Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ərəbxana
Ərəbxana — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Ərəbxana oyk. Kürdəmir r-nunun Mollakənd i.ə.v.-də kənd. Şirvan düzündədir. Əsl adı Ərəb Xanədandır. Oykonim ərəb etnoniminə xanədan (İran dillərində "ev, mənzil"; "nəsil") sözünü əlavə etməklə yaranmışdır, "ərəb nəsli, ərəb evi" mənasındadır. Ermənistanın Gorus r-nunda da Ərəbxana adlı kənd olmuşdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 982 nəfər əhali yaşayır. Zabit Quliyev — Azərbaycanın Milli Qəhrəmanı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Ərəbxana bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Seymur Ərəbxanov
Şərəban
Şərəban — üstü açıq at arabası, yarıyumşaq nəqliyyat növü. Şərəban səkkiz nəfərə qədər sərnişin götürən üstü açıq at arabasıdır. Yarıyumşaq nəqliyyat növü olan bu şərəbanla sərnişin daşınması adətən yaz, yay və qismən payız mövsümlərində yerinə yetirilir.
Şərəbyan
Şərəbyan və ya Şərəbiyan — İranın Şərqi Azərbaycan ostanının Sarab şəhristanının Mehriban bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4,374 nəfər və 1,038 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar.
Bərəqxan mədrəsəsi
Bərəqxan mədrəsəsi (özb. Baroqxon madrasasi) — Daşkənd şəhərində yerləşən dini kompleksdir. XVI əsrdə müxtəlif dövrlərdə tikilən binalardan əmələ gəlmişdir. Kompleks məqbərə və xanəgahdan ibarətdir. Mədrəsə binası həm tarixi, həm də siyasi əhəmiyyətə malikdir. Beləki, hazırda Özbəkistan və Mərkəzi Asiya müsəlmanları Dini İdarəsi Bərəqxan Mədrəsəsində fəaliyyət göstərir. == Tarixi == Məqbərə daha öncə tikilib, bugünkü kompleksin şərq hissəsində yerləşir. İkincisi, 1530-cu ildə Daşkəndin Özbək hökmdarı Suyunçxoca xanın şərəfinə tikilən iki günbəzli bir məqbərə - xanəgah idi. Suyunçxoca xan (1454-1525) Teymurilər sülaləsindən Uluqbəyin nəslindən olan və Özbək hökmdarı Əbülxair xanın oğlu, Özbək Şeybanilərin sülaləsinin nümayəndəsi idi və Daşkənd vilayətinin (1503 / 1508-1525) hökmdarı idi. Suyunçxoca xanın dövründən və onun varisləri dövründə bölgənin ədəbi həyatında özbək dilinin rolu arır və Daşkənd intellektual elitanın bir çox nümayəndəsinin əsas mərkəzinə çevrilir.
İbn Ərəbşah
Əhməd İbn Məhəmməd ibn Ərəbşah (15 noyabr 1389, Dəməşq, Məmlük dövləti – 24 avqust 1450, Qahirə və ya Misir) — ərəb tarixçi. İbn Ərəbşah 5 noyabr 1389-cu ildə Dəməşq şəhərində anadan olub, 1450-ci ildə isə Qahirədə vəfat etmişdir. O, 1401-ci ildə 12 yaşında ikən, Əmir Teymur Dəməşqi ələ keçirmiş, onu, anası və qardaşları ilə birlikdə, yerli sakinlərdən əsir etdiyi bütün intelektual qismin özləri və ailələri kimi Səmərqəndə göndərmişdir. İbn Ərəbşahın 1408-ci ilə qədər Orta Asiyada nə işlə məşğul olması məlum deyil, əsərlərindən yalnız bu anlaşılır ki, əmirlər, alimlər və şahmatçılar arasında imiş. Güman edilir ki, o, həmin müddət ərzində Əmir Teymurun nəvəsi Xəlil sultanın xidmətində olmuşdu. İbn Ərəbşah Səmərqənddə yaşadığı müddət ərzində təhsil almış, fars, türk və monqol dillərini öyrənmişdir. O, 1408-ci ildə səyahətə başlayaraq, əvvəl Çinə yollanmış, sonra oradan Krıma qədər uzaq bir məsafəni qət etmiş, buradan isə Ədirnəyə getmişdir. Ədirnədə ərəb və fars dillərində olan ədəbiyyatı türkcəyə tərcümə etmək işi ilə məşğul olan müəllif, daha sonra Türk sultanı Sultan Məhəmmədin (1402–1421) sarayında mirzəlik etmişdir. Sultan Məhəmmədin ölümündən sonra Hələbə getmiş, oradan isə doğma şəhəri olan Dəməşqə qayıtmışdır. 1428-ci ildə (Həcc ziyarətinə gedib-gəldikdən sonra) elə burada elmi-ədəbi fəaliyyətə başlayan İbn Ərəbşah, eyni işi Qahirəyə köçdükdən sonra davam etdirirmiş və orada teymurilərdən bəhs etdiyi "Əcaibül-məqdur fi nəvaib timur" adlı məşhur əsərini qələmə almışdır.
Ərdəxan vilayəti
Ərdahan ili — Türkiyədə il. İnzibati cəhətdən Çıldır, Posof, Damal, Hanak, Ərdəhan və Gölə ilçələrindən ibarətdir. Çıldır ilçəsinin Məryəm kəndinin əhalisini azərbaycanlıların etnoqrafik qrupu olan tərəkəmələr, qarapapaqlar təşkil edir. Gölə ilçəsinin Yeni Dəmirqapı kəndinin əhalisini azərbaycanlıların etnoqrafik qrupu olan tərəkəmələr təşkil edir. Gölə ilçəsinin Uğurdaşı kəndinin əhalisini azərbaycanlıların etnoqrafik qrupu olan tərəkəmələr təşkil edir. Gölə ilçəsinin Karlıyazı kəndinin əhalisini kürdlər təşkil edir. Dr. Yaşar Kalafat. "Çıldır ve Yakın Çevresinin Etnososyal Yapısı" (türk). Haber Açısı Portalı.
Ərəbşah (Takab)
Ərəbşah (fars. عربشاه‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 538 nəfər yaşayır (104 ailə).
Ərəbşah (Tikantəpə)
Ərəbşah (fars. عربشاه‎) — İranın Qərbi Azərbaycan ostanının Tikantəpə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 386 nəfər yaşayır (69 ailə).
Ürəban (Salmas)
Ürəban (fars. اوربان‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,003 nəfər yaşayır (181 ailə).
Əsbxan (Heris)
Əsbxan (fars. اسبخان‎) - İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 103 nəfər yaşayır (24 ailə).
Kor ərəbin mahnısı
Kor ərəbin mahnısı — görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun Azərbaycan şairi, yazıçı və dramaturq Hüseyn Cavidin "Şeyx Sənan" dram əsərinin tamaşasına bəstələdiyi mahnı. Mahnının ilk ifaçısı Məmmədəli Əliyev olub.
Ərəbşah-i Dərə (Kəleybər)
Ərəbşah-i Dərə (fars. عربشاه درق‎) — İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 16 nəfər yaşayır (4 ailə).
Ərəbşah-i Xərguşan (Kəleybər)
Ərəbşah-i Xərguşan (fars. عربشاه خرگوشان‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 184 nəfər yaşayır (35 ailə).
Treban (Alye)
Treban (fr. Treban) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Monte kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03287. 2008-ci ildə əhalinin sayı 396 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 247 nəfər (15-64 yaş arasında) arasında 186 nəfər iqtisadi cəhətdən fəal, 61 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 75,3%, 1999-cu ildə bu göstərici 71.2%). Fəal 186 nəfərdən 166 nəfəri (92 kişi və 74 qadın), 20 nəfər işsiz (11 kişi və 9 qadın) idi. 61 hərəkətsiz 16 nəfər arasında şagird və ya tələbə, 22 nəfər təqaüdçü, 23 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.