Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aksiya
Aksiya (alm. Aktion; Handlung‎; fr. Action; ing. Action; activity; ərəb. فؼم‎) – hərəkət, fəaliyyət. Aksiya elə bir hərəkətdir ki, insanın hər hansı bir xarici səbəblə deyil, birbaşa istəkdən qaynaqlanır. Aksiyaların arxasında müstəqil iradə dayanır. Aksiya kəlməsi müasir sosioloji anlam kimi daha geniş mənalarda işlənməkdədir. İnsanların toplaşaraq hər hansı bir məkanda planlayaraq keçirdikləri kütləvi etiraz nümayişləri ilə eyni mənada da işlədilir.
Kaşiva
Kaşiva (yap. 柏市) — Yaponiyanın Kanto regionunda yerləşən Çiba prefekturasının şimal-qərbində şəhər.
Maksimal mümkünlük
Maskimal mümkünlük metodu – verilən nəticələri hər hansı bir riyazi modelə uyğunlaşdırmaq üçün tətbiq edilən maksimallaşdırma üsulu. Bu metod 1912–1922-ci illər arasında İngilis statisti Ser R. A. Fişer tərəfindən kəşf edilmişdir.
Stefan Skşıvan
Stefan Skşıvan (pol. Stefan Skrzywan; 22 iyun 1876, Odessa, Xerson quberniyası – 1 oktyabr 1932, Polşa) — Azərbaycan polyaklarından olan məşhur mühəndis. Stefan Skşıvan 22 iyun 1876-cı ildə Ukraynanın Odessa şəhərində anadan olmuşdur. Ali təhsilini Sankt-Peterburqda Texnologiya İnstitutda almışdır. 1900-cu ildə Skşıvan ali təhsilini bitirmiş və mühəndis-texnoloq diplomunu almışdıdır.
Öndər Aksakal
Öndər Aksakal (1960, Antalya ili) — inşaat mühəndisi və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Öndər Aksakal 1960-cı ildə Antalya ilində anadan olub. Səlcuq Universiteti Memarlıq Bölməsindən məzun olub. 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonra həbs edilib və 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası, həmçinin 15 il müddətinə siyasi fəaliyyətlə məşğul olmaq qadağası alıb. Uzun illər Aydın ilində mühəndis, inşaat - podratçılıq, turizm, nəqliyyat və LPG sahələrində çalışıb. 2003-cü ildə DSP Aydın il şöbəsinin sədri, 2004-cü ildə isə DSP Məclisinin üzvü seçilib. 2009-cu ildə DSP sədrinin müavini vəzifəsində çalışıb. 2015-ci ildən isə DSP sədridir. 2023-cü il mayın 14-də DSP namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından İstanbul ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. İngiliscə bilir.
Maksimal külək sahələri
== Külək == Külək — havanın üfüqi istiqamətdə hərəkəti. Külək nəticəsində istilik və rütubət bir sahədən digərinə aparılır. Barik qradiyentin təsiri altında əmələ gələn külək təzyiq yüksək olan sahədən təzyiq aşağı olan sahəyə doğru əsir, istiqaməti və sürəti ilə səciyyələnir. Havanın kütləsinin yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkətinə külək deyilir. Külək çox vaxt əsdiyi cəhətin adı ilə adlanır. Küləyin güc və istiqamətini flüger cihazı ilə, sürətini (m/san və ya km/saat) isə anemometrlə təyin edirlər. Küləyin gücü sürəti ilə düz mütənasibdir. Küləyin rumblar üzrə təkrarlanmasına "külək gülü" deyilir. Külək gülünə görə hakim küləyi təyin etmək olar. Küləyin əsdiyi təzyiq qurşaqları arasında təzyiq fərqi nə qədər böyük və mərkəzlər bir-birinə nə qədər yaxın olarsa, külək də bir o qədər güclü əsər.
Maksimal mümkünlük metodu
Maskimal mümkünlük metodu – verilən nəticələri hər hansı bir riyazi modelə uyğunlaşdırmaq üçün tətbiq edilən maksimallaşdırma üsulu. Bu metod 1912–1922-ci illər arasında İngilis statisti Ser R. A. Fişer tərəfindən kəşf edilmişdir.
Aksiya rol oyunu
Döyüş rol oyunu, Ekşen rol oyunu (ing. Action role-playing game, Action RPG, Action-RPG) və ya ARPO (ing. ARPG) — rol-pleyinq və aksiya elementlərinin birləşdiyi rol videooyunu altjanrı. Belə oyunlar növbə-əsaslı və menyu-əsaslı döyüş yerinə, gerçək-zamanlı döyüşə vurğulanırlar. Başqa bir sözlə, ənənəvi rol oyunlarında oyunçunun döyüş vəziyyətində müvəffəqiyyətli olması onun idarə etdiyi personajın şəxsi xüsusiyyətlərindən asılıdır, döyüş rol oyunlarında isə bu, oyunçunun öz təcrübəsi və sürətindən də asılı olur. Bu cür oyunlar adətən hack and slash və atıcı oyunlarına bənzər bir döyüş sistemindən istifadə edirlər. Üslub baxımından, altjanr hack and slash oyunlarını xatırladır, fəqət bu oyunlar süjet xəttinə və personajlara daha çox diqqət yetirir. Hack and slash oyunlarında oyunçu əsasən tək bir personajı idarə edir və bütün vurğu döyüş sistemində olur, döyüş rol oyunlarında isə çoxlu dialoq olur. Döyüş rol oyunları RPG mexanikaları və tapşırıq sistemi olan döyüş-macəra oyunları və ya gerçək-zamanlı döyüş sistemindən istifadə edən kütləvi çoxnəfərli rol-pleyinq oyunları ("MMORPG"lər) ilə səhv salına bilərlər.
Sabahattin Kudret Aksal
Sabahattin Kudret Aksal (25 aprel 1920 və ya 1920, Konstantinopol – 19 aprel 1993 və ya 1993, İstanbul) — şair, ssenarist və yazar. 1937-ci ildə "Işık Lisesin"dən məzun oldu.1943-cü ildə İstanbul Universiteti nin Ədəbiyyat Fakültəsi Fəlsəfə Bölümünü bitirdi.1943–1948 illər arasında İstanbul'da müxtəlif ali məktəblərdə fəlsəfə dərsləri verdi. 1950-ci ildə qısa bir müddət iş müfəttişliyi icra etdi. İstanbul Konservatoriya Müdirlüyü, bələdiyyə yazı işləri müdirlüyü, bələdiyyə iqtisad müfəttişliyi vəzifələrində çalışdı. 1961-ci ildə Şəhər Teatrının Müdirü oldu. Bələdiyyə Konservatoriyası Estetik Və Psixoloji müəllimliyindən təqaüdə çıxdı. İlk şeiri 1938-ci ildə "Varlıq" dərgisində, ilk hekayəsi 1940-cı ildə "Küllük" dərgisində çıxdı. İlk oyunu "Evin Üstündəki Bulud" 1948-ci ildə oynandı. 1940-cı illərdə yeni ədəbiyyatlar içində yer aldı. 1976-cı ildən sonra isə isə dildə dərinlik arayışına başladı.
Aksiya rol-pleyinq oyunu