Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əliqullar
Əliqulular — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. 3201 nəfərdir.[mənbə göstərin] Qəşəm Nəcəfzadə - şair. Kəramət Böyükçöl - yazıçı Valeh Bahaduroğlu - şair, yazıçı Simarə İmanova - xanəndə, Azərbaycan Respublikasının xalq artisti Sərvaz Hüseynoğlu - şair, yazıçı, ədəbiyyat müəllimi. Əsəd Cahangir - şair yazıçı, tənqidçi, ədəbiyyatçı.
Qəliulla (Bakalı)
Qəliulla (başq. Ғәлиулла, rus. Галиуллинка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Diyaş kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 31 km, kənd sovetliyindən (Köhnə Əzey): 5 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 93 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (90%) üstünlük təşkil edir.
Zəbiyulla Məmmədov
Əmirulla Məmmədov
Əmirulla Məmmədəli oğlu Məmmədov (24 iyul 1946, Fatmayı) — fizika-riyaziyyat elmləri doktoru (1986), professor (1988), Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı (1988), Azərbaycan Respublikasının əməkdar elm xadimi (2016), Bilkənd Universiteti Nanotexnologiya Elmi Mərkəzinin Emeritus Professoru və Baş Elmi İşçisi, Türkiyə Azərbaycan Dostluq Əməkdaşlıq və Həmrəylik Xeyriyyə Cəmiyyətinin Qəyyumlar Şurası və İdarə Heyətinin üzvü. Məmmədov Əmirulla 24 iyul 1946-cı ildə Azərbaycanın Bakı şəhərinin Fatmayı kəndində anadan olmuşdur. 1953-cü ildə Bakı 44 nömrəli orta məktəbində təhsilinə başlamışdır. Orta məktəbi 1963-cü ilində bitirmişdir. Daha sonra Ali təhsilini 1968-ci ilində tamamlamışdır. 1968-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirəndən sonra Sovet Ordusu sıralarına çağrılmışdır. Hərbi xidmətdən tərxis olduqdan sonra 1991-ci ilinə qədər Bakı Dövlət Universitetinin Yarımkeçiricilər Fizikası Elmi Tədqiqat Mərkəzində işləmişdir. 1973-cü ildə fizika riyaziyyat elmləri namizədi (bərk cisimlər fizikası ixtisası üzrə) dissertasiyasını müdafiə etmişdir. 1977-ci ildə bərk cisimlər fizikası ixtisası üzrə baş elmi işçi alimlik ünvanını və sonrasında da Dosent alimlik ünvanını almışdır. 1982-ci ildən Elmi Mərkəzin Qeyri-xətti Optika Bölümünün müdiri olaraq işinə davam etmişdir.
Əmirulla Əliyev
Əlicula (Çaroymaq)
Əlicula (fars. علي جولا‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 53 nəfər yaşayır (9 ailə).
Şah Vəliyullah Dəhləvi
Əbu Əbdiləziz Qütbəddin Şah Vəliyyullah Əhməd bin Əbdürrəhim bin Vəcihəddin əd-Dəhləvi əl-Faruqi (21 fevral 1703, Dehli – 20 avqust 1762, Dehli) — Hindistanlı alim, islahatçı və mühəddis. Şah Vəliyyullah Əhməd bin Əbdürrəhim 3 mart 1703-cü il tarixində Dehli şəhərinə bağlı Muzaffərnaqarda doğulmuşdudu. Soyu ata tərəfindən Həzrət Ömərə, ana tərəfindən İmam Musa əl-Kazıma çatır. XIII yüzilin sonlarına doğru Hindistana yerləşmiş bir ailəyə mənsubdur. Həyatına dair qaynaqlarda yer alan bilgilər daha çox "Ənfasül-ʿarifin" adlı əsərindəki avtobioqrafiyasına dayanır. Babası Vəcihəddin ilə atası Əbdürrəhim, Dehli üləmasından olub hər ikisi də "əl-Fətaval-Hindiyyə"ni (əl-Aləmgiriyyə) hazırlayan heyətdə yer almışdı. Şeyx Məhəmməd Pühlətinin qızı olan anası Fəxrünnisa xanım da dini elmlərə vaqıf bir qadın idi. Şah Vəliyyullah kiçik yaşda Quranı əzbərlədi. İlk təhsilini atasının yanında gördü. Hindistanda ondan ən çox istifadə etdiyi müəllimi Şeyx Məhəmməd Əfdal əs-Siyalkutidir.
Əzizulla xan Zərğami
Əzizulla xan Hüseynpaşa xan oğlu Zərğami (fars. عزیزالله ضرغامی‎; 1884 – 1979, Tehran) — Rza şahın diqqətini cəlb edən əmirlərdən və o dövrdə bir müddət ordu başçısı. Gənclikdə İran Kazak diviziyasının məktəbinə girib və zabit dərəcəsini aldı.Kapitanlıq dərəcəsinə qədər Kazakxanədə məşğul idi. Daha sonra jandarma teşkilatına köçürülmüşdür və bir neçə jandarma teşkilatının o cümlədən Qəzvin, Zəncan və Sultanabad jandarma teşkilatlarının başçısı idi.Uniformalı ordunun təsisindən sonra oraya köçürüldü və polkovnik dərəcəsi ilə hərbi məktəb qurmaqın zabiti oldu.1930-cu ildə bütün ölkənin jandarma teşkilatının başçısı təyin edildi.1934-cü ildə bütün ordu müharibə sütunlarının başçısı oldu ki sonra ümumi heyət adlandırıldı və Rza şahın hakimiyyətinin sonuna qədər davam etdi.O, bir müddət də hərbi kollecin sədri olmuşdur.1949-cu ildə Senatın ilk dövründə senator vəzifəsinə təyin edilmişdir və bir dövr Senat məclisində idi.1979-cu ildə və 94 yaşında Tehranda vəfat etdi.