Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Absurd
Absurd — gündəlik həyatda vərdiş edilən və düzgün təfəkkür tərzinin əsasını təşkil edən məntiqin qaydalarının əksinə çıxan, onlara əhəmiyyət verməyən məfhum. Absurd və absurdluq təfəkkürdə və reallıqda mövcuddur. İnsan bəzən real həyatda müşahidə etdiyi hər hansı bir hadisəni, yaxud bir şeyi məntiqi cəhətdən izah etməkdə çətinlik çəkir və bu ona absurd – qeyri məntiqi kimi görünür.
Absurd teatrı
Absurd teatrı – XX əsr 50–60-cı illərinin avanqard dramaturgiyası və teatrına xas keyfiyyətlərin məcmusu. "Absurdizmin" daha dolğun prinsipləri rumın-fransız dramaturqu Ejen İoneskonun "Daz müğənni qadın" (La cantatrice chauve, 1950) və irland yazıçısı Semyuel Bekketin "Qodonun İntizarında" (Waiting for Godot, 1952) dramlarında öz əksini tapmışdır. == Tarixi == Termini ilk dəfə 1962-ci ildə ingilis tənqidçisi M. Esslin işlətmişdir. Absurd teatrının fəlsəfi-estetik əsasını Qərbi Avropa fəsəsfi fikrinin irrasionalist cərəyanları – J.P. Sartr və A. Kamyunun ekzistensializmi, Z. Freydin psixoanalizi, həmçinin A. Jarri, A. Arto və başqaalrının dramaturgiyası və nəzəri işləri təşkil edirdi (S. Bekket, E. İonesko, F. Arrabal, J. Votye, J. Jene, J. Şeade, R. de Obaldia, J. Tardye və b.-nın pyesləri, habelə onların tamaşaları). Əsər (eləcə də tamaşa) müəlliflərinin fikrincə, real həyatda subyekt və obyekt bir-birilə əks mövqedə dayanır. Tarixdə baş verən hər şey üçün insan məsuliyyət daşıyır. İnsan yalnız "sərhəd situasiyasında", yəni ölüm qarşısında dayandıqda özünü ekzistesiya kimi dərk edir. Odur ki, Absurd teatrının qəhrəmanları ölüm, iztirab, qorxu, günah, mübarizə zəminində təsvir olunur. Nəticədə şəxsiyyət (bədii obraz) transsendensiya ilə yarışa girmək imkanı əldə edir. əsl həqiqət bu zaman dərk olunur.
Reductio ad absurdum
Reductio ad absurdum (azərb. Cəfəngiyyata endirilmə‎), həmçinin argumentum ad absurdum (azərb. Cəfəngiyyat haqqında arqument‎) və ya apaqogik arqument — əks ssenarinin cəfəngiyyata və ya ziddiyyətə səbəb olacağını göstərməklə iddia yaratmağa çalışan arqument forması. Bu arqument formasının mənşəyi Qədim Yunanıstan fəlsəfəsinə gedib çıxı. Tarix boyu həm formal riyazi və fəlsəfi mülahizələrdə, həm də mübahisələrdə istifadə edilmişdir. Ekvivalent formal qayda inkarın təqdim edilməsi kimi tanınır. Əlaqədar riyazi sübut texnikası ziddiyyətlə sübut adlanır. "Reductio ad absurdum" arqumentinin "cəfəng" nəticəsi bu nümunələrdən göründüyü kimi müxtəlif formalarda ola bilər: Yer düz ola bilməz; əks halda, Yer kürəsinin sonlu olduğu fərz edildiyi üçün biz insanların kənardan yıxıldığını görərdik. Ən kiçik müsbət rasional ədəd yoxdur, çünki əgər olsaydı, daha kiçiyini almaq üçün onu ikiyə bölmək olardı. Birinci misal iddia edir ki, mühakimənin inkarı hislərimizin dəlillərinə zidd olaraq gülünc nəticə ilə nəticələnəcək.