ƏZİLMƏK

f.
1. Basılaraq, yaxud ağır bir şeyin altında qalaraq, ya sıxılaraq əzik hala gəlmək; zədələnmək. Meyvələr yeşikdə əzilmişdir. Paltarlar əzilmişdir.
– Mən əzilmiş kol-kosları, sınıq budaqları gördüm. Ə.Məmmədxanlı.

2. Toza çevrilmək, narın hala gəlmək, toz halına gəlmək.
3. məc. Məhv edilmək, məğlub edilmək, döyülmək, darmadağın edilmək. Düşmən əzildi.
[Uluq bəy:] Vurun, hey, igidlər, bizimdir zəfər; Dəmir məngənədə əzilir qeysər. A.Şaiq.

4. məc. Zülm altında olmaq, təzyiq altında olmaq, istismar edilmək, məhkum edilmək.
Mən əzilən bir sinfin hayqıran; Haq bağıran sədasından yarandım. M.Müşfiq.

5. məc. Nazlanmaq, naz etmək, əzilibbüzülmək. [Nazlı:] Eh, siz şəhər qızları, çox ərköyünsünüz.
Əzilirsiniz, süründürürsünüz, adamın canını üzürsünüz… Ə.Məmmədxanlı.
[Gövhər:] Onun böyük bacısı səninlə çox əzilə-əzilə (z.) danışır, ay Xəlil. S.Rəhman.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ƏZİLMƏK zədələnmək
  • ƏZİLMƏK nazlanmaq
  • ƏZİLMƏK sınmaq
ƏZİLMƏ
ƏZİM

Digər lüğətlərdə