Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səhabə
Səhabə — köməkçi, yoldaş, dost mənalarında işlədilir. Hətta bəzi Şiə mənbələrində[hansı?] İmam Mehdinin 313 səhabəsi olacağı qeyd edilir. İmam Sadiq həmçinin demişdir: Kim ki Sübh namazında 40 gün Əhd duasını oxuyarsa o, İmam Mehdinin səhabələrindən olar. Və əgər o, İmam Mehdinin zühurundan öncə ölsə Allah onu İmam Mehdi zühr etdikdə yenidən dirildər.
Əshabi-Kəhf
Əshabi-kəhf dağı
Əshabi-süffə
Əshabi-süffə və ya Əhli-süffə (ərəb. أهل الصفة؛ أصحاب الصفة‎ — Oturacaq sakinləri və ya Talvar əhli) — Mədinədə sığınacağı olmayan və Peyğəmbər məscidinin örtüyü altında yaşayan Məhəmməd peyğəmbərin yoxsul səhabələri. Ümumilikdə Əhli-süffədən olan 93 nəfərin adı məlumdur. “Talvar əhli” arasında Məhəmmədi görmək üçün Mədinəyə gələnlərdə var idi. == Tarix == Məhəmməd peyğəmbər şəxsən “Talvar əhlinin” qayğısına qalır, qənimətlərin bir hissəsini onlara verir və dövlət xəzinəsindən onlara vəsait ödəyirdi. Əhli-süffə sakinləri davamlı namaz və oruc tutmaqla yanaşı, yazıb-oxunaq və hədisləri intensiv şəkildə öyrənirdi. Onların müəllimləri arasında Məhəmməd peyğəmbərin Abdullah ibn Məsud, Əbu əd-Dərda, Ubeyy ibn Kəb, Muaz ibn Cəbəl və Ubadə ibn əs-Samit kimi tanınmış səhabələri var idi. Müsəlmanlar hesab edirlər ki, Əhli-süffə əslində ilk müsəlman təhsil müəssisəsini (mədrəsə) qurmuşdur. “Talvar əhli” arasından məşhur hədis rəvayətçiləri (Əbu Hüreyrə, İbn Ömər və Əbu Səid əl-Xudri), ilk müəzzinlər (Bilal Həbəşi və Abdullah ibn Ümmü Məktum) və peyğəmbərin digər görkəmli səhabələri (Əbuzər əl-Ğəffari, Hüzeyfə, Xəbbab, Salman Farsi, Şüheyb ər-Rumi, Uqbə ibn Əmir əl-Cuhani və İrbad ibn Səriyyə) çıxmışdır. == Sufizm (Təsəvvüf) == Əhli-süffə sakinləri davamlı olaraq namaz qılır və nadir hallarda lüzumsuz olaraq məscidi tərk edirdilər.
Dörd sadiq səhabə
Dörd sadiq səhabə — İslamın Şiə məzhəbinə görə İslam peyğəmbəri Məhəmmədin vəfatından sonrakı xilafət ixtilafında Peyğəmbərin əmisi oğlu və kürəkəni, Əhli-Beyt imamlarının birincisi olan Əli bin Əbu Talibi dəstəkləyən dörd sadiq səhabə nəzərdə tutulur. Bunlar aşağıdakılardır: Əbuzər Əmmar Miqdad SalmanSalman ümumiyyətlə şiə ilahiyyatında bu dörd elit arasında ən uca şəxs hesab olunur. Məhəmməddən belə nəql olunur: İmanın on dərəcəsi var, Salman onuncu (yəni ən yüksək), Əbuzər doqquzuncu, Miqdad isə səkkizinci dərəcədir. Məhəmmədin səhabələri arasında Əliyə ən yaxın olanlara Məhəmmədin sağlığında şiət-Əli ("Əlinin tərəfdarları") deyilirdi. Cabir əl-Ənsaridən onlar haqqında aşağıdakı hədis rəvayət edilmişdir: Allah Rəsulu buyurdu: "Müjdələr olsun ey Əli! Həqiqətən, sən, səhabələrin və şiələrin cənnətdə olacaqlar." Bu səhabələr daha sonra “Əsl şiə” adlandırıldı. Abdullah ibn Abbas, Ubeyy ibn Kəb, Bilal ibn Rəbə, Məhəmməd ibn Əbu Bəkr, Malik Əştər və Hüzeyfə ibn əl-Yəman digər belə tərəfdarlar var idi. Bununla belə, yalnız dörd səhabə Əliyə sədaqətdə fərqlilik qazanmış olmalıdır.
Əshabi-Kəf mağarası
Əshabi-Kəhf — Culfa rayonunda mağaradır. Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı (3071 m) yüksəkliyindən cənub-qərbə ayrılan Dibəkli qolunun Qırxlardağ şaxəsinin qərb istiqamətli eyniadlı ayrılmasının qurtaracağında, Orta Miosenin Tarxan reğiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarından və Orta Miosen yaşlı teşenitlərdən təşkil olunmuş eyniadlı dağın cənub-qərb ətəyində yerləşir. Tektonik cəhətdən Naxçıvan çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının cənub qanadında yerləşir. Nadir geomorfoloji obyektdir. Mənşəcə psevdokarsta aid edilən mağaranın girişi qayalar dalında gizlədilmiş dar dərənin axırında yerləşir. Hündürlüyü 5 metrdən artıq olan mağara zalının sahəsi 10 metrlərlə ölçülür və divarlarını həm təbiətin, həm də insan əlinin açdığı böyük oyuqlar bəzəyir. Mağara Şərqin ən məşhur mağaralarından biri, eyni zamanda Azərbaycanın ən böyük piridir. Mağaranın adı ərəb dilindən götürülmüşdür və tərcüməsi "mağara insanları" mənasını verir. Onun adı hətta müqəddəs Qurani-Kərimin "Əl-Kəhf" surəsində xatırlanılır, lakin tədqiqatlar göstərir ki, hələ yüz illər bundan əvvəl mağara qədim türklərin müqəddəs sitayiş yeri olub, insanların buradan sığınacaq kimi istifadə etmə tarixi isə ibtidai icma quruluşu dövrünə qədər gedib çıxır.Eyniadlı yerin Kiçik Asiya, Fələstin, o cümlədən İtaliya ərazisində olması haqqında qədim dini və bədi ədəbiyyatlarda bəzi məlumatlar vardır. Quranın "Əl-Kəhf" ("Mağara") surəsində əksini tapmış rəvayətə görə Allaha inanan gənclər təqiblərdən yaxa qurtarmaq üçün bir itlə birlikdə mağarada gizlənmişlər.
Əshabi-Kəhf (mağara)

Əshabi-Kəhf (ziyarətgah)
Əshabi-Kəhf – Culfa rayonunda ziyarətgahdır. == Haqqında == Əshab-i Kəhf dağın (1665 m) və pirin adıdır. Naxçıvan əhalisinin müqəddəs sandığı yer – Əshab-i Kəhf mağarası dağlar arasında yerləşir. "Əshab" yeniyetmə cavan oğlanlar, "kəhf" isə mağara, sığınacaq yeri deməkdir. Deməli, Əshab-i Kəhf yeniyetmə cavanların sığınacaq yeri – mağara mənasındadır. İslam rəvayətlərinə görə, mağaradakılar Dəqyanus adlı padşahın zülmündən qaçıb burada gizlənərək, 300 il yuxuya getdikdən sonra ayılaraq behiştə düşmüş altı yeniyetmə cavan oğlandan və onların yanında olan Qitmir adlı itdən ibarət olmuşdur. Digər rəvayətə görə, Dəqyanus padşah olduğu vaxt əhalini bütpərəstliyə məcbur edirdi. Təkallahlığa inanan yeniyetmə cavan oğlanlar şahın zülm və təqiblərindən yaxa qurtarmaq üçün şəhərdən qaçıb mağarada özləri üçün sığınacaq tapmışlar. Çələbi, Beyzavinin təfsiri haşiyəsində yazır ki, Rəqim ayəsi lövhəyə yazılıb, həmin mağaranın qapısında təfsir olunmuşdur. O, dağm və ya kəndin adı ilə daşa həkk olunmuş yazıda şərh edilmişdir.
Əshabi-kəhf dağı
Əshabi-kəhf dağı – Babək rayonu ərazisində dağ (hünd. 1685,9 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Aracı yüksəkliyindən (3071,6 m) cənub-qərbə ayrılan Dibəkli qolunun eyni istiqamətli Qırxlardağ şaxəsindən qərbə uzanan eyniadlı ayrılmasının qurtaracağında, Nəcəfəlidizə kəndindən 4,5 km şərqdə yerləşən qövsvari sıldırım yamaclı tirənin suayırıcısında zirvə. Orta Miosenin Tarxan reğiomərtəbəsinin alt hissəsinə aid Çaşırdağ lay dəstəsinin vulkanogen süxurlarını yarıb çıxan Orta Miosen yaşlı teşenitlərdən ibarət şimal-şərq istiqamətində uzanmış sill formalı subvulkanik intruziv kütlənin əmələ gətirdiyi yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının tağ hissəsində yerləşir. Yamaclarında acılan teşenitlər yaxşı ifadə olunan sütunvari ayrılmalarla səciyyələnir. Əshabi-kəhf mağarası dağın cənub-qərb yamacındadır.
Əshamə ibn Əbcər
Əshamə ibn Əbcər (ərəb. أصحمة بن أبجر‎) – Məhəmməd peyğəmbərin dövründə yaşamış Aksum şahı (nəcaşi). == İslamda yeri == Nəcaşi xristian idi, lakin sonra İslamı qəbul etmişdir. Məkkəli müsəlmanlar müşriklər tərəfindən zülmə məruz qaldıqdan sonra Peyğəmbər onları Efiopiyaya göndərir və Nəcaşi müsəlman qaçqınları qəbul edərək öz mülklərində yerləşdirir. O, yanına gələn müsəlmanlara Məhəmmədin peyğəmbərliyi və dinlərinin əsasları haqqında suallar verir. Onların cavablarından sonra İslamın qəbulu ilə bağlı şəhadət verir. Bunun xəbəri Məkkə müsəlmanlarına da gəlib çatanda onlar sevinir. Məhəmməd peyğəmbər onun vəfatından xəbər tutanda Mədinədə olarkən onun üçün cənazə namazı qılır.
Əshabi-Kəhf (film, 2000)
Əshabi-Kəhf — Rejissorlar Xamiz Muradov və Tofiq Məmmədovun filmi. == Məzmun == Film bəzi mənbələrdə "Alkaf", bəzilərində "Əshabi-Kəhf", bəzilərində isə "Yeddilər" adlanan və Naxçıvanda yerləşən "Əshabi-Kəhf" mağarası haqqındadır. Filmdə bu möhtəşəm ziyarətgahın yaranma tarixi açıqlanır, eləcə də burada ziyarətgaha gələn zəvvarlar, kəsilən qurbanlar, oxunan dualar haqqında danışılır. Mağara haqqında "Qurani-Kərim"in 18-ci surəsində verilən məlumatlardan, ziyarətgahın bu günündən bəhs olunur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamiz Muradov, Tofiq Məmmədov Ssenari müəllifi: Zaur Məhərrəmov Operator: Rəfael Salamzadə Səs operatoru: Kamal Seyidov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Əshabi-Kəhf mineral bulağı
Əshabi-Kəhf mineral bulağı — Culfa rayonu ərazisində , Naxçıvan şəhərindən 12 km. məsafədə müqəddəs “Əshabi Kəhf (Culus) dağı” nın ətəyindədir. Oradakı “təndirdən” (yer çatından) hər 15 dəqiqədən bir mineral soyuq su köpüklənərək təzyiqlə çıxır. Zəif minerallaşmış suyun tərkibi radonlu, karbonqazlı, hidrokarbonatlı-xlorlu-sulfatlı və natriumlukalsiumludur. Rusiyadakı “Pyatiqorsk” (Şimali Qafqaz) mineral suyunun analoqudur. Rematik xəstəliklərin müalicəsində suya girməklə 10-15 dəqiqə gözləməli və sonra bədəni günəş şüaları ilə qurutmaq lazımdır. Müalicə məqsədilə vanna kursu on gün davam edilməlidir. == Coğrafi koordinatları == Qahab kəndindən 6 km cənub-şərqdə, Naxçıvan şəhərindən 12 km məsafədə, Əshabi-kəhf dağının ətəyindədir. == Tərkibi == Minerallaşma dərəcəsi 4,7 q/l-dir. Gündəlik su sərfi 259000 litr, qələviliyi 6,5, temperaturu isə 18 C0 təşkil edir.
Əshabi-kəhf mineral su yatağı

Ənnabə
Ənnabə (ərəb. عنّابة‎ ʿAnnāba; fransız müstəmləkəçiliyi dövründə: Bon) — Əlcəzairin şərqində şəhər. Aralıq dənizinin sahilində yerləşir. Ənnabə vilayətinin inzibati mərkəzidir. 2008-ci ilin məlumatına görə əhalisi 257.359 nəfərdən ibarət olmuşdur. == Tarixi == Ənnabə 1200-ci ildə finikiyalılar tərəfindən qoyumuşdur. Bir müddət Roma imperiyasından asılı olmuşdu; şəhər Hippon Regi adlanırdı.
Ənnabə vilayəti
Ənnabə vilayəti (ərəb. ولاية عنّابة‎) — Əlcəzairin 58 vilayətindən biri. İnzibati mərkəzi Ənnabə şəhəridir. == Ərazisi == Ənnabə vilayətinin ərazisi 1 439 km2-dır. Ənnabə vilayətinə 6 rayon daxilidir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Ənnabə vilayətinin əhalisi 609 499 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Эсхар
== Coğrafi mövqe == Şəhər tipli Esxar qəsəbəsi Çuqevdən yeddi km məsafədə, Severski Donets çayının sağ sahilində, yuxarı axınında 1 km məsafədə Uda çayının Severski Donets çayına qovuşduğu yerdir, 5 km - şəhər. Çuguevin aşağı axınında 7 km məsafədə Moxnaç kəndi (Zmiyovski rayonu) yerləşir . Uda çayının yuxarı axınında, düz xətt üzrə 4 km məsafədə Staraya Pokrovka kəndi yerləşir. Kəndə böyük bir meşə (palıd) bitişikdir. == Hekayə == 8-10-cu əsrlərdə müasir kəndin yaxınlığında Alanların məskunlaşdığı və Xəzər xaqanlığının mühafizə postu kimi xidmət edən Kaqanovo qəsəbəsi var idi. Bu yaşayış yeri Alanların ən qərb yaşayış məntəqəsi idi [1] . Dövlət rayon elektrik stansiyası tikilməzdən əvvəl kəndin yerində təsərrüfatlar var idi: Karpovski, Pavlov və Rojdestvenski . 1924 -cü il - Esxar kəndinin ( Esxar adı Xarkov İnzibati Dairəsinin ( XAR ) Elektrik Stansiyasının ( ES ) abbreviaturasından gəlir) yaranma tarixi. 1924 -cü ildə Donetsdə kooperativ pulu ilə Donetsdəki dəyirman zavodunun işləməsi üçün 500 kVt alternativ cərəyan generatoru və 230 volt gərginlikli Donetsdə Kharkivskaya SES-1 su elektrik stansiyası tikildi. Üç kilovolt gərginlikli stansiyadan elektrik enerjisi gücləndirici transformatordan istifadə edərək Çuguev, Malinovka, Vvedenka, Novaya və Staraya Pokrovoka ötürüldü.
Escape-ardıcıllıq
Escape-ardıcıllıq – ESC idarəedici simvolu ilə (ASCII yığınında onluq kodu 27, onaltılıq isə 1Bh) başlayan və arxasında bir və ya bir neçə simvol olan simvollar ardıcıllığı; bu simvolların birləşməsi qurğuya və ya proqrama verilən göstəriş və ya komanda əmələ gətirir. Escape-ardıcıllıqlardan çox zaman printerə komanda (məsələn, növbəti simvolları yarımqalın şriftlə çap etmək) vermək üçün istifadə edilir.
Escape klavişi
Escape klavişi – IBM PC/XT klaviaturasının sol yuxarı küncündə və ya orijinal IBM AT klaviaturasının sol yuxarı küncündə yerləşən klaviş; tətbiqi proqramlar və əməliyyat sistemləri tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunur. Bir çox tətbiqi proqramlarda Escape klavişi istifadəçini menyu strikturunun öndəki daha yüksək səviyyəsinə qaytarır və ya proqramdan çıxışı həyata keçirir. Digər proqramlarda Escape klavişi menyunu çağıra, iş rejimini dəyişə və ya əməliyyatı ləğv edə bilər. Apple firmasının kompüterlərinin ADB və Extended klaviaturalarında IBM firmasının kompüterləri ilə uyğunlaşmaq üçün sol yuxarı küncündə Esc klavişi var; o, Apple Macintosh kompüteri meynfreymlərlə birləşmək üçün istifadə edildikdə və ya onda MS-DOS proqramları çalışdıqda gərəkli olur.
Hossein şəhabi
Hüseyn Şəhabi (fars. حسین شهابی‎; 28 noyabr 1967, Təbriz – 22 yanvar 2023, Kərəc) — İran film rejissor, ssenarist və film istehsalçısı. == Həyatı == Hüseyn Şəhabi 20 sentyabr 1967-ci ildə İranın Təbriz şəhərində, azərbaycanlı ailəsində anadan olub. Tehran Universitetində klassik musiqi təhsilini bitirdikdən sonra bir müddət nəstəliq xəttdən və musiqidən dərs deyib. == Fəaliyyəti == 1996-cı ildə Tehran Universitetində klassik musiqi təhsil bitirdikdən sonra, onun ilk işi "Yüz dəfə yüz" (fars. صدبرابر صد‎) qısametrajlı filmi olur. Bu film ona kinomatoqrafiyanın 100 illiyi münasibətilə təşkil olunmuş festivalda "ən yaxşı film" və "ən yaxşı rejissorluq" nominasiyalarında mükafatlar qazandırır. Bundan sonra o 20 qısametrajlı 10 daxili bazara hesablanmış filmləri və teatr üçün nəzərdə tutulmuş 5 ssenarini yazıb onlara rejissorluq etməklə bir çox xarici və daxili film festivallarında müxtəlif nominasiyalarda mükafatlar qazanmışdır. 2013-cü ildə çəkilmiş "Parlaq gün" (fars. روز روشن‎ filmi tənqidçilər tərəfindən əla qiymətləndirilmiş və Tehranda keçirilinən Beynəlxalq Fəcr Film festivalında 4 nominasiyada qalib olmuş və iki fəxri diplom qazanmışdır.
Hüseyn Şəhabi

Şəhanə Yusifova
Şəhab Hüseyni
Şəhab Hüseyni — İran aktyoru. == Filmoqrafiya == Yekun imtahan (1395) Lobbi (1395) Qardaşım Khosrow (1394) Çərşənbə (1394) Sun Midnight (1394) Paralel gölgeler (1394) Satıcı (film, 2016) Sevgi Çağı (1393) Qorxun Şirin ləzzəti (1393) Beş Ulduz (1392) ortada qalmaq (1392) Lovely Rubbish (1391) Rəsm rəsm (1391) Hey!
Shake Your Body
Shake Your Body — Maykl Ceksonun bir mahnısı.
Shake Your Head
Shake Your Head (azərb. Başınızı silkələyin‎) – C. C. Catch tərəfindən 2003-cü ildə ifa edilən mahnıdır. Mahnını istehsal edən ölkə Almaniyadır. Bu mahnı ABŞ qrupu olan "Was (Not Was)" qrupunun ifa etdiyi "Shake Your Head" mahnısının kaver versiyasıdır. Karolina ilk mahnılarının Remiks formalarını çıxardıqdan bir müddət sonra yeni mahnılar yazmağa qərar verir. Karolina 2004-cü ildə Almaniyaya qayıdaraq "Shake Your Head" mahnısını çıxarır. Bu mahnı bir çox hit-paradlarda yaxşı mövqe qazanır. Mahnı İngiltərə Rəqs Hit-Paradında 34-cü, Norveç hit-paradında 8-ci, Belçika hit-paradında 19-cü, Almaniya və Rusiya hit-paradlarında isə 1-ci mövqe tutmuşdur.
Shake it up
Göstər özünü (ing. Shake It Up) - Disney Channeldə yayımlanan bir ABŞ sitkomudur. Serialın ilk bölümü Amerika Birləşmiş Ştatlarında 7 noyabr 2010-ci ildə yayımlanmışdır. Kris Tompson tərəfindən yaradılan və baş rollarını Bella Torn və Zendayanın bölüşdüyü serial, "Göstər özünü Çikaqo" adlı yerli bir proqramda rəqs edən Sisi Cons (Bella Torn) və Raki Bulu (Zendaya) adlarında iki qızın macəralarından bəhs edir. Əlavə olaraq, içində və ya xaricində olduqları tərsliklər və yaşadıqları problemlər ilə məktəbdə yüksələn statusları da qeyd olunur. Deyvis Klevilənd, Raşan Fiqan, Adam Ayrqoyn və Kenton Dati serialın əsas rollarını bölüşür. Serialın orjinal versiyası Disney üçün düzəldilən, yalnız rəqsi sevən iki qız dost komediyasıdır. Bu rəqs anlayışı "Məşhur Cet Cekson" və "Sanniyə imkan verin"dən sonra serial içində serial formatını istifadə edən üçüncü Disney orjinal serialıdır.
Esanbe Hanakita Ko adası
Esanbe Hanakita Ko adası (エサンベ鼻北小島) – Oxot dənizində, Yaponiyanın şimalındakı Hokkaydo adasından təxminən 1650 fut məsafədə yerləşən yaşayış olmayan bir adadır.Oxot dənizindəki Hokkaydo adasının şimalında, Sarufutsudan 500 metr aralıda yerləşirdi. Ada adını 2014-cü ildə alıb. 1987-ci ildə aparılan tədqiqatda onun ən yüksək nöqtəsi dəniz səviyyəsindən 1,40 metr yüksəklikdə olub. 2018-ci ilin oktyabr ayında Sarufutsu sakinləri onun itdiyini aşkar etdilər, adanın su altında olduğu müəyyən edildi. Bu, külək və qışda dənizdə əmələ gələn buzların sürüşməsi nəticəsində yaranan eroziya ilə əlaqələndirilir. Adanın yoxa çıxması təsdiqlənərsə, Yaponiyanın dənizin bu hissəsindəki müstəsna iqtisadi zonasının yarım kilometr azalmasına səbəb olacaq.