Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aşıq Fətullah
Aşıq Fətullah (1920 — 1942) — aşıq. == Həyatı == Aşıq Fətullah 1920-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olmuşdur. Çobankərəli Cəfərə şagirdlik etmişdir. Aşiqanə qoşmaları ("İstər könlüm", "Zülflərin", "Yan, barı", "Bənzər", "Allı qız", "Gözəl" və s.) ilə tanınmışdır. 1942-ci ildə Böyük Vətən müharibəsində həlak olmuşdur. == Ədəbiyyat == Azərbaycan folkloru antalogiyası. Naxçıvan folkloru.
Fətullah Gülən
Məhəmməd Fətullah Gülən (türk. Muhammed Fethullah Gülen, (27 aprel 1941[…], Pasinlər, Ərzurum ili – 20 oktyabr 2024) — Gülən hərəkatının banisi olan Türkiyə filantropu, yazıçısı, şairi, keçmiş vaizi və din adamı idi. O, 30-dan çox kitab və bir çox məqalənin müəllifi idi. O, həmçinin Türk, ərəb, fars və osmanlı dillərini bilirdi. 1999-cu ildən öldüyü tarixə qədər ABŞ-nin Pensilvaniya ştatının Saylorsburq şəhərində yaşayırdı. == Həyatı == Gülən 1941-ci ildə Türkiyənin Ərzurum bölgəsinin Qorucuq kəndində anadan olub. Gülən 1959-cu ildə Türkiyə Respublikası Diyanət İşləri üzrə Dövlət Komitəsinin nəzdində rəsmi işə başlayan Gülən təqribən 30 il Türkiyənin Ədirnə, Kırklareli, İzmir, Edremit, Manisa, Çanaqqala və s. bölgələrində müxtəlif vəzifələrdə çalışmışdır. Bu illər ərzində həyəcanlı və səmimi söhbətləri, verdiyi xütbə, vəz və konfranslar sayəsində Türkiyədə özünə çoxsaylı tərəfdarlar tapmışdır. Gülənin təşfiqi ilə 80-ci illərdən etibarən Türkiyənin iri şəhərləri başda olmaq üzrə tələbə yataqxanaları açılmış, daha sonra Gülənin tərəfdarlarından ibarət müəllim və idarəçilərin olduğu liseylər fəaliyyətə başlamışdır.
Fətullah Şirvani
Fətullah Şirvani (ərəb. فتح الله الشرواني‎; tam adı Fətullah ibn Əbu Yezid ibn İbrahim əş-Şəbərani əş-Şamaxi əş-Şirvani; 1417, Şamaxı - 1486, Şamaxı) — Şirvanlı astronom, riyaziyyatçı və müəllim. == Həyatı == 1417-ci ildə (I Xəlilullahın hakimiyyət dövrü), Şamaxıda doğulmuşdur. İlk təhsilini atası Əbu Yeziddən (bəzi yerlərdə Molla Şükrullah) almış, sonralar biliyini artırmaq məqsədi ilə Şirazda, Səmərqənddə və Tusda təhsilini davam etdirmiş, dövrünün görkəmli ustadlarından dərs almışdır. Şirazda Sədəddin əl-Təftəzaninin qəbrini ziyarət etmişdi. Tus şəhərində Seyyid Şərif Cürcaninin Nəsrəddin Tusinin astronomiya haqqında yazdığı əsərlərinə rəylərini qeyd etdiyi "Şərh əl-Təhkirə fi-elmi Həya" adlı əsərini Seyyid Əbu Talibdən öyrənmişdir. 1435-ci ildə Səmərqəndə yola düşmüş Qadızadədən dərs almış, astronomiya, dilçilik və riyaziyyat haqqında biliklərə yiyələnmişdir. 13 sentyabr 1440-cı ildə məzun olmuş, 5 il Səmərqənd rəsədxanasında da işləmişdir. == Fəaliyyəti == 1440-cı ildə Şirvana qayıtmış, bəzi mədrəsələrdə dərs vermişdir. Bir müddət sonra Qadızadənin məsləhəti ilə Kastamonuya getmiş və orada müəllimlik etməyə davam etmişdir.
Əmrullah (Bostanabad)
Əmrullah (fars. امرالله‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 389 nəfər yaşayır (63 ailə).
Fətullah Arif Çələbi
Fəthullah Çələbi — Osmanlı imperiyasının ilk saray tarixçisi. 60000 beytdən ibarət Şahnamə-i Ali Osmanın müəllifidir. Əsərlərini farsca və türkcə yazmışdır Əlqas mirzə Səfəvinin nışançısı idi. 1561-ci ildə Misirdə vəfat etmişdir.
Musa Cərullah Biqi
Musa Bigiyev (Musa Bigi, Musa Carullah tatar. Муса Җаруллаһ Бигеев, rus. Муса Яруллович Бигеев; 24 sentyabr 1874 və ya 1875, Kikino[d], Penza quberniyası[d] – 28 oktyabr 1949 və ya 1949, Qahirə) — görkəmli tatar ilahiyyatçı filosof, publisist. XX əsrin əvvəllərində Rusiya müsəlmanları arasında başlayan cədidizm mütərəqqi hərəkatın liderlərindən biri idi. == Bioqrafiya == Musa Carullah Bigeyev (Penza mişər tatarların qədim transkripsiyalarında Bigi kimi gedir) 25 dekabr 1873-ci ildə Penza quberniyasının Kikino kəndində anadan olub. Onun atası Rostov-na-Donuda axund təyin edildikdən sonra, ailəsi ilə ora köçdü. Bigeyev anadan olduğu vaxta və yerə lazımlı diqqət vermədiyi üçün, hazırda bu məlumatın üstündə mübahisələr aparılır. Dünyəvi və dini təhsil almışdır. Rostov-na-Donuda real məktəbi bitirdikdən sonra Bağçasarayın, Kazanın, Buxaranın mədrəsələrində və Qahirənin qocaman müsəlman Əl-Əzhər universitetində təhsilini davam etdirmişdir. 1905-ci ilin mayında vətənə qayıdanda Çistaylı tacir və işan, həmçinin "Kəmaliyyə" mədrəsəsinin banisi olan Məhəmmədzakir Kəmalovun qızı ilə evləndi.
Ryullak-Sen-Sirk
Rüllak-Sen-Sirk (fr. Rullac-Saint-Cirq, oks. Rutlac) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12207. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 141 nəfər (15-64 yaş arasında) 103 nəfər iqtisadi fəal, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə bu göstərici 69.8%).
Ətaullah əfəndi Şanızadə
Mehmed Ətaullah əfəndi Şanızadə (d.1771-ö.1826)—Osmanlı tarixçisi və modern tibbin öncüsü, şair. == Həyatı == Mehmed Ətaullah əfəndi Şanızadə 1771-ci ildə İstanbulda dünyaya gəlmişdi. Doğum tarixi tam olaraq dəqiq deyilsə də əsasən 1771-ci ildə doğulduğu qəbul edilir. Ancaq qaynaqlar, Şanizadənin 18 məhərrəm 1200-cü ildə (21 noyabr 1785) tədris icazənaməsini alıb müdərris olduğunu qeyd etdiyinə və on dörd-on beş yaşları müdərrislik üçün biraz erkən sayılacağına görə doğum tarixinin bundan bir neçə il daha geriyə getdiği söylənə bilər. Özəlliklə fiqh sahəsindəki bilgisiylə tanınan atası Hacı Mehmet Sadıq Əfəndi müdərrisliklərdə olmuş, Mədinə qazılığı sırasında vəfat etmiş (1791), bir çox risaləsi yanında məhkəmələrdə mötəbər bir əsər olaraq qəbul görən "Bədayius-sukuk"ü (Sakk-i Şanizadə, Şanizadə Sakki [İstanbul, 1284]) yazmışdır. Ailənin Şanizadə deyə anılması babasının atası Əhməd Əfəndinin “Daraqçı” ləqəbiylə tanınmasındandır. Kəlimə daha sonra Farsca qarşılığı olan “Şani” biçiminə dönmüşdür. Şanızadə, elmiyə məsləyinə intisap etdikdən sonra Halıcıoğlu Mühəndisxanəsi və Süleymaniyə Tibb Mədrəsəsində təhsilini davam etdirdi. Daha öncə öyrəndiyi Ərəb və Fars dilləri ilə bərabər İtalyanca, Fransızca və Rumcanı da öyrəndi. Özəlliklə Latıncanı çox yaxşı bildiyi söylənir.
Fətullah mirzə Qovanlı-Qacar
Fətullah mirzə Fətəli şah oğlu Qovanlı-Qacar (1811, Tehran – 1869, Tehran) — Qacar şahzadəsi, vali. == Həyatı == Fətəli şahın оtuzbеşinci оğlu Fətullah mirzə (anası Fatimə xanım) 1811-ci ildə anadan оlmuşdu. Saray təhsili almışdı. Şüaəssəltənə ləqəbi almışdı. Zəncan və Həmədan əyalətlərinin valisi оlmuşdu. Fətullah mirzə 1870-ci ildə vəfat еdib. == Ailəsi == Fətullah mirzənin Şükuhəssəltənə xanım adlı qızı vardı. == İstinadlar == == Mənbə == Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, "Şuşa", 2008, 334 səh.
Beydullah Xanmaqomedov
Beydullah Xanmaqomedov (18 avqust 1927 – 28 sentyabr 1999, Mahaçqala — Sovet və rus dilçisi, qafqazşünas, Tabasaran dili üzrə mütəxəssis, Tabasaran dili dərsliklərinin və lüğətlərinin müəllifi, dünya ədəbiyyatı əsərlərinin Tabasaran dilinə tərcüməçisi. == Bioqrafiyası == 1927-ci ildə Xiv rayonunun Kondik kəndində tabasaranlı və ləzgi ailəsində anadan olmuşdur. Ata babası Cənubi Dağıstanda məşhur bir torpaq sahibi olan Hacı-Kutaya Xiv rayonunun ən varlı şəxsi olur. Ana babası isə tarixçi, filosof, şair və pedaqoq Mirzə Həsən Əlqədari olmuşdur. Xiv orta məktəbini bitirdikdən sonra, 1942-1945 -ci illərdə rayon torpaq şöbəsində əlavə işçi, sonra Xiv rayonunda heyvandarlıq texnikisi vəzifəsində çalışmışdır. 1945-ci ildə Pedaqoji İnstitutun Dil və Ədəbiyyat Fakültəsinə daxil olur. İnstitutu bitirdikdən sonra Tabasaran rayonunun Tinit orta məktəbinə rus dili və ədəbiyyatı müəllimi, 1952-ci ildə isə Xiv orta məktəbinə göndərilir. 1953-54-cü illərdə Təhsil və Gənclər Siyasəti Nazirliyinin dəvəti ilə Daquçpedqizdə Tabasaran dilinin redaktoru işləmişdir. Sonra SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunda aspiranturanı bitirmişdir. 1958-ci ildə SSRİ Elmlər Akademiyası Dilçilik İnstitutunda "Tabasaran dilinin deklensiya sistemi ləzgi və agul dillərinin azalma sistemləri ilə müqayisədə" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.
Eynulla Ağayev
Ağayev Eynulla Xankişi oğlu – nasir, 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Eynulla Ağayev 1907-ci il dekabrın 31-də Bakının Ramana kəndində, neftçi ailəsində doğulmuşdur. İbtidai təhsilini kənd məktəbində almışdır. 1926-cı ildə Sabir adına 23 saylı ikinci dərəcəli məktəbdə təhsilini davam etdirmişdir. Hərbi xidmət illərində Nuxa və Dağlıq Qarabağda cinayətkarlara qarşı mübarizədə iştirak etmişdir. Sonra Suraxanı neft mədənlərində fəhləlik etmişdir. Hələ orta məktəbdə oxuduğu vaxtdan ədəbiyyata güclü meyl göstərirdi. İlk şerlərini, məqalə və qeydlərini "Gənc işçi", "Kommunist", "Yeni yol" qəzeti redaksiyalarına göndərirdi. İlk hekayəsi "Balıqçı Kamil" 1928-ci ildə Tiflisdə buraxılan "Qızıl şəfəq" jurnalının 12-ci sayında çap olunmuşdur. Bundan sonra o ədəbi dərnəklərdə müntəzəm iştirak etmiş, 1931-ci ilin noyabnnda "Kommunist" qəzetinin partiya şöbəsinə ədəbi işçi qəbul olunmuşdur.
Eynulla Cəbrayılov
Eynulla Eynulla oğlu Cəbrayılov (8 aprel 1935–14 sentyabr 1992) — xanəndə. == Həyatı == E.Cəbrayılov 1952-ci ildən ömrünün sonuna kimi Kürdəmir rayonu Mədəniyyət İdarəsində çalışmış, eyni zamanda, respublikanın musiqi həyatında yaxından iştirak etmişdir. 1956 və 1957-ci illərdə Azərbaycan gənclərinin birinci və ikinci festivallarının laureatı olmuşdur. == Yaradıcılığı == Şirvan musiqi mühitində yetişən Eynulla Cəbrayılov bu bölgənin ustad sənətkarlarının ənənələrindən bəhrələnir, muğam və aşıq sənətinin sirlərinə yiyələnir. O, ifaçılığında bu iki sənətin xüsusiyyətlərini qovuşdurmağa nail olur. Gənc yaşlarından peşəkar xanəndə kimi respublikada tanınan E.Cəbrayılovun Aşıq Şakir və nəfəs alətləri ifaçısı Həsrət Hüseynovla birgə çıxışları xüsusilə əlamətdar olmuşdur. E.Cəbrayılov aşıq havalarını ("Nazlana-nazlana", "Bala nərgiz", "Kimə yalvarım" və s.) böyük şövqlə oxuyan xanəndə kimi məşhurlaşmışdır. Bu havalar bu gün xanəndələrin repertuarında kök salmışdır. E.Cəbrayılov geniş diapazonlu, rəngarəng tembrli güclü səsə malik xanəndə olmuşdur. Onun ifasında "Rast", "Segah-Zabul", "Mirzə Hüseyn Segahı", "Çahargah" və başqa muğamlar AzRT Fondunda saxlanılır.
Eynulla Fətullayev
Fətullayev Eynulla Emin oğlu (25 sentyabr 1976, Bakı) — tanınmış azərbaycanlı jurnalist, "haqqın.az" və "virtualaz.org" saytlarının baş redaktoru,"Gündəlik Azərbaycan" qəzetinin (2005–2007) baş redaktoru. Tənqidi yazılarına görə Azərbaycan hökuməti tərəfindən təqib olunmuşdur. Azərbaycan Respublikasının əməkdar jurnalisti. == Həyatı == Eynulla Fətullayev 1976-cı il sentyabrın 25-də Bakıda anadan olub. Jurnalistikaya gənc sosial demokrat, "İstiqlal" qəzetinin yazarı kimi gəlmişdir. 1990-cı illərin ortalarında Yeni Azərbaycan Partiyasına üzv olub, bir müddət əmək və əhalinin sosial müdafiəsi nazirinin köməkçisi işləyib. YAP-dan istefa verəndən sonra müstəqil yazarlığa başlayıb. Azərbaycan Silahlı Qüvvələrində xidmət edənədək bir müddət ANS televiziyasında analitik proqramların aparıcısı olan E. Fətullayev sonradan Elmar Hüseynovun nəşr etdiyi "Monitor" jurnalında çalışıb. 2005-ci ildə E. Hüseynovun qətlindən sonra "Monitor" bağlananda E. Fətullayev "Realnı Azerbaydjan", "Gündəlik Azərbaycan" qəzetlərini və "Azerbaydjan v mire" jurnallarını yaradıb. 2006-cı ilin oktyabrında o, davamlı təzyiqləri əsas gətirərək nəşrlərini bağladığını elan edib.
Eynulla Lətifov
Eynulla Mədətli
Eynulla Mədətli (tam adı: Eynulla Yadulla oğlu Mədətli; 18 aprel 1954, Naxçıvan) — 1990–1995-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı. Azərbaycanın İran İslam Respublikasının Təbriz şəhərində Baş konsulu və Azərbaycan səfirliyinin müşaviri (Tehran,1996–2001). Azərbaycan Xarici İşlər Nazirliyinin müşaviri (2001–2002). Azərbaycanın Pakistan İslam Respublikasında və Əfqanıstanda (iqamətqahı İslamabad olmaqla) Fövqəladə və Səlahiyyətli səfiri (2002–2010). Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri (2010–2015). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda aparıcı elmi işçi (2016–2017), 2017-ci ildən Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru. == Həyatı == == Elmi əsərlər == Azərbaycan həqiqətləri İran tarixşünaslığında. Bakı, 2011, XX əsrin əvvəllərində Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında. Bakı, 2017, İranda Azərbaycan tarixi məsələləri. Bakı, 2020, Bir millət-iki dövlət: fəlsəfi-tarixi təhlili.
Eynulla Əliyev
Eynulla Əliyev (tam adı: Əliyev Eynulla Dadaş oğlu; d. 1937, Bilgəh, Bakı, Azərbaycan SSR, SSRİ – ö. 2001, Özbəkistan) — Azərbaycan əsilli Özbəkistan rəssamı və heykəltaraşı. == Həyatı == Eynulla Əliyev 1937-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərinin Bilgəh kəndində anadan olmuşdur. Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində oxumuş, xalq rəssamı Tokay Məmmədovun sinfində təhsil almışdır. Daha sonra Daşkəndə getmiş və ali təhsilini 1960-1966-cı illərdə A.N.Ostrovski adına Daşkənd Teatr İncəsənəti İnstitutunda almış, Heykəltaraşlıq fakültəsini bitirmişdir. Təyinatla Səmərqənd şəhərində işləməyə göndərilmiş, ömrünün sonunadək burada yaşamış və yaratmışdır. 2001-ci ildə Özbəkistan Respublikasında vəfat etmişdir. == Yaradıcılığı == Eynulla Əliyev Özbəkistanda keçirilmiş bir sıra sərgilərdə fəal iştirak emiş, 1968-ci ildə Özbəkistan Rəssamlar İttifaqının üzvü, 1969-cu ildə isə Özbəkistan Rəssamlar İttifaqının Səmərqənd filialının sədri seçilmiş və 1986-cı ilə qədər ona rəhbərlik etmişdir. Heykəltaraş Eynulla Əliyev daş, mis, bürünc və ağacdan bir sıra unikal heykəllər yaratmışdır.
Heybullah Əsdiyev
Baba Şeydullah (Qürvə)
Baba Şeydullah (fars. باباشيداله‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 501 nəfər yaşayır (113 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Bone-yi Xeyrüllah
Bone-yi Xeyrüllah (fars. بنه خيراله‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kənddə əhali yaşamır.
Həsən Xeyrullah Əfəndi
Həsən Xeyrullah Əfəndi (1834, İstanbul – 1898, Taif, Məkkə bölgəsi[d]) — Osmanlı alimi və şeyxülislamı. Sultan Əbdüləzizin imamlarından olduğu üçün İmam-ı sultani olaraq anılır. == Həyatı == Təxminən 1834-cü ildə İstanbulda dünyaya gəldi. Əsl adı Həsən Xeyrullah olub, Kasımpaşalı Osman Əfəndinin nəvəsi və tərsanədə çalışan Həmdullah Əfəndinin oğludur. İlk dini təhsilini Hacı Hafiz Əhməd Əfəndi və Əyinli Mehmed Qasım Əfəndidən aldı. Səsinin gözəlliyi və Quran-ı Kərimi səlis oxuması səbəbilə qısa zamanda digərlərindən seçildi və saraya alındı. Sultan Əbdülməcid dönəmində 9 il boyunca ikinci imam olaraq xidmət etmiş, 1861-ci ildə Sultan Əbdüləzizin cülusundan sonra isə Hacı Mehmed Şükrü Əfəndinin yerinə birinci imam (imam-ı sultani) olaraq təyin edilmişdir. Sultan Əbdüləzizin Bursa səyahətinə qatıldı, Gəmlik və Molava qəzalarının mülkləri ona hədiyyə edildi. Bir müddət sonra İstanbul qazılığına, 6 oktyabr 1861-ci ildə isə Anadolu qazəsgərliyinə namizəd göstərildi. Sultan Əbdüləzizin Avropa səyahətinə imam-ı sultani ünvanıyla qatıldı və bu səyahəti əsnasında Fransa kralı III Napaleon tərəfindən qiymətli daşlarla bəzəli tütün qabı hədiyyə edildi.
Kürəkənzadə Feyzullah Əfəndi
Kürəkənzadə Feyzullah Əfəndi (1700, Bursa – 27 dekabr 1761, Bəyoğlu, İstanbul ili) — Osmanlı alimi, bəstəkarı və şeyxülislamı. Atası Sultan Osman və Sultan Mustafa səltənətlərinin şeyxülislamlarından Əhməd Əfəndidir. == Həyatı == 1700-cü ildə Bursada dünyaya gəldi. Atası o əsnada Bursa qazısı olan, Sultan Osman və Sultan Mustafa səltənətlərinin şeyxülislamlarından Əhməd Əfəndidir. Təhsilini tamamlayıb müdərris lik dərəcəsi ladı və müxtəlif mədrəsələrdə xidmət etdi. Ailəsinin nüfuzundan istifadə edərək sürətlə dərəcələri artdı və 1730-cu ildə öncə Qalata, ardından həmin il Bursa qazısı oldu. İstanbul qazılığına təyinatından bir neçə ay sonra 1739-cu ildə Anadolu qazəsgərliyinə gətirildi. Ancaq bu vəzifədə 9 ay qala bildi və azad edildikdən sonra 10 il boyunca dövlət vəzifələrindən uzaq qaldı. Bunda atasının vəfatı ilə nüfuzunun azalmasının rolu mühümdür. 1750-ci ildə və 1754-cü ildə 2 dəfə Rumeli qazəsgəri oldu.
Seyid Feyzullah Əfəndi
Seyid Feyzullah Əfəndi (1639, Ərzurum – 3 sentyabr 1703, Ədirnə) — Osmanlı alimi, şair və şeyxülislamı. == Həyatı == 1639-cu ildə Ərzurumda dünyaya gəlmiş, əsl adı Mehmeddir. Atası Ərzurum müftüsü Seyid Mehmed Əfəndi, anası isə Şərifə Xatundur. İlk təhsilini atasından almışdır. Ərzurumda ikən ərəbcə, farsca və din təlimi dərslərini almışdır. Müəllimi Mehmed Vani Əfəndinin təkidiylə 1664-cü ildə İstanbula, daha sonra Ədirnəyə gələn Feyzullah Əfəndi ardından müəlliminin kürəkəni oldu. Şeyxülislam Minkarizadə Yəhya Əfəndinin müdərrislik təklifini müəllimi və qaynatası olan Mehmed Əfəndinin rəyi ilə qəbul etməyərək həccə getdi. (1687–1688) Döndükdən bir müddət sonra Mehmed Əfəndinin vasitəsiylə IV Mehmedin oğlu Şahzadə Mustafaya lələ təyin olundu. (1669) Bundan sonra Feyzullah Əfəndi üləma zümrəsində sürətli bir şəkildə irəliləməyə başladı. Üsküdar Mihrimah Sultan, Sahn-ı Səman və Aya Sofiya mədrəsələrində müdərrislik etdi.
Əbusəidzadə Feyzullah Əfəndi
Əbusəidzadə Feyzullah Əfəndi (16 yanvar 1631, İstanbul – 21 oktyabr 1698, İstanbul) — Osmanlı alimi, şair və şeyxülislamı. == Həyatı == 16 yanvar 1631-ci ildə İstanbulda dünyaya gəlmişdir. Məşhur Osmanlı üləma ailəsinə mənsubdur. Xoca Sadəttin Əfəndinin oğlu Əsad Əfəndinin şəcərəsindən olub, şeyxülislam Əbu Səid Mehmed Əfəndinin oğludur. Anası isə yenə bu ailə mənsub olub, Xocazadə Əbdüləziz Əfəndinin qızıdır. Ailə ənənəsinə uyğun olaraq ilk təhsilini atasından aldı. Atasının şeyxülislamlığından istifadə edərək uşaq yaşlarından müxtəlif mədrəsələrə müdərris təyin edildi. İlk müdərrisliyi isə hələ 15 yaşında ikən Üsküdar Mihrimah Sultan mədrəsəsi oldu. Ardından 1650-ci ilədək müxtəlif mədrəsələrdə xidmət etdi. Beləliklə, 20 yaşına çatanda artıq mədrəsə həyatında ən yüksək pilləyə çatmışdı.
Qaraca-i Feyzullah (Mərənd)
Qaraca-i Feyzullah (fars. قراجه فيض اله‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,851 nəfər yaşayır (449 ailə).
Bağça (Behi-yi Feyzullah Bəyi)
Bağça (fars. باغ چه‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı, Behi-yi Feyzullah Bəyi dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (40 ailə).