Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əzizə Ağahüseynqızı
Əzizə Ağahüseynqızı — şairə-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Əzizə Ağahüseynqızı 1960-cı ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olmuşdur. Orta təhsilini doğma kənddə bitirmişdiir. 1984-cü ildə Politexnik Texnikumunu bitirmişdir. 1984-1989-cu illərdə Bakı Dövlət Universitetinin kitabxanaçılıq-biblioqrafiya fakültəsində oxumuşdur. 2005-ci ildə 36 saylı Xətai seçki daairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizədliyi verilmişdir. Hazırda Xətai rayonunda Əhalinin Sosial-Müdafiə Mərkəzində işləyir. == Əsərləri == "Ürəyim qəm adası", Bakı, "Vektor" nəşrlər evi, 2005. səh.122, 500 tiraj. "Payız yağışı", Bakı, 2016.
Əzizə Cəfərzadə
Cəfərzadə Əzizə Məmməd qızı (29 dekabr 1921, Bakı – 4 sentyabr 2003, Bakı) — yazıçı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor, 1946-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == 1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olmuşdur. İbtidai təhsilini 25 saylı məktəbdə almış, sonra teatr texniki məktəbində və ikiillik müəllimlər institutunda oxumuş, 1942–1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləmişdir. 1946–1947-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1944–1946-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947–1949-cu illərdə teatr texniki məktəbinin müdiri, 1950–1955-cı illərdə pedaqoji institutda dosent, kafedra müdiri, 1956-cı ildə Kamçatka Pedaqoji İnstitutunda dosent, 1957–1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri, 1974-cü ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışmışdır. Əzizə Cəfərzadə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınırdı və bu sahədə 1950-ci ildə "XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri" mövzusunda namizədlik, 1970-ci ildə "XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci ilində uzun sürən ağır xəstəlikdən sonra haqqın dərgahına qovuşmuşdu və vəsiyyətinə əsasən Hacıqabul rayonunun Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilmişdir. == Yaradıcılığı == Ədəbi fəaliyyətə 16 yaşında başlamış və "Əzrayıl" adlı ilk hekayəsini 1937-ci ildə "Ədəbiyyat" qəzetində çap etdirmişdir. İlk kitabı 1948-ci ildə çap edilmiş, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunub yandırılmışdır. Yazıçının nəsr əsərləri əsasən tarixi roman janrında yazılmışdır.
Əzizə Həsənova
Əzizə Rəsul qızı Həsənova-AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi, Fizika Riyaziyyat elimlər namizədi, dossent, ŞAR Dissertasiya Şurasının Elmi katibi, Həmkarlar Təşkilatı bürosunun üzvü. 25 oktyabr 1960-cı ildə Azərbaycan Respublikası Ağdam rayonu Gülablı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə həmin kəndin "Qurban Primov" adına məktəbinin 1-ci sinfinə daxil olmuş, 1977-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib BDU – nun fizika fakültəsinə daxil olmuşdur. 1982-ci ildə universiteti astrofizika ixtisası üzrə bitirərək təyinatla AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında elmi fəaliyyətə başlamışdır. 1982 – 1983-cü illərdə keçmiş SSRİ EA Krım Astrofizika Rəsədxanasında akademik A. A. Boyarçukun rəhbərliyi ilə praktik astrofizika sahəsində təcrübə keçmişdir. 20.02.1984-cü ildə kiçik elmi işçi, 15.03.2002-ci ildən elmi işçi, 23.11.2007-ci ildən böyük elmi işçi və 13.05.2011-ci ildən etibarən isə aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir. Bu illər ərzində ŞAR – ın 2m teleskopunda A və F tipli ifratnəhəng ulduzların, o cümlədən Qalaktikanın kimyəvi təkamülünün öyrənilməsində mühüm yer tutan və yüksək enlikdə yerləşən, ifratnəhəng 89 Her ulduzunun müntəzəm müşahidələrini aparmış və bu obyektin tədqiqi sahəsində bir sıra yeni maraqlı elmi nəticələr əldə etmişdir. 2021-ci ilə qədər ŞAR – ın 2m teleskopunda quraşdırılmış müasir işıq qəbulediciləri vasitəsi ilə elmi – tədqiqat işlərini davam etdirmişdir. Bir sıra MDB ölkələrinin alimləri ilə elmi əlaqələr qurmuş, onlarla əməkdaşlıq edir. Elmi nəticələr ŞAR – ın seminarlarında, BDU – nun Astrofizika kafedrasında, müxtəlif konfranslarda, Ukraynanın Krım Rəsədxanasında, 1 – 5 iyulda Moskvada Beynəlxalq " Astronomiya cəmiyyəti " tərəfindən keçirilən " Astronomiya və astrofizika XXI əsrin başlanğıcında " elmi konfransında, həmçinin Ukraynada – Kirovqradda keçirilən beynəlxalq konfransda müzakirə edilmişdir.
Əzizə Mikayılova
Əzizə Mikayılova (1962 – 14 sentyabr 2020, Bakı) — Azərbaycan Texniki Universitetinin professoru, filologiya üzrə elmlər doktoru. == Həyatı == Əzizə Mikayılova 1962-ci ildə əməkdar müəllim Nurqələm Mikayıl oğlu Mikayılovun ailəsində anadan olmuşdur, əslən Şamaxı rayonunun Göylər kəndindəndir. 1979-cu ildə Bakı şəhəri Yasamal rayonundakı 13 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə daxil olmuş və oranı 1984-cü ildə fərqlənmə diplomu ilə başa vurmuşdur. Universiteti bitirdikdən sonra təyinatla Azərbaycan Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutunda çalışmışdır. 1988-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda Azərbaycan dili ixtisası üzrə aspiranturaya daxil olmuş, 2001-ci ildə AMEA-nın müxbir üzvü, professor Afad Qurbanovun rəhbərliyi altında "Azərbaycan dilində ləqəblər (Şamaxı rayonunun materialları əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 2009-cu ildə "XIX əsrin ikinci yarısında Azərbaycan ədəbi dilinin bədii üslubunun onomastikası" mövzusunda (Azərbaycan dili ixtisası üzrə) doktorluq dissertasiyası müdafiə etmiş və filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. Professor Əzizə Nurqələm qızı Mikayılova 2001-ci ildən etibarən Azərbaycan Texniki Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində işləmiş, 2013-cü ildən indiyə kimi həmin kafedranın professordur. Əzizə Mikayılova eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında da gənc nəsilə filologiya elminin dərinliklərinin tədris edir. Professor Mikayılova üç monoqrafiyanın, beş dərslik və dərs vəsaitlərinin, proqramların, həmçinin çoxsaylı elmi məqalələrin müəllifidir. 2013-cü ildə Avropa Nəşr Mətbu evinin Qızıl medalı (ən yaxşı vətənpərvər tədqiqatçı alim) ilə mükafatlandırılmışdır.
Əzizə Mustafazadə
Əzizə Vaqif qızı Mustafazadə (19 dekabr 1969, Bakı) — Azərbaycan Respublikasının Xalq artisti (2018), dünyada Aziza Mustafa Zadeh olaraq tanınan məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı. Azərbaycan musiqisində ilk dəfə muğam ilə caz musiqisini birləşdirən Vaqif Mustafazadənin qızıdır. == Həyatı == Əzizənin atası Vaqif, anası isə Eliza Mustafazadədir. Vaqif, Əzizənin də bu gün davamçısı olduğu caz-muğam musiqi növünün yaradıcısı, məşhur bəstəkar və pianoçudur. Eliza isə gürcü mənşəli müğənnidir. Valideynləri Əzizənin musiqiyə qarşı həssaslığını o hələ səkkiz aylıq ikən hiss edibmişlər. Əzizə, anasının ona danışdığı belə bir əhvalatdan bəhs edir: "Bir dəfəsində atam pianoda, insanda çox dərin və kədərli hisslər oyadan Şur muğamını ifa edirmiş. Atam çalarkən mən ağlamağa başlamışam. Hər kəs mənə nə olduğunu, niyə ağladığımı başa düşməyə çalışarkən, birdən anam musiqiylə mənim hisslərim arasındakı əlaqəni sezir. Atama deyir 'Vaqif, bir zəhmət Rasta keç.
Əzizə Məmmədova
Əzizə Əbdülbağı qızı Məmmədova (1892, Tiflis – 14 avqust 1961, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR əməkdar artisti (1936). == Həyatı == Azərbaycan teatrının ilk milli peşəkar aktrisalarından olan Əzizə xanım 1892-ci ildə Tiflisdə doğulub. Atası Əbdübağı Zülalov dövrünün tanınmış xanəndəsi idi. Atasından ilk musiqi təhsili alan Əzizə uşaq yaşlarından yaxşı qarmon çalmağı öyrənib. Həddi-büluğa çatmamış, atası onu Şəkili Salmana ərə verib. 1908-ci ildə əri vəfat edən Əzizə Məmmədova körpə qızı, gələcəyin xalq aktrisası olan Sona Hacıyeva ilə Tiflisə, atası evinə qayıdıb. Ata, qızı və nəvəsi Tiflisdə, Aşqabadda yaşayıblar və 1919-cu ildə Bakıya köçüblər. Musiqiyə, incəsənətə coşğun maraq göstərən Əzizə xanım tanışları vasitəsilə əvvəl Əbilov adına, qısa müddət sonra isə qadınlardan ibarət Əli Bayramov adına klublarda fəal üzvlərdən biri olub. 1921-ci ilin payızında Bakı Türk Azad Tənqid və Təbliğ Teatrı təşkil olunanda onun yaradıcılarından Mirzəağa Əliyev və Hacıağa Abbasov müəyyən səhnə təcrübəsi toplayan Əzizə Məmmədovanın buraya aktrisa dəvət ediblər. 1923-cü ildə Akademik Milli Dram Teatrına dəvət alan sənətkar üç ilə qədər hər iki sənət ocağında işləyib.
Əzizə Əhmədova
Əzizə Əhmədova (Əzizə Türkan; 26 yanvar 1932, Bakı – 2003, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, dramaturq, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru. == Həyatı == 1932-ci il yanvarın 26-da Bakıda dünyaya göz açdı. İlk təhsilini doğma şəhərdə alan Əzizə Əhmədova əvvəlcə pedaqoji texnikumu bitirdi, amma yaradıcılığa olan marağı onu Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsində təhsil almağa vadar etdi. Buranı bitirdikdən sonra "Uşaq və gənclər" nəşriyyatında əmək fəaliyyətinə başladı. Elə ədəbi yaradıcılığı da o illərdə çiçəkləndi. İlk hekayəsi "Qorxmazın səhvi" adlanırdı. 1957-ci ildə "Pioner" jurnalında dərc edilən bu bədii yazının qədəmi düşərli oldu. Əzizə son dərəcə məhsuldar işləyirdi. Hekayələri, pyesləri ilə yanaşı, tərcümələri də müntəzəm olaraq oxuculara çatdırılırdı. Azərbaycan ensiklopediyasından çalışmağa başlayan Əzizə Əhmədova bir qədər də burada böyük redaktor vəzifəsində çalışdı.1967-ci ildə isə "Gənclik" nəşriyyatına direktor təyin edildi.
Always (Əzizə Mustafazadə)
Always — Əzizə Mustafazadənin 1993-cü ildə çıxan ikinci studiya albomu. Alboma görə o, 1994-cü ildə Sony şirkətinin "Echo" mükafatına və "Phono Academy Award" ilə mükafatlandırılmışdır.Əzizə Mustafazadə albomdakı "Vagif" mahnısını caz–muğam üslubunun yaradıcısı olan atası Vaqif Mustafazadəyə, "Crying Earth" mahnısı isə 25 – 26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı faciəsində həlak olanlara həsr etmişdir.
Ərizə
Ərizə və ya petisiya (ing. petition) — bir adam və ya birliyin düşüncə və şikayətlərini, ya da müəyyən bir mövzudakı istəklərini səlahiyyətli orqanlara (əksəriyyətlə rəsmi) göndərilməsini təmin edən yazı.
Ənizə
Ənizə (ərəb. عنزة‎, ʻanizah, [ʕni.zah]) — Ərəbistan yarımadasında, Yuxarı Mesopotamiyada və Levantda ərəb qəbiləsi. == Yeri == Ənizə qəbiləsinin nümayəndələri Nəcd, Hicaz və Levant (Hüms, Həma, Hələb) ərazisində yaşayırlar. Coğrafi cəhətdən onları aşağıdakı qruplara bölmək olar: İraq ənizələri, Fərat və Cəzirə ənizələri, Həma ənizələri, Hüms ənizələri, Dəməşq ənizələri və Hicaz ənizələri. "Sübh əl-Əşa"da Qəlqəşəndiyə görə, ənizələr əvvəlcə Mədinə yaxınlığındakı Xeybərdə yaşayırdılar. İbn Xəlduna görə, ənizə qəbiləsi əvvəlcə Əyn-Təmrada (indiki Kərbəla və ətrafı) yaşamış, sonra isə Xeybərə köçmüşdür.
Əziz
Əziz — kişi adı. Əziz Dövlətabadi — Cənubi Azərbaycan dilçisi, filoloqu. Əziz Ələkbərli — filologiya üzrə fəlsəfə doktoru, dosent. Əziz Əsədov — hüquq elmləri doktoru, professor. Əziz Qubaydullin — professor, yazıçı, tarixçi, repressiya qurbanı. Əziz Mirəhmədov — ədəbiyyatşünas, tənqidçi. Əziz Sancar — ABŞ biokimyaçısı.Əziz ƏliyevƏziz Əliyev (dövlət xadimi) — Azərbaycanın görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru, professor. Əziz Əliyev (alim) — Azərbaycanlı tibb elmlər doktoru, professor. Əziz Əliyev (kinoprodüser) — kinoprodüser, İTV-də musiqi, əyləncə, ədəbi verilişlər departamnetinin direktor müavini.OxşarƏl-Əziz (ər. العزيز) — Allahın adlarından biri.
Nəsib Ərizə
Nəsib Ərizə (ərəb. نسيب عريضة‎; 1887, Homs – 25 mart 1946, Nyu-York, Nyu-York ştatı) — məhcərin yazıçı və şairi.
Seyfuddin Əzizi
Seyfuddin Əzizi (Uyğurca:سەيپىدىن ئەزىزى, 12 mart 1915, Çöçek[d], Çin Respublikası[d] – 24 noyabr 2003, Pekin) — Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Vilayətinin ilk prezidenti. == Həyatı == 12 mart 1915-ci ildə Çöçəkdə nüfuzlu Uyğur tacir ailəsinin uşağı olaraq anadan olub. İlk təhsilini Sincanda alan Əzizi sonra SSRİ-yə köçərək, Sovet İttifaqı Kommunist Partiyasına üzv oldu və Daşkənddəki Orta Asiya Siyasi İnstitutunda təhsil almağa başladı. Sincana sovet agenti olaraq qayıdan Seyfuddin Sincanın şimal-qərbindəki Çin hökumətinə qarşı Sovet tərəfindən dəstəklənən İli üsyanını təhrik etdi. 24 noyabr 2003-cü ildə 88 yaşında dünyasını dəyişmişdir. == Fəaliyyəti == 1945–1948-ci illər aralığında İkinci Şərqi Türkistan Respublikasının Təhsil naziri və Zhang Zhizhong Ili Rebel-Kuomintang koalisiya hökumətinin Təhsil Komissarı vəzifəsində çalışmışdır. 1949-cu ilin sentyabrında Seyfuddin, Çin Kommunist Partiyasının (TBM) dəstəklədiyi Çin Xalq Siyasi Müşavirə konfransında iştirak etdi və yeni Kommunist hökumətinin üzvü oldu. 1949-cu ilin oktyabr ayında Çin İnqilabı Sincanda və daha çox Çində kommunistləri hakimiyyətə gətirdi; Bu nöqtədə, Seyfuddin Millətlər və Siyasi və Qanuni İşlər üzrə yeni hökumət üçün müxtəlif vəzifələr tutdu. 1949-cu ilin dekabrından 1950-ci ilin yanvarına qədər o, Çin-Sovet Dostluq müqaviləsi üçün danışıqlar aparmaq üçün Moskvaya gedən Mao Zedong'u müşayiət etdi və 27 dekabr 1949-cu ildə Sov. İKP-dən ayrıldı və Maonun məsləhətinə görə O iştirak etdi.
Ərizə qalası
Ərizə qalası - Kəlbəcər rayonu ərazisində qala. == Tarixi == Kəlbəcər ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanmış Ərizə qalası daha çox Qaçaq Nəbinin adı ilə bağlıdır. Çünki bu qalada şikayətlərə, ərizələrə baxıldığından ona görə də buranı Ərizə qalası kimi dillərdə yaşadıblar. == İstinadlar == == Xarici keçidlər == "Tarixi və mədəniyyət abidələri". yknews.az. 2021-08-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 avqust 2021. "Tarixin yadigarları". genderi.org. İstifadə tarixi: 12 avqust 2021.
Əzimə Ağalarova
Əzimə Ağalarova - (Əzimə Xaspolad qızı Agalarova; d. 18 mart 1959, Azərbaycan, Zərdab) — İngilis, fransiz, alman, rus, türk dilləri daxil olmaqla 5 dildə bilən istedadlı yazıçı. == Həyatı == Əzimə Ağalarova 1959-cu ildə mart ayının 18-də Azərbaycan Respublikasının Zərdab rayonunda anadan olub. 1976-cı ildə Ş.Qurbanov adına 2 nömrəli orta məktəbi bitirimiş, həmin ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) İngilis-Fransız dilləri fakültəsinə qəbul olmuş, 1981-ci ildə məzun olmuşdur. İlk işinə 1984-cü ildə Azərbaycan Respublikası Daxili işlər Nazirliyində başlamış, 1993-cü il dekabr ayında Almaniyanın Hamburq şəhərinə köçmüşdür. 6 dildə bilən yazıçı Almaniyada müxtəlif sahələr üzrə tərcüməçi işləmişdir. 1 oğlu, 3 nəvəsi var. == Yaradıcılığı == Yazarliga 6 il əvvəl 2013-cü ildə başlayan Əzimə Ağalarova 6 kitab, 5 roman müəllifidir. Bir il ərzində iki kitabı nəşr olunmuş yazarın əsərlərinin əsas mövzusu gizli təskilatlar, dərin dövlət və eşqdir. Belletristik janrlarda yazır.
Arif Əziz
Arif Möhübəli oğlu Əzizov (3 yanvar 1943, Bakı) — Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru. Azərbaycan Respublikasının xalq rəssamı (2018). Dünya Rəssamlıq Akademiyasının Bakı nümayəndəliyinin rəhbəri. == Həyatı == Arif Möhübəli oğlu Əzizov (Arif Əziz) 1943-cü il yanvarın 3-də Bakı şəhərində dünyaya göz açıb. Onun erkən uşaqlıq çağları ağır müharibə dövrünə, həmçinin müharibədən sonrakı çətin, məhrumiyyət dolu illərə təsadüf edib. Lakin o, bütün bunlara baxmayaraq təhsil almış, ürəyində rəssam olmaq arzusu yetişmişdi. Doğma torpağın isti rəngləri, çağlayan Xəzərin göy suları, çılğın xəzrinin soyuq nəfəsi, Abşeronun üstü günbəzli kənd evləri, qumlu Bakı bağlarının əncir-üzümü, bol nemətləri… ta uşaqlıqdan onun gözləri önündə canlanır, onu duyğulandırır, hafizəsinə həkk olurdu. Bəlkə elə bu erkən təəssüratların, romantik duyğuların təsirindəndir ki, rəssam sonralar "Abşeron məktəbi" adlanan bədii istiqamətə, üsluba meyillənmiş, tablolarında Abşeron torpağını, Bakı görüntülərini dönə-dönə kətan üzərinə köçürmüşdür. Arif Əziz 1960–1965-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində oxuyur. Buranı bitirdikdən sonra o, təhsilini artırmaq üçün Moskvaya yollanır və Moskva Ali Bədii-Sənaye Məktəbinin "Qrafik dizayn" fakültəsinə daxil olur.
Kamran Əziz
Kamran Əziz (tam adı: Kamran Mehmet qızı Əziz; 1922, Nikosiya, Nikosiya rayonu[d] – 7 mart 2017, Şimali Nikosiya) — Kipr türk, bəstəkar, əczaçı. Kipr türk xalq musiqisinə verdiyi töhfələrlə bu musiqi növünün müasir qabaqcıllarından oldu. Bununla yanaşı, Kipr türkləri arasında xalq içində musiqi ifa edən ilk qadınlardan biri olaraq Jalə Dərvişlə birlikdə qərb musiqisinin icrasını və təhsilini yaydı. Kipr türk xalqının ilk qadın bəstəkarı və ilk qadın əczaçısı idi. Nikosiyada anadan olan Kamran Əziz, burada Nikosiya Amerikan akademiyasını bitirdikdən sonra Kiprdəki Britaniya rəhbərliyinin əczaçılıq proqramına qəbul oldu. 1944-cü ildə buradan məzun olub, 1945-ci ildə öz aptekini açdı, "Əziz apteki" adını verdiyi aptekində 1997-ci ilə qədər çalışdı. 1959-cu ildə da Kipr türk əczaçılar ittifaqının qurucuları arasında yer aldı, sonrakı illərdə dərmanlar anbarı yaratdı və icra fəaliyyətlərinə başladı. 1950-ci illərdə bir neçə yoldaşıyla birlikdə "Kamran Əziz və dostları" qrupunu yaratdı, bu qrupda qarmon çaldı və zaman zaman solistlik etdi. Bu qrupla birlikdə 1963-cü ilə qədər canlı radio və televiziya proqramlarında musiqi ifa etdi, Kipr türk xalqının musiqi zövqünü ənənəvi türk musiqisindən qərb musiqisinə yaxınlaşdırdı. Musiqi həyatı boyu, yetmişdən artıq musiqi bəstələdi, on beş musiqi sözləri başqa musiqiçilər tərəfəindən bəstələndi.
Kənan Əziz
Kənan Əzizağa oğlu Məmmədov (9 oktyabr 1946, Bakı) — Azərbaycan kinooperatoru, C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının baş operatoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2000), Avropa Kino Akademiyasının üzvü (2010). == Həyatı == Kənan Məmmədov 1946-cı il oktyabrın 9-da Bakıda doğulub. 1965-ci ildə orta məktəbi bitirib. Hələ uşaqlıq illərində sənətkar Xan Babayevlə ünsiyyət onun gələcək peşə seçiminə müsbət təsir göstərib. 1971-ci ilə qədər Azərbaycan Politexnik İnstitutunda təhsil alıb. 1971–1976-cı illərdə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda A. V. Qalperinin emalatxanasında kinooperator fakültəsində təhsilini başa vurub, "Azərbaycanfilm" kinostudiyasında bədii və sənədli filmlərdə quruluşçu operator kimi fəaliyyətə başlamışdır. Hal-hazırda eyni zamanda ANS TV-də baş operator kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan SSR Dövlət Mükafatı laureatıdır. 1996–2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs demişdir. 2010-cu ildə Avropa Kino Akademiyasının üzvü seçilmişdir.
Tariq Əziz
Tariq Əziz (ərəb. طارق عزيز‎; 28 aprel 1936[…], Telkafe, Neynəvə mühafəzəsi – 5 iyun 2015[…], Nəsiriyyə) — İraqın informasiya (1974–1977) və xarici işlər naziri (1983–1991). == Həyatı == 28 aprel 1936-cı ildə İraqda doğulub. 5 iyun 2015-ci ildə İraqda vəfat edib.
Vahid Əziz
Vahid Əziz (tam adı:Cəfərov Vahid Əziz oğlu; 23 noyabr 1945, Herher, Paşalı rayonu) — şair, tərcüməçi, Azərbaycan Respublikasının Xalq şairi (2019), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1978), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1974). == Həyatı == Vahid Əziz 1945-ci il noyabrın 23-də Ermənistanın Dərələyəz mahalının Əzizbəyov rayonunun Əzizbəyov kəndində qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycanın Tərtər rayonuna köçdüklərindən orta məktəbi orada bitirmişdir (1963). Əmək fəaliyyətinə Əli Bayramlı şəhərində Şirvanneft trestində başlamışdır (1963–1964). Azərbaycan Politexnik İnstitutunu bitirmişdir (1971). "Xəbər Mətbuat Agentliyi"ndə müxbir (1971–1976), Bakı şəhər Partiya Komitəsində təbliğat və təşviqat şöbəsində təlimatçı (1976–1982), Azərbaycan KP Mərkəzi Komitəsində təlimatçı, mətbuat bölməsinin müdiri (1982–1989), Azərbaycan Dövlət Mətbuat Komitəsində sədr müavini (1989–1991) vəzifələrində çalışmışdır. Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin katibi olmuşdur (1991–1997). Bakı şəhər İcra hakimiyyətinin Reklam və Şəhər tərtibatı Departamentində "Reklamların Azərbaycan dilində yazılışına nəzarət bölməsi"nin müdiri olmuşdur. Dağlıq Qarabağ üzrə respublika təşkilat komitəsinin üzvüdür (1989-cu ildən). İnqilabdan əvvəl görkəmli rus ədiblərinin erməni — Azərbaycan münasibətlərinə dair yazdıqları əsərlərin yenidən nəşrini bilavasitə təşkil etmişdir.
İlham Əziz
İlham Saleh oğlu Əzizov və ya İlham Əziz (16 aprel 1972, Aşağı Noxudlu, Salyan rayonu) — azərbaycanlı yazıçı. Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == İlham Əzizov 1972-ci il aprelin 16-da Salyan rayonunun Aşağı Noxudlu kəndində anadan olub. 1979–1989-cu illərdə Salyan rayonu Noxudlu kənd tam orta məktəbində təhsil alıb. 1987–1989-cu illərdə Moskva Dövlət Universitetinin qiyabi Riyaziyyat məktəbini bitirib. 1989–1994-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. 1994-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına daxil olub. 1994-cü ildən Azərbaycan Respublikasının Maliyyə Nazirliyində iqtisadçı vəzifəsində çalışıb. 1997-ci ildə Maliyyə Nazirliyinin Baş Büdcə İdarəsinin "Büdcədənkənar fondlar" şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 1998-ci ildə öz ərizəsi ilə vəzifəsindən azad edilib.
Əl-Əziz
Əl-Əziz (ər. العزيز) — Allahın adlarından biri. (Ya Rəsulum!) Allahın peyğəmbərlərə verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət sahibi, intiqam sahibidir! (İbrahim Surəsi, 47) Allahın 'Əziz' sifəti, Onun heç bir zaman məğlub edilə bilməyəcəyini, hər vaxt qalib olanın Özü olduğunu ifadə edir. Allah kainatda mütləq qüvvət sahibidir və Ondan üstün heç bir güc yoxdur. Kainatdakı bütün nizamı, insanların sirrini qavramağa güc çatdıra bilmədikləri və ya yeni-yeni kəşf edə bildikləri hər cür qanunu yaradan Allahdır. Bunula yanaşı yer üzündə olan hər canlını yaradan da Odur. Allahın kainatda özünü göstərən sonsuz gücü və qüdrəti qarşısında, yaratdıqlarının acizliyi açıq-aşkardır. Yaratdığı bütün varlıqlar ancaq Onun əmriylə hərəkət edə bilir, həyatlarını davam etdirə bilir, müəyyən bir nizam içində var ola bilirlər.
Əziz Ələkbərli
Əziz Yusif oğlu Ələkbərov (5 oktyabr 1960, Qaralar, Vedi rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, Milli Məclisin Əmək və sosial müdafiə və Mədəniyyət Komitələrinin və Toponomiya komissiyasının üzvü. Qərbi Azərbaycan İcmasının sədri. Azərbaycan alimi, filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Azərbaycan Jurnalistlər Birliyinin "Həsən bəy Zərdabi" və Azərbaycan KİVİHİ-nin "Qızıl qələm" mükafatı laureatı. == Həyatı == Əziz Ələkbərli 1960-cı il oktyabrın 5-də Qərbi Azərbaycanın Vedibasar mahalının Qaralar kəndində anadan olmuşdur. 1967-ci ildə doğma kəndində orta məktəbin birinci sinfinə getmiş, 1977-ci ildə Qaralar kənd orta məktəbini bitirmişdir. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1984-cü ildə həmin fakültəni bitirmişdir. 1984–1987-ci illərdə təyinatla Qax rayonunun Qum kənd orta məktəbində müəllim işləmişdir. Həmin illərdə həm də Qax rayon "Gürmük nəğmələri" Ədəbi Birliyinin sədri olmuşdur.
Əziz Əsgərov
Əsgərov Əziz Həmzə oğlu — (6 may 1907, Dərbənd — 6 iyul 1993, Bakı) — sovet və Azərbaycan hidrogeoloqu, geologiya-minerologiya elmləri doktoru, professor, əməkdar elm xadimi. Azərbaycan Dövlət Universitetində Geologiya-coğrafiya fakültəsinin (1943) ilk dekanı, Hidrogeologiya kafedrasının müdiri (1951), Hidrogeologiya üzrə Elmi Şuranın sədri (1952) olmuşdur. O Azərbaycan hidrogeologiya tarixində ilk dəfə Kurort İdarəetmə və Kurortologiya İnstitutunun (Bakı), eləcə də "Azgeokaptajminvod" Respublika ekspedisiyasının yaradılması təşəbbüsü ilə çıxış etmişdir. "Badamlı" mineral mənbəyini şəxsi axtarışı nəticəsində kəşf etmiş (1944), daha sonra bu kəşfin öyrənilməsi üçün xüsusi ekspediya təşkil etmişdir (1945 və 1946-cı illər). Daha sonra 1947-ci ildə çoxlu elmi sübutları toplayaraq Moskvadan icazə alıb, Azərbaycanda birinci mineral su zavodu yaradılmasına nail olmuşdur. Azərbaycan və Dağıstan ərazisində mineral su zavodlarının, kurortlarının yaradılmasının təşəbbüskarıdır. == Bioqrafiyası == Dərbənd şəhərində ziyalı Azərbaycan ailəsində anadan olmuşdur. Atası - Həmzə Əsgərov müəllim və şair olmuş, amma zamanınn çətin və ağır vaxtlarında isə ailəni dolandırmaq üçün sənətkar kimi papaqçılıq peşəsi ilə məşğul olmuşdur. Anası - Rübabə Əsgərova ailənin yeddi oğul və bir qız övladına layiqli tərbiyə verən ziyalı xanım olmuşdur. Dərbənddə 7 illik məktəbi bitirərək, 1924-cü ildən Bakı Pedaqoji Texnikumunda təhsil almış, daha sonra "Dağıstan füqərası" adlı nüfuzlu Respublika qəzetinin şöbə müdiri, sonra isə məsul katibi vəzifələrində çalışmışdır.
Əziz Əsli
Əziz Əsli (d. 9.4.1938, Təbriz, İran) — keçmiş İranlı futbolçu. Dərayi və Persepolis klublarında oynayıb. Eləcə də İranın yığma komandasında çıxış edib.
Əziz Əzizli
Əziz Əkbər (Ələkbər) oğlu Əzizli (30 sentyabr 1933, Bakı – 22 oktyabr 2005, Bakı) — Azərbaycan bəstəkarı, truba ifaçısı, dirijor, pedaqoq. == Həyatı == Əziz Əzizli 1933-cü il sentyabrın 30-da Bakıda anadan olub. 1957-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsini (tromba - E.Əfəndiyevin sinfi), 1966-cı ildə isə bəstəkarlıq kafedrasını (professor Q.Qarayevin sinfi) bitirmişdir. Uzun illər A.Zeynallı adına Bakı Musiqi Texnikumunda çalışmış, Azərbaycan Televiziyasının estrada-simfonik orkestrinin bədii rəhbəri olmuşdur.Ə.Əzizli 3 simfoniya (1986, 1988, 1989), Skripka və orkestr üçün Konsert (1985), Truba və simfonik orkestr üçün Konsert (1987), “Əfsanəvi şəhər” kantatası, “Bizim üfüqlər”, “Qadın ürəyi” simfonik poemaları, “Mart ayında musiqi”, “Görüşənədək”, “Belə də olar” və s. estrada orkestri üçün əsərlər, a capella xoru üçün 12 pyes (1991), 4 saylı simli Kvartet (1992), “Nəbi” operası (libretto - S.Rüstəm, F.Mehdiyev, 1993) və s. əsərlərin, B.Vahabzadə, N.Xəzri, F.Qoca, Y.Həsənbəy, R.Zəka, H.Ziya, C.Novruz və b. şairlərin sözlərinə yazılmış mahnıların müəllifidir.
Əziz Əzizov
Əziz Əzizov (icra başçısı) (09.12.1963) — Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı. Əziz Əzizov (əsgər) (01.03.2000) — əsgər, Vətən müharibəsi şəhidi.
Elize Reklü
Jan-Jak Elize Reklü (1830–1905) — Fransız səyyahı, tədqiqatçısı == Həyatı == Elize Reklü 1830-cü ildə Fransada kəndli ailəsində anadan olmuşdur. Anası kənd müəllimsə olduğundan ilkin təhsilini ev şəraitində almışdır. 12 yaşında ikən Elize Almaniyanın Neyvid şəhərinə oxumağa göndərilir. Gediş haqqı olmadığından alman dilində bir kəlmə belə bilməyən Elize Reklü Almaniyaya piyada yola düşməyə məcbur olur. Bu onun ilk, lakin plansız səyahəti olur. Neydendə yaşamaqla o, tez-tez şəhər ətrafına çıxar, Reyn çayının sahillərini gəzər, müxtəlif süxur və bitki nümunləri toplayardı. 848-ci ildə Fransada başlanan inqilab onun həyatında və dünya görüşündə böyük dəyişiklik yaratdı. 1849-cu ildə Reklü Almaniyada oxuyan böyük qardaşı ilə bərabər vətəni Fransaya səyahətə yola düşərkən insanların ağır həyat tərzini görməkdə onları istismarçılara qarşı mübarizədə fəal olmağa çağırır. Bu çağrışlar onun və qardaşının həbs olunmasına səbəb olur. Həsbdən azad olduqdan sonra Reklü Neyvid şəhərinə qayıdaraq fransız dilindən dərs deməyə başlayır.
Əziz Əzizov (əsgər)
Əziz Məmmədvəli oğlu Əzizov (1 mart 2000; Qayabaşı, Şəki rayonu, Azərbaycan — 5 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Əziz Əzizov 1 mart 2000-ci ildə Şəki rayonunun Qayabaşı kəndində anadan olub. Orta təhsilini Qayabaşı kəndindəki orta məktəbdə alıb. == Hərbi xidməti == Orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanan Əziz 2019-cu ilin oktyabrınadək xidmət etmişdir. Hərbi xidmət müddəti bitdikdən sonra mülki fəaliyyət göstərmişdir. 27 sentyabr 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında 28 sentyabr 2020-ci il tarxli Sərəncamına uyğun olaraq Əziz Əzizov 29 sentyabr 2020-ci ildə yenidən hərbi xidmətə çağrılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Əziz Əzizov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Cəbrayılın, Qubadlının, Laçının və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuş və fərqlənmişdir. Əziz Əzizov 5 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əziz Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əziz Əzizov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əziz Əzizov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əziz Əzizov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Əziz Əzizov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Əziz Əzizov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əziz Əzizov (icra başçısı)
Əziz Əzizov (tam adı: Əziz İmran oğlu Əzizov; 9 dekabr 1963, Soltanlı, Cəbrayıl rayonu) — Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı. == Həyatı == Əziz İmran oğlu Əzizov 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. M. Əzizbəyov adına Neft və Kimya Akademiyasının mühəndis ixtisası üzrə bitirmişdir. 1985–1986-cı illərdə Tramvay parkında xətt sahəsi əmiri ustası, 1986–1987-ci illərdə Tramvay parkında vaqon bölməsində usta, 1987–1989-cu illərdə Tramvay parkında yol təhlükəsizliyi müfəttişi, 1989–1990-cı illərdə Tramvay parkında yol təhlükəsizliyi idarəsinin rəisi, 1990–1992-ci illərdə Tramvay parkında istismar idarəsinin rəisinin vəzifəsinin icra edən, 1992–1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993–1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışmışdır. 1996–2006-cı illərdə Sahibkarlıq fəaliyyəti məşğul olmuşdur 2006–2018-ci illərdə isə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. 2018–2019-cu illərdə Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.
Eninə zolaqlı əzələ
Eninəzolaqlı əzələ hüceyrələri, uzun və silindr şəklində hüceyrələrdir. Bir əzələ teli boyunca birdən çox nüvə mövcud olur. Əzələ hüceyrələrinin sərhədləri müəyyən deyil və sitokinez (sitoplazma bölünməsi) görülmür. Beynin idarəsində, iradi çalışırlar. Düz kassa nisbətlə daha sürətli sıxılırlar. Oynaq qıçlılardakı əzələlər bu tipdəndir. Eninəzolaqlı əzələ liflərində açıq və tünd bantlar, xüsusi zülalların fərqli nizamda sıralanmasından meydana gələr. Bu zülallar aktin (açıq) və miyozin (tünd) dir.