Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Avanzal
Avanzal (fr. avant-salle ön zal) iki fransız söz birləşməsindən yaranıb. Avant-ön, salle-zal, salon mənalarını verir. Əsas tamaşaçı zalından əvvəlki keçid otağı . Müasir memarlıq üslub və prinsiplərində tikilən yeni teatr binalrının əksəriyyətində avanzal olmur.
Avazat
Avazat — orta əsrlər Azərbaycan və Yaxın Şərq musiqisində Şahnaz, Mayə, Səlmək, Novruz, Gərdaniyyə, Güvaşt avazlarının məcmusu. Hazırda Azərbaycan musiqisində avazatların bəzisi muğam möbəsi (Mayə), bəzisi isə muğam (Şahnaz) kimi məşhurdur.
Vağzal
Vağzal — dəmiryol, su və hava nəqliyyatında sərnişinlərin və onların yüklərinin qəbulu və yola salınması üçün xüsusi bina və qurğu kompleksi. Nəqliyyat növündən asılı olaraq dəmiryol, dəniz, çay və aerovağzallar olur. . Maks Fasmerin fərziyyəsinə görə «vağzal» sözü (ilk variantda «fokzal») «voksxoll» (ing. Vauxhall) sözündən yaranıb. Bu, London ətrafında XVIII əsrdə yerləşən və Ceyn Voksa (Jane Vaux) məxsus parkın adından götürülüb.. Digər versiyaya görə, XIX əsrdə parklarda yay estradaları "kurzal" adlanırdı. Çox sayda insanların toplaşması sonradan sözün vağzalların adlanması üçün istifadə edilməsinə səbəb olub.
Aanval
Aanval xüsusi olaraq Snort, Suricata və Syslog məlumatları ilə istifadə üçün nəzərdə tutulmuş kommersiya SIEM məhsuludur. Aanval 2003-cü ildən aktiv inkişaf mərhələsindədir və sənayedə ən uzun müddət işləyən Snort qabiliyyətli SIEM məhsullarından biri olaraq qalır. Aanval niderland dilində "hücum" deməkdir. == Tarix == Aanval 2003-cü ildə Loyal Moses tərəfindən yaradılmışdır, lakin 2004-cü ilin mart ayına qədər ictimaiyyətə təqdim edilməmişdir və C1-RA1008 özəl kommersiya lisenziyası ilə buraxılmışdır. Proqram təminatının bütün ömrü ona Aanvaldan əlavə OpenAanval və ya ComAanval da istinad edilmişdir. Aanval veb-brauzerdən AJAX üslubunda təhlükəsizlik hadisələrinin monitorinqini və hesabatını təmin edirdi. Aanval yaradılandan bəri o, Snort, Suricata və Syslog məlumatlarının normallaşdırılmasına xüsusi diqqət yetirməklə müdaxilənin aşkarlanması, korrelyasiya və təhlükənin idarə edilməsi konsoluna çevrilmişdir.
Aranza Vazkez
Kolagirən (vağzal)
Kolagirən — Tiflis quberniyasının Borçalı qəzasının ərazisində, indi Quqark rayonunda vağzal. == Toponimi == 1948-ci ildə kənd ermənicə Antarmut, 1978-ci ildə Dzoraqet adlandırılmışdır. Kolagirən türk tayfasının adını əks etdirir. 1588-ci ilə aid türkcə mənbədə qışı Bərdə sancağının "Qəsəbə" nahiyəsində maldar həyat tərzi keçirən Kolagirən tayfasının adı qeyd olunmuşdur Qədim türk mənşəli kol tayfasının adından və kuran "düşərgə" sözündən ibarətdir. Orta əsrlərdə Anadoluda yaşamış Danişmandlu-Turkmən tayfasının 24 boyundan biri Kolagirən adlanırdı Kolangirən qolunun özü də bir sıra tirələrdən (Xocalı, Həsən Abdallu, Əyyublu, Çikdamlu, Çölməkçi, Darğalı, Dadulu, Darblu, Dür-Həsənli və b.) ibarət idi. == Tarixi == Yaşayış məntəqəsi kimi 1920-ci ildən sonra fəaliyyət göstərmişdir. Yəni 1918–1920-ci illərdə Türkiyədən köçürülən ermənilər həmin ərazidə yerləşdirilmişdir. Vağzalın adı (daha sonra yaşayış məntəqəsi) kolagirən türk tayfasının adını əks etdirir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə adı dəyişdirilib Dzoraket (Dərəçay) qoyulmuşdur.
Mvanza (mahal)
Mvanza — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Cənub bölgəsinə aiddir. Mvanza ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Mvanza şəhəridir. Mahal şərqdə Neno mahalı və Blantire mahalı, cənubda Çikvava mahalı, şimalda Ntçeu mahalı, qərbdə Mozambik ilə qonşudur. 2003-cü ildə etibarən şərq hissəsinində Neno mahalı yaradılmışdır. Mvanza mahalında 94,476 nəfər yaşayır.
Mvanza dairəsi
Mvanza — Afrika ölkəsi olan Malavinin 28 mahalından biri. Cənub bölgəsinə aiddir. Mvanza ölkənin üç bölgəsindən biri olsan Mərkəz bölgəsinə aiddir. Mahalın mərkəz şəhəri mahalla eyni adı daşıyan Mvanza şəhəridir. Mahal şərqdə Neno mahalı və Blantire mahalı, cənubda Çikvava mahalı, şimalda Ntçeu mahalı, qərbdə Mozambik ilə qonşudur. 2003-cü ildə etibarən şərq hissəsinində Neno mahalı yaradılmışdır. Mvanza mahalında 94,476 nəfər yaşayır.
Vandal (gəmi)
Vandal — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə aid olan gəmilərdən biri. 2008-ci ilin iyul ayının 21-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 150 illiyinə həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 1 manat, tirajı isə 20070 ədəd olan həmin markalardan biri "Vandal" gəmisinə həsr olunmuşdur.
Vandal gəmisi
Vandal — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə aid olan gəmilərdən biri. 2008-ci ilin iyul ayının 21-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 150 illiyinə həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 1 manat, tirajı isə 20070 ədəd olan həmin markalardan biri "Vandal" gəmisinə həsr olunmuşdur.
Vandal krallığı
Vandal krallığı və yaxud Vandal və Alan krallığı — Xalqların böyük köçündən sonra Roma imperiyası ərazisində yaranmış dövlətlərdən biri. 435-ci ildə kral Qenserikin başçılığı ilə Vandalların Şimali Afrikada qurduğu dövlət. Dövlətin əsas əhalisi Vandallar və Alanlardan ibarət idi. 429-cu ildə, Vandallar kral Qenserikin başçılığı ilə Şimali Afrikaya daxil oldular. 80000 nəfər Vandal və Alandan ibarət olan bu topluluqda 20000 nəfər əsgər var idi. 430-cu ildə Roma şəhəri Hippo Regiusu ələ keçirərək dövlət qurma yolunda ilk addımlarını atmış oldular. 435-ci ildə Roma imperiyası ilə sülh bağlayan Vandallar Şimali Afrikanın böyük bir hissəsini müqavilə ilə ələ keçirdi. 439-cu ildə kral Qenserik sülhü pozaraq müasir Tunisdə yerləşən Africa Proconsularis əyalətinə yürüş etdi. Karfagen şəhəri döyüşsüz ələ keçirildi. Kral Qenserik Vandal dövlətinin əsasını qoydu, özünü də Vandalların və Alanların kralı (lat.
İki nəfərlik vağzal
"İki nəfərlik vağzal" (rus. Вокзал для двоих) — rejissor Eldar Ryazanovun filmi. == Məzmun == Soyuq bir qış axşamı. Həbsxanada axşam yoxlaması keçirilir. Yoxlama qurtarandan sonra Platon Ryabininə xəbər verilir ki, onu görməyə həyat yoldaşı gəlib. Qadın həbsxanadan 10 kilometr aralıda qəsəbədə otaq tutub. Ryabininin görüşdən imtina etməyə ixtiyarı var. Lakin rəhbərliyin sözünə əməl etməməyə ixtiyarı yoxdur. Onu səhər yoxlamasına qədər buraxırlar və xəbərdarlıq edirlər ki, az da olsa gecikmək – qaçış kimi başa düşüləcək. Platon həbsxanadan qəsəbəyə gedəndə həbsə düşənə qədər keçirdiyi həyatı yadına düşür.
İki nəfərlik vağzal (film, 1982)
"İki nəfərlik vağzal" (rus. Вокзал для двоих) — rejissor Eldar Ryazanovun filmi. Soyuq bir qış axşamı. Həbsxanada axşam yoxlaması keçirilir. Yoxlama qurtarandan sonra Platon Ryabininə xəbər verilir ki, onu görməyə həyat yoldaşı gəlib. Qadın həbsxanadan 10 kilometr aralıda qəsəbədə otaq tutub. Ryabininin görüşdən imtina etməyə ixtiyarı var. Lakin rəhbərliyin sözünə əməl etməməyə ixtiyarı yoxdur. Onu səhər yoxlamasına qədər buraxırlar və xəbərdarlıq edirlər ki, az da olsa gecikmək – qaçış kimi başa düşüləcək. Platon həbsxanadan qəsəbəyə gedəndə həbsə düşənə qədər keçirdiyi həyatı yadına düşür.