Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abar
Abar - qədim türk mənşəli tayfanın adıdır. Bu tayfa adının avar variantı da məlumdur. Eramızın II-III əsrlərində Kür sahilində Obaren adlı tayfanın yaşaması ədəbiyyatda göstərilir. V əsr erməni müəllifi Yeqişenin Balasakanda aparan adında tayfanın yaşadığını qeyd etmişdir(21, 96). Etnonim av+ar formasında düzəlmişdir. Tədqiqatçılar ar, ər sözünün türk dillərindəki ər "kişi, qəhrəman, igid" mənasında olduğunu qeyd edirlər. Etnonimin birinci hissəsi olan av elementinə gəlincə isə onun ab variantının işlənməsi türk dilləri üçün xarakterik olan bv keçidi ilə əlaqədardır. Beləliklə, qədim türk tayfasının adı abar(avar) olmuş və bu tayfa Qafqazın müxtəlif regionlarında, o cümlədən də Ermənistan ərazisində yaşamışdır. == Abar sözü ilə bağlı coğrafi adlar == Ermənistanda türk mənşəli abar(avar) tayfasının adından düzəlmiş Aşağıdakı etnotoponimlər qeydə alınmışdır: ABARAN- Irəvan xanlığında mahal adı; Alagöz (Ələyəz) və Pəmbək dağ silsilələri arasında Kasax (əsli Qazax) çayının yuxarı axınında yaylaq adı; İrəvan qəzasında çöl adı, İrəvan xanlığının Abaran mahalında çay adı 1728-ci ildə Irəvan əyal ətinin Karbi nahiyyəsində kənd adı; ABARANOĞLU – 1590-cı ildə Rəvan əyalətinin Abaran nahiyyəsində kənd adı; AVARAN-Irəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı; BAŞ ABARAN - Irəvan xanlığında mahal adı. Əsasında abar(avar) tayfasının adı duran etnotoponimlər yalnız Ermənistan ərazisində yayılmamışdır.
Abdar (Bostanabad)
Abdar (fars. ابدار‎) — İranın Şərqi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Təbriz şəhristanının Bostanabad bölgəsinin Səhəndabad kəndistanında, Bostanabad qəsəbəsindən 28 km cənub-qərbdə, Bostanabad-Təbriz avtomobil yolunun 30 kilometrliyindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 68 nəfər yaşayır (13 ailə).
Abzar iyesi
Abşar (Həftkel)
Abşar (fars. ابشار‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 18 ailədə 81 nəfəri kişilər və 62 nəfəri qadınlar olmaqla cəmi 143 nəfərdir.
Diana Abqar
Diana Abqar (erm. Դիանա Աբգար; 12 oktyabr 1859, Yanqon, Britaniya Hindistanı – 8 iyul 1937, Yokohama) – xaricdə yaşamış erməni yazıçı, Birinci Ermənistan Respublikasının Yaponiyadakı fəxri konsulu. İlk erməni qadın diplomatdır və XX əsrdə diplomatik posta təyin olunan ilk qadınlardan biridir. == Həyatı == Diana Aqabeq (Aqabeqyan) 12 oktyabr 1859-cu ildə Britaniya Burmasının Ranqun şəhərində (hazırda Myanmarın Yanqon şəhəri) anadan olmuşdur. Atası İranda yerləşən Yeni Culfa məhəlləsindən olub və Cənub-şərqi Asiyaya miqrasiya edib. Anası Avet Şiraz şəhərindən idi. Diana yeddi uşaqlı ailənin ən kiçiyi olub. Kəlkətə şəhərində böyüyüb və təhsilini yerli məktəbdə alıb. İngilis, erməni və hind dillərini səlis danışmağı öyrənib. Yeni Culfada Apkar ailəsindən gələn Apkar Mixale Apkarla evlənmişdir.
II Abqar
II Abqar (e. ə. I minillik – e.ə. 53) — e.ə. 68—53-cü illərdə Edessanın hökümdarı. E.ə. 64-cü ildə II Abqar Şimali Mesopotamiyanın zəbt edilməsində Qney Pompeyin leqatı Lutsi Afraniyə kömək edərək Qədim Roma qoşunlarıyla ilə birləşmişdir. Fərziyələrdən birinə əsasən, e.ə. 53-cü ildə II Abqar triumvirat Mark Krassı ələ verdi, belə ki II Abqar Karr döyüşü zamanı onun qoşununu açıq sahəyə gətirdi və nəticədə romalılar məğlub oldular. Lakin Abqar döyüşün nəticəsindən heç bir xeyir görmədi, çünki elə həmən ildə Parfiya hökümdarı II Orod tərəfindən devrildi.
Abzar iyəsi
Abia ştatı
Abia ştatı (ing. Abia State) — Nigeriya Cənub-şərq geosiyasi zonasında ştat. Niger deltasının hissəsidir. == Adı == Abia ştatı 1991-ci ildə İmo ştatından ayrılaraq yaradılıb. Yeni ştatın adı, onun üçün ayrılan, əxali sıxlığı nisbətən böyük olan dörd bölgə adlarının (Aba, Bende, İsuikvuato və Afikpo) abreviaturasıdır.
Abia Uorriors FK
Abia Uorriors FK — Abia ştatının Umuahia şəhərini təmsil edən peşəkar Nigeriya futbol klubu. 2005–2010-cu illər aralığında klub Abia qubernatoru olmuş Orci Uzor Kalunun maliyyə dəstəyindən sonra "Orci Uzor Kalu FK" adı altında yüksək liqada mübarizə aparmışdır. 2010-cu ilin yayında klub keçmiş adına geri dönmüşdür. Klub 2013-cü ilin avqust ayında liqanın bitməsinə az qalmış tarixində ilk dəfə Nigeriya Premyer Liqasının qalibi olmuşdur.
Abies abies
Adi küknar (lat. Picea abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinin küknar cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Adi küknar Şimal yarımkürəsində geniş ərazini əhatə edir. Bu növə bəzən Avropa küknarı da deyilir. Hündürlüyü 50 m-ə, diametri 1,5 m-ə çatan konusvarı, yaxud enli piramidal çətirli qırmızımtıl-boz qabıqlı ağacdır. İynəyarpaqları parıltılı, tünd-yaşıl, dördbucaqlı və itiucludur, uzunluğu 10-25 mm, eni 2-3 mm-ə çatır və yarpaq yastığı üzərində oturaq vəziyyətdə budağa birləşir. Qozaları uzunsov silindrvarıdır, uzunluğu 15 sm, qalınlığı 4 sm olur. 500 ilə qədər yaşayır. Tumurcuqları sarımtıl-boz rəngdə olur, çılpaq və ya az tükcüklü, yumurtavarıdır. Adi küknarın qozaları may-iyun aylarının əvvəllərində yetişir, açıq-boz rəngli olur.
Abalar
Abalar (şor. абалар) — Rusiyada yaşayan şorların eli. Sayan dağlarının şimalında, Alatau yamaclarında və Tom çayının sahillərində yaşayırlar. Onlar qədim zamanlardan dəmirçi kimi tanınmışlar. Onların dili türk dillərinin Sibir qolundandır.
Abari
Abari — Ambrolauri rayonunda kənd. == Toponimkası == Abari — Ambrolauri rayonunda kənd adı. Hun tayfa ittifaqına daxil olmuş qədim türk mənşəli Abar tayfasının adını əks etdirir. Tədqiqatçılara görə avarlar özlərini məhz "abar" adlandırırdılar. Orxan-Yenisey türk run yazılarında Apar kimidir. Mənşəcə Ermənistanda olmuş altı Abaran kənd adı ilə eynidir.
Abbas
Abbas — kişilərə verilən şəxsi ad. Azərbaycanda bu addan geniş istifadə olunur. I Abbas — Səfəvilər dövlətinin hökmdarı (1587–1629). II Abbas — Səfəvilər dövlətinin hökmdarı (1642-1666). III Abbas — Səfəvilər dövlətinin sonuncu — XI şahı, II Təhmasibin oğlu. Abbas ağa Abbasağa Azərtürk — şair, pedaqoq (1934-1998). Abbas ağa Nazir — azərbaycanlı şair, tərcüməçi və maarif xadimi. Abbas ağa Təbrizi — Məşrutə inqilabı (1905-1911) iştirakçısı. Abbas Ağalarov — azərbaycanlı boksçu, əməkdar idman ustası, beynəlxalq dərəcəli hakim. Abbas Ağamirov — azərbaycanlı boksçu, SSRİ-nin əməkdar idman ustası.
Abbat
Abbat (lat. abbas, ivr. ‏אבּא‏‎ — ata) — VI əsrdən Qərbi Avropa xristian ənənəsində monastrın baş keşişi, abbatlığı idarə edən. Geniş mənada, katolik kilsəsində çalışan din xadimlərini bildirir. Şərqi xristian monastrlarında Abbat iqumen vəzifəsinə uyğun gəlir. Abbat ömürlük seçilir və ya təyin edilir. Kilsə iyerarxiyasında yepiskopdan sonra gəlir. Qadın ruhanilərinə analoji olaraq abbatisa adı verilirdi. Sonrakı dövrlərdə bütün gənc ruhanilərə nəzakət xatirinə bu adla müraciət edilməyə başlandı.
Abbay
Mavi Nil və ya Bəhr əl-Əzraq (ərəb. البحر الازرق‎ və ya النيل الأزرق), Efiopiyada Abbay (amh. ጥቁር አባይ) — Efiopiya və Sudanda çay, Nil çayının sağ qolu. Uzunluğu 1,783 kilometrdir. 2011-ci ildə ümumi quraşdırılmış gücü 6450 MVt olan 16 radial-oxlu su elektrik aqreqatından Afrikanın ən böyük su elektrik stansiyasını özündə birləşdirən Hidase SES-in tikintisinə başlanılmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Нил, река в Африке // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907. Абай // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Abbər
Abbər (yerli xalqın dilində Obar) — İranın Zəncan ostanında şəhər,Tarım şəhristanının inzibati mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,918 nəfər və 1,358 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Sirdan bölgəsinin Tarım kəndistanında, Sirdan qəsəbəsindən 54 km şimal-qərbdədir.
Abdal
Qafqaz Albaniyasında hələ eradan əvvəl yaşaması ehtimal olunan abdalıların (heftal/heptal/eftal) adına qazax, qaraqalpaq, türkmən və türk toponimiyasında da rast gəlmək mümkündür. Abdal dağı — Ordubad rayonu ərazisində dağ. Abdalçay — Tovuz rayonu ərazisində çay. Abdal tayfası — qədim türk tayfası. Abdal (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Abdalı — Əfqanıstanda puştun tayfalarından biri.
Abdan
Abdan — İranın Buşehr ostanının Deyr şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6 058 nəfər və 1 224 ailədən ibarət idi.
Abdır
Abdır — Olduqca duzlu göl. Şoranlıq Rusiyanın Həştərxan vilayəti, Hərimanov rayonunun şərqində, Volqa kənd sovetliyində yerləşir. Volqa çayının sahilində, Həştərxan şəhərindən şimalda təpəli çöllükdədir. == Adı == Həştərxan vilayətində ən çox yayılan toponimlər türk və monqollarla əlaqəlidir.Bu səbəbdən də abdıır termini monqol-türk sözü alacıqda istifadə olunana sandıqla əlaqədardır. == Fiziki-coğrafi xüsusiyyətləri == rusiya imperiyasının coğrafi-statistika lüğətinə görə gölün parametrləri: uzunluğu 135 sajen (təqribi 290 m), eni 40 sajen (təqribi 85 m), çevrəsi 430 sajen (təqribi 920 m), duz qatının qalınlığı yarım verşok (7 sm qədər). Əvvəllər buradan mirabilit çıxarılırdı ki, onuda şüşə və soda istehsalında istifadə edirdilər. Mirabilit ilin fəsillərindən asılı olaraq gölün suyunun 5 % - 20 % arasında dəyişirdi. 1855-ci ildə istehsal 386 t olmuşdur. əvvəllər olduqca duzlu göl olmuşdur. Göl yaxınlığından 1941-42-ci illərdə Həştərxan müdafiə xətti keçirdi.
Abican
Abican (fr. Abidjan) — Kot-d'İvuarda şəhər. Atlantik okeanının Ebriye sahilindədir. == İstinadlar == == Xarici keçidlər == VikiSəyahətdə Abidjan haqqında səyahət məlumatları var.
Abidə
Abidə — tarixi əhəmiyyəti olan bir hadisəyə və ya tarixi bir şəxsə xatirə olaraq qoyulan nişangah, heykəl və s. və ya qədim dövrlərə aid mədəniyyət əsəri. İnsanların, hadisələrin, obyektlərin, ədəbiyyat və kinofilm personajların xüsusi əhəmiyyətini göstərmək üçün ucaldılan tikili, qurğu, oxşadılan fiqur. Ölkənin, xalqın, bəşəriyyətin maddi sərvətinin bir hissəsi, bədii və tarixi dəyəri olan tikili; Görkəmli şəxsiyyət və tarixi hadisələrin şərəfinə yaradılan heykəltaraşlıq və memarlıq əsəri. "Abidə" anlayışı "monument" anlayışına yaxındır. Abidənin ən çox yayılmış tipi əslindən böyük olan heykəltaraşlıq fiquru, yaxud kompozisiyasıdır. Abidə postament üzərində və adətən, görkəmli yerdə, yaxud tarixən müəyyən hadisə ilə bağlı yerdə qoyulur. Sənət nümunələri olan qədim qəbirüstü daşlar da xüsusi Abidə tipidir; Məcazi mənada – yadigar, xatirə, diqqətəlayiq iş, əsər. Abidə bir qayda olaraq nəyinsə xatirəsi əhəmiyyətini daşıyır. Daha çox rast gəlinən növləri — heykəl, ctatuya, büst, yazılı divar üstü lövhə, zəfər tağı, sütun, obelisk və s.
Abies
Ağ şam (lat. Abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Ağ şamağacının Qafqazda bir növü bitir. Həmin növdə Qafqaz aşırımında bitir. Ağ şamağacı 600-700 il yaşayır. Hündürlüyü 55 metrə çatır. Bəzi növlərinin oduncağından musiqi alətləri, mebel hazırlanmasında, sellüloz istehsalında istifadə edilir. Qabığında çoxlu miqdarda qatran vardır. Ağ şamağacının yağı sintetik kamfora almaq üçün xammaldır. Qafqazın qara dəniz sahillərində yaşıllaşdırma məqsədilə əkilir.
Abikaz
Abikaz — qədim türkcə abuqaz "əmi", "atanın kiçik qardaşı" ("Kitabi-Dədə Qorqud"da Kan-Abkaz adını xatırlayın); Azərbaycanda bu mənada şəxs adları indi də vardır: Əmikişi "əmisi kimi kişi", Balaəmi "kiçik əmi" mənalarında.
Abver
Abver (alm. Abwehr‎) — “müdafiə” (hərbi mənada) deməkdir və Üçüncü Reyxin casus təşkilatının adıdır. İkinci Dünya Müharibəsi illərində Alman ordusunun xəbər xidməti idi. Üç hissədən ibarət idi: Hərbi, texniki, siyasi və iqtisadi casusluq Təxribat Əks kəşfiyyat tədbirləri. Admiral Vilhelm Canaris 1938-ci ildən 1944-cü ildə fürer Adolf Hitlerə edilmiş sui-qəsdə kimi təşkilatın rəhbəri olmuşdur. Canarisin sui-qəsddə iştirak etdiyini iddia edən Hitler bu təşkilatı SS təşkilatının tərkibindəki Sicherheitsdienstə daxil etmişdir.
Abibi
Abibi (v. V əsr) — Yevsevon ilə birlikdə Bizans Suriyasında Bet-Korif monastırının yaradıcılarından biri. O, həm də həmin monastırın ilk abbatı kimi xidmət etmişdir. O, "Heiligen-Lexicon"a daxil edilmişdir. O, təlimatını Yevsevidən almışdır. Onun bayram günü və ya ümumiyyətlə əgər bayram gününün olub-olmaması bilinmir.
Abiga
Dirçək (lat. Ajuga) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.