Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əllamə
Əllamə — (ərəb. علامة‎) Əllamə lüğətdə ərəbcə mübaliğə siğəsində çox bilən, çox məlumatlı şəxs mənasındadır. Amma bu ləqəb, "Ayətullah" kimi, ərəb, fars və urdu dilli ölkələrin müsəlman alimlərinin xüsusi titullarından biridir və başqa dillərdə (xüsusən də ingiliscə və azərbaycanca) konkret qarşılığı yoxdur. Terminoloji baxımından İslam elmlərinə dərindən bələd olan alimə "əllamə" deyilir. Ayətullah adı kimi əllamə adı da bəzi müsəlman alimlərə verilən xüsusi addır. Əllamə sayılan alim ensiklopedik məlumata malik olur, bir neçə ixtisas üzrə mütəxəssis kimi tanınır. Əllamə rəsmi hövzə titulu, dərəcəsi deyil. Bu ad kiçik bir qrup İslam alimlərinə verilmişdir. Bəzən fəlsəfə, bəzən fiqh, bəzən də ədəbiyyat sahəsində söz sahibi olan böyük alimlər əllamə adlandırılır. Hazırda İslam dünyasında, imamiyyə cameəsində əllamə deyərkən Əllamə Təbatəbai nəzərdə tutulur.
Əllamə Hilli
Əllamə Hilli (tam adı: Cəmaləddin Həsən bin Yusif bin Əli bin Mütəhhər Hilli; 23 dekabr 1250 və ya dekabr 1250, Hillə – 27 dekabr 1325, dekabr 1325, 1326 və ya 1325, Hillə) — şiə ilahiyyatçı-alim (müctəhid/mərceyi-təqlid) və filosof. Nəsirəddin Tusi məktəbinin məşhur nümayəndələrindən biridir. Əllamə Hilli Bağdad yaxınlığında yerləşən Hillə şəhərindəndir. Müasir dövrdə Hillə İraqda mühüm yerlərdən biri sayılır. Cəmaləddin Hilli doğma şəhərinə çox bağlı olmuş və orada fəaliyyət göstərmişdir. O, Hillə şəhərində doğulmuş və ömrünü də burada başa vurmuşdur. "Cəmaləddin" ("Dinin gözəlliyi") ləqəbi ilə tanınan filosofun adı bəzi mənbələrdə Hüseyn göstərilsə də, əksəriyyətində Həsən kimi təqdim olunmuşdur. Onun atasının adı Yusif, babasının adı Əlidir. Hillə şəhərindən olduğu üçün Hilli nisbəsini daşımışdır. Mənbələrdə o, "ən böyük alim" ("əllamə") adı ilə yad edilmişdir.
Əllamə Kuleyni
Şeyx Kuleyni (fars. شیخ کلینی‎) və ya Əllamə Kuleyni — (tam adı: Əbu Cəfər Məhəmməd ibn Yaqub ibn İshaq əl-Kuleyni ər-Razi; d. M. 864, H.Q. 250, Kuleyn, Rey, Abbasilər xilafəti - ö. M. 941, H.Q. Şaban 329, Bağdad, Abbasilər xilafəti) - fars əsilli islam alimi. 9-10-cu əsrlərin Cəfəri məzhəbinin məşhur ilahiyyatçı alimi. Kuleyni M. 864, H.Q. 250-ci ildə indiki İran İslam Respublikasının Rey şəhərinin 38 km-liyindəki Kuleyn kəndində anadan olmuşdur. Təhsilini artırmaq üçün müxtəlif şəhərlərdə yaşadıqdan sonra Bağdada köçmüşdür. M. 941, H.Q. Şaban 329-cu ildə Bağdadda vəfat etmiş və oradakı Bab əl-Kufə məzarlığında dəfn edilmişdir. Cənazə namazını dövrün məşhur alimlərindən Əbu Kayrat Məhəmməd b. Cəfər əl-Həsən qılmışdır.
Əllamə Məclisi
Əllamə Məclisi — I Məclisi (ata). Əllamə Məclisi — II Məclisi (oğul).
Əllamə Qəzvini
Mirzə Məhəmməd xan Qəzvini (1874–1949)— əllamə, ədəbiyyatşünas, tarixşünas alim. Mirzə Məhəmməd xan Qəzvini 1874-cü ildə Tehran şəhərində, Qəzvin darvazası məhəlləsində anadan olmuşdu. İbtidai təhsilini atası Molla Əbdülvahabdan almışdı. Sonra mədrəsədə oxumuşdu. Babası Molla Əbdüləli Qəzvini də İranın alim şəxslərindən sayılırdı. Əslən Qəzvin vilayətinin Bəşəriyyət mahalından idilər. Mirzə Məhəmməd xan Qəzvini Müəyyirilməmalik mədrəsəsində dərs demişdi. Nasiri Darültalif və Rarültərcüməsində çalışmışdı. Mirzə Məhəmməd xan Qəzvini 1949-cu ildə vəfat edib.
Əllamə Təbatəbai
Seyid Məhəmmədhüseyn Təbatəbai (fars. علامه سید محمد حسین طباطبائی‎; 1892, Cənubi Azərbaycan – 15 noyabr 1981, Tehran) — İslam alimi. Alimin nəsil şəcərəsi ata tərəfdən İmam Həsənə, ana tərəfdən isə İmam Hüseynə gedib çıxır. Seyid Məhəmmədhüseyn Təbatəbai dövrümüzün ən məşhur müfəssir, filosof və İslam ilahiyyatçılarından biri olmuşdur. O, 1892-ci ildə Təbrizdə tanınmış bir ailədə dünyaya göz açmışdır. Onun ardıcıl olaraq on dörd nəsli Təbrizin məşhur seyid və alim sülaləsindəndir. Əllamə Təbatəbai ilk təhsilini Təbrizdə almışdır. O, burada ibtidai və orta təhsilini başa vurduqdan sonra, 1925-ci ildə təhsilini davam etdirmək üçün İraqa, Nəcəf-Əşrəf şəhərinə yola düşür. O zaman Nəcəf şəhəri regionda elm və bilik mərkəzi hesab edilirdi. On il bu yüksək elmi-dini mərkəzdə öz biliklərini təkmilləşdirərək, müxtəlif İslam elmlərinə yiyələnir.
Əllamə Təbətəbai

Əllamə Şəmsəddin Amuli
Əllamə Şəmsəddin Məhəmməd ibn Mahmud Amuli: (XIII əsr) — İslam alimi və təbib. “Şəmsəddin Amuli” ləqəbi ilə tanınan Əllamə Məhəmməd ibn Mahmud XIII-XIV (hc.VII-VIII) əsrlərdə yaşayıb-yaratmış islam təbib və alimlərindən biri olmuşdur. Onun dəqiq doğum tarixi bizə məlum deyil, amma XIII (hc.VII) əsrin ikinci yarısında Amulda (Mazandaran vilayəti) anadan olduğu deyilir. O, Ulcaytu xanın dövründə (1304-1317) Sultaniyyə şəhərinə dəvət olunmuş, ora getdikdə Ulcaytu xan və onun vəziri Fəzlullah Rəşidəddinin rəğbətini qazanaraq Sultaniyyə mədrəsəsinin müdərrisi və müəllimi vəzifəsinə təyin edilmişdir. Əllamə Şəmsəddin Amuli ərəb və fars dillərində bir neçə dəyərli əsərin müəllifidir. Amma bu alimin ən məşhur əsəri fars dilində yazdığı «Nəfaisül-fünun fi Əraisil-üyun» (Çeşmələr incilərində nəfis elm sahələri) əsəridir. Onun çap olunmuş nüsxəsi əlimizdə olduğuna görə, bu kitabda onun qiymətli məlumatlarından nisbətən geniş formada istifadə etməyə çalışmışıq. Üç cilddən ibarət bu kitab sözügedən dövrün müfəssəl elmi-ensiklopedik məlumatlar kitabı hesab olunur. Belə ki, əsərdə 120-yə yaxın elm və onların müxtəlif şaxələri böyük bacarıqla işıqlandırılmış, elmin mürəkkəb məsələləri sadə bir dildə şərh edilmişdir. Orta əsr müəllifləri bir qayda olaraq tarixi hadisələri daha öncə yazılmış əsərlərdən tənqidi yanaşmadan, bir çox hallarda isə birbaşa köçürərək nəql etmişlər.
Yad əllərdə: Kindertransport hekayələri
Yad əllərdə: Kindertransport hekayələri (ing. Into the Arms of Strangers: Stories of the Kindertransport) — 2000-ci ildə ABŞ-də istehsal olunmuş sənədli film. Filmdə İkinci Dünya müharibəsi ərəfəsində həyata keçirilmiş "Kindertransport" xilasetmə əməliyyatının tarixindən danışılır. Bu əməliyyatın mahiyyəti Nürnberq irqi qanunlarına əsasən yəhudi hesab edilən uşaqların nasist Almaniyasından, Avstriyadan, Çexoslovakiyadan, Polşadan və Sərbəst şəhər Dansiqdən daşınaraq Böyük Britaniyada yerləşdirilməsindən ibarət idi. Böyük Britaniya təxminən 10.000 gənc qaçqını qəbul etdi. Onlar ölkənin himayədar ailələrində, fermalarda və yataqxanalarda yerləşdirildilər. Filmdə Nasist Almaniyasından qaçıb İngiltərədə yaşayan uşaqların göndərdikləri arxivlərdən istifadə edilir. Filmin rejissoru və ssenari müəllifi Mark Conatan Harrisdir. Film 2001-ci ildə “Ən Yaxşı sənədli film” kateqoriyasında "Oskar" mükafatına layiq görülüb. "Yad əllərdə: Kindertransport hekayələri" sənədli filmi 2014-cü ilin dekabrında Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.
Əllamə Şeyx Məhəmməd Hadi Mərifət
Əllamə Şeyx Məhəmməd Hadi Mərifət (1931, Kərbəla – 19 yanvar 2007) — İslam alimi. 1931-ci ildə İraqın Kərbəla şəhərində ruhani bir ailədə dünyaya göz açmışdır. O, neçə əsr öncə Livanın Cəbəl Amil şəhərindən İranın İsfahan şəhərinə hicrət etmiş Şeyx Əbdül-Əli Meysinin sülaləsindən sayılır. Əllamə Mərifət ibtidai və ali dini təhsilini Kərbəla şəhərində atası Şeyx Əli Mərifət və digər alimlərin yanında bitirmiş, daha sonra Nəcəf şəhərinə üz tutaraq ali dini təhsilini davam etdirmiş, Əllamə Seyid Əbülqasim Xoyi, Mirzə Baqir Zəncani, Şeyx Hüseyn Hilli, Seyyid Möhsün Həkim, İmam Xomeyni və Mirzə Haşim Amuli kimi alimlərdən dərs almışdır. Bundan sonra Qum şəhərinə gəlmiş və həmin şəhərdə Quran elmləri, təfsir, fiqh və üsul fənləri üzrə tədris və tədqiqatla məşğul olmuşdur. Əllamə Mərifət İranın Tehran, Qum və Məşhəd şəhərlərində dini təhsil ocaqlarından əlavə, ali universitetlərdə də, professor kimi tədrislə məşğul olmuş, bir çox şagirdlər yetişdirmişdir. Quran elmləri, təfsir, fiqh, üsul, sosiologiya və digər sahələrdə dəyərli və misilsiz əsərləri qələmə almışdır ki, "ət-Təmhid fi ulumil-Quran" (6 cilddə) və "ət-Təfsirul-əsəriyyul-came" (6 cilddə), "ət-Təfsir vəl-mufəssirun" (2 cilddə), "Siyanətul-Quran minət-təhrif" və "Şübuhatun və rudud həvləl-Quranil-Kərim" adlı əsərləri onların daha önəmlisi sayılır. O, dərin fiqhi baxışları ilə yanaşı təfsir və Quran elmləri sahəsində də, dərin ixtisasa malik olduğu üçün elmi-dini mərkəzlərdə daha çox Quran elmlərini dirçəldən və bu sahənin dahisi kimi tanınır. Əllamə Şeyx Məhəmməd Hadi Mərifət 2007-ci il, yanvar ayının 19-da (cümə günü) 76 yaşında ikən ürək çatışmazlığından vəfat etmiş, müqəddəs Qum şəhərində həzrət Məsumənin (s) ziyarətgahında dəfn edilmişdir.
Əllamə Şeyx Məhəmməd Sadiqi Tehrani
Məhəmməd Sadiqi-Tehrani (21 mart 1926, Tehran – 21 mart 2011, Qum) — Müctəhid, İslam dünyasının böyük alimlərindən biri. Əllamə Doktor Şeyx Məhəmməd Sadiqi Tehrani 1926/03/21 tarixdə İranın Tehran şəhərində ruhani ailəsində dünyaya göz açmışdır. O, ibtidai dini təhsilini Tehran şəhərində bitirdikdən sonra Qum şəhərinə üz tutmuş, bu şəhərdə 10 il müddətində təhsil, tədqiqat və tədrislə məşğul olmuşdur. İranda siyasi gərginlik başlayandan sonra 17 il müddətində xaricə səfər etmiş, İraqın Nəcəf şəhərində 10 il, Livanda 5 il, Səudiyyə Ərəbistanında isə 2 il qalaraq tədqiqat, tədris, həmçinin elmi və mədəni fəaliyətlə məşğul olmuşdur. Əllamə Sadiqi Tehrani ümumilikdə Mirzə Məhəmməd Əli Şahabadi, Seyyid Hüseyn Bürucerdi, Əllamə Seyyid Məhəmməd Hüseyn Təbatəbai, Mirzə Mehdi Aştiyani, Mirzə Əhməd Aştiyani və Əllamə Seyyid Əbül-Qasim Xoyi kimi tanınmış alimlərdən dərs almışdır. 1979-cu ildə Qum şəhərinə gəlmiş və həmin şəhərdə "Quran Elmləri Universiteti"ni təsis edərək onun nəzdində Quran elmləri, təfsir, fiqh, üsul, kəlam və s. fənlər üzrə tədris və tədqiqatla məşğul olmuşdur. Ayətullah Sadiqi-Tehrani dövrümüzün məşhur Quran təfsirçilərindən biri, 30 cildlik "Təfsir əl-Fürqan" əsərinin müəllifidir. Din alimi olmaqla bərabər, hələ gənc ikən Tehran Universitetində ictimai elmlər üzrə elmlər doktoru dərəcəsini almış mütəfəkkir öz məhsuldar həyatını İslam elmlərinin və İslam toplumunun inkişafına sərf etmişdir. İndiyədək Quran elmləri, təfsir, fiqh, üsul, kəlam, fəlsəfə, əxlaq və digər sahələrdə onlarca dəyərli və misilsiz əsərlər qələmə almışdır ki, "əl-Fürqan fi təfsiril-Quran" (30 cilddə), "ət-Təfsirul-mövzui bəynəl-Kitabi vəs-Sünnə" (22 cilddə), "əl-Fiqhul-müqarən bəynəl-Kitabi vəs-Sünnə" (8 cilddə), "Təbsirətul-füqəha bəynəl-Kitabi vəs-Sünnə" (2 cilddə) və "Üsulul-istinbat bəynəl-Kitabi vəs-Sünnə" adlı əsərləri onların daha önəmlisi sayılır.
Yad əllərdə: Kindertransport hekayələri (film, 2000)