Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağakar
Ağakar — Tiflis quberniyasının Borçalı qəzasında dağ adı. == Toponimkası == Azərbaycan dilində Ağa (şəxs adı ya titul) və türk dillərində qar "alınmaz (sıldırım mənasında) qaya" sözlərindəndir. Cənubi Qafqazda bir sıra qaya və dağ adlarında qar (kar) sözünü erməni tədqiqatçıların erməni dilində kar — "daş", "qənbər", "qaya" sözü hesab edərək nə vaxtsa oralarda ermənilərin yaşadıqlarını yazmaları tamamilə səhvdir. Azərbaycanda ikinci komponenti qar, kar sözündən ibarət çoxlu dağ adı vardır: Buzuduxqar (Kəlbəcər rayonu), Kəçələqar (yenə orada) Qoşqar, Qoşunaqar (Gədəbəy rayonu), Qoşunkar (Oğuz rayonu), Ləzgiqar (Şəmkir rayonu), Lölükqar (Daşkəsən rayonu), Çinqar (Xanlar rayonu), Çoxqar (Şəki rayonu), Şıxqar (Kəlbəcər rayonu), İnqar (İsmayıllı rayonu) və s. XIX əsrda Borçalı bölgəsində Babakar, Yastıqar, Əyriqar, Tünkar, Qazax qəzasında Siskar və Şarkar dağ adları vardı. Qazaxıstanda Zanqar, Türkmənistanda Qızılqar və b. dağ adları da bu sıraya aiddir. Ola bilsin oronim ərəbcə əxi (Sufi ordeninə mənsub dərviş və s.) və qar "mağara" sözlərindən ibarətdir.
Ağaların əxlaqı və qulların əxlaqı
Ağaların əxlaqı və qulların əxlaqı (alm. Herren- und Sklavenmoral‎) ― alman filosofu Fridrix Nitsşenin əsərlərində, xüsusən də "Əxlaqın genealogiyası" (1887) əsərində toxunduğu mövzulardan biri. Nitsşe əxlaqın iki əsas növünün olduğunu iddia edir: "ağa əxlaqı" və "qul əxlaqı". Qul əxlaqına sahib insanlar xeyirxahlığa, təvazökarlığa və mərhəmətə, ağa əxlaqına sahib insanlar isə qürur, güc və nəcibliyə dəyər verir. Ağa əxlaqı, əməlləri törədəni nəticələrinin yaxşı və ya pis olmasına görə qiymətləndirir. Qul əxlaqı isə əməlləri yaxşı və ya pis niyyətə görə qiymətləndirir. Ağa əxlaqı və qul əxlaqı insan emosiyalarını nəzərə almır. Nitsşe əxlaqın bəşər mədəniyyətinin müəyyən bir növünün formalaşmasından ayrılmaz olduğunu müdafiə edirdi. Mədəniyyətin dili, onun kod və təcrübələri, mədəni təcrübə və institutlar bu iki əxlaq quruluşunun mübarizəsindən yaranır.
Bəy və ağaların hüquqları haqqında 1846-cı il 6 dekabr reskripti
1846-cı il reskripti - Çar Rusiyasında Azərbaycanlı bəy və ağaların torpaq hüququnu təsdiq edən sərəncamdır. == Sərəncamın məzmunu == Mixail Vorontsovun Qafqaz canişini təyin edildikdən sonra qarşısında duran əsas məqsədlərdən biri ali müsəlman silkinin hüquqlarının qaydaya salınması idi. Qəbul edilmiş əvvəlki qərarlara etitaz hakimiyyəti güzəştə getməyə vadar etdi Uzun müddət davam edən hazırlıq işlərindən sonra sərəncam hazırlandı. Nəhayət 6 dekabr 1846-cı ildə I Nikolay bəy və ağaların hüquqları haqqında reskript imzaladı. 12 maddədən olan sərəncamda on maddə bəy və ağaların torpaq hüququna, iki maddə isə feodal-kəndli münasibətlərinə aid idi. Bu reskriptdə ilk dəfə bəy və ağalara məxsus torpaqların irsi mülkiyyəti kimi qəbul edilirdi. Mülk, mülki-xalisə torpaqları ilə yanaşı tiyul torpaqlarıda rəsmən bəylərin mülkiyyəti elan olunurdu. İrsi istifadəyə verilən torpaqlar alqı-satqıya qoyula, bəxşiş edilə bilərdi. Lakin bəy və ağa torpaqları özgə silklərə keçə bilməzdi. Bu reskript feodala kəndlilər arasında qayda-qanun yaratmaq və onlar üzərində polis idarə üsulunu həyata keçirmək hüququ verilirdi.