ƏZABLI (əzab və əziyyətlə dolu) [Rza:] Mən indiyə kimi iyirmi iki bahar yola salmışdım, lakin heç birisi bu ilki qədər əzablı, bu ilki qədər cansıxıcı olmamışdı (M.İbrahimov); CƏFALI Şahbaz bəy: O, bir xəyaldır. Uzaqdan dadlı, nəşəli, yaxından zəhərli, cəfalı, bəlalı, ömrü puç edən bir şeydir (S.S.Axundov); ƏZABVERİCİ Artıq Məcidin sözləri Nadir üçün əzabverici olmayıb.. (B.Talıblı); İZTİRABLI ..İztirablı səsində elə dərin bir qəlb ağrısı vardı ki, ixtiyarsız atın başını qucaqları (R.Rza); MƏŞƏQQƏTLİ Bir il qədər məşəqqətli sürən bir neçə dəqiqə ərzində onun gözləri qaraldı.. (M.Hüseyn); MÜŞƏVVƏŞ Şeyx Sədra: Halım, eyvah pək müşəvvəşdir (H.Cavid); ƏZİYYƏTLİ, İŞGƏNCƏLİ.