ƏZİZBALA
ƏZİZƏDDİN
OBASTAN VİKİ
Əzizə Ağahüseynqızı
Əzizə Ağahüseynqızı — şairə-publisist, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Əzizə Ağahüseynqızı 1960-cı ildə Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olmuşdur. Orta təhsilini doğma kənddə bitirmişdiir. 1984-cü ildə Politexnik Texnikumunu bitirmişdir. 1984-1989-cu illərdə Bakı Dövlət Universitetinin kitabxanaçılıq-biblioqrafiya fakültəsində oxumuşdur. 2005-ci ildə 36 saylı Xətai seçki daairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizədliyi verilmişdir. Hazırda Xətai rayonunda Əhalinin Sosial-Müdafiə Mərkəzində işləyir. == Əsərləri == "Ürəyim qəm adası", Bakı, "Vektor" nəşrlər evi, 2005. səh.122, 500 tiraj. "Payız yağışı", Bakı, 2016.
Əzizə Cəfərzadə
Cəfərzadə Əzizə Məmməd qızı (29 dekabr 1921, Bakı – 4 sentyabr 2003, Bakı) — yazıçı, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru, professor, 1946-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == 1921-ci il dekabrın 29-da Bakı şəhərində anadan olmuşdur. İbtidai təhsilini 25 saylı məktəbdə almış, sonra teatr texniki məktəbində və ikiillik müəllimlər institutunda oxumuş, 1942–1944-cü illərdə Ağsu rayonundakı Çaparlı kəndində müəllim işləmişdir. 1946–1947-ci illərdə ekstern yolu ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1944–1946-ci illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi, 1947–1949-cu illərdə teatr texniki məktəbinin müdiri, 1950–1955-cı illərdə pedaqoji institutda dosent, kafedra müdiri, 1956-cı ildə Kamçatka Pedaqoji İnstitutunda dosent, 1957–1974-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda baş elmi işçi, şöbə müdiri, 1974-cü ildən isə Bakı Dövlət Universitetinin professoru vəzifələrində çalışmışdır. Əzizə Cəfərzadə XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin bilicisi kimi tanınırdı və bu sahədə 1950-ci ildə "XIX əsr Azərbaycan ədəbiyyatında maarifçi-ziyalı surətləri" mövzusunda namizədlik, 1970-ci ildə "XIX əsr Azərbaycan poeziyasında xalq şeiri üslubu" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Əzizə Cəfərzadə 2003-cü il sentyabrın 4-də ömrünün 82-ci ilində uzun sürən ağır xəstəlikdən sonra haqqın dərgahına qovuşmuşdu və vəsiyyətinə əsasən Hacıqabul rayonunun Tağılı kəndində valideynləri, həyat yoldaşı və qardaşları ilə bir məzarlıqda dəfn edilmişdir. == Yaradıcılığı == Ədəbi fəaliyyətə 16 yaşında başlamış və "Əzrayıl" adlı ilk hekayəsini 1937-ci ildə "Ədəbiyyat" qəzetində çap etdirmişdir. İlk kitabı 1948-ci ildə çap edilmiş, lakin Moskvanın xüsusi qərarı ilə satışa çıxmamışdan əvvəl qadağan olunub yandırılmışdır. Yazıçının nəsr əsərləri əsasən tarixi roman janrında yazılmışdır.
Əzizə Həsənova
Əzizə Rəsul qızı Həsənova-AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi, Fizika Riyaziyyat elimlər namizədi, dossent, ŞAR Dissertasiya Şurasının Elmi katibi, Həmkarlar Təşkilatı bürosunun üzvü. 25 oktyabr 1960-cı ildə Azərbaycan Respublikası Ağdam rayonu Gülablı kəndində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə həmin kəndin "Qurban Primov" adına məktəbinin 1-ci sinfinə daxil olmuş, 1977-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib BDU – nun fizika fakültəsinə daxil olmuşdur. 1982-ci ildə universiteti astrofizika ixtisası üzrə bitirərək təyinatla AMEA N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında elmi fəaliyyətə başlamışdır. 1982 – 1983-cü illərdə keçmiş SSRİ EA Krım Astrofizika Rəsədxanasında akademik A. A. Boyarçukun rəhbərliyi ilə praktik astrofizika sahəsində təcrübə keçmişdir. 20.02.1984-cü ildə kiçik elmi işçi, 15.03.2002-ci ildən elmi işçi, 23.11.2007-ci ildən böyük elmi işçi və 13.05.2011-ci ildən etibarən isə aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir. Bu illər ərzində ŞAR – ın 2m teleskopunda A və F tipli ifratnəhəng ulduzların, o cümlədən Qalaktikanın kimyəvi təkamülünün öyrənilməsində mühüm yer tutan və yüksək enlikdə yerləşən, ifratnəhəng 89 Her ulduzunun müntəzəm müşahidələrini aparmış və bu obyektin tədqiqi sahəsində bir sıra yeni maraqlı elmi nəticələr əldə etmişdir. 2021-ci ilə qədər ŞAR – ın 2m teleskopunda quraşdırılmış müasir işıq qəbulediciləri vasitəsi ilə elmi – tədqiqat işlərini davam etdirmişdir. Bir sıra MDB ölkələrinin alimləri ilə elmi əlaqələr qurmuş, onlarla əməkdaşlıq edir. Elmi nəticələr ŞAR – ın seminarlarında, BDU – nun Astrofizika kafedrasında, müxtəlif konfranslarda, Ukraynanın Krım Rəsədxanasında, 1 – 5 iyulda Moskvada Beynəlxalq " Astronomiya cəmiyyəti " tərəfindən keçirilən " Astronomiya və astrofizika XXI əsrin başlanğıcında " elmi konfransında, həmçinin Ukraynada – Kirovqradda keçirilən beynəlxalq konfransda müzakirə edilmişdir.
Əzizə Mikayılova
Əzizə Mikayılova (1962 – 14 sentyabr 2020, Bakı) — Azərbaycan Texniki Universitetinin professoru, filologiya üzrə elmlər doktoru. == Həyatı == Əzizə Mikayılova 1962-ci ildə əməkdar müəllim Nurqələm Mikayıl oğlu Mikayılovun ailəsində anadan olmuşdur, əslən Şamaxı rayonunun Göylər kəndindəndir. 1979-cu ildə Bakı şəhəri Yasamal rayonundakı 13 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə daxil olmuş və oranı 1984-cü ildə fərqlənmə diplomu ilə başa vurmuşdur. Universiteti bitirdikdən sonra təyinatla Azərbaycan Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutunda çalışmışdır. 1988-ci ildə Azərbaycan Pedaqoji İnstitutunda Azərbaycan dili ixtisası üzrə aspiranturaya daxil olmuş, 2001-ci ildə AMEA-nın müxbir üzvü, professor Afad Qurbanovun rəhbərliyi altında "Azərbaycan dilində ləqəblər (Şamaxı rayonunun materialları əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 2009-cu ildə "XIX əsrin ikinci yarısında Azərbaycan ədəbi dilinin bədii üslubunun onomastikası" mövzusunda (Azərbaycan dili ixtisası üzrə) doktorluq dissertasiyası müdafiə etmiş və filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır. Professor Əzizə Nurqələm qızı Mikayılova 2001-ci ildən etibarən Azərbaycan Texniki Universitetinin Azərbaycan dili və pedaqogika kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində işləmiş, 2013-cü ildən indiyə kimi həmin kafedranın professordur. Əzizə Mikayılova eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında da gənc nəsilə filologiya elminin dərinliklərinin tədris edir. Professor Mikayılova üç monoqrafiyanın, beş dərslik və dərs vəsaitlərinin, proqramların, həmçinin çoxsaylı elmi məqalələrin müəllifidir. 2013-cü ildə Avropa Nəşr Mətbu evinin Qızıl medalı (ən yaxşı vətənpərvər tədqiqatçı alim) ilə mükafatlandırılmışdır.
Əzizə Mustafazadə
Əzizə Vaqif qızı Mustafazadə (19 dekabr 1969, Bakı) — Azərbaycan Respublikasının Xalq artisti (2018), dünyada Aziza Mustafa Zadeh olaraq tanınan məşhur azərbaycanlı pianoçu, bəstəkar və caz ifaçısı. Azərbaycan musiqisində ilk dəfə muğam ilə caz musiqisini birləşdirən Vaqif Mustafazadənin qızıdır. == Həyatı == Əzizənin atası Vaqif, anası isə Eliza Mustafazadədir. Vaqif, Əzizənin də bu gün davamçısı olduğu caz-muğam musiqi növünün yaradıcısı, məşhur bəstəkar və pianoçudur. Eliza isə gürcü mənşəli müğənnidir. Valideynləri Əzizənin musiqiyə qarşı həssaslığını o hələ səkkiz aylıq ikən hiss edibmişlər. Əzizə, anasının ona danışdığı belə bir əhvalatdan bəhs edir: "Bir dəfəsində atam pianoda, insanda çox dərin və kədərli hisslər oyadan Şur muğamını ifa edirmiş. Atam çalarkən mən ağlamağa başlamışam. Hər kəs mənə nə olduğunu, niyə ağladığımı başa düşməyə çalışarkən, birdən anam musiqiylə mənim hisslərim arasındakı əlaqəni sezir. Atama deyir 'Vaqif, bir zəhmət Rasta keç.
Əzizə Məmmədova
Əzizə Əbdülbağı qızı Məmmədova (1892, Tiflis – 14 avqust 1961, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR əməkdar artisti (1936). == Həyatı == Azərbaycan teatrının ilk milli peşəkar aktrisalarından olan Əzizə xanım 1892-ci ildə Tiflisdə doğulub. Atası Əbdübağı Zülalov dövrünün tanınmış xanəndəsi idi. Atasından ilk musiqi təhsili alan Əzizə uşaq yaşlarından yaxşı qarmon çalmağı öyrənib. Həddi-büluğa çatmamış, atası onu Şəkili Salmana ərə verib. 1908-ci ildə əri vəfat edən Əzizə Məmmədova körpə qızı, gələcəyin xalq aktrisası olan Sona Hacıyeva ilə Tiflisə, atası evinə qayıdıb. Ata, qızı və nəvəsi Tiflisdə, Aşqabadda yaşayıblar və 1919-cu ildə Bakıya köçüblər. Musiqiyə, incəsənətə coşğun maraq göstərən Əzizə xanım tanışları vasitəsilə əvvəl Əbilov adına, qısa müddət sonra isə qadınlardan ibarət Əli Bayramov adına klublarda fəal üzvlərdən biri olub. 1921-ci ilin payızında Bakı Türk Azad Tənqid və Təbliğ Teatrı təşkil olunanda onun yaradıcılarından Mirzəağa Əliyev və Hacıağa Abbasov müəyyən səhnə təcrübəsi toplayan Əzizə Məmmədovanın buraya aktrisa dəvət ediblər. 1923-cü ildə Akademik Milli Dram Teatrına dəvət alan sənətkar üç ilə qədər hər iki sənət ocağında işləyib.
Əzizə Əhmədova
Əzizə Əhmədova (Əzizə Türkan; 26 yanvar 1932, Bakı – 2003, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, dramaturq, ədəbiyyatşünas, ictimai xadim, filologiya elmləri doktoru. == Həyatı == 1932-ci il yanvarın 26-da Bakıda dünyaya göz açdı. İlk təhsilini doğma şəhərdə alan Əzizə Əhmədova əvvəlcə pedaqoji texnikumu bitirdi, amma yaradıcılığa olan marağı onu Azərbaycan Dövlət Universitetinin jurnalistika şöbəsində təhsil almağa vadar etdi. Buranı bitirdikdən sonra "Uşaq və gənclər" nəşriyyatında əmək fəaliyyətinə başladı. Elə ədəbi yaradıcılığı da o illərdə çiçəkləndi. İlk hekayəsi "Qorxmazın səhvi" adlanırdı. 1957-ci ildə "Pioner" jurnalında dərc edilən bu bədii yazının qədəmi düşərli oldu. Əzizə son dərəcə məhsuldar işləyirdi. Hekayələri, pyesləri ilə yanaşı, tərcümələri də müntəzəm olaraq oxuculara çatdırılırdı. Azərbaycan ensiklopediyasından çalışmağa başlayan Əzizə Əhmədova bir qədər də burada böyük redaktor vəzifəsində çalışdı.1967-ci ildə isə "Gənclik" nəşriyyatına direktor təyin edildi.
Always (Əzizə Mustafazadə)
Always — Əzizə Mustafazadənin 1993-cü ildə çıxan ikinci studiya albomu. Alboma görə o, 1994-cü ildə Sony şirkətinin "Echo" mükafatına və "Phono Academy Award" ilə mükafatlandırılmışdır.Əzizə Mustafazadə albomdakı "Vagif" mahnısını caz–muğam üslubunun yaradıcısı olan atası Vaqif Mustafazadəyə, "Crying Earth" mahnısı isə 25 – 26 fevral 1992-ci il tarixində baş vermiş Xocalı faciəsində həlak olanlara həsr etmişdir.
нава́стривать переходи́мость прибрести́ сква́ситься старообра́зность успока́ивающе ядрёно вербова́ться ослюня́вить пофиги́стка простона́ть светлоли́кий сирота́ фармакотерапи́я ярмо brandy mint gyri Hebraize in-form muffin-worry peppercorn pilework prologue trades union конвекция