərqamışı cinsinə aid bitki növü.
Solanum edule
Solanum sisymbriifolium (lat. Solanum sisymbriifolium) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin quşüzümü cinsinə aid bitki növü. Solanum balbisii (Dunal) Solanum balbisii var. bipinnata (Hook.) Solanum balbisii var. oligospermum (Sendtn.) Solanum balbisii var. purpureum (Hook.) Solanum bipinnatifidum (Larrañaga) Solanum brancaefolium (Jacq.) Solanum decurrens (Balb.) Solanum edule (Vell.) Solanum formosum (Weinm.) Solanum inflatum (Hornem.) Solanum opuliflorum (Port. ex Dunal (nomen nudum)) Solanum rogersii (S.Moore) Solanum sabeanum (Buckley) Solanum sisymbriifolium lapsus Solanum subviscidum (Schrank) Solanum thouinii (C.C.Gmel.) Solanum viscidum (Schweigg.) Solanum viscosum (Lag.) Solanum xanthacanthum (Willd. ex Walp. (nomen nudum)) Solanum sisymbriifolium notst purpureiflorum (Dunal) Solanum sisymbriifolium forma albiflorum (Kuntze) Solanum sisymbriifolium var. bipinnatipartitum (Dunal) Solanum sisymbriifolium var.
Viburnum edule
Viburnum edule (lat. Viburnum edule) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü.
Calophyllum edule
Garcinia intermedia (lat. Garcinia intermedia) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin kluzikimilər fəsiləsinin qarsiniya cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Rheedia intermedia Pittier === Heterotipik sinonimləri === Calophyllum edule Seem. Rheedia edulis (Seem.) Planch. & Triana Rheedia tonduziana Engl.
Eduar Anri Avril
Edouard Henri Avril (fr. Édouard-Henri Avril, adətən Paul Avril imzasından istifadə etmişdir) (21 may 1849, Əlcəzair, Fransa – 28 iyul 1928) — erotik ədəbiyyat illüstrasiyaları ilə tanınan fransız rəssamıdır. == Bioqrafiyası == Eduard Henri Avril 21 may 1849-cu ildə Əlcəzairdə anadan olub. Atası jandarm polkovniki idi. Gəncliyində atasının yolu ilə getmək istəmiş, 51-ci xətti piyada alayının tərkibində Fransa-Prussiya müharibəsi döyüşlərində iştirak etmiş, kiçik leytenant rütbəsinə qədər yüksəlmiş, 31 may 1871-ci ildə müharibə zamanı aldığı xəsarətlərə görə Fəxri Legion ordeni ilə təltif edilmişdir. 1872-ci il yanvarın 23-də aldığı yaraların ağırlaşmasına görə hərbi xidmətdən getməli olmuşdur. 22 yaşında təqaüdə çıxdıqdan sonra yeni bir peşə axtarışında olmuş, müxtəlif Paris seks salonlarında incəsənət sahəsini öyrənməyə başlamışdır. İşinin qeyri-etik olmasına və Paul Avril təxəllüsü ilə əsərlərini hazırladığı üçün onun tərcümeyi-halı haqqında çox az şey məlumdur. Onun Pol-Viktor Avril olan təxəllüs adı həm rəssam, həm də oymaçı kimi işləyən qardaşı ilə səhv salınmamalıdır. 1874–1878-ci illərdə Parisdə Gözəl Sənətlər Məktəbində təhsil almışdır.
Duva xan
Duva xan (1282 – 1307) — Cığatay xanlığının xanı, Cığatay xanın törəməsi. == Həyatı == Buğa-Teymur xanın ölümündən sonra Duva xan onun yerinə Cığatay xanlığı hakimi məqamına gəlmişdir. Kaydu xanın yarlığı ilə Cığatay ulusunun başına keçən Duva xan, Barak xanın oğullarındandır. Onun səltənəti boyunca Cığatay xanlığı üst-üstə gələn təxribat, yağma və qətli-amların meydana gətirdiyi yaraları müalicə etməyə çalışmışdır. Duva xan harap şəhərləri təmir edərkən Əndican adında yeni bir şəhər qurmuşdur. Hər nə qədər bu imar-inşaat işləri Məsud bəy tərəfindən edilmiş və Kaydu xana bağlı olaraq yürütülmüşsə də, nəticə etibariylə öz xanlıq sahəsi Duva xan ilə hüzura kavuşmuştur. 1272-ci ildə Buxaranın təxribi sırasında yıxılan yerlər təkrar canlanmış, Abaqa zamanında təxrib edilən Məsudiyə mədrəsəsi yenidən inşa edilmişdir. Kubilay qaan bu dönəmdə Kaydu və Duva arasındakı ittifaqa qarşı ciddi bir təərrüzü gözə almamışdır. Bu durumdan istifadə edən Duva xan, Xorasan hüdudunu əmniyətə almış hətta Qəznə daxil Hindistana qədər olan bölgələri xanlığı sınırlarına daxil etmişdir. Ancaq Kubilayın törəmələrindən Olcaytu Teymur Qağanın diqqəti Kaydu ilə Duva arasındakı ittifaqa yönəlmişdir.
Duvr (En)
Duvr (fr. Douvres) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Amberyo-an-Byuje kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01149. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 962 nəfər təşkil edirdi.
Tayo Edun
Adetayo Oluvatosin Olusequn Edun (14.5.1998) — Fulhem klubundan icarə əsasında Çempionşip təmsilçilərindən olan İpsviç Taun klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusudur. Edun Londonun İslinqton bölgəsində anadan olmuşdur. O, Enfild Gimnaziyasında təhsil almışdır. Edun öz peşəkar karyerasında debütünü 9 avqust 2016-cı ildə Fulhem klubu ilə Liqa Kubokunda Leyton Orient klubuna qarşı oyunda etmişdir. 3 avqust 2018-ci ildə Edun Çempionşip təmsilçilərindən olan İpsviç Taun klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. Edun İngiltərədə anadan olmuşdur. Valideynləri isə Sent-Vinsent və Qrenadin və Nigeriya vətəndaşlarıdır. O, İngiltərə millisinin U-17, U-18, U-19 və U-20 yığmalarında çıxış etmişdir. Edun İngiltərə U-17 millisinə 2015 UEFA Avropa U-17 Çempionatı və 2015 FİFA Dünya U-17 Çempionatında iştirak etmək üçün dəvət almışdır. Edun İngiltərə U-19 millisinə 2017 UEFA Avropa U-19 Çempionatında iştirak etmək üçün dəvət almışdır.
Əl-Əfuv
Əl-Əfuv (ər. العفو) — Allahın adlarından biri. Əgər yaxşı bir əməli aşkara çıxarsanız, yaxud onu gizlətsəniz və ya bir pisliyi əfv etsəniz (Allah onları bilər). Həqiqətən, Allah bağışlayandır, qüdrət sahibidir! (Nisa Surəsi, 149) İnsan, yaradılış etibarıyla səhv etməyə meylli varlıqdır. Hər an, bir çox mövzuda qüsurlu düşünə bilər, səhv bir qərar verə bilər, xətalı rəftar göstərə bilər. Ancaq insanı yaradan və ondakı bu çatışmamazlıqları bilən Allah, edilən səhvləri də əfvedicidir. Allahın "əfvediciliyi" olmasa heç bir insanın cənnətə girməyi mümkün olmazdı. Bu gerçəyə Quranda açıqça diqqət çəkilmişdir: Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən müddət (ömürlərinin sonunadək) möhlət verər.
Eduar Druen de Lüis
Eduar Druen de Lüis (fr. Édouard Drouyn de Lhuys; 19 noyabr 1805[…], Paris – 1 mart 1881[…], Paris) — Fransa diplomatı, siyasətçi və dövlət xadimi. O, dörd dəfə (fasilələrlə) Fransanın xarici işlər naziri vəzifəsində çalışmışdır. O, İyul monarxiyası dövründə Madriddə müvəqqəti işlər vəkili, sonra Deputatlar Palatasının üzvü olmuş və burada Fransua Gizonun siyasətinə qarşı çıxmışdır. Fransada fevral inqilabından sonra əvvəlcə təsisçi, sonra qanunverici məclisin üzvü olmaqla həmişə sağdan səs vermişdir. Druen de Lüis Lui Napoleonun ilk kabinetində xarici işlər naziri olduqdan sonra prezidentin Roma Respublikasına qarşı siyasətini dəstəkləmiş, papa hakimiyyətinin bərpasının tərəfdarı olmuşdur. 1849-cu ildə portfelini Aleksis de Tokvilə təhvil vermiş, Londona səfir kimi getmişdir. Buna baxmayaraq, o, tezliklə geri qayıtmış və 24 yanvar 1851-ci ildə əvvəlki vəzifəsinə qayıtmışdır. 128 iyul 1852-ci ildə Lui-Feliks-Etyen de Türqodan sonra yenidən Xarici İşlər Nazirliyinin rəhbəri olmuşdur.
Eduvil (Val-d'Uaz)
Eduvil (fr. Hédouville) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Valle-dü-Sosseron. Əhalisi — 282 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 36 km şimalında, Serji bələdiyyəsinin 16 km şimal-şərqində yerləşir.
Viburnum opulus var. edule
Viburnum edule (lat. Viburnum edule) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin başınağacı cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Viburnum opulus var. edule Michx. === Heterotipik sinonimləri === Viburnum acerifolium Bong. Viburnum eradiatum (Oakes) House Viburnum opulus var. eradiatum Oakes Viburnum pauciflorum Bach.Pyl. ex Torr.
Duvr Atletik FK
"Duvr Atletik" FK (ing. Dover Athletic F.C.) — İngiltərənin Kent qraflığının Duvr şəhərini təmsil edən futbol klubu. Klub 1983-cü ildə, şəhərin əvvəlki təmsilçisi "Duvr"un dağılmasından sonra yaradılıb. "Duvr Atletik" 1989–1990 mövsümündə Cənub liqası çempionatının qalibi olsa da, Milli liqaya yüksələ bilməyib. Buna səbəb, klubun stadionunun tələb olunan standartlara uyğun gəlməməsi olub. Üç mövsüm sonra komanda yenidən Cənub liqasında qələbə qazanmış və bu dəfə Milli liqaya yüksələ bilmişdir. Klub burada doqquz mövsüm keçirdikdən sonra yenidən Cənub liqasına yuvarlanıb. "Duvr Atletik" 2008-ci ilin aprelində Birinci divizionun cənub çempionatının qalib olmuş və İstmiy liqasının premyer-divizionuna yüksəlmişdir. Klub növbəti il bu divizionun çempionatının qalibi olub və Cənub Milli liqasına yüksəlib. Komanda bu səviyyədə beş mövsüm keçirib.
.edu
Ölkələrin İnternet Kodları ölkə və ya müstəqil ərazi tərəfindən istifadə edilən domen kodlarıdır. Bu kodlar iki hərfdən ibarət olub, əksəri İSO 3166–1 alfa-2 ölkə kodlarına uyğun gəlir. Ümumiyyətlə 243 ölkə internet kodları var. Hər ölkə öz domen kodu üçün qaydalar təyin edir. Bəziləri hətta digər istifadəçilərə həmin ölkənin domen kodunan istifadə etməyə icazə verir, məsələn Avstriya (.at) və Kokos adaları (.cc). Digər ölkələr yalnız öz istifadəçılərinə domendən istifadəyə icazə verirlər. == Domenlərin tipləri == Domen adlar iki sinfə bölünür: coğrafi domenlər, fiziki domenlər. Coğrafi domenlər ölkə adlarına görə yaradılır: .az, .tr, .ru, .ge və s. – yuxarı səviyyəli coğrafi domenlər; Fiziki domenlər serverin funksiyasına görə təyin edilir: .com – kommersiya təşkilatları; .edu – təhsil müəssisələri; .gov – hakimiyyət qurumları; .mil – hərbi qurumlar; .net – müxtəlif şəbəkə agentlikləri; .int – beynəlxalq təşkilatlar; .org – qeyri-kommersiya təşkilatları; .info – müəyyən çərçivədə informasiya verən qurum; .biz – biznes qurumları; .name – fiziki şəxslər, fərdi layihələr; .museum – muzeylər, mədəniyyət qurumları; .eco — təbiəti sevənlər. == Ölkə İnternet Domen Kodlarının siyahısı == .ac: Askenson adası .ad: Andorra .ae: BƏƏ .af: Əfqanıstan .ag: Antiqua və Barbuda .ai: Angilya .al: Albaniya .az: Azərbaycan .am: Ermənistan .an: Niderland Antil adaları .ao: Anqola .aq: Antarktika .ar: Argentina .as: Amerika Samoası .at: Avstriya .au: Avstraliya .aw: Aruba .be: Belçika .br: Braziliya .cy: Kipr .de: Almaniya .fi: Finlandiya .fr: Fransa .in; Hindistan .ir: İran .iq: İraq .il: İsrail .it: İtaliya .kg: Qırğızıstan .kz: Qazaxıstan .la: Laos .lb: Livan .lt: Litva .md: Moldova .mt: Malta .mx: Meksika .ro: Rumıniya .ru: Rusiya .tr: Türkiyə .uz: Özbəkistan .vn: Vyetnam .bb: Barbados .bd: Banqladeş .bf: Burkina Faso .bg: Bolqarıstan .bh: Bəhreyn .bi: Burundi .bj: Benin .bm: Bermuda .bn: Bruney .bo: Boliviya .bs: Baham adaları .bt: Butan .bv: Buve adası (köhnəlmişdir) .bw: Botsvana .by: Belarus .bz: Beliz .ca: Kanada .cc: Kokos adaları .cd: Konqo Demokratik Respublikası .cf: Mərkəzi Afrika Respublikası .cg: Konqo Respublikası .ch: İsveçrə .ci: Fildişi Sahili .ck: Kuk adaları .cl: Çili .cm: Kamerun .cn: Çin Xalq Respublikası .co: Kolumbiya .cr: Kosta Rika .cu: Kuba .cv: Kabo Verde .cx: Milad adası .cz: Çex Respublikası Dj: Dubai Dk: Danimarka Dm: Dominik Do: Dominik Respublikası Dz: Cezayir Ec: Ekvador Ee: Estoniya Eg: Misir Er: Eritreya Es: İspaniya Et: Efiopiya Eu: Avropa Birliyi Fj: Fici Fk: Falkland adaları Fm: Mikroneziya Fo: Farer adaları Ga: Qabon Gb: Birləşmiş Krallıq (Nadir olaraq istifadə edilir, prioritetli olaraq Uk istifadə edilir.) Gd: Grenada Ge: Gürcüstan Gf: Fransız Guyanası Gg: Guernsey Gh: Qana Gi: Gibraltar Gl: Grönland Gm: Qambiya Gn: Qvineya Gp: Guadeloupe Gq: Ekvatorial Qvineya Qr: Yunanıstan Gs: Güney Georgia və Cənubi Sandwich adaları Gt: Qvatemala Gu: Guam Gw: Qvineya Bisau Gy: Guyana Hk: Hong Kong Hm: Heard adası və McDonald adaları Hn: Honduras Hr: Xorvatiya Ht: Haiti Hu: Macarıstan Id: İndoneziya Ie: İrlandiya Im: Man Adası Io: British Indian Okean Torpaqları Is: İslandiya Je: Jersey Jm: Yamayka Jo: İordaniya Jp: Yaponiya Ke: Kenya Kh: Kamboca Ki: Kiribati Km: Komor Kn: Saint Kitts və Nevis Kr: Cənubi Koreya Kw: Küveyt Ky: Cayman Adaları Lc: Saint Lucia Li: Lixtenşteyn Lk: Şri Lanka Lr: Liberiya Ls: Lesoto Lu: Lüksemburq Lv: Latviya Ly: Libya Ma: Morokko Mc: Monako Mg: Madaqaskar Mh: Marshall adaları Mk: Makedoniya Ml: Maliyyə Mm: Myanmar Mn: Monqolustan Mo: Macau Mp: Şimal Mariana Adaları Mq: Martinique Mr: Mauritania Ms: Montserrat Mu: Mauritius Mv: Maldiv adaları Mw: Malavi My: Malayziya Mz: Mozambik Na: Namibiya Nc: Yeni Kaledonya Na: Nijer Nf: Norfolk Adası Ng: Nijerya Ni: Nikaraqua Nl: Hollandiya No: Norveç Np: Nepal Nr: Nauru Nu: Niue Nz: Yeni Zelandiya Om: Oman Pa: Panama Pe: Peru Pf: Fransız Polinezyası Klipperton Adası ilə birlikdə.
Eduar Leon Skott de Martenvil
Eduar Leon Skott de Martenvil (fr. Edouard-Leon Scott de Martinville; 25 aprel 1817 - 26 aprel 1879) — fransız naşir, kitabxanaçı və kitab ticarətçisi. == Həyatı == Eduar Leon Skott de Martenvil 25 aprel 1817-ci ildə Parisdə anadan olmuşdur. == Fonoavtoqraf == Eduar Leon Skott de Martenvil 1853-cü ildə dünyada ilk səsyazma cihazı olan fonoavtoqraf qurğusunu kəşf etmişdir. == Patenti == 25 mart 1857-ci ildə Fransa hökuməti Skotta kəşf etdiyi fonoavtoqraf qurğusu üçün patent vermişdir. Məhz bu qurğunun konstruksiyası əsasında sonradan fonoqraf və qrammofon yaradılmışdır. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Academia.edu
Academia.edu — alimlər üçün Amerikanın kommersiya sosial şəbəkəsidir. Akademik jurnal məqalələrinin sərbəst və açıq bir anbarı olaraq başladı və ".edu" domen adı ilə təltif edildi. Bununla birlikdə, Akademia.edu indi abunəçilərin bütün girişlərini məhdudlaşdırır və müəllifləri öz oxucuları ilə əlaqə qurmaq üçün ödəniş tələb edir. Sayt 2008-ci ilin sentyabr ayında istifadəyə verildi. == Yaranması == Academia.edu Spark Ventures, HOWZAT Partners, Brent Hoberman və başqalarından 600,000 dollar yığan Richard Price tərəfindən təsis edilmişdir. 2011-ci ilin noyabr ayında Academia.edu Spark Capital və True Ventures şirkətlərindən 4,5 milyon dollar topladı. Bundan əvvəl, Spark Ventures və bir sıra mələk investorlarından Mark Shuttleworth, Thomas Lehrman və Rupert Pennant-Rea daxil olmaqla 2,2 milyon dollar pul toplamışdı. 2013-cü ilin sentyabr ayında şirkət Khosla Ventures, True Ventures, Spark Ventures, Spark Capital və Rupert Pennant-Ream şirkətlərindən 11.1 milyon dollar toplayaraq ümumi kapital maliyyələşdirməsini 17.7 milyon dollara çatdırdı. Şirkət Qiymətli Kağızlar və Birja Komissiyasına(ing. Securities and Exchange Commission) verdiyi sənədlərdə, Akademia Inc hüquqi adından istifadə edir.