ƏLLƏŞMƏK

f.
1. Çalışmaq, çalışıb-çapalamaq, bir şeylə məşğul olmaq. Səhərdən axşama kimi əlləşdi, bu yazını yazdı. Nə qədər əlləşdimsə, bir şey çıxmadı.
– Buludların … günün şüasını bizdən aldığını, bizi məhrum etdiyini görüb biz əlləşərdik, çalışardıq ki, o namərbut qara buludları başımız üstündən rədd edək. T.Ş.Simurq.
Fatma arvad hələ də təndir başında əlləşir. Mir Cəlal.

□ Əlləşib-vuruşmaq – çox çalışmaq, çox zəhmət çəkmək.
2. Çəkişmək, mübarizə etmək, deyişmək. Sən onunla əlləşmə.
– …Yerdə qaçan şimşəyin; Çirmənib əlləşməyin; Carçısı mən olaydım. Ə.Cavad.
Yaşar bu yarımcan qurdla əlləşməkdə ikən birdən yan-yörədən səs gəldi. M.Rzaquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏLLƏŞMƏK çəkişmək — döyüşmək
  • ƏLLƏŞMƏK çalışmaq — çapalamaq

Antonimlər (əks mənalı sözlər)

  • ƏLLƏŞMƏK ƏLLƏŞMƏK – AVARALANMAQ Fatma arvad hələ də təndir başında əlləşir (Mir Cəlal); Orda-burda avaralanırdı
ƏLLƏŞMƏ
ƏLLƏTMƏ

Digər lüğətlərdə