ABIR

is. [ fars. ]
1. Həya, heysiyyət, şərəf, hörmət, qədir-qiymət.
[Zibeydə:] Axır mənim də özümə görə adım, abrım var! M.F.Axundzadə.
[Gövhər:] İndiyədək abır, ismət saxladıb məni… N.Vəzirov.
[Birisi:] Məgər mən öz abrımdan keçib camaat malına xəyanət edərdim? Ə.Haqverdiyev.

2. məc. dan. Üst-baş, geyim, qiyafət, zahiri görünüş mənasında.
[Qurban:] Ə, bu nə paltardır, balam, heç bir utanıb qızarırsan? Bu abırla elə toya-vaya gedirsən. S.Rəhimov.

3. məc. Bədənin məhrəm (örtülü, ayıb) yeri.
◊ Abır gözləmək – hörmət saxlamaq, ədəb gözləmək; utanmaq, həya etmək.
Abır qoymamaq1) bax abrını almaq;
2) xarab etmək, bərbad etmək, puç etmək.
Abırdan düşmək – rüsvay olmaq, biabır olmaq, heysiyyətdən düşmək, şərəfini itirmək, ləyaqətini itirmək.
Abırdan salmaq – hörmətsizlik etmək, biabır etmək, rüsvay etmək, bərk danlamaq.
Abra düşmək – lazımi şəklə, qaydaya düşmək, ləyaqətli şəklə düşmək.
Abra salmaq – səliqəyə salmaq, qaydaya salmaq.
[Əlyarov:] Heç olmasa gərək küçələri layiqincə bəzəyib abra salaq. M.Hüseyn.

Abrı getmək (tökülmək) – biabır olmaq, rüsvay olmaq, hörmətdən düşmək.
[Yetər:] Ağa, belə söhbətdən mənim abrım töküldü. N.Vəzirov.

Abrını almaq – bərk danlamaq, biabır etmək.
[Qarabirçəyə] elə gəlirdi ki, hər bir kəs Əbişin etdiyi cinayətə qarşı hiddətlənib onu yaxalayacaq, onun abrını alacaq… S.Rəhimov.

Abrını aparmaq – bax abrını almaq.
Abrını atmaq – özünü arsızlığa vurmaq, heç bir şeydən utanmamaq, abırsızlıq etmək.
Abrını ətəyinə bükmək – bərk danlamaq, məzəmmət etmək, abrını almaq.
Abrını götürmək (tökmək) – bax abrını almaq.
Abrını vermək – bax abrını almaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ABIR həya — heysiyyət — şərəf — hörmət — qədir-qiymət
  • ABIR üst-baş — geyim — qiyafət
  • ABIR abır bax 1. həya; 2. paltar

Etimologiya

  • ABIR (Əsli: abru) fars mənşəlidir, ab “su” deməkdir, ru isə “üz”; və onun 2 yozumu ola bilər: 1. “Üzünün suyunu ətəyinə axıtmaq”
ABI
ABIR-HƏYA
OBASTAN VİKİ
Abıralı üsyanı
Abıralı üsyanı (qaz. Абыралы көтерілісі) — Şərqi Qazaxıstan vilayətinin Abralı bölgəsində 1931-ci il fevral, mart aylarında baş vermiş kəndli üsyanı. Üsyan məcburi kollektivləşdirməyə qarşı idi. 12 fevral 1931-ci ildə bölgənin bütün aullarında kəndlilərin üsyanı başladı. 4-cü və 6-cı aullarda (indiki Baktı və Enbek aulları) Esimbek Musabekulının rəhbərliyi ilə 300 nəfər kəndli Birləşmiş Dövlət Siyasi İdarəsinin qoşunlarına qarşı müqavimət göstərdilər. Onlar hökumətdən zorakılığı dayandırıb, müsadirə etdikləri mal qaranı və buğdanı xalqa qaytarmağı tələb edirdilər. 1931-ci ilin payızında Abralı üsyanının iştirakçıları Kempirbaevin dəstəsindən 274 nəfər həbs olundu, 85 nəfər isə güllələndi.

Digər lüğətlərdə