Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gənc Verterin əzabları
Gənc Verterin iztirabları (alm. Die Leiden des jungen Werthers) İohann Volfqanq Göte 1774-cü ildə məktublar formasında yazdığı sentimental romandır. Romanda alman reallığının fonunda intihar edən qəhrəmanın faciəli həyatı təsvir edilir. Bu roman Hötenin "Qöts fon Berlihinqen" dramından sonra ədədbiyyatda ikinci uğuru idi. Dram kimi məktublar formasında yazılan roman da "Fırtına və gərginlik" cərəyanına aid edilir. "Gənc Verterin iztirabları" müəyyən dərəcədə avtiobiqrafik xaraketer daşıyır, bu romanda Höte özünün Şarlotta Buffa olan platonik məhəbətini təsvir etmişdi. Höte onunla 1772-ci ildə Vetslar məhkəməsində praktika keçdiyi zaman tanış olmuşdu. Əsərin faciəli sonu, Verterin intiharı ilə bitməsi Hötenin dostu, evli qadına aşiq olub, məhəbətindən əziyyət çəkən Karl Vilhelm Yerusalemin intiharı ilə bağlı olmuşdur. Lottenin ədəbi obrazı Hötenin o dövrdə başqa rəfiqəsinə - Maksimilane fon Laroşa məxsusdur. Romanın birinci nəşri 1774-cü ilin payızında Leypsiq kitab sərgisində ictimayyətə təqdim edilmişdi.
Müqəddəs Antoninin əzabları
Müqəddəs Antoninin əzabları (it. Tormento di sant'Antonio) - İtaliya rəssamı Mikelancelo tərəfindən 1488-ci ildə tamamlanmış rəsm əsəri. Hazırda ABŞ-nin Texas ştatının Fort-Uort şəhərində yerləşən Kimbell İncəsənət Muzeyində sərgilənir. == Haqqında == Əsərdə orta əsrlər əfsanəsi olan Qızıl əfsanə, müqəddəs Antoninin şeytanlar tərəfindən tələyə düşürülməsi əks olunmuşdur. Müqəddəs Antoni günah işləməmək üçün şeytanlara müqavimət göstərməkdədir. Buna görə əsər bəzən "Müqəddəs Antoninin günaha təşviqi" adlandırılır. == Tarixi == Rəsm əsəri ilk əvvəl Mikelancelonun xidmət etdiyi Domeniko Girlandayo manufakturasında saxlanmışdır. Əsər 2008-ci ilin iyulunda satışa çıxaralaraq 2 milyon ABŞ dollarına bir ABŞ iş adamına satıldı. Sentyabr ayında rəsm əsəri Nyu-Yorkdakı Metropolitan İncəsənət Muzeyinə gətirildi. Əsər burada yenidən rəngləndi və diqqətlə öyrənildi.
Əsəd bəyin əzabları
Əsəd bəyin əzabları — Məhəmməd Əsəd bəy (Qurban Səid) haqqında film. Filmin rejissoru Ralf Marschallekdir. == Məzmun == Filmdə Əsəd bəyin "Qurban Səid" təxəllüsü ilə yazdığı son əlyazması olan "Sevgidən bixəbər kişi" romanında əks olunan Azərbaycan sevgisi, vətən həsrəti, üzləşdiyi haqsızlıqlar, çəkdiyi əzablar onun öz dili, şahidlərin müsahibələri və kadr arxası səslərlə verilib. Əsəd bəyin İçərişəhərdə keçən uşaqlığı, Berlindəki şagirdlik və tələbəlik həyatı, Avstriyada yazdığı "Əli və Nino" romanı, Vyana ilə bağlı xatirələri və nəhayət İtaliyanın Positano şəhərində ev dustağı edildiyi son mənzili filmdə maraqlı kadrlarla əks olunub. == Haqqında == İki seriyalı, 104 dəqiqəlik bədii-sənədli filmin çəkilişlərinə 2004-cü ildə başlanıb, çəkilişlər Almaniya, Avstriya, İtaliya və Azərbaycanda aparılıb. Filmi Almaniya Federal Mədəniyyət və Mətbuat Nazirliyi (BKM) Berlin Mədəniyyət Fondu, Neapol Film Kompaniyası , N. Gəncəvi adına Almaniyada fəaliyyət göstərən Mədəniyyət İnstitutu və digər beynəlxalq qurumlar maliyyələşdirib və dəstəkləyib. Um Velt Film Berlin studiyasının çəkdiyi filmin rejissoru Ralf Marschallekdir. == Təqdimatları == === Almaniya === 2013-cü il mayın 2-də Berlinin "Babylon" kinoteatrında "Əsəd bəyin əzabları" filmi Almaniya ictimaiyyətinə təqdim edilib. Premyeraya İtaliya, Avstriya və Almaniyanın müxtəlif şəhərlərindən Əsəd bəyin tədqiqatçıları, naşirləri, Almaniyanın görkəmli mədəniyyət və kino xadimləri, mətbuat nümayəndələri, Əsəd bəysevərlər, Almaniyada yaşayan azərbaycanlılar və Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov qatılıblar. Tamaşaçılar, film tənqidçiləri və media mənsubları filmi yüksək qiymətləndiriblər.
Əsəd bəyin əzabları (film, 2013)
Əsəd bəyin əzabları — Məhəmməd Əsəd bəy (Qurban Səid) haqqında film. Filmin rejissoru Ralf Marschallekdir. == Məzmun == Filmdə Əsəd bəyin "Qurban Səid" təxəllüsü ilə yazdığı son əlyazması olan "Sevgidən bixəbər kişi" romanında əks olunan Azərbaycan sevgisi, vətən həsrəti, üzləşdiyi haqsızlıqlar, çəkdiyi əzablar onun öz dili, şahidlərin müsahibələri və kadr arxası səslərlə verilib. Əsəd bəyin İçərişəhərdə keçən uşaqlığı, Berlindəki şagirdlik və tələbəlik həyatı, Avstriyada yazdığı "Əli və Nino" romanı, Vyana ilə bağlı xatirələri və nəhayət İtaliyanın Positano şəhərində ev dustağı edildiyi son mənzili filmdə maraqlı kadrlarla əks olunub. == Haqqında == İki seriyalı, 104 dəqiqəlik bədii-sənədli filmin çəkilişlərinə 2004-cü ildə başlanıb, çəkilişlər Almaniya, Avstriya, İtaliya və Azərbaycanda aparılıb. Filmi Almaniya Federal Mədəniyyət və Mətbuat Nazirliyi (BKM) Berlin Mədəniyyət Fondu, Neapol Film Kompaniyası , N. Gəncəvi adına Almaniyada fəaliyyət göstərən Mədəniyyət İnstitutu və digər beynəlxalq qurumlar maliyyələşdirib və dəstəkləyib. Um Velt Film Berlin studiyasının çəkdiyi filmin rejissoru Ralf Marschallekdir. == Təqdimatları == === Almaniya === 2013-cü il mayın 2-də Berlinin "Babylon" kinoteatrında "Əsəd bəyin əzabları" filmi Almaniya ictimaiyyətinə təqdim edilib. Premyeraya İtaliya, Avstriya və Almaniyanın müxtəlif şəhərlərindən Əsəd bəyin tədqiqatçıları, naşirləri, Almaniyanın görkəmli mədəniyyət və kino xadimləri, mətbuat nümayəndələri, Əsəd bəysevərlər, Almaniyada yaşayan azərbaycanlılar və Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov qatılıblar. Tamaşaçılar, film tənqidçiləri və media mənsubları filmi yüksək qiymətləndiriblər.
Əzablı Yollar (1995)
Gəncəli Xosrovun əzablı həyatı
Gəncəli Xosrovun əzablı həyatı — Mxitar Qoşun müəllifi olduğu yeganə aqioqrafik əsər. Bəzi tədqiqatçılar bu əsəri Xosrov Gəncəliyə həsr olunmuş mədhnamə də adlandırırlar. Əlyazmada əsərin adı belədir: "Qoş ləqəbli vardapet Mxitarın yeni şəhid Xosrova həsr etdiyi mədhnamə". Əsər quruluşuna görə iki hissəyə bölünür — Giriş və Xosrovun zahidliyi, şəhidliyi tarixi. Səlcuqluların yürüşündən sonra ölkədə "özbaşınalığın, zorakılığın və qətllərin hökm sürdüyü bir vaxtdan" bəhs edən giriş hissəsi müəyyən qədər tarixi əhəmiyyətə malikdir. Giriş bir tərəfdən Səlcuqlu əmirlikəri sayılan Xilat və Gəncə arasında gedən, Digər tərəfdən həmin əmirliklərin Gürcüstanla apardıqları uzunmüddətli müharibələr və bu müharibələrin alban əhalisini müflisləşdirməsindən bəhs edir. Qafqaz Albaniyası ilə qonşu olan İberiya çarı da ölkəni viran qoymaq, onun əhalisini və heyvan sürülərini məhv etmək istədi; bərəkətli və varlı diyar sayılan Utini o daha böyük dağıntıya məruz qoydu. Mxitar Qoş mənəvi düşkünlüyün dəhşətli vəziyyət aldığını,rüşvətxorluğun görünməmiş dərəcədə gücləndiyini təsvir edir: Patriarxlar, hətta ruhaanilər də əlqoyma mərasimlərini pul aldıqdan sonra təşkil edirlər. Və hamısı da heç kimdən, heç bir ittihamdan qorxmayaraq cəsarətlə istədikləri cinayətləri törədirlər. Əsərin əsas önəmi bundadır ki, Mxitar Qoşun dünya görüşünü vəsiyasi baxışlarını əks etdirir.
Əzablı yollar (film, 1982)
Əzablı yollar ("Məlikməmməd") — kinorejissor Tofiq İsmayılovun filmi. == Məzmun == Kinolentin əsasını şən macəravari əhvalat təşkil edir. Film tamaşaçıları xeyirxah olmağa çağırır. Dövlətlərdən birində divlər ölkəni şər qüvvələrdən qoruyan üç sehrli almanı oğurlayırlar. Həmin almaları axtarıb tapmaq üçün şah (Həsən Məmmədov) oğlanlarının üçünü də uzaq səfərə göndərir. Böyük oğul Şahməmməd (Elşad Qazıyev) əylənmək, şənlənmək həvəskarıdır. Ortancıl Xanməmməd (Viktor Dəmirtaş) acgöz və tənbəldir, kiçik qardaş Məlikməmməd (Ötkəm İsgəndərov) isə romantik və xəyalpərəstdir. Qardaşların yolu uzun, təhlükəli və çətin olur. Amma filmin sonunda onlar hər cür çətinlikləri aradan qaldırır, güclü və xeyirxah olurlar. == Film haqqında == Film "Məlikməmmədin nağılı" adlı Azərbaycan xalq nağılının motivləri əsasında çəkilmişdir.
Əzablı yollar (film, 1995)
Gəncəli Xosrovun əzablı həyatı (əsər)
Gəncəli Xosrovun əzablı həyatı — Mxitar Qoşun müəllifi olduğu yeganə aqioqrafik əsər. Bəzi tədqiqatçılar bu əsəri Xosrov Gəncəliyə həsr olunmuş mədhnamə də adlandırırlar. Əlyazmada əsərin adı belədir: "Qoş ləqəbli vardapet Mxitarın yeni şəhid Xosrova həsr etdiyi mədhnamə". Əsər quruluşuna görə iki hissəyə bölünür — Giriş və Xosrovun zahidliyi, şəhidliyi tarixi. Səlcuqluların yürüşündən sonra ölkədə "özbaşınalığın, zorakılığın və qətllərin hökm sürdüyü bir vaxtdan" bəhs edən giriş hissəsi müəyyən qədər tarixi əhəmiyyətə malikdir. Giriş bir tərəfdən Səlcuqlu əmirlikəri sayılan Xilat və Gəncə arasında gedən, Digər tərəfdən həmin əmirliklərin Gürcüstanla apardıqları uzunmüddətli müharibələr və bu müharibələrin alban əhalisini müflisləşdirməsindən bəhs edir. Qafqaz Albaniyası ilə qonşu olan İberiya çarı da ölkəni viran qoymaq, onun əhalisini və heyvan sürülərini məhv etmək istədi; bərəkətli və varlı diyar sayılan Utini o daha böyük dağıntıya məruz qoydu. Mxitar Qoş mənəvi düşkünlüyün dəhşətli vəziyyət aldığını,rüşvətxorluğun görünməmiş dərəcədə gücləndiyini təsvir edir: Patriarxlar, hətta ruhaanilər də əlqoyma mərasimlərini pul aldıqdan sonra təşkil edirlər. Və hamısı da heç kimdən, heç bir ittihamdan qorxmayaraq cəsarətlə istədikləri cinayətləri törədirlər. Əsərin əsas önəmi bundadır ki, Mxitar Qoşun dünya görüşünü vəsiyasi baxışlarını əks etdirir.
Nabla
Nabla — riyazi simvolu belədir: ∇, bəzən riyaziyyatda ona "Nabla operatoru" da deyirlər. Bəzən nablanı "atled" adlandırırlar (ing. atled) — "Delta" sözünün əksinə oxunuşu — ∇ {\displaystyle \nabla } == Sözün mənası == "Nabla" sözü "nabel" sözündən yaranmışdır (q.yun. νάβλα, q.yəh. נֵבֶל‎), arfaya oxşar simli alətdir. İlk dəfə sözə 1890-cı ildə çap olunan elmi məqalələrdə rast gəlinir. == Kodlarda == Unikod — «U+2207»; HTML — «∇»; LaTeX — «\nabla».
La İzabela
La İzabela — Dominikan Respublikasının ərazisində yerləşən şəhər. La İzabela Avropalıların Amerika ərazisində məskunlaşdığı ilk yer hesab olunur. Şəhər Xristofor Kolumbun ikinci səfəri zamanı 1493-cü ildə salınmışdır.
İzabela Belçik
İzabela Monika Belçik (pol. Izabela Monika Bełcik; 29 noyabr 1980) - 29 noyabr, 1980-ci ildə Polşanın Malbork şəhərində anadan olub. 2005-ci ildə ilk dəfə Polşa milli komandada iştirak etdi. Polşa komandalarında voleybol karyerasını davam etdirdi. Polşa milli komandasının heyətində 2003 və 2005-ci illərdə Avropa çempionatının qızıl medalını qazanıb. == Oynadığı klublar == İzabela Belçik karyerası başladıqdan bəri 6 komandada oynayıb: == İdman nailiyyətləri == İzabela Belçikin bir çox idman nailiyyətləri olubdur.
Əzab
Əzab — fiziki və emosional narahatlıq, ağrı, stres, əzab yaşadığı canlı varlığın son dərəcə xoşagəlməz, ağrılı və ya ağrılı duyğularının məcmusu. Ojeqov lüğətinə görə əzab — fiziki və ya zehni ağrı, əzabdır. YFE əzabı "əziyyət, fəaliyyətin əksinə; ağrı, xəstəlik, kədər, kədər, qorxu, həsrət və narahatlıq vəziyyəti". Eyni zamanda, bu, bir insanın və ya bir sıra şəxslərin fiziki və mənəvi-əxlaqi qüvvələrinin aktiv gərginliyinin bir formasıdır; xassələri arasında ümidsizlik, bölünmə, ehtiraslardan da bəhs olunur. Ayrıca, idrak təcrübəsinin bu və ya digər şəkildə əzablara davamlı olduğunu qeyd edirlər. == Etimologiyası == Böyük Psixiatriya Ensiklopediyası (2-ci nəşr, 2012) ümumi slavyan dilini etimologiya kimi göstərir əzab "iş; ehtiyac"; lat. sterno "ümidsizliyə qərq olmaq, məhv etmək". IV Drobışeva yunan dilini göstərir yun. πάθημα, πάσχω "əzab, xəstəlik, əziyyət", Yunan ilə əlaqəli sayılır yun. στρηνής, στρηνός "kəskin, kobud", lat.
Dersu Uzala
Dersu Uzala (d. 1849-ö. 1908) — ovçu, nanay (qold) hansı ki, bütün həyatını tayqa meşələrində yaşayıb. == Həyatı == Onun heç vaxt evi olmayıb, o həmişə açıq səma altında yaşayıb, ancaq qış aylarında özünə soyuqdan müdafiə olunmaq üçün koma tikirmiş. Yaxşı təlim görmüş cavan Vladimir Klavdiyeviç Arsenyev və "meşə insanı" Dersu birlikdə 1902–1907-ci illərdə ussur tayqasında neçə kilometrlərlə yol qət eləmişlər. Onlar bu gəzintilər zamanı çox yaxşı dost olublar. Ekspedisiyadan sonra 1907-ci ildə Arsenyev tez anlayan Dersunu Xabarovskdakı evində yaşamağa dəvət edir. Dersu öz kapitanını çox sevirdi, ancaq şəhər həyatı artıq ona ağır gəlirdi. Meşələrin insanına dörd divar çox sıxıcı görünürdü. 1908-ci ilin yazında Dersu öz dostu ilə sağollaşdı və piyada doğma vətəni olan Primor vilayətinə yollandı.
Qəbir əzabı
Qəbir əzabı (ərəb. عذاب القبر‎ ʿAdhāb al-Qabr, həmçinin Qəbirsıxma) — İslam inancına görə insanı öldükdən sonra gözləyən əziyyət. Qəbir əzabı ilə bağlı Quran kitabında heç bir məlumat göstərilməmişdir. Quranda ondan çox ayədə qəbirlərlə bağlı ifadə keçdiyinə baxmayaraq, qəbir əzabından bəhs edilmir.
Vicdan əzabı
Vicdan əzabı — keçmişdə etdikləri əməllərə görə peşman olan bir insanın həyasız, incidici və ya səhv hesab etdiyi narahat bir duyğudur. Vicdan əzabı günahkarlıq və özünə yönəlmiş küskünlüklə sıx bağlıdır. Bir şəxs əvvəlki hərəkət və ya hərəkətsizlikdən peşman olduqda, peşmanlıq hissi və ya hərəkətə və ya hərəkətsizliyə görə cəza da daxil olmaqla digər müxtəlif nəticələrə cavab ola bilər. İnsanlar peşman olduqlarını üzr istəmək, düzəltməyə çalışmaq və ya öz cəzalarını tətbiq etməklə bildirə bilər. Qanuni bir kontekstdə, cinayətkarın qəbul etdiyi peşmanlıq məhkəmələr, hökmlər, şərti olaraq dinləmələr və bərpaedici ədalət zamanı Qərb ədliyyə sistemləri tərəfindən qiymətləndirilir. Bununla birlikdə, cinayətkarın peşmançılıq səviyyəsini qiymətləndirməkdə epistemoloji problemlər var. Peşman olmağı bacarmayan bir insana tez-tez Psixi Rahatsızlıqların Diaqnostik və Statistik Təlimatında izah edildiyi kimi antisosial şəxsiyyət pozuqluğu diaqnozu qoyulur. Ümumiyyətlə, psixopatik xüsusiyyətləri inkişaf etdirmək üçün insanın qorxu və peşmançılıq hissi keçirə bilməməsi lazımdır. Sığorta kimi hüquqi və işgüzar peşələr, ilk növbədə potensial məhkəmə və maliyyə nəticələrinə görə üzr istəməklə peşman olduqlarını ifadə etmək üçün araşdırmalar aparmışlar. == Üzr istəmək haqqında tədqiqatlar == Üzr istəməyə dair iki tədqiqat vardır — Qeri Çepmen və Cennifer Tomasın "Üzr istəməyin beş üsulu" ing.
Şabla mayakı
Şabla mayakı — Bolqarıstanın Dobriç vilayətində, Şabla icması ərazisində yerləşir. Mayak eyni adlı burun ərazisində, Şabla şəhərindən 4 km şərqdədir. Bu Bolqarıstanın Qara dəniz sahilində yerləşən ən hündür və ən qədim mayakıdır. Bolqarıstanın Hərbi Dəniz qüvvələrinin balansındadır. == Tarixi == Burunda ilk mayak XVIII əsrdə inşa edilmişdir. Ən əhəmiyyətli Qara dəniz marşrutlarından biri olan Dunay-Bosfor xətinin mərkəzində yerləşir. Mayak fənərinin əsas məqsədi gəmiləri mayak ilə Tyulenovo kəndi arasında olan qumlu dayazlıq barədə məlumat verməkdir. Bu səbəbdən "Qum fənəri" və ya "Qum mayakı" adlandırılır. Həmçinin mayak yaxınlığında uzunluğu 2 km olan rif vardır. Bəzi tarixçilər burun ərazisində mayak tikililərinin hələ Roma və Bizans imperiyaları dönəmində olmasını qeyd edirlər.
İzabela adası (Qalapaqos)
İsabela adası (isp. Isla Isabela, Albemarle) — Qalapaqos arxipelaqına daxil olan ən böyük ada. Ada İzabela Kastilyanın şərəfinə adlandırılmışdır. O, Xristofor Kolumbun səyahətini maliyyələşdirənləndən biri olmuşdur. Adanın cənub-şərqində Puerta-Vilyamil şəhəri yerləşir. Şəhər Qalapaqos vilayətinin üçüncü ən böyük adasıdır. Üstəlik İzabela kantonunun mərkəzidir. Adadan Ekvator xətti keçir. == Maraqlı fakt == Adada 6 aktiv vulkan vardır: Darvin, Volf, Alsedo, Serro-Asul və Santo-Tomas. Ən hündür nöqtəsi Vulf vulkanıdır (1707 metr).
Buzlu vedrə əzabı
Buzlu vedrə əzabı (ing. Ice Bucket Challenge) — 2014-cü ilin yayında məşhurlaşan bir fəaliyyət. Bu fəaliyyətinin qaydasına görə iştirakçılar ya başlarına bir vedrə soyuq su tökməli, ya da ABŞ-nin ALS Assosiyasına xeyriyyə məqsədilə pul ödəməlidirlər. Bu fəaliyyət Şimal yarımkürəsində sosial medyada məşhurlaşıb. == Məşhurlaşması == "Ice Bucket Challenge" kampaniyasına, yəni Buzlu su kampaniyasına görə, ya ALS üçün yardım edəcəksəniz, ya da buz dolu bir vedrə suyu başınızdan aşağı tökəcəksiniz. Bütün dünyada 2014-cü ilində həm yardım edib, həm də məlumatlandırmaq məqsədi ilə başlarından aşağı buzla dolu 1 vedrə su tökürlər. Fəaliyyətə qoşulan adam seçdiyi 3 adama meydan oxuyur və eynisini ondan istəyir. Meydan oxunan kişi 24 saat içində eynisini bir başqasına edir. Mark Zukerberq, Bill Geyts, Lady Gaga, Kriştiano Ronaldo, Beyonce , Jennifer Lopez kimi dünyaca məşhur insanlar kampanyaya böyük dəstək verdi. === Türkiyədə === Türkiyədə isə ilk dəstək Nevzat Aydından gəldi.
Diana Abla
Diana Abla (d. 29 iyul 1995) — Braziliyanı təmsil edən su poloçusu. == Karyerası == Diana Abla, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Zala (medye)
Zala (mac. Zala megye, xorv. Zalska županija; sloven. županija Zala) — Macarıstanın inzibati ərazi bölgüsü. == Coğrafiyası == Zala çayının adından götürülmüşdür. Xorvatiya və Sloveniya ilə, eləcə də, Macarıstanın Vaş, Vesprem və Şomod medyeləri ilə qonşudur. Zala medyesinin mərkəzi Zalaeqerseq şəhəridir. Sahəsi 3784 km²-dir. Balaton gölünün bir hissəsi medyenin ərazisindədir. == Tarixi == 10-cu əsrdə macarların Nyek tayfası Balaton gölü ətrafındakı əraziləri işğal etdi.
Zala çayı
Zala çayı— cənub-qərbi Macarıstanda bir çay. == Fiziki xüsusiyyətləri == Çayın mənbəyi Avstriya və Sloveniya ilə sərhəddəki dağlarda yerləşir. Zala çayının uzunluğu 139 kilometrdir və 2,622 km2 su sərf edir. Bir neçə kiçik çaylar- sağ tərəfdən Felső-Válicka, Szentmihályfalvai patak (kiçik çay), Szévíz csatorna (kanal), Foglár csatorna və sol tərəfdən Szentjakabi patak, Sarviz patak, Széplaki patak, Csörgető patak və Nádas patak çaya tökülərək onu qidalandırır. Zala çayı Keszthely yaxınlığında Zalaegerszeg şəhərindən keçir və Balaton gölünə tökülür. Çay Macarıstanın Vas və Zala əyalətlərindən axıb keçir.
Zala medyesi
Zala (mac. Zala megye, xorv. Zalska županija; sloven. županija Zala) — Macarıstanın inzibati ərazi bölgüsü. == Coğrafiyası == Zala çayının adından götürülmüşdür. Xorvatiya və Sloveniya ilə, eləcə də, Macarıstanın Vaş, Vesprem və Şomod medyeləri ilə qonşudur. Zala medyesinin mərkəzi Zalaeqerseq şəhəridir. Sahəsi 3784 km²-dir. Balaton gölünün bir hissəsi medyenin ərazisindədir. == Tarixi == 10-cu əsrdə macarların Nyek tayfası Balaton gölü ətrafındakı əraziləri işğal etdi.
İzabela Valentina Yaruqa-Novaçka
İzabela Valentina Yaruqa-Novaçka (23 avqust 1950, Qdansk – 10 aprel 2010, Smolensk) — 1993-cü ildən Polşa Milli Parlamentinin (Sejm) deputatı (1997–2001-ci illərdə dörd illik fasilə ilə) O, 2004-cü ilin mayında baş nazirin müavini təyin edilmiş və 2005-ci ilin oktyabr ayına qədər vəzifəsini icra edən polşalı siyasətçi idi. O, həmçinin 2004-cü ilin noyabrından 2005-ci ilin oktyabrına qədər sosial siyasət naziri vəzifəsində çalışıb. Pomeranya Voyvodalığının başkənti olan Baltık liman şəhəri Qdańsk'ın yerlisi olan Izabela Jaruga-Nowacka Varşova Universitetindən etnoqrafiya diplomu aldı və 1970'lerde və 80'lerde Bilim Siyasəti və Yüksək Öğrenim Enstitüsü'nde (1974–76) və Polonya Bilimler Akademiyasında Sosyalist Milletler Enstitüsü'nde (1976–86) çalıştı. Kommunist dövründə siyasi aktiv olmasa da, 1980-ci illərin sonlarına doğru Polşa Qadınları İttifaqına üzv oldu, daha sonra 1991-ci ildə Ruch Demokratyczno-Społeczny (Xalq Demokratik Hərəkatı) partiyasında fəal dövr keçirdi. 1993-cü il seçkilərində Həmkarlar İttifaqı partiyasının üzvü kimi Seymə seçildi. Sadiq feminist, Jaruga-Nowacka Seym 1993–97, Seym 2001–05, Seym 2005–07 üzvü olaraq qaldı və 2007-ci ilin oktyabrında yeni Sol və Demokratlar Partiyasından çıxış edərək dördüncü dəfə parlamentə seçildi. O, Izabela Jaruga-Nowacka və Varşavada yerləşən Polşa-Yapon İnformasiya Texnologiyaları İnstitutunun rektoru olan riyaziyyatçı Jerzy Nowacki ilə evlidir və Barbara Nowacka və Katarzyna adlı iki qızı var. Jaruga-Nowacka, 10 aprel 2010-cu ildə Rusiya Smolensk yaxınlığında Peçersk yaxınlığında Smolensk-Şimal hava limanı yaxınlığında qəzaya uğrayan təyyarənin sərnişin siyahısında idi. 16 aprel 2010-cu ildə Jaruqa-Novacka ölümündən sonra Polonia Restituta Ulduz və Komandir Xaçı ilə təltif edilmişdir.
Ebla
Ebla, İbla - Şimali Suriyada (Hələbdən 70 km сənubda, indiki Təll-Mərdih rayonunda) qədim şəhər-dövlət. Ebla Fəratın Suriya ərazisində olan hissəsindən qərbda yerləşir. Ehtimal olunur ki, «Ebla» sözünün mənası ağ daş deməkdir. Hansı ki, bu daşla Eblanın əsas şəhəri inşa edilmişdir. == Ümumi məlumat == E.ə. 4-cü minilliyin ortalarında Cənub-Şərqi Ərəbistandan Suriyaya köçmüş sami mənşəli qədim xalq olan eblalılar tərəfindən əsası qoyulmuşdur. Eblalılar eblayt dilində danışmış və bu dil semit dil qrupuna aid olmuş. Eblayt dili akkad dili ilə bir çox oxşarlığa malik idi. Ebla əhalisi Qədim Mesopotamiya, Elam və Misir ərazisində məskunlaşmış şumerlilərlə sıx ticari və siyasi əlaqələr saxlamışdır. E.ə.
Ebla dili
Ebla dili — Şimali Suriyada Şərqi Semit xalqları tərəfindən eramızdan əvvəl 3000-ci illərdə danışılan ölü bir semit dilidir. Adını bugünkü Suriyanın sərhədləri içərisindəki qədim Ebla şəhərindən götürmüşdür. Cyrus H. Gordona görə, Ebla dili çox danışılmırdı və ehtimal ki, Şərqi və Qərbi Semit xüsusiyyətləri ilə yazılı və müştərək bir dil kimi istifadə edilmişdir. Ebla ayrıca dili Sarqondan əvvəlki Akkad dilinə çox yaxın bir dil olaraq təyin edilmişdir. Richard I. Caplice, Ignace Gelb və John Huehnergardın fikri budur ki, Ebla dili erkən Akkad ləhcəsi deyil, çünki digər Akkad ləhcələri ilə əlaqələndirilə bilər. Manfred Krebernik, Ebla dilinin Akkad dili ilə çox yaxın bir əlaqəsi olduğunu və bu dilin Erkən Akkad ləhcəsi olaraq təsnif edilə biləcəyini bildirir. Ebla dili həm Qərbi, həm də Şərqi Semit dil xüsusiyyətləri olan Şərqi Semit dili hesab olunur. Qrammatik kontekstdə Ebla dili Akkad dilinə bənzəyir, lakin sintaktik kontekstdə və bəzi qrammatik formalarda Ebla dili Qərbi Semit dillərinə daha yaxındır. Əlavə olaraq, bu dilə aid mixi yazıları formasında əsasən Ebla şəhərinin xarabalıqlarında 1970-ci illərdə tapılmış olan 15.000 lövhə mövcuddur.
Ebla lövhələri
Ebla lövhələri — Suriyanın sərhədləri daxilində yerləşən qədim Ebla şəhərindəki 1800 ədəd tam gil lövhə, 4700 hissə və minlərlə xırda parçadan ibarət olan bir saray arxivi kolleksiyasıdır. Lövhələr italyan arxeoloq Paolo Matthiae və qrupu tərəfindən 1974–75-ci illərdə qədim Tell Mardikh şəhərində aparılan qazıntılar zamanı aşkar edilmişdir. Hamısı e.ə. 2500 ilə şəhərin dağıldığı 2250-ci illər arasındadır. Bu günlərdə lövhələr Suriyanın Hələb, Şam və İdlib muzeylərində saxlanılır. E.ə. 2500-cü illərə aid Ebla lövhələri din tarixini öyrənmək baxımından çox əhəmiyyətli məlumatlar daşıyır. 1975-ci ildən etibarən bir neçə dəfə tədqiqat və müzakirə mövzusu olan Ebla lövhələrinin ən əhəmiyyətli xüsusiyyəti isə İlahi kitablarda bəhs edilən üç peyğəmbərin adının çəkilməsidir. Ebla lövhələrinin min illər sonra tapılması Quranda bildirilən qövmlərin coğrafi mövqeyinin müəyyən olunması baxımından çox əhəmiyyətlidir. Ebla e.ə.
Zala Kraly və Qaşper Şantl
Zala Kraly və Qaşper Şantl (sloven. Zala Kralj & Gašper Šantl) — Sloveniyanın Maribor şəhərindən olan vokalist Zala Kraly və multi-instrumentalist Qaşper Şantldan təşkil olunmuş musiqili duet. Zala Kraly və Qaşper Şantl "Sebi" mahnısı ilə Sloveniyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və nəticədə Sloveniyaya finalda 15-ci yeri qazandırmışdırlar. Duet Kraly Şantlın bəstələdiyi və aranjman etdiyin mahnıları ifa etməyə başladıqdan sonra 2018-ci ildə qurulmuşdur. Həmin ildə onların "Valovi", "Baloni" və "S teboi" sinqlları dinləyicilərə təqdim olunmuşdur. 2019-cu ildə isə Štiri adlı debüt mini-albom buraxılmışdır.