EDV

= Elektronische Datenverarbeitung elektronik kompyuter işləri
Edition
Efeu
OBASTAN VİKİ
EDVAC
EDVAC (ing. Electronic Discrete Variable Automatic Computer) — ilk elektronik kompüterlərdən biridir. EDVAC-ı ENIAC-dan ayıran xüsusiyyət, onlu sistem deyil ikili say sistemindən istifadə etməsidir. == Layihənin Qaynağı və Planları == EDVAC-ın layihəsi ENIAC-in istifadəyə hazırlanmasından əvvəl hazırlanmışdı. EDVAC'ın layihəsi, ENIAC-in layihəsi əsnasında ortaya çıxan problemlərin çoxunu həll etməyə istiqamətli idi. ENIAC kimi EDVAC da Pennsylvania Universiteti tərəfindən Aberdeen İsbat Mərkəzinin (Aberdeen PROVING GROUND) Amerikan Hərbi Balistik Araşdırma Laboratoriyası (US Army'S BALLISTICS Research Laboratory) üçün istehsal edilmişdir. ENIAC-in layihəsi J.Presper Eckert, John William Mauchly, John von Neumann və digər bir neçə elm adamı tərəfindən hazırlanmışdır və yeni layihə isə John von Neumann tərəfindən 1945-ci ildə EDVAC-ın üzərinə tətbiq edilmişdir. Yeni kompüterin istehsalı üçün olan müqavilə, 1946-cı ilin Aprel ayında 100.000 dollarlıq başlanğıc büdcəsiylə imzalanmışdır və müqavilədə cihazın adı Electronic Discrete Variable Automatic Computer (EDVAC) olaraq qeyd edilmişdir. İstehsalda əsas problem etibarlılığı və xərci arasındakı tarazlıq idi. EDVAC-ın büdcəsi, ENIAC-a bənzər olaraq təxminən 500.000 dollar idi.
Edvard
Edvard — kişi adı. Edvard Preskott — amerikalı iqtisadçı. Edvard Haqverdiyan — İran ermənilərindən olan şair, tərcüməçi, jurnalist Edvard Kennedi — ABŞ-nin 35-ci prezidenti Con Kennedinin qardaşı. Edvard Moss — ABŞ aktyoru. Edvard Nalbandyan — Ermənistanın xarici işlər naziri Edvard Torndayk — ABŞ psixoloqu. Edvard Smit — Titanik gəmisinin kapitanı. Edvard Li Qrin — ABŞ botaniki, sistematiki. Edvard Kallen — "Alatoran romanlar seriyası"nın əsas qəhrəmanlarından biri Edvard Norton — Amerikalı aktyor, ssenarist, rejissör və prodüser. Edvard Cenner — İngilis alimi, həkim. Edvard Maybric — rəsmləri birləşdirmək yolu ilə hərəkəti yaradan ilk şəxs.
Edvard Albert Feygenbaum
Edvard Albert Feygenbaum (ing. Edward Albert Feigenbaum; 20 yanvar 1936) — hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış amerikalı alim. Edvard Albert Feygenbaum 20 yanvar 1936-cı ildə anadan olmuşdur. 1994-cü ildə o, Rac Reddi (Raj Reddy) ilə birgə süni intellekt sahəsində, xüsusilə ekspert sistemləri ilə bağlı apardığı tədqiqatlarda əldə etdiyi nailiyyətlərə görə, Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Edvard Andrade
Edvard Andrade (27 dekabr 1887, London – 6 iyun 1971, London) – İngilis fizik. == Həyatı == London Kral Cəmiyyətinin üzvü (1935). London Universitetini bitirmişdir (1907). Vulviç Artilleriya Kollecinin (1920– 28) və London Universitetinin (1928–50) professoru, Kral Universitetinin və Devi-Faradey laboratoriyasının direktoru (1950–52) olmuşdur. == Fəaliyyəti == Elmi işləri mayelər fizikasına, metallar fizikasına, spektro skopiyaya, atom fizikasına, akustikaya, fizika tarixinə aiddir. Mayenin özlüklüyünün temperaturdan asılılıq düsturunu almış və ərimə nöqtəsində mayenin özlüklüyünün atom çəkisinin, sıxlığın və temperaturun funksiyası olduğunu göstərən düstur vermişdir. Metalların sürüncəkliyini tədqiq edərək sürüncəklik qanununu irəli sürmüşdür. Metalların monokristallarını almaq üsulunu tapmışdır. Metalların səthinin vəziyyətinin onların xassələrinə təsirini sübut etmişdir. 1914-cü ildə E.Rezerfordla birlikdə izotopların rentgen spektrlərinin eyni olduğunu isbat etmiş və bununla da elementin izotoplarının sıra nömrələrinin eyni olduğunu təsdiqləmişdir.
Edvard Barnardın ruh düşkünlüyü (kitab)
"Edvard Barnardın ruh düşkünlüyü" (ing. The Fall of Edward Barnard) — Vilyam Somerset Moemin povesti. == Məzmun == Povestdə insanın öz qüvvəsinə inamı, var-dövlətə bir başqasının hesabına deyil, öz zəhməti ilə çatmaq arzusu, mənafe güdmədən evlənmək məramı parlaq boyalarla verilmişdir. Düşdüyü çətin vəziyyət, ağır maddi durum Edvard Barnardı sarsıtsa da, özündə qüvvə tapıb Çikaqodan Taitiyə gedir ki, işlərini yoluna qoysun. Varlı ailənin qızı İzabella ona xeyir-dua verir, yolunu səbirsizliklə gözləyir, onu sevməyə davam edir. Lakin Edvard Barnard geri qayıtmaq barədə düşünmür.
Edvard Bikkerstet (Cənubi Tokio yepiskopu)
Edvard Bikkerstet (ing. Edward Bickersteth; 27 iyun 1850, Banningem[d], Norfolk qraflığı – 5 avqust 1897, Çiseldon[d], Uiltşir[d]) – Cənubi Tokio yepiskopu olmuş missioner. == Həyatı == Edvard Bikkerstet 26 iyun 1850-ci ildə Norfolkun Banningem kəndində doğulmuşdur. Atası Edvard Henri Bikkerstet Ekseter yepiskopu olmuşdur. Anası Roza isə Samuel Biqnoldun qızı idi. Bikkerstet Haygeyt məktəbində təhsil almış, 1869-cu ildə Pembrok kollecində təhsil almaq üçün təqaüd qazanmışdır. 1873-cü ildə bakalavr, 1876-cı ildə magistr dərəcəsi ilə məzun olmuşdur. 1874-cü ildə Şolefild və Evans mükafatlarını qazanmışdır. O, London yepiskopluğundan 1873-cü ildə diakon, 1874-cü ildə isə keşiş titulu almışdır. 1873–1875-ci illərdə Hempsteddə Müqəddəs Üçlüyün kuratoru olmuşdur.
Edvard Bredford Titçener
Edvard Bredford Titçener (11 yanvar 1867[…], Çiçester[d] – 3 avqust 1927[…], İtaka[d], Nyu-York ştatı) — ingilis əsilli psixoloqdur. Psixologiyanın ABŞ-da təcrübi bir elm olaraq tanınmasında əvəzsiz töhfələri olmuşdur. 1885-ci ildə daxil olduğu Oksford Universitetində bir müddət klassik dillər və biologiya üzrə təhsil aldıqdan sonra Titçener son qərar olaraq Psixologiya sahəsini seçdi. 28 yaşında artıq psixologiya professoru olan E.B.Titçener Vilhelm Vundtun fikirlərindən təsirlənərək həmin istiqamətdə tədqiqatlara davam etdi. Bu sahədə o, daha çox daxili müşahidə metodundan istifadə etdi. E.B.Titçener bu metodun psixologiya sahəsində əhəmiyyətli bir üsul olduğunu qeyd edirdi. == Həyatı == === Təhsili === Edvard Bredford Titçener 1867-ci ildə İngiltərənin Çiçester şəhərində kasıb bir ailədə dünyaya gəlmişdir. Təhsilinə Qərbi Sussexdəki ən qədim məktəblərdən biri olan "The Prebendal School"-da başlamışdır. 1881-ci ildə, 14 yaşında olarkən Worcestershire-dəki Malvern Kollecində təhsil almağa başladı. 1885-ci ildə isə Oksford Universitetində təqaüdlə təhsilə başladı.
Edvard Cenner
Edward Jenner (17 may 1749 – 26 dekabr 1823) — İngilis alimi, həkim. == Fəaliyyəti == 1796-cı ildə Edvard Cenner inək çiçəyinə tutulanların qovuqcuğundan çiçək əleyhinə vaksin kimi istifadə edilməsinin effektli olması haqqında məlumat verilmişdir. İlk dəfə 1779-cu ildə Edvard Cenner çiçəklə xəstə inəyin süd vəzisinin qovuqcuğundan maye götürüb, 8 yaşlı oğlanın əlinə dəri altına yeritmişdir. Peyvənd edildikdən 7 gün sonra oğlanda qoltuq altında ağrılar, yüngül qızdırma və baş ağrısı müşahidə edilmişdi. Sonrakı gün oğlanın şikayətləri olmamışdır. İki həftədən sonra həmin uşağa təbii çiçək yarasından möhtəviyyat heç bir xəstəlik əlamətləri müşahidə edilmədi. Beləlikə, ilk dəfə Cenner tərəfindən yüksək effektə malik vaksin yaradılmışdı. Həmin ildə Londonda çiçək peyvəndi məntəqələri açıldı. Edvard Cenner Londonun fəxri vətəndaşı adı aldı. Rusiyada İmperator I Aleksandrın arvadı II Elizabet bu üsulun əhali arasında geniş tətbiq edilməsi barədə göstəriş vermişdir.
Edvard Ceyms Olmos
Edward James "Eddie" Olmos (24 fevral 1947[…]) — Emmy mükafatını qazanan Amerikalı aktyor. Los Anceles də anadan olmuşdur. Anası Olmos Elenaor və atası Pedro Olmosun oğlu idi. Atası Pedro, qaynaqçı və meksikalı mühacir olmuşdur. Anası isə Meksika əsilli amerikan idi. Böyüdükdə peşəkar bir beysbol oyunçusu olmaq onun ən böyük arzusu idi. 1964-cü ildə Montebello Liseyini bitirib. Leytenant Martin Castillo" rolu ilə dünya cinayət dram tarixində əfsanəvi polis nəzarətçisi personajlarından birinə çevrilən Olmos, bu roluna görə Emmy mükafatını qazanmışdır. Sonralar ona təklif edilən "Star Trek: Sonrakı Nəsil" serialında oynamaqdan imtina etmişdir. 1994-2002 illərində o Lorraine Bracco ilə evli idi.
Edvard Coris
Edvard Yoris (nid. Edward Joris; 1876, Antverpen – 1957) — Belçikalı anarxist. Ulduz sui-qəsdi ilə tanınır. == Həyatı və fəaliyyəti == 1876-cı ildə doğulub. O, 13 yaşında məktəbi buraxmış və kargüzar işləməyə başlamışdır. Solçuluqla məşğul olan Yoris 1895–1898-ci illərdə Belçika Fəhlə Partiyasının yerli şöbəsinin və həmkarlar ittifaqının katibi idi. Edvard Qrin təxəllüsü ilə anarxist "Ontwaking" qəzetinə töhfələr vermişdir. 1901-ci ildə İstanbula səyahət etmiş, o, burada qısa müddətliyinə fransızca və ingiliscə ticarət yazışmaları ilə məşğul olmuşdur. Daha sonra o, "Singer sewing machine" şirkətində iş tapmışdır. Sevgilisi Anna Nellens İstanbula gəlmiş və onlar evlənmişdirlər.
Edvard Dayvers
Edvard Dayvers (ing. Edward Divers; 27 noyabr 1837, London – 8 aprel 1912, London) – Britaniya kimyaçısı. O, Yaponiyada qeyri-üzvi kimyanın qurucularından biri hesab olunur. == Həyatı == Edvard Dayvers 1837-ci ildə London şəhərində doğulmuşdur. O, Müqəddəs Varfolomeya xəstəxanasında təhsil almış və Kral Həkimlər Kollecinin diplomunu almışdır. 1854-cü ildə Dublin şəhərinin Kvins kollecinin köməkçi professoru olmuşdur. 1866-cı ildə İngiltərəyə qayıtmışdır. O, 1871-ci ildə H2N2O2 turşusunu kəşf etsə də, Londonun elm dünyasını təsirləndirə bilməmişdir. Dayvers 1873-cü ildə Yaponiyaya gələrək İmperiya Mühəndislik Kollecinin müəllimi olmuşdur və 1886-cı ilə qədər burada dərs demişdir. Daha sonra Elm Kollecinə transfer olmuş və Sakuray Coci, eləcə də, onun tələbələri ilə kimyəvi tədqiqatlar aparmışdır.
Edvard Edqar Peskott
Edvard Edqar Peskott (ing. Edward Edgar Pescott; 11 dekabr 1872, Celonq, Viktoriya – 31 iyul 1954, Viktoriya) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Edvard Edqar Peskott toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. == Əsərləri == Native Flowers of Victoria. 1914. The Dahlia in Australia. 1920. Bulb Growing in Australia. 1926. Gardening in Australia.
Edvard Gibbon
Edvard Qibbon (ing. Edward Gibbon; 8 may 1737[…] – 16 yanvar 1794[…], London) — ingilis tarixçi və millət vəkili. == Həyatı == Qibbon Böyük Britaniyada fəaliyyət göstərmiş Viqlər partiyasının millət vəkili olmuşdur. Tarix sahəsində etdiyi araşdırmaları ilə məşhurdur. Əsas məşhur əsərlərindən biri olan Roma imperiyasının geriləməsi və çöküş tarixi 1776–1788-ci illərdə 6 cild formasında çap olunmuşdur. Roma tarixinin fundamental formada yanaşan kitabda təkcə tarix yox, eyni zaman dönəmin ironiyası və şüur altı vəziyyətidə peşəkar şəkildə əks olunmuşdur. Qibbon tərəfindən bilinən fikirlərdən biri də xristianlığın yüksəlik səbəblərindən bəhs edən eyni adlı kitabdır. Kitabda, tarixçi xristianlıq dinin yüksəlişini beş təməl faktorla əsaslandırır: Xristianların yəhudilərin miras aldıqları qatı və qonaqpərvərlik ənənələri. Ölümdən sonra həyatın mövcud olması ilə bağlı nəzəryələr. Kilsənin möcüzəvi güclərə sahib olması ilə bağlı miflər.
Edvard Haqverdiyan
Edvard Haqverdiyan (fars. ادوارد حق‌وردیان‎)-İran ermənilərindən olan şair, tərcüməçi, jurnalist və Ermənistan Yazıçılar Birliyinin üzvü.1970-ci ildən Ermənistanda sakindir.O, müasir fars ədəbiyyatının əsərlərinin çoxun erməni dilinə tərcümə edib. == Bioqrafiyası == Edvard Haqverdiyan, 1952-ci ildə Tehranda dünyaya gəlibdir.Ailəsinin mənşə yeri İranın Xomeyn şəhəridir.1970-ci ildə ailəsi ilə Üçkilsə şəhərinə köçübdür.O, İranın Ermənistandakı Mədəni Məsləhətçisinin sifarişi ilə ilk dəfə olaraq Quranı erməni dilinə çevirib.
Edvard Higgins Uayt
Edward Higgins "Ed" White II (14 noyabr 1930, San Antonio – 27 yanvar 1967, Kanaveral hərbi hava qüvvələri bazası, Florida) Amerikalı aviasiya mühəndisi, ABŞ Hərbi Hava Qüvvələrinin zabiti, test pilotu və NASA astronavtı. 1952-ci ildə West Pointi bakalavr dərəcəsi ilə bitirdikdən sonra Vayt uçuş təliminə göndərildi və Qərbi Almaniyanın Bitburg Hava Bazasındakı 22-ci Qırıcı Eskadronuna təyin edildi. Orada F-86 Sabre və F-100 Super Sabre donanmalarında uçdu. 1958-ci ildə aviasiya mühəndisliyi ixtisası üzrə Michigan Universitetinə yazıldı. White daha sonra Ohayo ştatının Wright-Patterson Hərbi Hava Qüvvələri Bazasında Aviasiya Sistemləri Bölməsində test pilotu vəzifəsinə təyin edilməzdən əvvəl Kaliforniyadakı Edwards Hərbi Hava Qüvvələri Bazasında test pilotu təhsili almışdır. White ikinci astronavt qrupundan biri olaraq seçildi. Komanda pilotu James McDivittin yanında Gemini 4 pilotu olaraq təyin edilmişdir. White 3 iyun 1965-ci ildə kosmosda gəzən ilk amerikalı oldu. Daha sonra ilk ekipajlı Apollon missiyası olan Apollon 1-in baş pilotu vəzifəsinə təyin edildi. White, 27 yanvar 1967-ci ildə Floridada Cape Canaveralda Apollon 1 üçün kosmosa uçuşdan əvvəlki test əsnasında Virgin "Gus" Grissom və Roger B. Chaffee ilə birlikdə yanğında öldü.
Edvard Higgins Vayt
Edward Higgins "Ed" White II (14 noyabr 1930, San Antonio – 27 yanvar 1967, Kanaveral hərbi hava qüvvələri bazası, Florida) Amerikalı aviasiya mühəndisi, ABŞ Hərbi Hava Qüvvələrinin zabiti, test pilotu və NASA astronavtı. 1952-ci ildə West Pointi bakalavr dərəcəsi ilə bitirdikdən sonra Vayt uçuş təliminə göndərildi və Qərbi Almaniyanın Bitburg Hava Bazasındakı 22-ci Qırıcı Eskadronuna təyin edildi. Orada F-86 Sabre və F-100 Super Sabre donanmalarında uçdu. 1958-ci ildə aviasiya mühəndisliyi ixtisası üzrə Michigan Universitetinə yazıldı. White daha sonra Ohayo ştatının Wright-Patterson Hərbi Hava Qüvvələri Bazasında Aviasiya Sistemləri Bölməsində test pilotu vəzifəsinə təyin edilməzdən əvvəl Kaliforniyadakı Edwards Hərbi Hava Qüvvələri Bazasında test pilotu təhsili almışdır. White ikinci astronavt qrupundan biri olaraq seçildi. Komanda pilotu James McDivittin yanında Gemini 4 pilotu olaraq təyin edilmişdir. White 3 iyun 1965-ci ildə kosmosda gəzən ilk amerikalı oldu. Daha sonra ilk ekipajlı Apollon missiyası olan Apollon 1-in baş pilotu vəzifəsinə təyin edildi. White, 27 yanvar 1967-ci ildə Floridada Cape Canaveralda Apollon 1 üçün kosmosa uçuşdan əvvəlki test əsnasında Virgin "Gus" Grissom və Roger B. Chaffee ilə birlikdə yanğında öldü.
Edvard Hopper
Edvard Hopper (ing. Edward Hopper, 22 iyul 1882[…] – 15 may 1967[…], Nyu-York, Nyu-York ştatı) — Amerikan realizmi üslubunda işləyən məşhur rəssam və qravür ustasıdır. Daha çox yağlı boya ilə işlənmiş rəsmləri ilə məşhur olmasına baxmayaraq Hopper həmçinin oyma sənətində gözəl qryavurçu və akvarelist idi. Onun ehtiyatla və dəqiqliklə hesablanaraq işlənmiş şəhər və kənd səhnələrində müasir amerikan həyatına rəssamın şəxsi baxışları öz əksini tapmışdır.
Edvard Hovard Haus
Edvard Hovard Haus (ing. Edward Howard House; 5 oktyabr 1836, Boston – 18 dekabr 1901) – ABŞ jurnalisti. O, ABŞ mətbuatında Yaponiya və yaponlar haqqında rəyin formalaşmasında vacib rol oynamış, Yaponiyada ingilisdilli "Tokyo Times" qəzetini yaratmışdır. == Həyatı == Edvard Hovard Haus 1836-cı ildə ABŞ-nin Boston şəhərində doğulmuşdur. Haus müxtəlif peşələrlə məşğul olmuşdur: musiqiçi, teatr meneceri, ABŞ Vətəndaş müharibəsi müxbiri, musiqi və teatr tənqidçisi. Haus 1871-ci ildə Yaponiyaya gələrək Tokio Universitetinin sələflərindən olan Kaysey Qakkoda müəllim kimi işləməyə başlamışdır. Yaponiyanı dəstəkləyən baxışları səbəbilə Yaponiya hökuməti, xüsusilə də, Okuma Şiqenobu tərəfindən sevilən şəxsə çevrilmişdir. Haus 1873-cü ildə müəllim postunu tərk edərək 1874-cü ildəki Tayvan ekspedisiyasında müharibə müxbiri kimi Yaponiya ordusunu müşayiət etmişdir. 1877-ci ildə hökumətin dəstəyi ilə ingilisdilli "Tokyo Times" qəzetini yaratmış və 1880-ci ilə qədər redaktoru olmuşdur. O, bu illərdə eksterritoriallıq, müqavilələrin yenilənməsi və xarici əlaqələr kimi məsələlərdə Yaponiyanın mövqeyini dəstəkləmişdir.
Edvard Kallen
Edvard Kallen - Stefani Mayerin “Alatoran romanlar seriyası”nın əsas qəhrəmanlarından biridir. O, “Alatoran”, “Yeni ay”, “Tutulma”, “Sübh” romanlarının, həmin romanlar əsasında çəkilmiş filmlərin və hələ çap olunmamış “Gecəyarısı günəşi” romanının qəhrəmanıdır. Telepatik vampir olan Edvard romanlar seriyasında yeniyetmə qız olan Bella Svona aşiq olur, onlar evlənirlər və uşaqları olur, daha sonra isə Bella da öz istəyi ilə vampirə çevrilir. Alatoran filmlər seriyasında Edvard obrazı Robert Pattinson tərəfindən canlandırılmışdır. == Yaradılması == Stefani Mayer qeyd edir ki, Edvard obrazının yaradılması layihəsi onun “adi qız” və “fantastik gözəl, cazibədar, güclü...vampir...onlar arasında ciddi əlaqələr və ağaclar arasındakı çəmənlikdə romantik səhnə” yaratmaq arzusundan meydana gəlmişdir. Bu arzunun əsasında onun “ iki insanın məhəbbətinin qarşılaşdığı çətinliklər... insana aşiq olan vampirin qana olan hərisliyinə üstün gəlmək və sevgisi üçün ölümlə mübarizə aparmaq cəhdlərini əks etdirmək” istəyi dayanırdı. Yazıçı ona görə Edvard adını seçmişdir ki, o, “bu adın romantik olmasına baxmayaraq ,az istifadə olunması”nı düşünürdü. Obrazın yaradılması zamanı yazıçı Lüsi Mod Montqomerinin “Anya və yaşıl çatılar” romanının qəhrəmanı Gilbert Bliti, Ceyn Ostinin “Eşq və Qürur” romanının qəhrəmanı Mr. Darsi və Şarlotta Brontenin “Ceyn Eyr” romanının qəhrəmanı “Edvard Roçester”dən – xüsusilə Edvardın sonuncu kimi özünü “qorxunc” hesab etməsi səhnəsində - təsirlənmişdir.
Edvard Karr
Edvard Holit Karr (28 iyun 1892, London – 3 noyabr 1982, Kembric) — Britaniya siyasət alimi, tarixçisi və jurnalisti Təhsilini Kembricdə başa vurmuş Edvard Karr 1916-cı ildə Britaniya Xarici İşlər Nazirliyinə qoşulmuş, 1919-cu ildə Paris Sülh Konfransında iştirak etmiş, daha sonra Riqada Britaniya səfirliyində işləmışdir. Riqada olarkən Karr Rusiya ilə maraqlanmağa başlamış və daha sonralar Rusiya haqqında bir çox fundamental əsərlər yazmışdır. 1936-cı ildə diplomatik xidməti tərk edən Karr Aberistvitdə Uels Universitetində Beynəlxalq siyasət üzrə Vudro Vilson professoru işləmiş, 1939-cu ildə özünün məşhur İyirmi İlin Böhranı əsərini çap etdirmişdir. 1941-1946-cı illərdə Tayms qəzetində redaktor köməkçisi işləmiş, sonra Oksfordda, daha sonra isə Kembricdə dərs demişdir. Karr İyirmi İlin Böhranı əsəri ilə beynəlxalq münasibətlər elmində siyasi realizmin əsaslarını qoyanlardan biri olmuş və bu əsərində iki dünya müharibəsi arasındakı dövr üçün hakim olan beynəlxalq münasibətlər nəzəriyyəsini ciddi tənqid etmişdir. Karrın idealistləri və idealizmi tənqidi zamanı üçün elə böyük əks-səda doğurmuşdu ki, idealistlər mənfi təəsssürat yaratmaqdan yaxa qurtarmaq üçün öz adlarını liberalizm və liberalist anlayışlarına dəyişmək qərarına gəlmişdilər Başlıca əsərləri Dostoyevski: yeni bioqrafiya (1931) Romantik sürgünlər: XIX əsr portret qalereyası (1933) Karl Marks: fanatizmin tədqiqi (1934) Mixail Bakunin (1937) İyirmi ilin böhranı, 1919-1939: beynəlxalq münasibətlərə giriş (1939) Sülhün şərtləri (1942) Millətçilik və sonrası (1945) Sovet Rusiyasının tarixi (10 cilddə:1950-1978) Yeni cəmiyyət (1951) Tarix nədir?
Edvard Kelli
Edvard Kelli (ing. Sir Edward Kelley) - ingilis okkultist və mistik.
Edvard Kennedi
Edvard Kennedi — ABŞ-nin sui-qəsd nəticəsində qətlə yetirilən 35-ci prezidenti Con Kennedinin sağ qalan iki qardaşından biri. O, səkkiz dəfə Senata seçilib və ABŞ Demokratik partiyasının ən nüfuzlu üzvlərindən biri olub. Edvard Kennedi ilk dəfə Senata 1962-ci ildə seçilib. 1962–2009-cü illərdə, fasiləsiz olaraq 47 il müddətində ABŞ-nin Massaçuses ştatının senatoru olub. O, Amerikanın və bir çox xarici ölkələrin mükafatlarına layiq görülüb. 2009-cu il avqustun 12-də isə Barak Obama Con Kennediyə ABŞ-nin ən yüksək mülki mükafatını – "Prezident azadlıq medalı"nı təqdim edib. == Vəfatı == Onun 2003-cü ildən beynindəki şişdən əziyyət çəkdiyi məlum idi. Şişin diaqnostikası və cərrahiyyə əməliyyatı ilə kəsilməsi ancaq 2008-ci ildə həyata keçirilib. Edvard Kennedi 2009-cu ilin yanvarında prezident Barak Obamanın andiçmə mərasimi zamanı huşunu itirib. 2009-cu ilin avqustunda 77 yaşında vəfat edib.
Edvard Li Qrin
Edvard Li Qrin (ing. Edward Lee Greene, 20 avqust 1843 – 10 noyabr 1915, Vaşinqton) — ABŞ botaniki, sistematiki. == İşləri == "Illustrations of West American oaks" illüstrasiyaçı А. Келлог San Francisco, 1889 "Flora Franciscana. An attempt to classify and describe the vascular plants of middle California" San Francisco, Cubery&Co., 1891 [1] "Manual of the Botany of the Region of San Francisco Bay" San Francisco, Cubery&Co., 1894 "Plantae Bakerianae", 1901 "Pittonia: a series of papers relating to botany and botanists" (5 hissədə) Berkeley, Doxey&Co. 1887–1905 v.1 (1887–1889) v.2 (1889–1892) v.3 (1896–1898) v.4 (1899–1901) [2] v.5 (1802–1905) [3] "Leaflets of botanical observation and criticism" (2 hissədə) Washington, D.C., 1903–1912 vol.1 (1903–1906) vol.2 (1910–1912) "Landmarks of botanical history: a study of certain epochs in the development of the science of botany" (в двух частях) Part I. — Prior to 1562 A. D. Washington, D.C., Smithsonian institution, 1909 [4] "Carolvs Linnaevs" Philadelphia, Christopher Sower company, 1912 == Ədəbiyyat == Willis Linn Jepson Edward Lee Greene the Individual The University of Notre Dame/American Midland Naturalist, Vol. 30, No. 1 (Jul., 1943), pp.
Edvard Maletski
Edvard Maletski (pol. Edward Małecki; bilinmir 1941 – 14 yanvar 2018, Varşava, Polşa) — Polşa siyasətçisi, ictimai xadimi, Polşa Xalq Respublikası dövründə demokratik müxalifətin fəalı. == Bioqrafiya == 1970-ci və 1980-ci illərdə Maletski Polşa Xalq Respublikasındakı müxalifətlə yaxından maraqlanırdı və bir neçə təşkilatın üzvü idi. Maletski Polşanın kommunist rejimdən demokratik-kapitalist bir cəmiyyətə keçdiyi dövrdə, 1990-cı ilin may ayındakı ilk yerli hökumət seçkilərində öz namizədliyini irəli sürmüş və Varşava şəhərinin Praqa-Poludniye dzelniçasının meri seçilmişdir. O, bu vəzifədə 1990–1992-ci illərdə çalışmışdır. O, siyasi və ictimai fəallığına görə Polşanın Dirçəlişi Ordeninə layiq görülmüşdür. Edvard Maletski 15 yanvar 2019-cu ildə vəfat etmişdir. O, Varşavadakı Brodno qəbiristanlığında dəfn edilmişdir.
Edvard Maybric