Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Geri çəkilmə
Geri çəkilmə — müharibə və hərbi işdə taktiki, operativ və ya strateji manevr. Geri çəkilmə qoşunların və qüvvələrin işğal olunmuş müdafiə xətlərini məcburi və ya qəsdən tərk etməsi, habelə onların öz və ya düşmən ərazisinin dərinliklərində yeni xətlərə çəkilməsidir. Geri çəkilmə, növbəti döyüş əməliyyatlarının aparılması üçün zərbə qüvvələrinin və ya vasitələrinin mühüm hərəkəti və manevridir. Məqsəd hərbi qrupu hücumdan uzaqlaşdırmaq, həmçinin qoşunları yenidən qruplaşdırmaq, əlverişli müdafiə mövqeyini gücləndirmək və ya düşməni hücuma cəlb etməkdir.
Bataqlıq ərəbləri
Bataqlıq ərəbləri (ərəb. عرب الأهوار‎), məədanlar (ərəb. معدان‎) — İraqın cənub-şərqində, İranla sərhəd boyunca Mesopotamiya bataqlıqlarının sakinləri. Maadanlar İraqın ərəb ləhcəsində danışırlar. Kişilərin ənənəvi geyimləri sallanma şəklində bükülmüş saub və kufiyədir. Al Bu-Muhammad, Ferayqat, Şaqbana, Bani Lam kimi müxtəlif qəbilə birliklərinin tərkibində təbii qaynaqlara yönəlmiş unikal bir mədəniyyət qurmuşlar. Bataqlıqda olan ərəblərin əksəriyyəti şiə müsəlmanlardır, baxmayaraq ki bataqlıqlarda aramik dilində danışan maadanların kiçik icmaları vardır. Maadanların Hindistan yarımqitəsi və ya qədim şumerlərin sakinləri ilə əlaqələri haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Lakin əksər hallarda, Maadan mədəniyyətinin Abbasilər xilafətinin süqutundan sonra bu torpaqlara gələn səhra bədəvi mədəniyyəti ilə çox əlaqəsi olduğu qeyd edilir. == Bataqlığın mənimsənilməsi == Qədim dövrlərdən bəri Mesopotamiyada əkinçilik, melamasiya, şumerlərə görə «torpaqların sudan ayrılması» - yəni əkin sahələri üçün torpaqları boşaltmaq və suvarma kanalları sistemi qurmaq üçün bataqlıqların drenajına əsaslanırdı.
Xorasan ərəbləri
Xorasan ərəbləri — İranın Xorasan regionunda yaşayan ərəb əsilli xalq. Xorasan ərəblərinin əksəriyyəti Şeybani, Zənguyi, Mişməst, Xuzəymə və Əzd tayfalarından ibarətdirlər və fars dilində danışırlar və çox azının anadili ərəb dilidir. Bu xalqın çoxu Məşhəd, Bircənd və Nişapur şəhərlərində sakindirlər.
İran ərəbləri
İran ərəbləri — İranda yaşayan bir qrup Ərəb soylu xalaqdırlar. İran ərəblərinin içinə Xuzistan ərəbləri, Xorasan ərəbləri, Hörmüzgan ərəbləri, Buşehr ərəbləri, İraqlı Moavedlər, Farslaşmış ərəb elləri daxildir. Xuzistan Hörmüzgan Buşehr Fars Cənubi Xorasan Qum Rəzəvi Xorasan İlam Kirmanşah Tehran Ərəb sərhəngi: Simnan ostanında Ərəb derazi: Simnan ostanında Bəni lam: Yəzd ostanında Bəni şeyban: Yəzd ostanında Xəzai: Yəzd ostanında Bəstami: Yəzd ostanında Amiri: Yəzd ostanında Mişməst: Yəzd ostanında Ərəb cəbbarə: Fars ostanında Ərəb şeybani: Fars ostanında Ərəb kəti: Tehran ostanında Ərəb səhnayi: Tehran ostanında Ərəb baqiri: Əlburz ostanında Şəhrəki eli:Sistan və Bəlucistan əyalətində,Fars dilində danışırlar. Kul eli:Sistan və Bəlucistan əyalətində,Fars dilində danışırlar. Mir eli:Sistan və Bəlucistan əyalətində,Fars dilində danışırlar. Sərbəndi eli:Sistan və Bəlucistan əyalətində,Fars dilində danışırlar. Səyyad eli:Sistan və Bəlucistan əyalətində,Fars dilində danışırlar. Biranvənd eli:Luristan əyalətində, Lək dilində danışırlar. Bacelan eli: və ya Bacolvənd eli,Luristan əyalətində, Lək dilində danışırlar.
İsrail ərəbləri
İsrail ərəbləri (ivr. ‏ערבים אזרחי ישראל‏‎; ərəb. عرب إسرائيل (العرب الإسرائيليون)‏‎) - İsrail dövlətində yaşayan və bu dövlətin vətəndaşlığını daşıyan ərəb toplumu. İsrail ərəbləri ölkə əhalisinin 20.7% ini təşkil edir. İsrail daxilində yaşayan və ölkənin vətəndaşı olan 1.8 milyona yaxın şəxs yəhudi mənşəli deyil. Toplumun adlandırılmasında tez-tez İsrailin ərəb kökənli vətəndaşları ifadəsindən istifadə edilsə də toplumun daxilində ərəbcə danışan, ancaq ərəb kökənli olmayan kiçik qruplar da mövcuddur. Müxtəlif dini inanclara sahib olan İsrail ərəblərinin danışdığı dil ərəb dilidir. Toplum tərəfindən ərəb dilinin spesifik ləhcəsi olan fələstin ərəbcəsindən istifadə olunur. Əsasən gənc nəsildən olan şəxslər ərəb dili ilə yanaşı dövlətin əsas dili olan ivrit dilini də bilməkdədir. Toplumun 83.8% nisbətində olan bölümü Sünni məzhəbinə daxildir.
Şirvan ərəbləri
Ərəblər ilk dəfə Qafqaza eramızın VIII əsrində müsəlman işğalı zamanında peyda olmuşdular. IX əsrdən başlarayaq Ərəb Xilafətinin süqutu nəticəsində burada bir sıra ərəb sülalələrinin başçılıq etdiyi dövlətlər yaranmışdır. Onlardan ən güclüsü Məzyədilər sülaləsinin hökmdarlıq etdiyi Şirvanşahlar dövləti olmuşdur. Şirvanşahlar öz hakimiyyətini qısa zamanda bütün cənub-şərqi Qafqaza, o cümlədən Dərbənd əmirliyinə də yaymışdılar. Lakin qonşu əmirliklər müxtəlif imperiyaların tabeliyinə düşdükcə Şirvan get-gedə ərəb aləmindən həm coğrafi, həm də mədəni baxımdan ayrı düşürdü. Farslaşma prosesi nəticəsində Məzyədiləri XI əsrdə əvəz etmiş Kəsranilər sülaləsinə aid olan şirvanşahlar ərəb əsilli olduqlarına baxmayaraq, artıq ərəb yox, fars adlarını (Mənuçöhr, Qubad, Fəribürz) daşıyırdılar və sarayda ərəb dilinin yerinə fars dilində danışmağı üstün tuturdular. Fars dilinin iri şəhərlərdə geniş yayılmasına baxmayaraq, əyalətdə hələ də yerli arran dili danışılırdı. Özlərini daha da möhkəm bərqərar etmək niyyətində Kəsranilər hətta qədim fars şahları nəslindən olduqlarını iddia edirdilər, lakin Minoskinin fikrincə şirvanşahların Sasani dövründən qalmış yerli əsilzadə ailələrlə qaynayıb qarışmasını istisna etmək olmaz. XVII əsrdə yerli oğuz türk dili artıq bütün bölgədə gündəlik ünsiyyət, ticarət və xalqlararası dil olaraq yayılmışdır. Ərəb köçü orta əsrlərdə də davam etmişdir.
Fələstin ərəbləri
Fələstinlilər (ərəb. الفلسطينيون‎, əl-Filəstiniyyun; ivr. ‏פָלַסְטִינִים‏‎, Faləstinim) və ya Fələstin xalqı (ərəb. الشعب الفلسطيني‎, əş-şəb əl-Filəstini), həmçinin Fələstin ərəbləri və ya fələstinli ərəblər (ərəb. العرب الفلسطينيون‎, əl-ərəb əl-Filəstiniyyun) — minilliklər boyu Fələstin regionunda məskunlaşmış, indiki dövrdə mədəni və linqvistik baxımdan ərəb olan xalqlardan törəmiş etnomilli qrup. Müxtəlif müharibələrə və mühacirətlərə baxmayaraq, dünyadakı Fələstin əhalisinin təxminən yarısı indiki İsraili, Fələstinin Qərb sahili və Qəzzə zolağının ərazilərini əhatə edən keçmiş Fələstin mandatı ərazisində yaşamağa davam edir. İsraildə fələstinlilər ölkənin ərəb vətəndaşlarının bir hissəsi olaraq əhalinin demək olar ki, 21 faizini təşkil edir. Onların bir çoxu fələstinli qaçqın və ya məcburi köçkün fələstinlilərdir. Odur ki, onlar arasında bir milyon çox fələstinli Qəzzə zolağından, təxminən 750,000 nəfəri İordan çayının qərb sahilindən və təxminən 250,000 İsrailin özündəndir. Fələstin diasporunun yarıdan çoxu heç bir ölkədə qanuni vətəndaşlığı olmayan apatrid şəxslərdir.
Xəmsə ərəbləri
Xəmsə ərəbləri — İranın Fars ostanının köçəri və pastoral tayfası. Onlar Xəmsə konfederasiyasının bir hissəsidirlər. Körfəz ərəbcəsinin ləhcəsində danışırlar. Onların əhalisi təxminən 200,000 nəfərdir. Şeybanilər digər qrupdan əvvəl İranda məskən salmışdılar. Əvvəlcə Xorasanda məskən salmış, sonra Fars ostanına köçmüşdülər. Onların bir qrupu Xuzistanın Bavi şəhristanının Şeyban şəhərində yaşayır. Fars ostanında məskunlaşan Cabbarilər öz iddialarına görə, Məhəmmədin səhabəsi Cabir ibn Abdullahın nəslindəndirlər. Onların əcdadı Şeyx Cinah Fars ostanına məskən salmış və nəslinə “Cabbari” adını verərək Şeybani qızı ilə evlənmişdir. Xəmsə ərəbləri bir çox fars sözlərini qəbul edən ərəb dilinin Körfəz ləhcəsində danışırlar.
Tarama
Tarama (yap. 多良間島) — Miyako qrupuna, Sakişima adaları, Ryukyu arxipelaqına daxil olan ada. Minna adası ilə birlikdə Tarama dairəsini əmələ gətirir və Miyako qəzası, Okinava prefekturası ərazisinə daxildir. Adanın sahəsi 19,75 km² təşkil edir. Tarama adasının şimalında Siokava və Nasasuci qəsəbələri yerləşir. Adada 1000 nəfər yaşayır. Adanın relyefi düzənlikdir. Ən hündür nöqtəsi 33 metrdir. Adaya yaxınlaşmaq məqsədilə sal quraşdırılmışdır.
Qabarma və çəkilmə
Qabarma və çəkilmə (mədd və cəzr) bir göy cisimi üzərində başqa göy cisimlərinin tətbiq etdiyi kütlə çəkilişi qüvvətləri səbəbiylə olan forma pozulmaları deməkdir. Ən çox bilinəni, Ay və Günəşin nisbi mövqelərindəki dəyişmələrin təsiriylə Yer səthində dəniz səviyyəsində ortaya çıxan dövrlü dəyişmələrdir. Bir gündə, müəyyən saatlarda yer üzündəki suların ard-arda alçalma və yüksəlməsinə qabarma-çəkilmə hadisəsi deyilir. Qabarma-çəkilmə hadisəsinin meydana gəlməsi ayın çəkiliş qüvvətidir. Bu çəkiliş qüvvəti; Ay yer kürəsinin ətrafına dolanarkən dəyişik bölgələri təsir edər və uzaqlığa görə dəyişər. Ay yer planetindən uzaqlaşsa çəkiliş qüvvəti azalar, yaxınlaşdıqca çəkiliş qüvvəti artar. Qabarma-çəkilmə hadisəsi okeanlara daha çox təsir edir. Ay yer kürəsi ətrafında dönərkən, yer kürəsinin bir üzü aya daim daha yaxındır. Bu vəziyyətdə aya yaxın yerdəki sular ay tərəfindən özünə doğru çəkilərlər. Bu vaxt qabaran suların arxasında olan boşluqları yanlardan gələn sular doldurar.
Travmatik çəkilmə sindromu
Travmatik çəkilmə sindromu (isv. uppgivenhetssyndrom) Vətənlərini tərk etmək məcburiyyətində qalan yüzlərlə uşaq və böyüklər yatmaq üçün yataqlarına uzanırlar və yataqdan qalxa bilmirlər. Bu sindromlu insanlar hərəkət edə, yeyə, içə, danışa və ya cavab verə bilmirlər. Dünyanın yalnız müəyyən yerlərində yaranan travmatik çəkilmə sindromunun arxasındakı həqiqət tam olaraq bilinmir. Bu sindromlu insanların ümumi ortaq bir cəhəti var. Sindroma tutulan şəxslər zorakılıqla köç etmək məcburiyyətində qalan və bu səbəbdən travma görmüş immiqrantlardır. Onların əksəriyyəti keçmiş SSRİ və Yuqoslaviya ölkələrindən gələrək İsveçə yerləşənlər olub. Ailələri deportasiya edilməklə hədələndiyi zaman bu insanlar komaya girirlər. Sindromdan qurtulmağın yeganə yolu, immiqrantların İsveçdə qalmasına icazə vermək üçün yaşayış icazəsi qərarıdır. Yaşayış icazəsi alan ailələr, uşaqlarına yaşayış icazəsi ilə birlikdə gələn məktubu oxuduqlarında uşaqlar tədricən oyanmaya başlayır.
Diplomatik tanıma
Diplomatik tanıma — dövlətin tanımış olduğu subyektlə rəsmi münasibətlərə girmək hazırlığını ifadə edən təktərəfli diplomatik aktdır. Bir dövlət tərəfindən digərinin tanınması onun parçalanması və ya birləşməsi, milli-azadlıq mübarizəsi, sosial inqilab və s. hallarda yer alır. Hökumətin tanınması məsələsi bir qayda olaraq, qeyri-konstitusion yolla hökumət yarandıqda meydana çıxır. == Haqqında == Ədəbiyyatlarda və praktikada üstünlük təşkil edən fikrə əsasən tanıma öhdəliyi mövcud deyil və bu bütövlükdə tanıyan dövlətin iradəsindən asılıdır. Baxmayaraq ki, bir sıra hüquqşünasların fikrinə əsasən belə bir öhdəlik mövcuddur. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq dövlətlər dostluq münasibətlərini inkişaf etdirməlidirlər və beynəlxalq həyatın reallıqlarını nəzərə almayaraq sırf siyasi səbəblərdən hər hansı bir dövləti uzun müddət tanımamaq qeyridostluq aktı kimi qiymətləndirilə bilər. Tanınma birdəfəlik aktdır və onu geri götürmək qəbul olunmamışdır. Lakin tarixdə bu cür hallara da rast gəlinmişdir. Tanınma yeni yaranmış dövlət qarşısında geniş imkanlar açmaqla onun beynəlxalq sistemdəki mövqeyini möhkəmləndirməklə mühüm siyasi əhəmiyyət kəsb edir.
Dəstgirdə (Tarım)
Dəstgirdə (az.-əski. دستگیرده‎, fars. دستجرده‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,169 nəfər yaşayır (386 ailə).
Gilvan (Tarım)
Gilvan- İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşində şəhər və bu bəxşin mərkəzidir. == Əhalisi == 2016-cı ilin məlumatına görə şəhərdə 2,508 nəfər yaşayır (803 ailə). === Milli tərkibi === Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Gövhər (Tarım)
Gövhər (az.-əski. گؤوهر‎, fars. گوهر‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 604 nəfər yaşayır (199 ailə).
Həriş (Tarım)
Həriş (az.-əski. هریش‎, fars. آرشت‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 526 nəfər yaşayır (170 ailə).
Kəhriz (Tarım)
Kəhriz və ya Xürrəmabad (az.-əski. کهریز‎, fars. خرم‌آباد کهریز‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 432 nəfər yaşayır (130 ailə).
Kəsran (Tarım)
Kəsran (az.-əski. کسران‎, fars. کسران‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 229 nəfər yaşayır (64 ailə).
Mirzəxanlı (Tarım)
Mirzəxanlı (az-əbcəd. میرزه‌خانلێ‎, fars. میرزاخانلو‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 167 nəfər yaşayır (55 ailə).
Pasar (Tarım)
Pasar (az-əbcəd. پاسار‎, fars. پسار‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 151 nəfər yaşayır (54 ailə).
Qalat (Tarım)
Qalat (az-əbcəd. قالات‎, fars. قلات‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 607 nəfər yaşayır (184 ailə).
Samavar (Tarım)
Samavar (az-əbcəd. ساماوار‎, fars. صومعه‌بر‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 114 nəfər yaşayır (41 ailə).
Sansız (Tarım)
Sansız (az-əbcəd. سانسێز‎, fars. سانسیز‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 1,074 nəfər yaşayır (327 ailə).
Astakol (Tarım)
Astakol (az.-əski. آستاکوْل‎, fars. آستاکول‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Abbər qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 871 nəfər yaşayır (251 ailə).
Balakuh (Tarım)
Balakuh (az.-əski. بالاکوه‎, fars. بالاکوه‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 30 nəfər yaşayır (17 ailə).
Çəkilər
Çəkilər (lat. Cyprinidae) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkikimilər dəstəsinə aid heyvan fəsiləsi. Keçici və yarımkeçici şirinsu balıqlarıdır. 270-dən artıq cinsi, 1800-ə qədər növü əhatə edir. Bütün dənizlərin çaylarının hövzələrində yaşayırlar. Azərbaycan sularında 30-dan artıq növü və 40-a yaxın yarımnövü birləşdirən 20 cinsin nümayəndələrinə rast gəlinir. Ağzı önə doğru çıxır, dişləri yoxdur, üst çənənin kənarları praelxillare-dən əmələ gəlmişdir. Aşağı udlaq qövsləri böyük olub, oraq şəklindədir. Udlaq dişləri inkişaf etmiş və 1-3 sırada yerləşir. Kəllənin alt tərəfində buynuz şəkilli cisim vardır.
Çəkələk
Çəkələk ― yüngül ayaqqabıların bir növü. Çəkələkləri çox vaxt parçadan ya da dəridən düzəldirlər. Bəzi bölgələrdə xalq arasında şəpik adlandırılan bu ayaqqabılar qədim zamanlardan tanınır və isti ölkələrdə, başqa ayaqqabılara nisbətdə daha çox geyinilir. Bəzi çəkələklər isə (məsələn: hamam üçün) rezindən hazırlanır.Tərlik ayaqqabı şəklində ola bilər və ya arxası olmaya bilər (flip-flop). Onların dabanları adətən nazik olur və ayaq üçün çox qorunma təmin etmir. Otellərdə, hamamlarda və s.-də müştərilərə birdəfəlik terliklər verilə bilər.
Ərəblər
Ərəblər — Afrika və Asiya qitələrində kompakt şəkildə yaşayan , dünyanın ən böyük xalqlarından biri. Səudiyyə Ərəbistanında, Suriyada, İordaniyada, İraqda, Yəməndə, Omanda, Misirdə, Sudanda (əhalisinin 1/2-ni təşkil edirlər), Əlcəzairdə, Liviyada, Tunisdə və s. əhalinin əksəriyyətini təşkil edirlər. Dünyada sayları təxminən 354.503 milyon nəfərdir. Hazırda dünyada 21 müstəqil ərəb dövləti var. Ərəblər ana dilləri ərəbcə olan, başlıca Ərəb yarımadası və şimali Afrikada yerləşmiş olan sami xalqdır. Aralıq dənizinin cənubunda Afrikada Böyük Səhra və Sudana, şərqində İraqa və Ərəb yarımadasına qədər uzanan bir coğrafiyada yaşayırlar. Əhalisinin əksəriyyəti ərəblərdən ibarət olan və ərəbcə danışılan ölkələr ərəb ölkələri olaraq adlanırlar. Bu ölkələrdə, ərəbcədən əlavə olaraq Şimali Afrikada bərbərcə, İraqda kürdcə və türkməncə, Cənubi Ərəbistanda isə müxtəlif yerli dillər danışılır. İbrahim peyğəmbərin İsmayıl və İshaq adında iki oğulu olmuşdur.
Əsənlər
Əsənlər (türk. Esenler) — İstanbul ilinin ilçəsi. Şimalında Bayrampaşa, cənubda Güngörən, cənub-şərqdə Zeytunburnu, qərbdə Bağçılar rayonları ilə həmsərhəddir. Əsənlər, 18 məhəllədən ibarətdir və ərazisi 5.227 hektardır. Əsənlər, qonşu ilçələrindən fərqli olaraq, sənaye mərkəzi olmaqdan çox yaşayış mərkəzi xüsusiyyətini daşıyır. Əsənləri Davudpaşa yoluna bağlayan Ayaza yolu üzərindəki su nəzarət quyuları, bələdiyyə avtomobil qarajı kimi istifadə edilən Üç Üz, Ayaza Bulağı, Su Tərəzisi və qaraj daxilində xaraba vəziyyətdə olan kilsə gözəl bir memarlıq nümunəsi kimi qarşımıza çıxır. Əsənlər Mərkəz Məscidinin qarşısındakı kilsə qalığı bərpa edilərək müasir kitabxana olaraq istifadəyə verilmişdir. İstanbul qala divarlarının yıxılmasından sonra bu bölgə torpaqları hərbi baxımdan əhəmiyyət qazanmışdır. Rayon tarixi İstanbulun ümumi tarixində mühüm rol oynamışdır. Rayon tarixi əsər baxımından zəngin sayılmaz.
Yamacların çəkilməsi
Yamacların çəkilməsi (rus. отступание склонов, ing. back wearing, retreat of slopes, waning of slope) — yamacların geri çəkilməsi, yerdəyişməsi. Bu proses yamacları təşkil edən süxurların əsasən fiziki aşınma nəticəsində aşınmış materialların yamacların ətəklərindən nəql edilməsi sayəsində baş verir. Bu proses arid və semiarid iqlim şəraitində yerləşən vilayətlərdə kəskin gedir.
Ferma ədədləri
Ferma ədədləri - F n = 2 ( 2 n ) + 1 {\displaystyle F_{n}=2^{(2^{n})}+1} şəklində olan ədədlərə deyilir, haradaki n mənfi ədəd deyil. == Haqqında == XVII əsrin məşhur riyaziyyatçısı Pyer Ferma 22n + 1 şəklində olan ədədləri öyrənmişdi. Bu ədədləri Ferma ədələri adlandırırlar. Alim qəbul etmişdi ki bu ədədlərin hamısı sadə ədədlərdir. Onun buna əsası da vardı. Ona görə ki, n=0; 1; 2; 3; 4 qiymətləri üçün, həqiqətən Ferma ədədləri sadə ədədlərdir. Ancaq XVIII əsrdə Leonard Eyler göstərdi ki, 225 +1 = 232 + 1 = 4294967297 ədədini 641 və 6700417 sadə ədədlərinin hasili şəklində göstərmək olar. Digər tərəfdən yuxarıda göstərilən beş ədəddən başqa sadə Ferma ədələrinin olması məlum deyil. Maren Mersenə ( 1588-1648-ci illərdə yaşamış Fransız rahibi, həmçini riyaziyyatçısı, əgər 2n -1 sadə ədəddirsə onu Mersen ədədi adlandırırlar) ünvanladığı məktublarının birində Pyer Ferma belə bir təklif irəli sürür ki, n ikinin qüvvətidirsə 2n + 1 şəkilndə olan ədədlər mütləq sadədir. Ferma həmçinin bilirdi ki, n ikinin qüvvəti deyilsə, onda 2n + 1 ədədi sadə deyil.
Fibonaççi ədədləri
Riyaziyyatda, Fibonaççi ədədləri aşağıdakı kimi təyin olunur:0; 1; 1; 2; 3; 5; 8; 13; 21; 34; 55; 89...Tərifə əsasən, ilk iki Fibonaççi ədədləri 0 və 1-dir. Sonra gələn ədəd özündən əvvəlki ilk iki ədədin cəminə bərabərdir. Bəzi mənbələrdə sıranın ilk ədədi 0 yox, 1 götürülür. Riyazi dildə, Fibonaççi sırası Fn aşağıdakı rekurrent düsturla verilir F n = F n − 1 + F n − 2 , {\displaystyle F_{n}=F_{n-1}+F_{n-2},\!\,} harda ki, F 0 = 0 {\displaystyle F_{0}=0} və F 1 = 1. {\displaystyle F_{1}=1.} Fibonaççi sırası Pizalı Leonardonun adı ilə bağlıdır. Fibonaççi ədədləri arasında nisbət 1,618- dir. O, qədim misirlilər tərəfindən tapılmış və Pifaqor ondan riyaziyyatda istifadə etmişdir. Bu, tamın iki qeyri-bərabər, lakin mütənasib hissələrə bölmənin nəticəsidir. Vaxtı ilə bunu "ilahi nisbət", "qızıl nisbət", adlandırmışlar, sonra isə Leonardo da Vinçi mütənasibliyi ifadə etmək üçün ümumi qəbul edilmiş termin – "qızıl kəsik"dən istifadə etmişdir. O vaxtdan bu mütənasiblik bir çox təbii hadisələrdə tapılmışdır: bədənimizin quruluşunda, botanikada, kvant mexanikası proseslərində və s.
Fibonnaççi ədədləri
Riyaziyyatda, Fibonaççi ədədləri aşağıdakı kimi təyin olunur:0; 1; 1; 2; 3; 5; 8; 13; 21; 34; 55; 89...Tərifə əsasən, ilk iki Fibonaççi ədədləri 0 və 1-dir. Sonra gələn ədəd özündən əvvəlki ilk iki ədədin cəminə bərabərdir. Bəzi mənbələrdə sıranın ilk ədədi 0 yox, 1 götürülür. Riyazi dildə, Fibonaççi sırası Fn aşağıdakı rekurrent düsturla verilir F n = F n − 1 + F n − 2 , {\displaystyle F_{n}=F_{n-1}+F_{n-2},\!\,} harda ki, F 0 = 0 {\displaystyle F_{0}=0} və F 1 = 1. {\displaystyle F_{1}=1.} Fibonaççi sırası Pizalı Leonardonun adı ilə bağlıdır. Fibonaççi ədədləri arasında nisbət 1,618- dir. O, qədim misirlilər tərəfindən tapılmış və Pifaqor ondan riyaziyyatda istifadə etmişdir. Bu, tamın iki qeyri-bərabər, lakin mütənasib hissələrə bölmənin nəticəsidir. Vaxtı ilə bunu "ilahi nisbət", "qızıl nisbət", adlandırmışlar, sonra isə Leonardo da Vinçi mütənasibliyi ifadə etmək üçün ümumi qəbul edilmiş termin – "qızıl kəsik"dən istifadə etmişdir. O vaxtdan bu mütənasiblik bir çox təbii hadisələrdə tapılmışdır: bədənimizin quruluşunda, botanikada, kvant mexanikası proseslərində və s.
Sistem tələbləri
Sistem tələbləri — bütün proqram təminatı kompüterə uyğunlaşdırmaq üçün müəyyən texniki vasitələr komponentlərinə və ya başqa proqram təminatı resurslarına ehtiyac duyulur. Bu ilkin şərtlər kompüter sistemində sistem tələbləri kimi tanınır və tam qaydaya əks olaraq direktiv kimi tez-tez istifadə edilir. Əksər proqram təminatı sistem tələblərinin iki yığımını müəyyən edir: minimum və maksimal. Minimum sistem tələbləri proqram təminatının işləməsinə xidmət edir. Maksimal sistem tələbləri isə proqram təminatındakı düzəlişlər etməyə imkan yaradır.
Anna Karima
Anna Karima (bolq. Анна Карима; 1871 – 6 mart 1949, Sofiya) — Bolqar yazıçısı və tərcüməçisi. == Bioqrafiya == 1871-ci ildə Berdyanskda inqilabçı Todor Velkovun ailəsində anadan olub. O, orta məktəbi Sofiyada bitirib. 1888-ci ildə sonra boşandığı Yanko Sakazovla evlənİR. Bu evlilikdən onun üç övladı olub. Artıq gənclik illərində Karima ədəbi fəaliyyətlə maraqlanır. Hekayələr və romanlar yazır. Onun ilk hekayəsi, An Adi tarix, 1891-ci ildə The Day jurnalında nəşr olunur. 1892–1895-ci illərdə o, Holiday jurnalının redaktoru olur. Onun "Atla", "Məhv olmuş həyat" və "Divarın üstündə" pyesləri Milli Teatrda tamaşaya qoyulur.
Eneda Tarifa
Eneda Tarifa (alb. Eneda Tarifa; d. 30 mart 1982, Tirana, Albaniya) ) — Alban müğənnisi. 2016-cı ildə Stokholmda Eurovision 2016-ya "Fairytale" ("Nağıl") mahnısı ilə Albaniyanı təmsil etmişdir. Lakin finala vəsiqə qazana bilməmişdir. == Bioqrafiyası == Eneda Tarifa 30 mart 1982-ci ildə Albaniyanın Tirana şəhərində anadan olmuşdur. 1997-ci ildə ilk dəfə Albaniyada keçirilən "Festivali i Këngës" festivalında Saimir Çili ilə birlikdə "Yjet e shpresës" mahnısı ilə iştirak etmişdir. Lakin ilk üçlüyə düşə bilməmişdir. 2001-ci ildə Eneda başqa bir alban festivalı olan «Kënga Magjike» müsabiqəsində «Ika larg» mahnısını ilə yarışa qatılmışdır. 2004-cü ildə Albaniya ilk dəfə Avraviziyanın milli seçimləri və «Festivali i Këngës 42» festivalında işrirak etdi.
Karima Edebayb
Karima Edebayb (14 fevral 1985) — İngilis aktrisa və model. == Həyatı == Mərakeş, Kipr Rum və İrlandiya kökləri var. Daha əvvəl Topshop adlı butikdə vəzifə yerinə yetirən Karima, 14 Fevral 2006-cı ildə məşhur Tomb Raider (Lara Croft) adlı videooyun seriyasının yeddinci Lara Croft modeli seçildi. Onun rolu, oyunu radio və televiziyada "bir xarakter olaraq" tanıtdırmaqdan ibarətdir, buna görə Adebibe Lara Croft'ın döyüş sənətindən nitqə qədər olan qabiliyyətlərini öyrənməlidir. 2004-cü ildən əvvəl "Alien vs. Yırtıcı" filmdəki bakirə qurbanı rolunu oynadı.
Kozo Taşima
Kozo Taşima (d. 21 noyabr 1957) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib, 1 qol vurub.
Haruo Arima
Haruo Arima — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Ko Arima
Ko Arima (22 avqust 1917, Yaponiya) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Bernulli ədədləri
Bernulli ədədləri — riyaziyyatda ədədlər nəzəriyyəsi ilə geniş əlaqəsi olan rasional ədədlər ardıcıllığıdır. Ədədlərin qiymətləri Rieman zeta funksiyasının mənfi tam ədədlər üçün aldığı qiymətlərə yaxındır. n 1-dən fərqli bir tək ədəd olmaq şərtilə, Bn = 0 bərabərliyi mövcud olur. B1 isə 1/2 ya da -1/2 qiymətini alır. Sıfırdan fərqli bir neçə Bernulli ədədi aşağıda göstərilmişdir. Bernulli ədədləri riyaziyyatçı Yakob Bernullinin adını daşıyır.
Buffalo əsgərləri
Buffalo əsgərləri (ing. Buffalo soldier) - 1867 - 1896-cı illərdə Amerika Birləşmiş Ştatlarının qərbində hindilərə qarşı döyüşmüş afrikalı şəxslərə verilən ləqəb. Bu əsgərlər ağ dərili zabitlərə tabe idi. Buffalo əsgər adını qara dərililərə hindilər vermişdilər.
Üçbucaq ədədləri
Üçbucaq ədədləri — 1-dən n,ə qədər olan n həqiqi ədədin cəmidir. Bu ədədlərə üçbucaq ədədləri deyilməyinin səbəbi, bir üçbucaq şəklində düzülə bilən bərabər ölçülü topların saylarına qarşılıq olmalarıdır. n,inci üçbucaq ədədin formulu belədir: T n = ∑ k = 1 n k = 1 + 2 + 3 + ⋯ + ( n − 2 ) + ( n − 1 ) + n = n ( n + 1 ) 2 = n 2 + n 2 = ( n + 1 2 ) . {\displaystyle T_{n}=\sum _{k=1}^{n}k=1+2+3+\dotsb +(n-2)+(n-1)+n={\frac {n(n+1)}{2}}={\frac {n^{2}+n}{2}}={n+1 \choose 2}.} Bu düsturdan da göründüyü kimi, n,inci üçbucaq ədədi eyni zamanda, n + 1 elementli bir çoxluqdan seçilə biləcək bir-birindən fərqli bütün element cütlərinin də qiymətini verir. İlk on üçbucaq ədədləri bunlardır: 1, 3, 6, 10, 15, 21, 28, 36, 45, 55.
Azərbaycan qəsəbələri
Bu məqalə Azərbaycandakı qəsəbələrin siyahısını və əlaqəli məlumatları ehtiva edir. Azərbaycanda qəsəbə ölkə əhalisinin əksəriyyətinin iqtisadi, sənaye, sosial, kommunal təsərrüfatı, ictimai-iaşə, tarixi, mədəni, kurort obyektlərində, dövlət idarəetmə və ya inzibati orqanlarında və s. sahələrdə işləyən ərazi vahidinə verilən statusdur. İnkişafına görə kənddən yüksək, şəhərdən isə aşağı səviyyəli yaşayış məntəqəsi statusudur. Azərbaycanda rayon və şəhər tabeliyində olan çox sayda qəsəbə vardır. Qəsəbələrin kəndlərdən ən əsas fərqi əhalisi və onun məşğuliyyətidir. Azərbaycanda çox qəsəbələrdə xəstəxana, kitabxana, uşaq bağçası və s. vardır. Keçmişdə Azərbaycanın inzibati-ərazi bölgüsündə şəhər tipli qəsəbələr də var idi. Əgər hər hansısa bir kənd və yaxud qəsəbədə əhali həddindən çox olurdusa, bu yerə şəhər tipli, şəhərə oxşar qəsəbə deyilirdi.
Ərəblərə ölüm
"Ərəblərə ölüm" (ivr. ‏מָוֶת לָעֲרָבִים‏‎; Mavet la-Aravim) — İsrail və İordan çayının qərb sahilində yəhudi ekstremistləri tərəfindən geniş istifadə olunan şüar. Şəxsin xasiyyətindən asılı olaraq, bu, xüsusi olaraq antifələstinliliyin ifadəsi və ya daha geniş formada qeyri-fələstinli ərəbləri əhatə edən antiərəb irqçiliyinin ifadəsi ola bilər. Bu, geniş şəkildə qınanır, bəzi müşahidəçilər bunun soyqırım niyyətini təzahür etdirdiyini iddia edirlər. Xeybər Xeybər ya yəhud Böyük şeytan Hundreds of far-right Israeli activists chant "death to Arabs" in East Jerusalem. YouTube. Middle East Eye. June 16, 2021.
Eserlər
Sosialist İnqilabçılar Partiyası, qısaca SR, eser, eserlər və ya PSR — Rusiya imperiyası ərazisində fəaliyyət göstərmiş sosialist partiyası. == Tarixi == === Yaradılması === === Sol eserlər === === Sağ eserlər === === Seçkilərdə === == Azərbaycanda eserlər == Bakıda eserlərin ilk dərnəyi 1903-cü ildə fəaliyyətə başlamışdı. 1904-cü ildən özəl mətbəəyə malik idilər. Mətbuat orqanları "Kavkazkoe slovo" qəzeti olmuşdur. Bakı eserlərinin sosial bazası, əsasən, fəhlələrdən, Xəzər ticarət gəmiçiliyi donanmasının dənizçilərindən, həmçinin tələbə gənclərdən ibarət idi. 1904–1907-ci illərdə Şuşa, Yelizavetpol (Gəncə) və Zaqatalada da eser təşkilatları yaradıldı. Bakı eserlərinin təşəbbüsü ilə İttifaq Partiyası (1905) və "Əş-Səms " (1906) adlı milli sosialist inqilabçılar təşkilatları yaradıldı. İttifaq Partiyasının liderləri sırasında R. Şərifzadə, M. Cuvarlinski və R. Məlikov kimi şəxslər olmuşdur. 1906–1907-ci illərdə, çoxsaylı həbslərə baxmayaraq, eserlərin Azərbaycandakı mövqeləri xeyli möhkəmləndi. Onların təsir dairəsində 60-dək müəssisə və 10 minədək fəhlə var idi.
Tərsinə çevirmək
Tərsinə çevirmək (ing. invert ~ ru. инвертировать ~ tr. ters çevirmek) – əksinə dəyişdirmək, məsələn, monoxrom displeydə rəngin tərsinə çevrilməsi ağı qaraya, qaranı isə ağa dəyişdirir. Analoji olaraq, tərsinə çevirən rəqəmsal mikrosxem, onun girişinə verilən siqnalları tərsinə çevirərək çıxışa ötürür. Belə əməl DEYİL (NOT) inkar Bul əməlinin elektron ekvivalentidir, məsələn, əgər “A” doğrudursa, onda “DEYİL A” yalandır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Düzən meşələri
Azər­bay­ca­nın dü­zən me­şə­lə­ri­nə bir-bi­rin­dən kəs­gin fərq­lə­nən qu­ru və rü­tu­bət­li sub­tro­pik iq­lim şə­ra­i­tin­də rast gə­li­nir. Ona gö­rə də bu me­şə­lər müx­tə­lif ağac və kol cins­lə­rin­dən təş­kil olun­muş­dur. Dü­zən me­şə­lə­ri res­pub­li­ka­nın me­şə ilə ör­tü­lü sa­hə­si­nin 10%-ni təş­kil edir. Res­pub­li­ka­mı­zın dü­zən me­şə­lə­ri­nin aşa­ğı­da­kı təs­ni­fa­tı­nı tək­lif edi­rik: Rü­tu­bət­li sub­tro­pik dü­zən me­şə­lər (Lən­kə­ran ova­lı­ğı); Ya­rım­rü­tu­bət­li sub­tro­pik dü­zən me­şə­lər (Qa­nıx - Əyriçay va­di­si); Də­niz iq­li­mi şə­ra­i­tin­də dü­zən me­şə­lər (Sa­mur-Də­və­çi ova­lı­ğı); Qu­ru iq­lim şə­ra­i­tin­də dü­zən me­şə­lər (Kür-Araz dü­zən­li­yi); Tu­qay me­şə­lə­ri. == Lənkəran ovalığı meşələri == Lən­kə­ran ova­lı­ğı­nın spe­si­fik rü­tu­bət­li iq­li­mi və əra­zi­si­nin buz­laş­ma­ya mə­ruz qal­ma­ma­sı bu­ra­da bir çox is­ti­se­vər qə­dim re­likt ağac və kol bit­ki növ­lə­ri­nin qal­ma­sı­na im­kan ya­rat­mış­dır. Den­drof­lo­ra­sı­nın zən­gin­li­yi­nə gö­rə Lən­kə­ran ova­lı­ğı (Ta­lış) Qaf­qaz­da bi­rin­ci ye­ri tu­tub, özün­də 150-dən ar­tıq ağac və kol nö­vü cəm­ləş­di­rir, on­la­rın 36-sı en­dem nö­vü olub, tə­bii hal­da yal­nız bu əra­zi­də bi­tir. Ta­lı­şın üçün­cü döv­rə a­id olan əsas ağac və kol növ­lə­rin­dən ipək, ya­xud Lən­kə­ran aka­si­ya­sı, də­mi­ra­ğac, aza­ta­ğac, şa­ba­lıd­yar­paq pa­lıd (lat. Qucras castaneifolia), xə­zər lə­lə­yi, hir­kan pır­ka­lı (İlex Hyrcana Arxivləşdirilib 2017-01-16 at the Wayback Machine), ürək­yar­paq qı­zı­la­ğac (lat. Alnussubcordata) və s. gös­tər­mək olar.
Kosovo meşələri
Kosova meşələri — Kosovo Respublikasının meşə təsərrüfatına aid olan ərazilər. Meşələr ölkə ərazisinin 41 %-ni təşkil edir. Meşələr əsasən ölkənin cənub-qərb zonasında cəmləşib. Bundan başqa meşələr Peç, Deçan, İstok, Yunik və Caykov şəhərləri ətraflarında da mövcuddur. Bu ərazilər ölkə qanunvericiliyi əsasında qorunur. Kosovoda bir neçə meşə tipi mövcud olsa da, daha çox şam meşələri üstünlük təşkil edir. Kosovo meşələri zəngin flora və faunaya malikdir. Balkan yarımadası üçün böyük əhəmiyyətə malik bu meşələrdə balkanların flora ehtiyatının 25 % cəmləşib. Biomüxtəliflik baxımdan Şar dağları və Albaniya alpları daha zəngindir. Kosovo meşələri zaman zaman baş verən meşə yanğınlarından və qanunsuz meşə qırımından əziyyət çəkir.
Qarmaqvari meşələri
Qarmaqvari şam meşələri (Pinus sosnowskyi D. Sosn.) — Şam meşələri respublikamızda olduqca cüzi sahə tutub ümumi meşələrimizin yarım faizini belə təşkil etmir. Dünya miqyasında isə şam iynəyarpaqlı meşələrin ən geniş yayılan nümayəndəsidir. Şamın 100-ə qədər növü məlumdur. Qarmaqvari, Sosnovski və ya Qafqaz şamı — Pinus sosnowskyi. Boyu 20–35 m-ə çatan dəyirmi və ya piramida çətirli ağacdır. Böyük Qafqazın cənub yamacında qarmaqvari şam Filizçay (Balakənçayın qolu) hövzəsində dəniz səthindən 800–1000 m yüksəklikdə bitir. Burada 10 hektara yaxın sahədə olan şam ağacları qayalı aşırımları və dik, çılpaq qayalıqları tutur. Bizim fikrimizcə, Filizçaydakı şamlar buzlaq dövründən bizə qalan yadıgarlardır. Belə dik qayalı yamaclarda şamları əhatə edən və tək-tək ona qarışan enliyarpaq ağac cinsləri (fıstıq, vələs) şamla rəqabətə girə bilmir, belə şəraitdə pioner ağac cinsi sayılan şam mübarizədə qalib gəlir. Belə şəraitdə şam meşələri seyrək bitir, burada ot örtüyü də zəif inkişaf edir.
Hirkan meşələri
Hirkan meşələri (fars. جنگل های هیرکانی‎) təxminən 55.000 km2 ərazini əhatə edən, İran və Azərbaycanın Xəzər dənizi sahillərinə yaxın sulu aran və dağ meşələri zonası. Meşə qədim Hirkan bölgəsinin adını daşıyır. Ümumdünya Təbiəti Mühafizə Fondu ekoregionu Xəzər Hirkan qarışıq meşələri adlandırır. 5 iyul 2019-cu ildən Hirkan meşələri YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. == Coğrafiya == İranda Hirkan ekoregionu Xəzər dənizinin cənub sahili və Əlborz dağlarının şimal yamacları boyunca uzun bir zolaqdan ibarətdir. O, şərqdən qərbə qədər beş vilayətin bir hissəsini əhatə edir: Şimali Xorasan, Gülüstan (421,373 hektar onun cənub və cənub-qərbi və Qorqan düzünün şərq bölgələri), Mazandaran, Gilan və Ərdəbil .