Avaz Otar
Avaz Otar (15 avqust 1884, Xivə — 1919, Xivə) — özbək şairi.
Avaz Otar 1884-cü ilin avqust ayında Xivədə dünyaya gəlmişdir. Atası, sənət və ədəbiyata olan həvəsi səbəbiylə zamanında olduqca tanınmış bir şəxs idi. "Bərbərlik etməsi səbəbiylə xalq arasında "Usta Otar" ünvanı ilə anılmaqda və zamanının öndə gələn sənətçi və elm adamlarıyla yaxın münasibətlər qurmaqdaydı. Onun evində əsasən Agəhi, Kamil Xarəzmi, Mütrib Xanəxarabi, Bəyani və başqa şairlərin iştirakıyla ədəbi sohbətlər aparılırdı.
Bu məclislərdə təbii ki, gənc Avaz da iştirak etməkdəydi."
Bu ədəbi söhbətlər daha o yaşlarda Avaz Otarın təqip edəcəyi yolu böyük ölçüdə təyin etmişdi. Onun ədəbiyata olan ilgisi uşaq deyilə biləcək yaşlarda başlamışdı. Avaz Otarın mədrəsə təhsili aldığı illərdə ədəbiyata olan ilgisi daha da artmışdı. "Avazın ədəbiyata olan həvəsi çox erkən yaşlarda başlayıb, mədrəsədə oxuduğu illərdə şərq ədəbiyatının seçkin təmsilçilərindən Hafiz Şirazi, Əbdürrəhman Cami , Lütfi və Əlişir Nəvailərin əsərləri ilə yaxından tanış oldu və onlardan təsirlənib eşq şeirləri yazmaya başladı."
On dörd yaşında şeirlər yazmağa başlayan Avaz Otar, on səkkiz yaşına çatdığında xalq arasında artıq tanınır olmuşdu. Onun lirik şeirləri, sazəndə və xanəndələr tərəfindən bəstələnib söylənməyə başlandı.