Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əsginaz
Əsginas — dördbucaqlı kağız, xüsusi qalın parça, əsasən ipək, metal və plastik materialdan hazırlanan pul vahidi; Milli valyuta əsginaslar hər ölkənin mərkəzi bankı tərəfindən buraxılır və de-yure bütün ölkə ərazisində ödəniş vasitəsi kimi qəbul edilməyə məcburidir. == Tarixi == Əsginaslar tədavüldə olan qızıl sikkənin əvəzedicisi kimi meydana gəlmişdir. Ən qədim əsginas IX əsrdə (812-ci il)Çin ərazisində Tan sülaləsi tərəfindən buraxılıbdır. Əsginasların buraxılması hüququnu dövlət öz üzərinə götürür. Buraxılmış pulun nominal dəyəri ilə onların buraxılş dəyəri arasındakı fərq (kağıza çap edilməsinə çəkilən xərclər) xəzinənin emissiya gəlirini təşkil edir. İlk mərhələdə əsginaslar qızıl pullarla yanaşı buraxılırdı və onları tədavülə yeritmək üçün qızıl sikkələrə dəyişdirirdilər. == Əsginaslarla banknotların fərqi == Əsginaslar banknotlardan bir neçə xüsusiyyətinə görə fərqlənir. Əsginaslar tədavül funksiyasını yerinə yetirir, banknotlar isə tədiyə vasitəsidirlər. Əsginasları dövlət buraxır, banknotları isə mərkəzi emissiya bankları çap edir. == İstinadlar == == Xarici keçidlər == Ən maraqlı əsginaslar / banknotlar (az.) Pul ilə əlaqədar olan bu məqalə qaralama halındadır.
Əskinaz

Əlfiya Avzalova
Əlfiya Avzalova (tam adı: Əlfiya Avzalova, tatar. Әлфия Афзал кызы Авзалова; 15 yanvar 1933, Aktanış[d], Tatarıstan MSSR – 15 iyun 2017, Kazan) — tatar əsilli Sovet və Rusiya müğənnisi, Tatarıstan Muxtar Sovet Sosialist Respublikası əməkdar artisti və xalq artisti, RSFSR-in əməkdar artisti, Tatar Filarmoniyasının solisti və Tatarıstan Respublikasının Dövlət Mükafatı laureatı. == Həyatı == Əlfiya Avzalova Tatarıstanın Aktanış rayonunda anadan olmuşdur. Anası vəfat etdikdən, ardınca is atası Böyük Vətən müharibəsində həlak olduqdan sonra yetim qalan Əlfiyanı xalası böyütmüşdür. 1957-ci ildə Tatar Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuş və Soltan Qabəşi, A.Klyuçarev, Mənsur Müzəffərov, Z.Həbibullinin və digər bir çox bəstəkarların əsərlərini ifa etmişdir. Onun repertuarına qədim və müasir folklor mahnılar daxil idi. Əlfiya Raisa Volkova ilə bir yerdə təhsil almış və sonralar Tatar Dövlət Filarmoniyasının bədii direktoru işləmişdir. Ansamblda bir il işlədikdən sonra Əlfiya Avzalova musiqi məktəbinə daxil olmuşdur. Sonralar filarmoniyanın bədii rəhbərliyinin tövsiyəsi ilə Əlfiya Avzalova özünün konsert qrupunu yaratmışdı: qrup tərkibində Kərim Qəbidullinin rəhbərliyi altında orqan, gitara, musiqili klaviatura və sintezatordan ibarət, həmçinin rəqs qrupunun da olduğu "Kazan utları" adlı ansambldan ibarət idi. Bu ansamblla birlikdə Əlfiya Avzalova Mərkəzi Asiya və Baltikyanı dövlətlərə qastrol səfərlərinə getmiş, həmçinin Moskva Leninqrad və Rusiyanın bir sıra şəhərlərində səhnə almışdı.
Elvina Kərimova
Elvina Kərimova (d. 25 mart 1994) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Elvina Kərimova, Rusiya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Macarıstan yığmasını 20:18 hesabı ilə məğlub edən Rusiya yığması, Rio-de-Janeyro Olimpiadasının bürünc medalına sahib oldu.
Euseius elinae
Euseius elinae (lat. Euseius elinae) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
Elina Bıstritskaya
Elina Bıstritskaya (4 aprel 1928, Kiyev – 26 aprel 2019, Moskva) — SSRİ-nin görkəmli teatr və kino aktrisası, pedaqoq, SSRİ xalq artisti (1978). == Həyatı == Elina Avraamovna Bıstritskaya 4 aprel 1928-ci ildə Kiyevdə anadan olub. Tibb Texnikumunda, bir müddət Pedaqoji İnstitutun filologiya fakültəsində, daha sonra Kiyev Dövlət Teatr Texnikumunda (1953) təhsil alıb. Vilnüs Rus Dram Teatrında (1953–1956), A.S.Puşkin adına Moskva Dram Teatrında (1956–1958), Malıy Teatrda (1958) çalışıb. 1979-cu ildən A.Lunaçarski adına GİTİS-də pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1950-ci ildən kinoya çəkilmişdir. 1980-ci ildən SSRİ Bədii Gimnastika Federasiyasının və SSRİ Teatr Xadimləri İttifaqının hərbi-vətənpərvərlik komissiyasına rəhbərlik edib. Ana və Uşağın Sağlamlığının Müdafiəsi Beynəlxalq Fondunun vitse prezidenti, "Stabil Rusiya" siyasi təşkilatının fəal üzvlərindən olmuşdur. "Mədəniyyət və İncəsənətə Dəstək" Fondunun təsisçisidir. SSRİ-nin (1978), Qazaxıstanın, Gürcüstanın və Rusiya Federasiyasının (1966) xalq artisti olmuşdur.
Elina Hacıyeva
Elina Hacıyevanın ölümü — Bakı şəhərində 162 saylı tam orta məktəbdə 14 yaşlı 8-ci sinif şagirdi Elina Ədalət qızı Hacıyevanın intihar hadisəsi. Elina Hacıyeva 2019-cu il aprelin 4-də saat 09:11-də məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar edib. Bu, onun 2-ci intihar cəhdi olub. Bu, 2015–2019-cu illərdə Azərbaycanda baş verən 10-cu məktəbli intihar hadisəsidir. == Zəmin == Elina Hacıyeva 6 aylıq olanda onun valideynləri boşanıb. Sonradan anası Sevil Hacıyeva ikinci dəfə ailə quraraq, bu izdivacdan da iki övladı olub.O, 1-ci sinifə Bakı şəhəri 49 nömrəli tam orta məktəbə gedib. 3 il orada oxuyub. Həmin məktəbin rus bölməsi bağlananda, bu bölmənin şagirdləri azərbaycandilli bölmələr arasında bölüşdürüləndə valideynləri Elinanı başqa məktəbə keçirməli olublar. 4-cü sinifdən başlayaraq Elina Bayılda Bakı şəhəri 203 nömrəli tam orta məktəbə getməyə başlayıb. Ancaq evdə daha bir azyaşlı bacısının varlığı, üstəlik, anasının da hamilə olması Elinanın növbəti dəfə məktəbdən ayrılmasına səbəb olub.
Elina Neçayeva
Elina Neçayeva (est. Elina Netšajeva, rus. Элина Нечаева; 10 noyabr 1991, Tallin) — rus mənşəli Estoniya sopranosu. O, "La Forza" mahnısı ilə Estoniyanı 2018 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı == Elina Neçayeva 10 noyabr 1991-ci ildə Estoniyanın paytaxtı Tallin şəhərində rus ailəsində anadan olmuşdur. O, 2011-ci ildə Tallin Fransız Məktəbində təhsilini başa vurmuşdur. 2016-cı ildə Estoniya Musiqi və Teatr Akademiyasını klassik musiqi ixtisası üzrə magistr dərəcəsi ilə bitirmişdir.Estoniya televiziyasında Elina ilk dəfə 2009-cu ildə Eesti otsib superstaari musiqi yarışmasındakı iştirakı ilə görülmüşdür. Daha sonra ifaçı 2014-cü ildə Estoniyanın Klassikatähed yarışmasında iştirak etmiş və nəticə olaraq finaladək yüksələ bilmişdir.2017-ci ildə Neçayeva Estoniyanın Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi Eesti Laul milli seçim turuna aparıcılıq etmişdir. 2017-ci ilin sonlarında Elina Neçayevanın "La Forza" mahnısı ilə Estoniyanın ERR telekanalının 2018 Avroviziya Mahnı Müsabiqəsi üçün təşkil etdiyi milli seçim turunda iştirak edəcəyi təsdiqlənmişdir. Mart ayında baş tutan yarışmanın finalında Neçayeva səsvermədə rəqiblərini məğlub edərək, qalib gəlmiş və italyan dilində olan "La Forza" mahnısı ilə Estoniyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmək hüququ qazanmışdır.Müsabiqə üçün uzun sürən hazırlıqlardan sonra Elina 8 may tarixində baş tutan müsabiqənin birinci yarımfinal mərhələsində 9-cu səhnə almışdır.
Elina Svitolina
Elina Mixailovna Svitolina (ukr. Еліна Світоліна; 12 sentyabr 1994, Odessa, Ukrayna) - Ukraynalı peşəkar tennisçi; 16 WTA turnirinin qalibi (bunlardan 14-ü təkdir); təklikdə WTA-2018 Tour Finalın qalibi; keçmiş dünyanın üçüncü raketkası. Bütün Böyük Dəbilqə turnirlərində ən azı dörddə bir finalda oynamış tennisçi. Yeniyetmələrdə Böyük Dəbilqə tək turnirinin qalibi (French Open 2010); təklərdə Böyük Dəbilqə turnirinin finalçısı (Uimbledon 2012); cütlüklərdə Böyük Dəbilqə turnirinin finalçısı (Uimbledon 2010); gənclər sıralamasında dünyanın keçmiş birinci raketkası. == Ümumi məlumat == Elina Yelena və Mixail Svitolinaların ailəsində anadan olub; valideynləri onun böyük qardaşı Yulianı bir müddət peşəkar bir tennisçi kimi yetişdirmək istəyirdilər. Paralel olaraq Elinanı da bu idman növünə cəlb etmişdilər. Beş yaşından bəri ukraynalı tennislə məşğul olmağa başlamışdır. Sevimli örtük - torpaqdır. 2019-cu ilin sentyabr ayından etibarən fransız tennisçi Qael Monfils ilə görüşür.2010-cu ildə, karyerasının yeniyetməlik çağında, Svitolina qızlar arasında Fransa Açıq Çempionatını qazana bildi. Elə həmin il cütlüklərdə rusiyalı İrina Xromaçova ilə birlikdə yeniyetmələrin Uimbldon turnirinin finalına çıxdı.
Elina Hacıyevanın ölümü
Elina Hacıyevanın ölümü — Bakı şəhərində 162 saylı tam orta məktəbdə 14 yaşlı 8-ci sinif şagirdi Elina Ədalət qızı Hacıyevanın intihar hadisəsi. Elina Hacıyeva 2019-cu il aprelin 4-də saat 09:11-də məktəbin 3-cü mərtəbəsindən özünü ataraq intihar edib. Bu, onun 2-ci intihar cəhdi olub. Bu, 2015–2019-cu illərdə Azərbaycanda baş verən 10-cu məktəbli intihar hadisəsidir. == Zəmin == Elina Hacıyeva 6 aylıq olanda onun valideynləri boşanıb. Sonradan anası Sevil Hacıyeva ikinci dəfə ailə quraraq, bu izdivacdan da iki övladı olub.O, 1-ci sinifə Bakı şəhəri 49 nömrəli tam orta məktəbə gedib. 3 il orada oxuyub. Həmin məktəbin rus bölməsi bağlananda, bu bölmənin şagirdləri azərbaycandilli bölmələr arasında bölüşdürüləndə valideynləri Elinanı başqa məktəbə keçirməli olublar. 4-cü sinifdən başlayaraq Elina Bayılda Bakı şəhəri 203 nömrəli tam orta məktəbə getməyə başlayıb. Ancaq evdə daha bir azyaşlı bacısının varlığı, üstəlik, anasının da hamilə olması Elinanın növbəti dəfə məktəbdən ayrılmasına səbəb olub.
La Forza (Elina Neçayeva mahnısı)
"La Forza" (azərb. Güc‎) — Estoniyalı soprano Elina Neçayevanın, operatik-pop üslublu mahnısı. Mahnı sayca 63-cü Avroviziya Mahnı Müsabiqəsində, Estoniyanı uğurla təmsil etmişdir. == Mahnı == İtalyan dilində səsləndirilən opera-pop janrlı "La forza" musiqi əsərinin söz yazarları Kseniya Kuçukova və Elina Neçayevadır. Adında da olduğu kimi, insan ruhuna "İlahi güc" bağışlayan möhtəşəm opera əsərinin musiqi bəstəsi isə, Mikel Mattisen və Timo Ventə məxsusdur. Adıçəkilən bəstəkarlar mahnının ifasında, bek-vokalçı olaraq da iştirak etmişdir. == Buraxılış tarixi == == Beynəlxalq arenada == "La forza" Estoniyanın milli seçim yarışması olan "Eesti Laul"un 2018-ci il buraxılışında, Elina Neçayevanın ifası ilə qələbə qazanmışdır. Bu, mahnının beynəlxalq səhnələrdə səslənməsinə şərait yaratdı. Avroviziya Mahnı Müsabiqəsi 2018 İstedadlı soprano sənətçisi Elina Neçayeva sayca 63-cü Avroviziya Mahnı Müsabiqəsinin birinci yarı-finalında, "La forza" mahnısı ilə iştirak etmiş və ümumilikdə 201 xal toplayaraq 5-ci sırada Estoniyanı böyük finala yüksəltmişdir. Möhtəşəm finalda, Avstriyadan sonra və Norveçdən əvvəl, səhnədə 6-cı nömrə altında mahnısını bir daha canlı ifa edən təmsilçi, müsabiqənin yekun səsvermə nəticələrinə əsasən 245 xal toplayaraq, beynəlxalq yarışmanı 8-ci sırada tamamlamışdır.