Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Silmək
Silmək – verilənlərin, adətən, disk və ya lent kimi yaddasaxlama qurğusundan geri qaytarılması mümkün olmayan uzaqlaşdırılması. Müəyyən sahənin silinməsi, bir qayda olaraq, orada olan informasiyanın sıfırlarla və ya başqa boş simvollarla əvəzlənməsi yolu ilə həyata keçirilir. Hesablama texnikasında silmənin (erase) heç də uzaqlaşdırma (DELETE) ilə ekvivalent olması vacib deyil. Adətən, uzaqlaşdırma, sadəcə, əməliyyat sisteminə göstərilən verilənlərin və ya faylin əhəmiyyət daşımadığını xəbər verir, ancaq uzaqlaşdırılmış faylın diskdə tutduğu yer (sahə) əməliyyat sisteminə başqa məqsədlər üçün gərəkli olanadək həmin verilənlərə müraciət etmək mümkündür. Buna görə də uzaqlaşdırılmış verilənlərin yerinə (tutduğu sahəyə) yeni informasiya yazılmamışsa, həmin faylı “geri qaytarmaq” (UNDELETE) mümkün olur.
Əzilmiş fotoşəkillər (roman)
Cəfər Təyyar Əyilməz
Cəfər Təyyar Əyilməz (türk. Cafer Tayyar Eğilmez) və ya Cəfər bəy (türk. Cafer Bey; 1878, Priştina – 3 yanvar 1958, İstanbul) — Türkiyə hərbçisi, Osmanlı Ordusunun zabiti və Türkiyə Ordusunun generalı. Birinci Dünya müharibəsi zamanı Çanaqqala döyüşündə iştirak etmiş və müharibə bitdikdən sonra Mustafa Kamal Paşanın qüvvələrinə qoşularaq Türkiyə İstiqlaliyyət müharibəsində vuruşmuşdur. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Cəfər Təyyar Əyilməz ilə əlaqəli mediafayllar var.
Əzimə Ağalarova
Əzimə Ağalarova - (Əzimə Xaspolad qızı Agalarova; d. 18 mart 1959, Azərbaycan, Zərdab) — İngilis, fransiz, alman, rus, türk dilləri daxil olmaqla 5 dildə bilən istedadlı yazıçı. Əzimə Ağalarova 1959-cu ildə mart ayının 18-də Azərbaycan Respublikasının Zərdab rayonunda anadan olub. 1976-cı ildə Ş.Qurbanov adına 2 nömrəli orta məktəbi bitirimiş, həmin ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) İngilis-Fransız dilləri fakültəsinə qəbul olmuş, 1981-ci ildə məzun olmuşdur. İlk işinə 1984-cü ildə Azərbaycan Respublikası Daxili işlər Nazirliyində başlamış, 1993-cü il dekabr ayında Almaniyanın Hamburq şəhərinə köçmüşdür. 6 dildə bilən yazıçı Almaniyada müxtəlif sahələr üzrə tərcüməçi işləmişdir. 1 oğlu, 3 nəvəsi var. Yazarliga 6 il əvvəl 2013-cü ildə başlayan Əzimə Ağalarova 6 kitab, 5 roman müəllifidir. Bir il ərzində iki kitabı nəşr olunmuş yazarın əsərlərinin əsas mövzusu gizli təskilatlar, dərin dövlət və eşqdir. Belletristik janrlarda yazır.
Eşitmək
Eşitmə və ya duyma — canlıların ətraflarında meydana gələn səsləri eşitmə orqanları vasitəsilə qavramasıdır.
Falsifikasiya edilmə
Falsifikasiya ilə qarışdırılmamalıdır. Falsifikasiya edilmə (ifadənin əsaslı şəkildə falsifikasiya edilməsi, Popper meyarı) — elmi olması iddia edən empirik və ya digər nəzəriyyənin elmilik meyarı. 1935-ci ildə Karl Popper tərəfindən tərtib edilmişdir . Nəzəriyyə Popperin meyarına cavab verir (bu meyarın sınağı ilə bağlı saxtalaşdırıla bilər və müvafiq olaraq elmidir), əgər onun eksperimental və ya digər təkzibi ehtimalı varsa. Bu meyara görə, ifadələr və ya ifadələr sistemi yalnız təcrübə ilə toqquşma qabiliyyətinə malik olduqda, daha dəqiq desək, sistematik şəkildə yoxlanıla bilsə, yəni sınaqlara məruz qalarsa, empirik dünya haqqında təkzib edilən məlumat ehtiva edir. Başqa sözlə, Popperin meyarına görə: elmi nəzəriyyə əsaslı şəkildə təkzibedilməz ola bilməz . Beləliklə, bu doktrinaya görə, “demarkasiya” deyilən problem, yəni elmi biliyin qeyri-elmi biliklərdən ayrılması problemi həll olunur . Falsifikasiya edilmə prinsipi verifikasiya prinsipinin əksidir: fərziyyəni yoxlayarkən tədqiqatçı onu təsdiqləyən nümunələr axtarır, falsifikasiya prinsipi isə əskinə onu təkzib edən nümunələri.
Ölmüş elan edilmə
Ölmüş elan edilmə — hər hansı bir şəxsin ölümü ilə bağlı birbaşa sübutun olmadığı (ona aid cəsədin, qalıqların, sümüklərin və s. tapılmadığı və ya qalmadığı) hallarda onun hüquqi baxımdan ölmüş elan edilməsidir. Beynəlxalq terminologiya olaraq əsasən "ölüm prezumpsiyası" kimi işlədilsə də bu cür ifadə Azərbaycan Respublikasının qanunvericiliyində istifadə olunmur. Anlayışın mahiyyətinə uyğun müddəalar Azərbaycan Respublikası Mülki Məcəlləsində əks olunmuşdur: 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.2. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4.