Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ədhəm Qulubəyov
Ədhəm Qulubəyov (atalığının soyadı) Moskvada ali təhsil alıb (Qeyd edək ki, Əbdülxaliq Axundov Təbrizə köçərkən həyat yoldaşı onunla getməkdən imtina edərək azyaşlı oğlu Ədhəm ilə Bakıda qalıb və Qulubəyova ərə gedib. Qulubəyov repressiya zamanı sürgün olunub və bir müddət keçdikdən sonra vəfat edib). Vətən müharibəsi əlili, əmək veteranıdır. "Azərbaycanfılm" kinostudiyasında çalışıb. Bir neçə bədii və sənədli filmlərin müəllifidir. İki övladı var: Əlibəy və Eldar. == Ssenari müəllifi olduğu filimlər == Kolxoz tarlalarının qəhrəmanları (film, 1950) Azərbaycan atları (film, 1953) S. M. Kirov adına körfəzdə (film, 1954) Görüş (film, 1955) Keçmişin şahidləri (film, 1956) Təbiətin dostları (film, 1958) Azərbaycan kino sənəti (film, 1960) Pambıq tarlalarının mexanizatorları (film, 1960) Ağıllı köməkçilər (film, 1960) Möhtəşəm tikintinin adamları (film, 1962) Dağlarda zavod (film, 1962) Azərbaycanın subtropiklərində (film, 1963) Sabahın xeyir, Bakı! (film, 1964) Fitnə (film, 1970) Azərbaycan kino sənəti (film, 1971) Ustalar-qızıl əllər (film, 1976) Astara (film, 1975) Cücələrim (film, 1975) Göyçək Fatma (film, 1973) Zaman haqqında, özüm haqqında (film, 1972)Ssenari müəllifi : Georgi Asatiani, Ədhəm Qulubəyov, M. Salukvadze Qız qalası əfsanəsi (film, 1978) Ssenari müəllifi : Əbülfəz Hüseyni, Ədhəm Qulubəyov Şah və xidmətçi (film, 1976) Kirpi balası və alma (film, 1977) Redaktor: Ədhəm Qulubəyov Xeyir və Şər (film, 1980) De ki, məni sevirsən! (film, 1977) Şahzadə-qara qızıl (film, 1974) Redaktor : Ədhəm Qulubəyov Toplan və kölgəsi (film, 1977) Redaktor : Ədhəm Qulubəyov Sonrakı peşmançılıq (film, 1978) Redaktor : Ədhəm Qulubəyov Pəncə... Qulaq...
Ədhəm Sultanov
Ədhəm Fərəc bəy oğlu Sultanov (1903, Tiflis – 1946, Tbilisi) — teatr rəssamı, əməkdar incəsənət xadimi. == Həyatı == Ədhəm Sultanov 1903-cu ildə Tiflis şəhərində məmur Fərəc bəyin ailəsində dünyaya göz açmışdır. Əslən Füzuli rayonunun Saracıq kəndindəndir. O, 1931-ci ildə Gürcüstan Rəssamlıq Akademiyasını bitirmiş, bir muddət Azərbaycan, Gürcüstan və Ermənistanın muxtəlif redaksiya və nəşriyyatlarında əməkdaşlıq etmişdi. Əsasən kitab qrafikasında gücünü sınayan gənc rəssam Tiflisidəki Azərbaycan teatrının bəzi tamaşalarına da tərtibat vermişdi. Sənətşunas K.Zdaneviç tbilisili soydaşımızın faciəli ölümünü belə təsvir edir: "Sultanov faciəli bir günə çevrilən adi günlərdən birində səhər qəflətən kuçədən qışqırıq və atəş səsi eşidib eyvana çıxır. Küçədə oğrunun dalınca qaça-qaça havaya atəş açan milis nəfəri görünür. Bu vaxtı bir atəş də açılır və Sultanov eyvanın döşəməsinə sərilir… Tukənməz istedadlı rəssam və gözəl insan Ə. Sultanovun həyat işıqı belə sönmüşdur". Ədhəm Sultanov 1946-cı ildə vəfat edib. Fərəc bəy Sultanovun oğludur.
Ədhəm Tenişov
Ədhəm Rəhimoviç Tenişov (tatar. Әдһәм Тенишев; 25 aprel 1921, Penza – 11 iyul 2004, Moskva) — sovet və Rusiya linqivist-türkoloqu, monqolşünası. Filologiya elmləri doktoru, professor, SSRİ EA-nın müxbir üzvü (1984). Rusiya Elmlər Akademiyasının Ural-Altay dilləri şöbəsinin müdiri. «Sovet Türkologiyası» jurnalının baş redaktoru və çoxcildli nəşr olan «Сравнительно-историческая грамматика тюркских языков» buraxılışının redaktoru. == Həyatı == Ədhəm Rəhimoviç Tenişov 25 aprel 1921-ci ildə Penza şəhərində anadan olmuşdu. Ədhəm Tenişov 11 iyul 2004-cü ildə Moskva şəhərində vəfat edib == Ədəbiyyat == Дыбо А. В. Член-корреспондент РАН Э. Р. Тенишев // Известия РАН. Серия литературы и языка. 2001. Т. 60.
Ədhəm Yusubov
Ədhəm Süleyman oğlu Yusubov (d. 31.12.1939) — rəssam. == Bioqrafiya == 31.12.1939-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1963-ildə Əzim Əzim-zadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbinin rəngkarlıq bölməsini bitirmişdir. 1969-cu ildə M.A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Rəssamlıq fakültəsinin keramika bölməsini bitirmişdir. 1970-1982- illər ərzində Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində ixtisas fənləri üzrə müəllim vəzifəsində çalışmışdır. 1972-ci ildən Azərbaycan Rəssamlar İttifaqnın üzvü, 1976-1987-ci ildən Azərbaycan Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsinin sədri və SSRİ Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsi üzrə komisiya üzvüdür. 2001-ci ildən hal-hazırkı dövrədək Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dekorativ-tətbiqi sənət kafedrasının dosenti və müdiri vəzifəsində çalışır. 1976-1982-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının VI və VII qurultaylarında «Dekorativ-tətbiqi sənət» bölmesinin sədri, idarə ve rəyasət heyətinə, respublika, ümumittifaq sərgi komissiyasına üzv seçilmişdir. Bu müddət ərzində onun dekorativ-tətbiqi sənətin səviyyəsinin yüksəlməsində xüsusi rolu olmuşdur.
Ədhəm paşa
Ədhəm paşa (d. 1851 Trabzon - ö. 1909 İstanbul) — Osmanlı İmperiyası ordusunun marşalı. == Həyatı == Ədhəm paşa 1851-ci ildə Trabzonda dünyaya gəlib. 17 yaşında əskər kimi ordu sıralarına daxil olub. Hərbi məktəbi bitirərək zabit rütbələri alıb. Daha sonra Plevne şəhəri müdafiəsində Marşal Qazi Osman paşanın müavini olub. Uzun müddət müqavimət göstərsələt də, Plevne rus ordusuna təslim edilib.
Ədhəm Şıxəlibəyli
Şıxəlibəyli Ədhəm Şahlarbəy oğlu (30 aprel 1911, Bico, Şamaxı qəzası – 1996, Bakı) — geologiya-mineralogiya elmləri doktoru (1965), professor, AMEA-nın həqiqi üzvü (1983). == Həyatı == Ədhəm Şıxəlibəyli 1911-ci ildə Şamaxı qəzasının Bico kəndində (indiki Ağsu rayonu) anadan olmuşdur. 1937-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji-kəşfiyyat fakültəsini bitirmişdir.Ədhəm Şıxəlibəyli 1947-ci ildə "Boyük Qafqazın cənub yamacının Azərbaycan hissəsinin geoloji quruluşu" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, 1965-ci ildə "Kiçik Qafqazın şərq hissəsinin geoloji quruluşu və tektonik inkişaf tarixi (Azərbaycan)" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini almışdır. 1968-ci ildə Azərbaycan EA müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilmişdir. == Əmək fəaliyyəti == Ədhəm Şıxəlibəyli 1954-cü ildən etibarən Geologiya və Geofizika İnstitutunda fəaliyyət göstərmişdir. Uzun müddət Geologiya və Geofizika İnstitutunun Geotektonika, stratiqrafiya və litologiya şöbəsinə rəhbərlik etmiş Ədhəm Şıxəlibəyli, həmçinin 1969–1971-ci illərdə Əlcəzairdə neft-qaz yataqlarının axtarışını aparan Sovet geoloqlar qrupuna da başçılıq etmişdir.Akademik 1992-ci ildən ömrünün sonuna qədər Azərbaycan Geoloqlarının Milli Komitəsinin prezidenti vəzifəsində çıxış etmişdir. O, AEA-nın Yer haqqında Elmlər Bölməsinin akademik-katibinin müavini vəzifəsini icra etmişdir.Ədhəm Şıxəlibəyli SSRİ EA Geologiya, geofizika, geokimya və dağ elmləri şöbəsinin müəssisələrarası tektonik komissiyasının üzvü olmuşdur. Eyni zamanda BDU-nun Dövlət Geologiya və Mineral Ehtiyatları Komitəsinin elmi-texniki şuralarının üzvü seçilmişdir. Həmçinin Azərbaycan Sovet Ensiklopediyası Redaksiya Şurasının üzvü olmuşdur. Habelə, professor Azərbaycan Milli Elmlər Akademiyasının "Xəbərlər" jurnalı Yer Elmləri seriyasının baş redaktorunun müavini vəzifəsini icra etmişdir.
Aşıq Ədhəm Ərəbov
Aşıq Ədhəm Ərəbov (tam adı: Ədhəm Aslan oğlu Ərəbov) — Azərbaycan aşığı. Aşıqların III Qurultayının iştirakçısı == Həyatı == Əlhəm Ərəbov 1912-cü ildə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur.
Mirzə Məhəmmədhüseyn xan Loğman Ədhəm
Mirzə Məhəmmədhüseyn xan Mirzə Zeynalabdin xan oğlu Loğman Ədhəmi (1879-1951)—Həkim, Tehran Tibb universitetinin rektoru. == Həyatı == Məhəmmədhüseyn xan Zeynalabdin xan oğlu 1879-cu ildə Təbriz şəhərində doğulmuşdu. İbtidai təhsilini atasından, orta təhsilini "Loğmaniyyə" məktəbində almışdı. Özü də bir müddət həmin məktəbdə coğrafiyadan dərs demişdi. Sonra atasının və digər ustadların yanında tibb elmini öyrənmişdi. Moin əl-Tibba ləqəbinə yiyələnmişdi. Məhəmmədəli mirzə şahlıq taxtına çıxdıqdan sonra Tehrana, saraya köçmüşdü. Azadxahlara divan və məclis topa tutulduqdan sonra sarayı tərk edib Fransaya yollanmışdı. 1908-ci ildə Paris universitetinin tibb fakültəsini bitirmişdi. O, tibb elmləri doktoru elmi ünvanı da almışdı.
Ədəm ağacı
Ədəm ağacı (lat. Dracaena draco) — drasena cinsinə aid bitki növü.
İbrahim Əthəm Paşa
İbrahim Əthəm Paşa (d. 1818 - ö. 1893) — II Əbdülhəmidin səltənətində 11 ay 6 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı.
Əthəm Mahmud Paşa
Əthəm Mahmud Paşa (ö. 7 fevral 1886) — Osmanlı sultanı Sultan Əbdülməcid və Sultan Əbdüləzizin dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Atası Sultan Əbdülməcid dönəminin sədrəzəmlərindən Mehmed Əli Paşa idi. Atası Sultan Mahmudun qızlarından Adilə Sultanla evli olsa da, Əthəm Paşa onun öncəki evliliyindən dünyaya gəlmişdir. Analığının saraya yaxınlığını səbəbilə mükəmməl təhsil aldı. 1850-ci ildə hərbi məktəbə daxil oldu. 1854-cü ildə Sultan Əbdülməcidin qızlarından Rəfiyə Sultanla nişanlandı. Cütlüyün toy mərasimi isə 21 iyul 1857-ci ildə Topqapı sarayında baş tutdu və cütlüyə Üsküdarda bir saray təsis edildi. Toy mərasiminin ardından general-leytenant rütbəsinə yüksələn Əthəm Paşa 1858-ci ildə vəzir rütbəsiylə Ali məclisə üzv seçildi. 1871-ci ilədək bir neçə dəfə məclis üzvlüyündən ayrılıb yenidən təyin olundu.
Edem Nalbandov
Edem Nalbandov (krımtat. Edem Nalbandov; 25 dekabr 1926 – 22 may 1999, Simferopol) — bəstəkar, xormeyster, Ukrayna Bəstəkarlar İttifaqının üzvü (1992), SSRİ Bəstəkarlar İttifaqının üzvü (1977), Özbəkistanın əməkdar mədəniyyət işçisi, Ukraynanın əməkdar incəsənət xadimi, Krım Dövlət Mükafatı laureatı. == Həyatı == Qarasubazar musiqi məktəbində skripka sinfini bitirmişdir. Deportasiyada olduğu vaxtlarda Leninabad Musiqi Kolleci, 1962-ci ildə isə Daşkənd Konservatoriyasının dirijorluq və xor fakültəsini bitirmişdir. B. Zeidmandan kompozisiya dərsləri almışdır. 1964-cü ildə Qaytarma Krım Tatar Mahnı və Rəqs Ansamblına rəhbərlik etmişdir. 1977-ci ildə Cizzak Musiqi Kollecinin direktoru oldu. 1980-1993-cü illərdə Daşkənd Mədəniyyət İnstitutunda işləmişdir. 1986-cı ildə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir. 1990-cı ildə Alma-Ata Konservatoriyasında namizədlik dissertasiyasını müdafiə etdi, dosent elmi adını aldı.
İbrahim Ethem Atnur
İbrahim Ethem Atnur (türk. İbrahim Ethem Atnur) – Çağdaş Türkiyə tarixçisi, tarix elmləri doktoru, Atatürk Universitetinin tarix şöbəsinin professoru == Həyatı və fəaliyyəti == İbrahim Ethem Atnur 2 mart 1966-cı ildə Türkiyənin Ərzurum şəhərində doğulmuşdur. 1989-cu ildə Ərzurumdakı Atatürk Universiteti Fənn-Ədəbiyyat fakültəsinin tarix bölümün məzunu olmuşdur. 1990-cı ildə Atatürk Universitetində araşdırmaçı kimi çalışmağa başlamışdır. Həmin universitetdə 1991-ci ildə “Deportasiyadan dönən yunan və ermənilərin köçürülməsi” (“Tehcirden Dönen Rum ve Ermenilerin Yeniden İskânı”) adlı çalışması ilə yüksək lisansını, 1996-cı ildə “Osmanlı yönətimindən Sovet yönətiminə qədər Naxçıvan (1918-1921)” adli dissertasiyası ilə doktorasını tamamlamışdır. Uzun müddət Atatürk Universiteti Ədəbiyyat fakültəsi Tarix bölümü Cümhuriyyət tarixi şöbəsində mühaziərlər oxuyan professor İbrahim Atnur, 2009-2014-cü illər arasında Türk Tarix Qurumunda çalışmışdır. O, Türk Tarix Qurumunda Bilim Kurulunun və Türk Hərbi Tarix Komissiyası üzvü olmuşdur. 2002-ci ildə Türkiyə Yazarlar Birliyi tərəfindən Naxçıvan haqqındaki əsəri ilə araşdırma sahəsində ilin yazarı seçilmişdir. 2014-cü ildə İbrahim Atnura elmi fəaliyyətinə görə Naxçıvan Muxtar Cümhuriyyəti Ali Məclis Başkanlığı tərəfindən “Xidmət Nişanı” verilmişdir. TRT tərəfindən tarixi mövzuda çəkilən 3 sənədli filmə elmi məsləhətçi olmuş və ssenari yazmış İbrahim Atnur Türkiyə və xaricdə çox sayda konqres, simpozium və konfransa qatılmışdır.
Dəhəb
Dəhəb (ərəb. دهب‎) — Misirin Cənubi Sinay vilayətində şəhərdir.
Məlhəm
Məlhəm (Səlmas) — İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. Məlhəm (Şamaxı) — Şamaxı rayonunda kənd. Məlhəm (dərman) — Yaraya və ya ağrıyan yerlərə sürtülən yağlı dərman.
Qədəm
Addım — çox qədim vaxtlardan bu günə qədər xalq arasında geniş işlənən və təxminən 1 m-ə bərabər uzunluq ölçüsü vahididir. == Ümumi məlumat == Çox güman ki, qədim insanlar yeriyərkən addımlarını saymağa başlamış və sonra da bundan ölçü vahidi kimi istifadə etmişlər. Bəlkə də insanların istifadə etdikləri ilk uzunluq ölçü vahidi elə addım olmuşdur. Bu gümanın gerçək hesab olunması üçün hər cür əsas vardır. İstər Azərbaycan şifahi xalq ədəbiyyatında, istərsə də klassik yazılı ədəbiyyatda addım sözünə tez-tez rast gəlinməsi də ondan uzunluq ölçüsü vahidi kimi xalq arasında geniş şəkildə istifadə olunduğunu göstərir: "Eni də az olsa, on beş-iyirmi addım var". On addım kənarda yatmayır təkə, Gəzinir oylağa baş çəkə-çəkə. Addım təkcə Azərbaycanda deyil, digər türk xalqlarında da işlənmişdir (Türkdilli xalqlardan bəziləri addıma qədəm deyirlər. Bu söz Azərbaycanda da işlənir. Evə gələn gəlinə də, qonağa da "qədəmi sayalı olsun" - deyirlər). Addım haqqında ayrı-ayrı ədəbiyyatlarda verilən bilgilər bəzən bir-birinə yaxın olsalar da, onların arasında kəskin fərqlənmələr də vardır.
Əbhər
Əbhər — İranın Zəncan ostanının şəhərlərindən biri, Əbhər şəhristanının inzibati mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 70,836 nəfər və 19,136 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Bölgənin adı ya "nərgiz çiçəyi, gözəl, qəşəng ada" kimi mənaları olan "əbhər" sözündən, ya da ərəb dilindəki "bəhr" (dəniz) sözünün cəm halı olan "əbhar" (dənizlər) sözündən gələ bilər.
Ədləs
Ədləs (ərəb. أدلس‎) — Əlcəzairin cənub-şərq hissəsində, Tamanrasset vilayətində kiçik şəhər və kommuna. Təzruk dairəsinə daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin mərkəzi hissəsinin cənub-şərqində, Böyük Səhranın mərkəzi hissələrində, Əhəqqar Milli Parkında, paytaxt Əlcəzairdən təxminən 1450 kilometr cənub-cənub-şərqdə yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 1391 metrdir.Ədləs kommunası Fəqarət-əz-Zua, İn-Amgel, Tamanrasset, Təzruq kommunaları, həmçinin İllizi vilayətinin ərazisi ilə həmsərhəddir. Sahəsi 54,125 km2-dir. == İqlim == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 38 mm). Orta illik temperatur 21,1 °C-dir. Ən soyuq ayın (yanvar) orta temperaturu 10,8°C, ən isti ayın (iyul) isə 29,2°C-dir. .
Əhrəm
Əhrəm — İranın Buşehr ostanının şəhərlərindən və Təngistan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 12,182 nəfər və 2,710 ailədən ibarət idi.
Adəm
Adəm (ivr. ‏אָדָם‏‏‎ insan, yun. Ἀδάμ, ərəb. آدم‎) — Tövrata, Zəbura, İncilə və Qurana görə Allahın yaratdığı ilk insan və insan nəslinin ulu babası. Səmavi kitablarda qeyd olunmuş informasiyalara əsasən Adəm və Həvvanın üçüncü oğlu — Şeys peyğəmbər Adəmin yaradılmasının 130-cu ilində dünyaya göz açmışdır. Yəni Adəm peyğəmbərin mövludu (yaranması) yəhudi dininə görə bizim eradan əvvəl təqribən 3800-cü ilə, xristian dininə (pravoslavlara) görə isə eradan əvvəl təqribən 5409-cu ilə təsadüf edir. Həvvanın əri, Habilin, Qabilin və Şeysin atası. Tanrıya itaət etməyərək xeyirlə şəri bilmə ağacının meyvəsini dadandan sonra cənnətdən qovulmuşdu. Yəhudiliyə görə, Adəm və Həvva bütün bəşəri obrazı əks etdirərək, tam həcmdə insani münasibətləri göstərilər, onların hekayəsi bəşəriyyətin tarixi örnəyi kimi baxıla bilər. Xristian dininə görə, Adəm insanın Tanrı ilə münasibətdəki rəmzidir.
Ödəm
Ödəm (lat. oedema) — orqanlarda, orqanizmin hüceyrədənkənar toxuma boşluqlarında mayenin həddindən artıq yığılması. Çox vaxt ayaqlara və qollara təsir göstərir. == Ödəmin səbəbləri == Səbəblər arasında venoz çatışmazlığı, ürək çatışmazlığı, böyrəkdə olan problemlər, aşağı protein səviyyəsi, qaraciyər problemləri, dərin damar trombozu, infeksiyalar, anjiyoödem, bəzi dərmanlar və limfedema ola bilər. Ödəm uzun müddət oturma və ya ayaq üstə durduqdan sonra olur, menstruasiya və ya hamiləlik zamanı da baş verə bilər. Vəziyyət qəfil başladıqda və ya ağrı və ya təngnəfəslik olduqda daha çox narahatlıq doğurur. == Növləri və simptomları == Ödəm yerli, yəni bədənin və ya orqanın müəyyən bir sahəsində və ümumi olur. === Yerli ödəm === Yerli ödəmdə iltihabın bir hissəsi kimi şişkinlik, tendonit və ya pankreatit müəyyən orqanlarda baş verir. Bəzi orqanlarda ödəm toxumaya xas mexanizmlərə görə inkişaf edir. Ayrı-ayrı orqanların ödəminə nümunələr: Periferik ödəm — (ayaqların ödəmi) ayaqlarda hüceyrədənkənar mayenin yığılması.
Ədəb
"Ədəb" — Cənubi Azərbaycanda dərc olunmuş qəzetlərdən biri. == Tarixi == Qəzet Cənubi Azərbaycanda dövrün tanınmış şəxsiyyətlərindən biri Sadiq xan Fərəhani tərəfindən 1898-ci ildə Təbrizdə çap olunmuşdur. O, sonralar qəzetin, tək Cənubi Azərbaycanda deyil, İranın Məşhəd və Tehran şəhərlərində də çap olunmasına nail olur. == Fəaliyyəti == Bu mətbu orqan publisistik dillə ölkənin ictimai-siyasi vəziyyətini açıb göstərir, xalqı müstəmləkəçilərə və istibdada qarşı mübarizəyə səsləyir, ölkədə islahatlar keçirilməsinə, qabaqcıl ideyaların yayılmasına səy göstərirdi.
Ədəd
Ədəd — varlıqların miqdar və say xarakteristikası üçün istifadə olunan anlayışdır. Bu anlayış qədim insanlar arasında saymaya olan təlabatdan yaranıb, hazırda isə dəyişib zənginləşdirilərək, mühüm riyazi anlayışa çevrilib. Riyaziyyatda mənfi rəqəmlər anlayışı borcları hesablamaq üçün orta əsrlərdə yaranıb. == Ədədlərin növləri == Natural ədədlər əşyaları sayarkən istifadə olunan ədədlərə deyilir. Natural ədədlər çoxluğu N {\displaystyle \mathbb {N} } ilə işarə olunur. Yəni N = { 1 , 2 , 3 , . . . } {\displaystyle \mathbb {N} =\left\{1,2,3,...\right\}} . Tam ədədlər.
Ədən
Ədən — keçmişdə Yəmənin paytaxtı olmuşdu. == Tarixi == Ədənə və Əsənə adı ilə antik dövrlərdən məlumdur. 1839-cu ildə Böyük Britaniyanın müstəmləkəsi olmuşdu.
Əhən
Əhən — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhən kənd İƏD üzrə nümayəndəlik 4 kənddən Əhən, Qoydan, Ximran və Duvaryan kəndlərindən ibarətdir. Ümumi ərazisi 3661.86 ha təşkil edir. 134.70 ha dövlət mülkiyyətində saxlanılan torpaqlar, 273.77 ha xüsusi mülkiyyətə verilmiş torpaqlar, 3253.39 ha isə bələdiyyə mükiyyətinə verilmiş torpaqlardır. Nümayəndəlikdə olan əhalinin ümumi sayı 690 nəfərdir ki, cins tərkibi etibari ilə 328 nəfər kişilər, 362 nəfər qadınlardan ibarətdir. Nümayəndəliyin mərkəzi Əhən kəndi, rayon mərkəzindən 39 km şərqdə, Girdiman çayının sol sahilindən 3 km aralı, Niyaldağ silsiləsinin (Böyük Qafqaz) şimal ətəyində, Lahıc çökəkliyində, dəniz səviyyəsindən 1500-1700 metr yüksəklikdə, Böyük Qafqaz dağlarının Qovdağ silsiləsinin qərb yamaclarında yerləşir. Kənddə məktəb, klub, kitabxana, tibb məntəqəsi fəaliyyət göstərir. Kənd Lahıc turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir. Kəndin əhalisi 519 nəfərdir. Kəndin əhalisi əsasən heyvandarlıq, əkinçilik, taxılçılıq və meyvəçiliklə məşğul olur.
Əhər
Əhər (azərb. اهر‎) — İranın Şərqi Azərbaycan ostanındakı Əhər şəhristanının inzibati mərkəzi. 2016-cı il hesablamalarına görə Şərqi Azərbaycan ostanının ən çox əhali məskunlaşan IV şəhəridir. Əhalisinin sayı 100,641 nəfər və ya 20,844 ailə olmuşdur. Əhər 18 və 19-cu əsrlərdə Qaradağ xanlığının paytaxtı olmuşdur. == Təbii fəlakətlər == 2012-ci il, 11 avqust tarixdə, şənbə günü, günorta saatlarında Təbriz və Əhər şəhərləri yaxınlığında 6.4 və 6.3 gücündə təkanlar baş vermiş və bundan sonra 55-dən artıq afterşok qeydə alınmışdır. Zəlzələdə xeyli sayda insan həlak olmuşdur. == İqtisadiyyatı == 1960-cı illərin əvvələrinə qədər Əhər Qaradağ vilayətinin iqtisadi mərkəzi olmuşdur. Qaradağ vilayətində yaşayan köçəri tayfalar hər il Əhər bazarında öz məhsullarını dəyişdirmiş və ya satmışdırlar. Qaradağ vilayətindən çıxarılan kömür Əhərə gətirilir və buradan da Təbrizə göndərilir.
Ağüz (Əbhər)
Ağüz (fars. اغور‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Əbhərrud bölgəsinin Əbhərrud qəsəbəsindən 45 km cənubda, dağlıq ərazidədir. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 352 nəfər yaşayır (73 ailə).
Dehrəm
Dehrəm — İranın Fars ostanının Fəraşbənd şəhristanının Dehrəm bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,946 nəfər və 684 ailədən ibarət idi.
Dehəc
Dehəc — İranın Kirman ostanının Şəhr Babək şəhristanının Dehəc bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,756 nəfər və 1,600 ailədən ibarət idi.
Dehəq
Dehəq — İranın İsfahan ostanının Nəcəfabad şəhristanının Mehrdəşt bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 7,828 nəfər və 2,174 ailədən ibarət idi.
Edgew.
Maykl Pakenham Edcourt (ing. Michael Pakenham Edgeworth; 24 may 1812 – 30 iyul 1881) — İrlandiya botaniki. == Əsərləri == Edgeworth, M.P. (1846). Descriptions of some unpublished species of plants from North-Western India. Transactions of the Linnean Society of London 20(1): 23—91. Edgeworth, M.P. (1877). Pollen. 92 p., 24 pl. == Şərəfinə adlandırılan taksonlar == Edgeworthia Meisn., 1841 Edgeworthia Falc., 1842, nom. illeg.
Edred
Edred (ing. Edred, Eadred; 923, Uesseks krallığı[d] – 23 noyabr 955) — 946-955-ci illərdə İngiltərənin kralı. Böyük Eduardın üçüncü arvadından olan kiçik oğlu. 26 may 946-cı ildə Eduardın böyük oğlu Edmundun ölümündən sonra kral elan olunmuşdur. Edred kral olduğu dövrdə ağır xəstəlikdən əziyyət çəkdiyi üçün dövlət işlərini anası Edqiva və özünün yaxın məsləhətçisi olan Abbat Dunstana həvalə etmişdi.
Edsel
Edsel ― ABŞ-də yerləşən keçmiş bir avtomobil markası idi. Marka 1957-ci ildə Ford Motor Company tərəfindən yaradılmış və 1960-cı ildə bağlanmışdır. Henri Fordun oğlu Edsel Fordun adını daşımışdır. Ford Edsel markası ilə həm General Motors, həm də Chryslerə qarşı bazar payını əhəmiyyətli dərəcədə artıracağına və Amerika avtomobil bazarında GM ilə arasındakı boşluğu aradan qaldıracağına ümid edirdi. Ford, Edselin gələcəyin avtomobili olduğuna istehlakçıları inandırmaq üçün reklam kampaniyasına böyük bir investisiya qoydu. İctimaiyyətə açıqlandıqdan sonra, çirkin, bahalı və ekstravaqant hesab edildi və müasir Amerika avtomobil alıcıları arasında heç vaxt populyarlıq qazanmadı. Edsel adı, ticarətdə uğursuzluğu göstərmək üçün nəzərdə tutulmuş məşhur bir simvol halına gəlmişdir.
Eyham
Eyham — kinayə məqsədilə işlənən ikibaşlı söz, incə işarə. Cəlil Məmmədquluzadənin "Ölülər" əsərində İsgəndərin, Cəfər Cabbarlının "Sevil"ində Gülüşün dilində dəfələrlə belə eyhamlar işlənmişdir.
Ezhel
Ömər Sərcan İpəkçioğlu (türk. Ömer Sercan İpekçioğlu, təxəllüsü: Ezhel; 1 iyul 1991, Çanqaya) — Türkiyə repçisi və söz yazıçısı. == Həyatı == Ömər Sərcan İpəkçioğlu 1 iyul 1990-cı il tarixində Türkiyənin paytaxtı Ankara şəhərində anadan olmuşdur. Onun ailəsi musiqi ilə maraqlanırdı – anası Anadolu xalq rəqqası, dayısı isə musiqiçi, səsçi və səhnə işıqçısı idi. O, "TED" məktəbinə təqaüd alır. Bu dövrdə "Ezhel" "Eminem", "50 Cent" və Tupak Şakur kimi ABŞ repçilərinə qulaq asmağa başlayır. == Karyera == 18 yaşında olarkən o, "Afra Tafra" adlı reqqi janrındakı mahnılar ifa edən bir musiqi qrupunun üzvü olmuşdur. "Hip-Hop Life" saytının təşkil etdiyi müsabiqədə o, "Freestyle kralı" seçilmiş və 2.000 türk lirəsi qazanmışdır. Qrupdan ayrıldıqdan sonra Ankara şəhərində bir neçə dostu ilə "Kökler Filizleniyor" adlı öz reqqi musiqi qrupunu təsis etmişdir. O, karyerasına 2017-ci ilə qədər "Ais Ezhel" təxəllüsü ilə davam etmişdir.Ezhel bağlama, ney və gitara da ifa edə bilir.