Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Klüman
Klüman (fr. Clumanc, oks. Clumanc) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04059. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 169 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 114 yaşında (15-64 yaş arasında) 81 nəfər iqtisadi fəal, 33 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 71,1%, 1999-cu ildə 63.9%) idi. Fəal olan 81 nəfərdən 70 nəfər (43 kişi və 27 qadın), 11 nəfər işsiz (6 kişi və 5 qadın) idi.
Əlgüşad Məmmədov
Əlgüşad Məmmədov — tanınmış kamança ifaçısı. Əlgüşad Məmmədov ömrünün 40 ildən çoxunu milli musiqimizin təbliğinə həsr etmiş, 35 illik pedaqoji fəaliyyət göstərmişdir. Bakının 26 nömrəli musiqi məktəbində dərs deyir. Hacı Məmmədov, Əhsən Dadaşov, Əliağa Quliyev, Ramiz Quliyev, Sərvər İbrahimov, Firudin Ələkbərov kimi ustad tarzənlərlə birgə ən dəyərli xanəndə və müğənnilərimizi müşayiət edib. Bu gün radio-televiziyanın qızıl fondunda onun müxtəlif illərdə lentə aldırdığı "Rast", "Çahargah", "Şüştər", "Bayatı Şiraz", "Bəstənigar", "Mahur" kimi muğamlarımızla yanaşı, xalq havacatları da qorunub saxlanmışdır. Çoxları kimi Əlgüşad Məmmədovun da sənət yolu oxuduğu məktəbin bədii özfəaliyyət kollektivindən başlayıb. Məktəbin musiqi müəllimi Həmid Ağabəyov balaca Əlgüşadın incəsənətə olan marağını, musiqi qabiliyyətini görərək onu musiqi məktəbinin kamança sinfinə yazdırır, hətta məktəbdən ona kamança da verdirir. İlk gündən kamançaya meyl salan Əlgüşad çox çəkinir ki, özünün şirin çalğısı ilə təkcə məktəbdə deyil, doğulub boya-başa çatdığı Saatlı rayonunda da tanınır. Mədəniyyət evinin xalqı çalğı alətləri ansamblına üzv olur. Rayonun əksər tədbirlərində fəal iştirak edir.
Əlzaman Rəhimov
Əngəman (Urmiya)
Əngəman (fars. انگمان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 167 nəfər yaşayır (28 ailə).
Güman (1989)
== Məzmun == Film Azərbaycanın internat-məktəblərində və uşaq evlərində təhsil alan yeniyetmələrdən bəhs edir. Filmdə ata ocağından, ana qayğısıdan məhrum olmuş yetim uşaqların ağır taleyindən, habelə doğma ev-eşiklərindən ayrı düşmüş didərgin balalarının faciəli həyatından söhbət açılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Nicat Bəkirzadə Operator: Yuri Varnovski Səs operatoru: Vladimir Savin == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Klyuman
Klüman (fr. Clumanc, oks. Clumanc) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04059. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 169 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 114 yaşında (15-64 yaş arasında) 81 nəfər iqtisadi fəal, 33 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 71,1%, 1999-cu ildə 63.9%) idi. Fəal olan 81 nəfərdən 70 nəfər (43 kişi və 27 qadın), 11 nəfər işsiz (6 kişi və 5 qadın) idi.
Ləğman
Ləğman vilayəti (fars. لغمان‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 3.843 km², əhalisi 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən 403.5 min nəfər, inzibati mərkəzi Mehtərlam şəhəridir. Əhalisinin etnik tərkibi puştunlardan (Qılzaylar vilayət əhalisinin 50%-dən artığını təşkil edirlər. Kompakt halda Əlingar, Mehtərlam və Qarğayi rayonlarında məskunlaşıblar), taciklərdən (əsasən puştunlar yayılan rayonlarda yaşayırlar), nuristanilərdən (Kata tayfası Dövlətşah və Əlişəng rayonlarında əhalinin çoxluğunu təşkil edir, həmçinin Əlingar, Mehtərlam və Qarğayi rayonlarında da yaşayırlar; Aştu tayfası Kata tayfası ilə birlikdə Dövlətşah və Əlişəng rayonlarında yaşayırlar) və paşayilərdən (kompakt halda Dövlətşah rayonunun şimalında yaşayırlar) ibarətdir. Vilayət inzibati cəhətdən Mehtərlam, Dövlətşah, Əlingar, Əlişəng və Qarğayi rayonlarına bölünür. == Əhalisi == Əhalinin 58%-i puştun, 33%-i paşayi, 9%-i isə dari dillərində danışır.
Güman (film, 1989)
== Məzmun == Film Azərbaycanın internat-məktəblərində və uşaq evlərində təhsil alan yeniyetmələrdən bəhs edir. Filmdə ata ocağından, ana qayğısıdan məhrum olmuş yetim uşaqların ağır taleyindən, habelə doğma ev-eşiklərindən ayrı düşmüş didərgin balalarının faciəli həyatından söhbət açılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Nicat Bəkirzadə Operator: Yuri Varnovski Səs operatoru: Vladimir Savin == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Elgün
Elgün — ad. Elgün Camal Elgün Xanoğlanlı Elgün Səfərov Elgün Quliyev Elgün Quliyev (əsgər, 1992) — Vətən müharibəsi şəhidi. Elgün Quliyev (əsgər, 2000) — Vətən müharibəsi şəhidi.
Elman
Elman — kişi adı. Elman Rüstəmov — Azərbaycan Respublikası Mərkəzi Bankın və Azərbaycan Şahmat Federasiyasının sədri. Elman Hüseynov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Elman Nəsirov — Politoloq, Siyasi şərhçi Elman Qədirov — İctimai Televiziya və Radio Yayımları Şirkətində baş direktorun radio üzrə müavinidir. Jurnalist Elman İsgəndər — biologiya elmləri doktoru, professor, Elman Əliverdiyev — "Azərelektromaş" Elmi-İstehsalat Birliyinin baş direktoru, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1987). Elman Eldaroğlu — jurnalist, naşir, şair-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Elturan Avalov
Elturan Vəli oğlu Avalov (20 avqust 1940, Bakı) — azərbaycanlı rəssam, Azərbaycanın əməkdar incəsənət xadimi (1991), professor (2003). Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, Azərbaycan Memarlar İttifaqı və Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. == Həyatı və fəaliyyəti == Elturan Avalov 1940-cı ildə Bakı şəhərində anadan olub. 1963-cü ildə Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsini bitirib. 1973-cü ildə "Şuşa şəhərinin memarlığı və onun tarixi simasının qorunması" mövzusunda dissertasiya yazaraq onu müdafiə edib. Sonradan ərsəyə gətirdiyi "Şuşa" adlı qrafik silsilədə Pənahəli xanın qəsrini, Gəncə qapısını, Qaraböyük xanım sarayını, İbrahim Xəlil xanın sarayını, Xan sarayını, Saatlı məscidi, Mehmandarovların mülkünü, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər Ağa məscidini, Xurşidbanu Natəvanın evini, Xurşidbanu Natəvanın tikdirdiyi karvansaranı, Xan qızı bulağını, Molla Pənah Vaqifin məqbərəsini və ümumilikdə 50-ə qədər abidəni tuş-pero texnikası ilə təsvir edib. "Şuşanın memarlığı" (1977), "Elturan" (1986), "Memarın gözü ilə" (1978) adlı kitabların müəllifidir. 1991-ci ildə Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi adına layiq görülüb. 30-dan çox sərginin iştirakçısıdır. Bakıda (1985, 1994, 2005), Moskvada (1986), Türkiyədə (1999) fərdi sərgiləri keçirilib.
Osmanov Ərzuman
Ərzuman Kamran oğlu Osmanov (25 dekabr 1990; Orta Ləki, Ağdaş rayonu — 1 oktyabr 2020; Ağuçuq yüksəkliyi, Gülüstan-Madagiz ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ərzuman Osmanov 1990-ci 25 dekabr tarixində Ağdaş rayonunun Orta Ləki kəndində anadan olub. 1997-2008-ci illərdə Nizami Gəncəvi adına Mingəçevir şəhər 8 saylı tam orta məktəbdə təhsil alıb. Subay idi. Əsgər yoldaşları arasında "Aliço" ləqəbi ilə tanınan Ərzuman Osmanov oktabrın 1-də Madagiz uğrunda döyüşlərdə ağır yaralanıb və ondan bir daha xəbər alınmayıb. İtkin düşən Ərzuman Osmanovun nəşi dekabrda aparılan axtarışlar zamanı tapılıb və DNT analizindən sonra 9 dekabr 2020-ci il tarixində ailəsinə təhvil verilib. Ərzuman Osmanov 10 dekabr tarixində Mingəçevir şəhər şəhidlər xiyabanında böyük izdihamla dəfn olunub.
Ərzuman Osmanov

Əmirabad (Ənquran)
Əmirabad (fars. اميراباد‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 13 nəfər yaşayır (4 ailə).
Ənquran (Mahnişan)
Ənquran (fars. انگوران‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,068 nəfər yaşayır (261 ailə).
Miyanıc (Ənquran)
Miyanıc (fars. ميانج‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 465 nəfər yaşayır (104 ailə).
Muğanlı (Ənquran)
Muğanlı (fars. مغانلو‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 193 nəfər yaşayır (42 ailə).
Qaragöl (Ənquran)
Qaragöl (fars. قراگل‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 95 nəfər yaşayır (19 ailə).
Yengicə (Ənquran)
Yengicə (fars. ينگجه‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 239 nəfər yaşayır (62 ailə).
Doktor Eqqman
Doktor Eqqman (ドクター・エッグマン, Dokutā Egguman, ing. Doctor Eggman), və ya Doktor Ayvo Robotnik (ドクター・ロボトニック, Dokutā Robotonikku, ing. Doctor Ivo Robotnik) — "Sonic the Hedgehog" seriyasının baş antaqonisti. == Xarakteristika == Doktor Eqqman pisniyyətli, mükəmməl bir zəkaya (İƏ dərəcəsi 300 baldır) sahib bir həkimdir. O, dünyanı fəth etmək və «Eqqmanlend» adlı bir ölkə qurmaq istəyir. Doktor Eqqman Kirpi Sonikin baş düşmənidir. O, Doktor Eqqmanın planlarını uğursuz etməyə çalışır. Doktor Eqqman qırmızı rəngli bir jaket, qara rəngli şalvar, bənövşəyi rəngli bir eynək geyinir və keçəldir. Onun boyu – 185 santimetr (6.07 ft), çəkisi isə – 128 kiloqram (282 funt). Onun bədəni bir yumurtaya bənzəyir.
Ləğman vilayəti
Ləğman vilayəti (fars. لغمان‎) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 3.843 km², əhalisi 2009-cu ilin əvvəlinə olan rəsmi məlumata əsasən 403.5 min nəfər, inzibati mərkəzi Mehtərlam şəhəridir. Əhalisinin etnik tərkibi puştunlardan (Qılzaylar vilayət əhalisinin 50%-dən artığını təşkil edirlər. Kompakt halda Əlingar, Mehtərlam və Qarğayi rayonlarında məskunlaşıblar), taciklərdən (əsasən puştunlar yayılan rayonlarda yaşayırlar), nuristanilərdən (Kata tayfası Dövlətşah və Əlişəng rayonlarında əhalinin çoxluğunu təşkil edir, həmçinin Əlingar, Mehtərlam və Qarğayi rayonlarında da yaşayırlar; Aştu tayfası Kata tayfası ilə birlikdə Dövlətşah və Əlişəng rayonlarında yaşayırlar) və paşayilərdən (kompakt halda Dövlətşah rayonunun şimalında yaşayırlar) ibarətdir. Vilayət inzibati cəhətdən Mehtərlam, Dövlətşah, Əlingar, Əlişəng və Qarğayi rayonlarına bölünür. == Əhalisi == Əhalinin 58%-i puştun, 33%-i paşayi, 9%-i isə dari dillərində danışır.
Böhtan və pis güman
Böhtan və ya iftira — olmayan bir şeyi olmuş kimi təqdim etmək. Böhtan və ya iftira çox mənfi olaraq qiymətləndirilir. == İslamda böhtan == İslamda böhtan böyük günahlardandır. Qurani-Kərimdə insana böhtan atmağın günah olması aşkar şəkildə qeyd edilir: "Mömin kişiləri və qadınları etmədikləri bir işdən (günahdan) ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər!"; "(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək-bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır." "Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!" — deməli deyildilərmi? (Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək dörd şahid gətirmədilər? Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar! Əgər Allahın dünyada və axirətdə sizə neməti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı. O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyiniz sözü ağzınıza alır və onu yüngül (asan, insana günah gətirməyən) bir şey sanırdınız. Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır!" Hz.
Elman Abbasov
Elman Abbasov (tam adı: Abbasov Elman Abbas oğlu; 25 iyul 1953, Naxçıvan – 2 mart 2016) — Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı. == Həyatı == Elman Abbasov 25 iyul 1953-cü ildə Naxçıvanda anadan olmuşdur. 2 mart 2016-cı ildə vəfat etmişdir. == Siyasi-ictimai fəaliyyəti == Elman Abbasov 01.06.1972-ci il tarixindən 05.05.1974-cü il tarixinədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi xidmət keçmiş və Ehtiyat zabit hazırlığı kursunun tank komandiri ixtisasını bitirdiyinə görə SSRİ Müdafiə Nazirinin 28.08.1974-cü il tarixli müvafiq əmrinə əsasən "Kiçik Leytenant" hərbi rütbəsi verilmişdir. Zaqafqaziya Hərbi Dairəsi Komandirinin 23.06.1979-cu il tarixli müvafiq əmri ilə "ehtiyatda olan leytenant" və 23.07.1984-cü il tarixli müvafiq əmri ilə "ehtiyatda olan baş leytenant" hərbi rütbəsi verilmişdir. Elman Abbasov Naxçıvan Mülki Müdafiə Qərərgahının rəisi, Babək rayonu XDS İcrayə Komitəsinin şöbə müdiri, Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyünü qorumaq, sərhədlərinin toxunulmazlığını təmin etmək məqsədilə yaradılan Xalq ordusunun komandiri olaraq fəaliyyət göstərmişdir. Naxçıvan Muxtar Respublikasl Ali Məclisinin 20.09.1991-ci il tarixli Fərmanı ilə Elman Abbasov Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin sədri təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 27.07.1992-ci il tarixli müvafiq əmri ilə o, 5-ci əlahiddə motoatıcı briqadanın komandiri vəzifəsinə təyin edilmiş və AR Müdafiə Nazinin 28.11.1992-ci il tarixli əmri tutduğu vəzifədən azad edilmişdir. O, həmçinin, 705 saylı hərbi hissənin ilk komandiri və Naxçıvan Ali Məclisi Rəyasət Heyətinin müdafiə məsələləri şöbəsinin müdiri olaraq da çalışmışdır. Elman Abbasov 28 aprel 1994-cü il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.
Elman Abdullayev
Elman Telman oğlu Abdullayev (1976, Kirovabad) – Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri (2014–2020). == Həyatı == 1976-cı ildə Gəncədə anadan olub. Gəncə şəhər 14 saylı orta məktəbi bitirib, ali təhsilini Misirin Qahirə Universitetində alıb. Magistr dərəcəsinə ABŞ-nin Kaliforniya Dövlət Universitetində yiyələnib. 1999-cu ildən Azərbaycan XİN-də işləyir. Yaxın Şərq idarəsində, Azərbaycanın Avropa İttifaqındakı nümayəndəliyində xidmət edib, Los-Ancelesdəki Baş konsulluğunda konsul vəzifəsində çalışıb. 18 sentyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 16 dekabr 2020-ci ildə vəzifəsindən geri çağırılıb. Azərbaycan və rus dillərindən başqa, ərəb, fars, ingilis və fransız dillərini bilir. İki övladı var.
Elman Araslı
Elman Araslı (2 avqust 1933, Bakı – 22 avqust 2014) — Şərqşünas alim, filologiya elmləri doktoru, professor, diplomat, Azərbaycanın Səudiyyə Ərəbistanı və İordaniyadakı keçmiş səfiri, İslam Əməkdaşlıq Təşkilatındakı (İƏT) nümayəndəsi. == Həyatı == Elman Araslı Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda ərəb filologiyası üzrə aspiranturanı bitirmişdir. 1961-ci ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edir. Misirdə SSRİ Ticarət nümayəndəliyində işləyir, SSRİ-nin Bağdaddakı Mədəniyyət Mərkəzinin Baş direktoru olur, burada səfirliyin birinci katibi kimi ilk dəfə olaraq diplomatik fəaliyyətə başlayır, diplomatik nomenklaturaya daxil olur. 65 ölkədə nümayəndəliyi, filialları olan Sovet Dostluq Cəmiyyəti adlandırılan (SSOD) nüfuzlu qurumda beş il Yaxın və Orta Şərq ölkələri şöbəsinə rəhbərlik edir, “RSFSR-in əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülür. 1980-1984-cü illərdə SSRİ-nin İordaniya, Yəmən səfirliyində çalışır, həm də Sovet Mədəniyyət Mərkəzinin baş direktoru vəzifəsini daşıyır. Elman Araslı Azərbaycanın Səudiyyə Ərəbistanı və İordaniyada səfiri kimi xidmət edib, İslam Əməkdaşlıq Təşkilatında daimi nümayəndə olub. 22 avqust 2014-cü ildə vəfat etmiş, 23 avqustda dəfn olunmuşdur. == Ailəsi == Elman Araslı filologiya elmləri doktoru, professor, Azərbaycan EA-nın akademiki, ədəbiyyatçı, tənqidçi Həmid Araslının oğludur.
Elman Babaxanov
Elman Babayev
Elman Babayev (d. 30.09.1977, Yerfi kəndi, Quba) — Azərbaycan Respublikasının əməkdar jurnalisti. == Həyatı == Babayev Elman Şahbaba oğlu 30 sentyabr 1977-ci ildə Quba rayonun Yerfi kəndində ziyalı ailəsində anadan olmuşdur. 2001–2008-ci illərdə "Kaspi" qəzetində və "Trend" İnformasiya Agentliyində jurnalist vəzifəsində çalışıb, həmin dövrdə bir sıra tanınmış KİV-lərlə əməkdaşlıq edib. 2008–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının Sığorta-pensiya siyasəti və strateji araşdırmalar şöbəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri¸ 2012–2013-cü illərdə Fondun Aparatının Beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini vəzifələrində işləyib. 2014–2018-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb. Hazırda Azərbaycan Respublikası Təhsli Nazirliyi Bakı Mühəndislik Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır. Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli Sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb. 2010-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. == Ailəsi == Ailəlidir, 2 oğlu,1 qızı var.
Elman Bədəlov
Elman Kərim oğlu Bədəlov (4 iyun 1929, Ağdam – 25 iyun 1991, Bakı) — kamançaçalan, Azərbaycan SSR əməkdar artisti (1982). == Həyatı == Elman Bədəlov 4 iyun 1929-cu ildə Ağdam rayonunda anadan olmuşdur. Gənc yaşlarından musiqi ilə məşğul olmuş, tar və kamaça alətlərində məharətlə çalmışdır. Ağdam Dövlət Dram Teatrının tamaşalarında , kosertlərlə çıxış etmiş, Azərbaycan gənclırinin II festivalının laureatı olmuşdur (1957). Bununla yanaşı , Ağdam Pedoqoji Məktəbində fizika-riyaziyyat sahəsində təhsil almış və müəllim kimi çalışmışdır (1947-1951) Peşəkar musiqi təhsilini Azərbaycan Dövlət Musiqi Məktəbində (1957-1961) və Azərbaycan Dövlət Konservatoriyasında (1975-1980) almışdır. 1958-ci ildən ömrünün sonuna kimi AzTRV QSC S.Rüstəmov adına xalq çalğı ansambl orkestrinin solisti və kamaça qrupunun konsertmeysteri olmuşdur. Elman Bədəlov solo ifaçı və muğam üçlüyünün tərkibində konsertlərdə çıxış etmiş, bir çox ölkələrdə (Türkiyə, Yaponiya, Danimarka, İsveç, Norveç və başqa ölkələrdə qastrol səfərlərində, beynəlxalq musiqi festivallarında çıxış etmişdir. Kamançada çaldığı "Bayatı-Şiraz" "Dilkəş", "Şüştər" və s. muğamları, bəstəkarların əsərlərini məharətlə ifa edirdi. Elman Bədəlov 25 iyun 1991-ci ildə vəfat etmişdir.