SABİTLİK – DƏYİŞKƏNLİK Komponentlərin mənaca qovuşuq və ayrılmaz olması frazeologizmlərin sabitliyini göstərir (H.Həsənov); Birdən-birə əmələ gələn bu dəyişiklik Əzizə də təsir etdi (Ə.Vəliyev).
SABİTLİK – SƏRBƏSTLİK Onlar hazır şəkildə təkrar olunduğuna görə yox, frazeoloji səviyyədə sabitliyə malik olduğuna görə sabitdir (H.Həsənov); Hissiyyat, sərbəstlik və alicənablıq xeyirxahın yaxşı cəhətlərini, nəcabətini yaymaqda kimsəni mübaliğəyə sövq edir (M.Talıbov).