Boydak Holding
"Boydak Holding" — Türkiyənin şirkətlər qrupu. Rəhbəri tanınmış iş adamı Mustafa Boydakdır.
1957-ci ildə qurulan "Boydak Holding" şirkətlər qrupu mebel, enerji, telekommunikasiya, tekstil, kimya və maliyyə sahələrində fəaliyyət göstərən 42 tanınmış şirkəti özündə birləşdirir.
Türkiyənin "İstikbal", "Bellona" və "Mondi" kimi tanınmış mebel markaları məhz "Boydak Holding" şirkətlər qrupuna daxildir.
Şirkətlər qrupunun illik gəliri 7 milyard dollardır.