Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aviz sülaləsi
Avislilər sülaləsi— Portuqaliya kralları sülaləsi (1385—1580). Yan xətti Burqonlular sülaləsi.
Avaz
TRT Avaz — Avaz — Tovuz rayonu ərazisində dağ.
Avizo
Avizo (it. Avviso) — qarşılığında hesablamalardakı dəyişikliklər haqqında bir kontragentin digərinə göndərdiyi bildiriş vərəqi. "Avizo" termini bank əməliyyatında çox işlənir.
Ağız
Ağız İnsan orqanlarından biri. == Anatomik xüsusiyyətləri == Ağız boşluğunun sərhədləri: Üstdə : Damaq (Paltum) olur. Palatum, iki qisimdir; Qabaqda Sərt damaq (palatum vəziyyət) arxada yumşaq damaq (paltum molle) olur.Sərt damaq, maksillanın alt parçası olub ağız boşluğunu burun boşluğundan ayırar. Yumşaq damaq, os palatini (palatinal sümük) tərəfindən yaradılan zəif ağız mukozasıdır. Kiçik dil (uvula palatina) yumşaq damağın arxa kənarından arxaya doğru sallanar. Qabaqda: Dodaqlar (labia toris) olur. Dodaqlar, üst dodaq (labyum superior) və alt dodaq (labium inferior) olmaq üzrə iki dənədir. Dodaqların çevrələdiği yarığa "ağız yarığı (rima oris) deyilir.Altda: Ağız döşəməsi olur. Ağız döşəməsi, dilin ekstrinsik əzələləri, submandibular və sublingual tüpürcək bezlərini ehtiva edər. Mandibula nın corpusu isə ağız döşəməsini ətraflar.
Vaiz
Vaiz — minbərdən vəz (moizə) söyləyən şəxs. İslamla bağlı danışılan hər hansı bir hadisə və ya İslamdan bəhs edən söhbət vaiz adlanır. Vaiz ərəb sözü olub "vəz və nəsihət edən, moizə edən" mənasını verir. "Vaiz olaraq ölüm kifayətdir" yəni, nəsihət olaraq ölüm kifayətdir.
Avit
Mark Mesili Flavi Eparxi Avit (rus. Marcus Maecilius Flavius Eparchius Avitus), Roma tarixşünaslığında daha çox Avit kimi tanınır (395, Klermon-Feran – 457) — 455–456-cı illərdə Qərbi Roma imperatoru. 455-ci ildə Petroni Maksim vəfat etdikdən sonra Şimali Afrikada məskunlaşan vandallara qarşı mübarizəyə rəhbərlik etmək üçün vestqotlar tərəfindən imperator seçilmişdir. Şərqi Roma imperiyasından kömək ala bilmədiyi üçün 456-cı ildə vestqotlar tərəfindən taxtdan salınmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Sidonius Apollinaris, Panegyric for Avitus Hydatius, Chronicle John of Antioch, Chronicle Jones, Arnold Hugh Martin, John Robert Martindale, John Morris, "Eparchius Avitus 5", Prosopography of the Later Roman Empire, Volume 2, Cambridge University Press, 1992, ISBN 0-521-20159-4, pp. 196–198. Mathisen, Ralph W., "Avitus (9/10 July 455 – 17/18 October 456)", De Imperatoribus Romanis Max, Gerald E., Political Intrigue During the Reigns of the Western Roman Emperors Avitus and Majorian, Historia, 1979, pp. 225–237. Randers-Pehrson, Justine Davis. "Barbarians and Romans: The Birth Struggle of Europe, A.D. 400–700".
AVIC AG600
AVIC AG600 və ya kod adı ilə Su əjdahası – Çin tərəfindən istehsal olunmuş amfibiya-təyyarə. Dünyanın ən böyük amfibiya-təyyarəsidir. İlk uçuşunu 24 dekabr 2017-ci ildə keçirib. Sınaq uçuşu Çinin cənubunda Çhuhay şəhərinin aerodromunda həyata keçirilib. Təyyarə yerli vaxtla 09:39-da havaya qalxıb. Uçuş bir saat davam edib.AG600 təyyarəsinin uzunluğu 36,9 metr, qanadlarının kənar nöqtələri arasındakı məsafə 38,8 metr, çəkisi 53,5 ton, sürəti 500 km/saat, uçuş mənzili isə 4500 km təşkil edir.Təyyarə 20 saniyə ərzində 12 ton su toplaya bilir. 12 saat havada qala bilən təyyarənin 50 nəfər sərnişin daşıma qabiliyyəti də var.AG600 təyyarəsi havadan yanğınla mübarizə və axtarış-xilasetmə əməliyyatları üçün hazırlanıb.
Adiz Kusayev
Adiz Cəbrayıloviç Kusayev (çeç. Куса́ев, Ӏади́з Джабраи́лович ;3 yanvar 1938, Naji-Yurt rayonu, Çeçen-İnquş MSSR – 18 mart 2022) — Çeçen şairi, yazıçısı, jurnalisti. SSRİ Jurnalistlər İttifaqının (1970), Rusiya Jurnalistlər İttifaqının (1995), SSRİ Yazıçılar İttifaqının (1990), Rusiya Yazıçılar İttifaqının (1990) üzvü. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının əməkdar mədəniyyət işçisi (1990). 2003-cü ildə Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi tərəfindən "Mədəniyyət sahəsində nailiyyətlərə görə" fərqlənmə nişanı ilə təltif edilmişdir. == Həyatı == Adiz Kusayev 3 yanvar 1938-ci ildə Çeçenistan-İnquşetiyanın Naji-Yurt rayonunun Şuani kəndində anadan olub. Atası yerli məktəbin direktoru idi. Çeçenlərin və inquşların deportasiyası illərində onun iki kiçik qardaşı aclıqdan ölür. Valideynləri ümidsizlikdən onu uşaq evinə göndərirlər. Vətənə qayıtdıqdan sonra o, Qroznı Statistika Texnikumunu fərqlənmə diplomu ilə bitirir.
Ariz Məhərrəmov
Ariz Fərzulla oğlu Məhərrəmov (10 dekabr 1982, Krasnoselski, Saatlı rayonu – 20 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ariz Məhərrəmov 1982-ci il dekabrın 10-da Saatlı rayonunun Qara Nuru kəndində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Ariz Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ariz Məhərrəmov oktyabrın 20-də Madagizin azad edilməsi zamanı şəhid olub. Saatlı rayonunun Qara Nuru kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ariz Məhərrəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Avaz Otar
Avaz Otar (15 avqust 1884, Xivə — 1919, Xivə) — Özbək şairi. == Həyatı == Avaz Otar 1884-cü ilin avqust ayında Xivədə dünyaya gəlmişdir. Atası, sənət və ədəbiyata olan həvəsi səbəbiylə zamanında olduqca tanınmış bir şəxs idi. "Bərbərlik etməsi səbəbiylə xalq arasında "Usta Otar" ünvanı ilə anılmaqda və zamanının öndə gələn sənətçi və elm adamlarıyla yaxın münasibətlər qurmaqdaydı. Onun evində əsasən Agəhi, Kamil Xarəzmi, Mütrib Xanəxarabi, Bəyani və başqa şairlərin iştirakıyla ədəbi sohbətlər aparılırdı. Bu məclislərdə təbii ki, gənc Avaz da iştirak etməkdəydi." Bu ədəbi söhbətlər daha o yaşlarda Avaz Otarın təqip edəcəyi yolu böyük ölçüdə təyin etmişdi. Onun ədəbiyata olan ilgisi uşaq deyilə biləcək yaşlarda başlamışdı. Avaz Otarın mədrəsə təhsili aldığı illərdə ədəbiyata olan ilgisi daha da artmışdı. "Avazın ədəbiyata olan həvəsi çox erkən yaşlarda başlayıb, mədrəsədə oxuduğu illərdə şərq ədəbiyatının seçkin təmsilçilərindən Hafiz Şirazi, Əbdürrəhman Cami , Lütfi və Əlişir Nəvailərin əsərləri ilə yaxından tanış oldu və onlardan təsirlənib eşq şeirləri yazmaya başladı."On dörd yaşında şeirlər yazmağa başlayan Avaz Otar, on səkkiz yaşına çatdığında xalq arasında artıq tanınır olmuşdu. Onun lirik şeirləri, sazəndə və xanəndələr tərəfindən bəstələnib söylənməyə başlandı.
Aziz Benich
Əziz Eraltay Behiç (ing. Aziz Behich; 16 dekabr 1990) — sol cinah müdafiəçisi kimi çıxış edən Avstraliya futbolçusu. O, Şotlandiyanın "Dandi Yunayted" klubu və Avstraliya millisində çıxış edir.
Aziz Yıldırım
Aziz Yıldırım və ya azərbaycanlılaşdırılmış formada Əziz İldırım (tr. Aziz Yıldırım) — Fənərbaxça klubunun prezidentidir. 1998-ci ildən etibarən bu klubun prezidentidir.
Ağız amöbü
Ağız amöbü (лат. Entamoeba gingivalis) —ibtidailər (Protozoa) yarımaləminin nümayəndəsidir. Entamoeba gingivalis- Ağız amöbü 1849-cu ildə rus alimi Qros tərəfindən kəşf edilmişdir. Bu, insanda tapılan ilk parazit amöb hesab edilir. Bu parazitə tez-tez çürümüş dişdə və dişin üzərini örtən yumşaq örtükdə təsadüf edilir. Öz quruluşuna görə ağız amöbü dizenteriya amöbünə oxşayır. Bakteriya və leykositlərlə qidalanır. Bəzi alimlər onu xəstəlik törətməyən bir növ kimi qiymətləndirir. Lakin digər tədqiqatçıların fikrincə, ağız amöbü eritrositləri udmaq xüsusiyyətinə malikdir. Bu parazitdə sistanın olmasını əksər tədqiqatçılar inkar edir və onun patogenliyi haqqında müxtəlif fikirlər söyləyirlər.
Ağız boşluğu
Ağız boşluğu (lat. Cavum oris yun. stoma iki hissəyə bölünür: ağız dəhlizi və xüsusi ağız boşluğu. Ağız dəhlizi — lat. vestibulum oris ön və yan tərəfdən dodqlar və yanaqlar vasitəsilə və daldan dişlər və alveol çıxıntıları ilə əhatə olunmuşdur. Xüsusi ağız boşluğu — lat. cavum oris proporium yuxarı tərəfdən sərt və yumuşaq damaqla, ön və yan tərəflərdən dişlər və alveol çıxıntıları ilə və aşağı tərəfdən ağız dibi ya diafraqması — lat. diaphragma oris (mm. mylohyoidei) ilə əhatə olunmuşdur. Ağız qapalı olduqda bu boşluq yarıq şəklində qalır.
Ağız güneyi
Ağız guneyi — Gədəbəy rayonunun Zamanlı kəndi ərazisində yüksəklik; Ağız guneyi — Qubadlı rayonu ərazisində yüksəklik.
Ağız qopuzu
Ağız qopuzu (ing. Jew's harp, rus. варган) — dartılmaqla səsləndirilən idiofonlu çalğı aləti. XX əsrin əvvəllərinədək Azərbaycanda istifadə olunsa da, hazırda unudulub. == Söz açımı == Qədimdə “qopuz” sözü bütün növlərdən olan çalğı alətlərimizin ümumi adına deyilib: “telli (simli) qopuz”, “yaylı (kamanlı) qopuz”, “vurmalı (zərblə səsləndirilən) qopuz” “qolça qopuz” və “ağız qopuzu” deyimlərinə ədəbi və tarixi mənbələrdə tez-tez rast gəlirik. Adından bəlli olduğu kimi, alət ağızda səsləndiyindən “ağız qopuzu” adlanıb. == Tarixçə == Əlihüseyn Dağlının yazdığına görə, ağız qopuzu VI əsrlərdə qırğız türkləri tərəfindən icad edilmişdir. Bu fakt başqa türk mənbələrində də təsdiqini tapır.1990-cı ildə Yaponiyada, Tokionun yaxınlığında yerləşən Omiya şəhərində arxeoloji qazıntılar zamanı 2 ədəd mukkur (ağız qopuzunabənzər) adlanan çalğı aləti aşkar edilmişdir. Mütəxəssislər bu alətlərin təxminən minillik tarixi olduğunu müəyyənləşdirmişlər. Xomus (ağız qopuzu) alətinin tanınmış tədqiqatçısı İvan Yeqoroviç Alekseyev bu tapıntını Sibirin şimal-şərq xalqlarından biri olan nivxilərin xozon (kanqa, vıçranqa) alətinə bənzədir.
Migel Aziz
Migel Adedayo Aziz (22 sentyabr 2002, İngiltərə) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Arsenal" klubundan icarə əsasında "Portsmut" klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusu. == Klub karyerası == Aziz futbolçu karyerasına 5 yaşı olarkən "Arsenal" akademiyasında başlamışdır. 24 sentyabr 2019-cu ildə Aziz klub ilə ilk peşəkar müqaviləsini imzalamışdır. O, peşəkar karyerasında debütünü 10 dekabr 2020-ci ildə İrlandiya təmsilçisi olan "Dandolk" klubuna qarşı Avropa Liqası görüşündə etmişdir. O, 83-cü dəqiqədə Co Villokun əvəzinə meydana daxil olmuş və komandası rəqibinə 4-2 hesabı ilə qalib gəlmişdir.30 avqust 2021-ci ildə Aziz Birinci Liqa təmsilçilərindən olan "Portsmut" klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. O, klub ilə debütünü 18 sentyabr 2021-ci ildə "Kembric Yunayted" klubuna qarşı liqa görüşündə etmişdir. Həmin görüşdə komandası rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur. == Milli karyerası == Aziz İngiltərədə anadan olmuşdur. Atası Nigeriya, anası isə İspaniya vətəndaşıdır. Aziz İngiltərə millisinin müxtəlif yaş qruplarında çıxış etmişdir.
TRT Avaz
Avaz – TRT-nin Balkanlar, Qafqaz və Orta Asiyada verilişləri yayımlanan ortaq türk kanalı. Altı dildə (Azərbaycan dili, qazax dili, qırğız dili, özbək dili, türkmən dili, türk dili) iyirmi dörd saat ərzində yayımlanan kanalda türk dövlətlərinin öz dilində türk xalqlarının tarixi haqqında filmlər, verilişlər nümayiş etdirilir. Bundan başqa, türk mədəniyyəti, adət-ənənəsi bu kanal vasitəsi ilə dünyaya çatdırılır.
Tel Aviv
Təl-Əviv və ya Tel-Əviv — İsrailin mühüm iqtisadi və mədəniyyət mərkəzi, Aralıq dənizi sahilində liman. Əhalisi 510.000 (2019-cu il) nəfərdir. Yaxınlığında Ben-Qurion beynəlxalq aeroportu var. İqlimi subtropik Aralıq dənizi tiplidir. Orta temperatur yanvarda 12 °C, iyulda 25 °C-dir. Şəhərin əsası 1909-cu ildə qoyulmuş, İsrail dövləti yarandıqdan (1948) sonra onun paytaxtı olmuşdur. 1950-ci ildə paytaxt Qüdsə köçürülmüşdür. Lakin BMT bu qərarı qəbul etmədiyi üçün rəsmi olaraq paytaxt hələ də Tel-Əviv şəhəridir. Təl-Əviv şotland memar P. Geddesin tərtib etdiyi baş plan əsasında tikilmişdir. == Etimologiya == Bahar təpəsi mənasına gələn Tel-Əviv, 1910-cu ildə şəhərin adı olaraq bir çox variant arasından seçildi.Herzliya adı da digər variantlardan biri olmuşdur.
Vaiz Qəzvini
Molla Rəfiəddin Məhəmməd Vaiz Qəzvini — Azərbaycanın Səfəvi dövründə şair. azərbaycan və fars dillərində şer yazıb. Bu şair 1027 Hicri-qəməridə Qəzvinin Səfiabad kəndində anadan olub və 1089 Hicri-qəməridə vəfat etmişdir.
VİM-Avia
"VİM-Avia" (rus. «ВИМ-Авиа») — Rusiyanın ən böyük aviaşirkətlərindən biri. 24 təyyarəsi olan aviaşirkət 30 məntəqəyə uşuşlar həyata keçirərək, illik ortalama 1,6 milyon sərnişin daşıyır. 2017-ci ilin sentyabr ayında əlavə vəsait olmadan fəaliyyəti davam etdirə bilmədiyi üçün "VİM-Avia" müflis olduğunu elan edib və satışa çıxarılıb.
Avis sülaləsi
Avis sülaləsi (port. Casa de Avis) — Portuqaliya kralları sülaləsi (1385–1580). Burqundiya sülaləsinin yan qolu və beləliklə də Kapetinqlər sülaləsi ilə əlaqəli olmuşdur. Sülalənin banisi I Juan, kral I Pedronun zadəgan qalisiyalı zadəgan Teresa Lourensodan olan qeyri-qanuni oğludur. Juan 14 avqust 1385-ci ildə Aljubarrote döyüşündə I Xuanı məğlub etmiş və hakimiyyətini təsdiqləmişdir.
Braqalı Avit
Braqalı Avit (lat. Avitus Bracarensis) — Portuqaliya ədəbi keşişi. O, Braqa kilsəsində keşişlik edir. Avqustinlə məsləhətləşmək və Pelagi qarşı tapılan 415-ci ildə Yerusəlim şurasında iştirak etmək üçün səyahət etmişdir. O, 415-ci ildə Yerusəlim yaxınlığında Müqəddəs Stefanın məqbərəsinin möcüzəvi şəkildə tapılması haqqında birinci şəxsdən hesabın latın dilində tərcüməsini hazırlaması ilə tanınır.
Edessalı Aviv
Edessalı Aviv (təq. 307 – 322) — xristian diakon. O, Roma imperatoru Lisinin hakimiyyəti dövründə Edessada əzabkeş olmuşdur. == Həyatı == Aviv təqribən b.e. 307-ci ildə Romanın Osroena vilayətində yerləşən Edessada (indiki Şanlıurfa, Türkiyə) anadan olmuşdur. O, diakon təyin edilmiş və imperator xristianlığı canfəşanlıqla yaydığına görə Avivin həbs edilməsini əmr etmişdir. Aviv axtarış zamanı heç bir xristianın əziyyət çəkməsini istəməyərək cəlladlarının qarşısına çıxmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Holweck, F. G. A Biographical Dictionary of the Saints. St. Louis, MO: B. Herder Book Co.
Nekresili Aviv
Nekresili Aviv (gürc. აბიბოს ნეკრესელი, abibos nek'reseli; VI əsr – Mtsxeta) — Gürcüstanın on üç aysor həvarisindən biri və Nekresi yepiskopu. O, Zedazenili İoannın rəhbərliyi ilə Gürcüstana gəlmişdir. Aviv yepiskop kimi fəaliyyətinə Kaxetiyanın şərq regionundakı təpələrdə yerləşən kənddə başlamışdır. "Kartli həyatı" salnaməsinə görə o, xristianlığı təkcə gürcülər arasında deyil, həm də didolar kimi dağ tayfaları arasında yayırdı.O zaman Şərqi Gürcüstanda Sasani hakimiyyətinin bərqərar olmuşdu. Onların əsas dini zərdüştilik idi. Rəvayətə görə, Aviv müqəddəs zərdüşti alovunu su ilə söndürmüşdür. == İstinadlar == == Əlavə ədəbiyyat == Holweck, F. G. A Biographical Dictionary of the Saints. St. Louis, MO: B. Herder Book Co.