Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Demet Akalın
Demet Akalın (23 aprel 1972, Gölcük[d], Kocaeli ili) — Türkiyəli pop müğənni, aktrisa ve maneken . == Həyatı == Demet Akalın 1972-ci ildə Türkiyənin Kocaeli vilayətinin Gölcük kəndində anadan olub. == Karyerası == == Modellik karyerası == 1990-cı ildə keçirilən gözəllik müsabiqəsində qalib gəlib. Altı il modellik biznesində çalışmışdır. == Müğənnilik == 1996-cı ildə ilk albomu işıq üzü görüb.
Demet Akalin
Demet Akalın (23 aprel 1972, Gölcük[d], Kocaeli ili) — Türkiyəli pop müğənni, aktrisa ve maneken . == Həyatı == Demet Akalın 1972-ci ildə Türkiyənin Kocaeli vilayətinin Gölcük kəndində anadan olub. == Karyerası == == Modellik karyerası == 1990-cı ildə keçirilən gözəllik müsabiqəsində qalib gəlib. Altı il modellik biznesində çalışmışdır. == Müğənnilik == 1996-cı ildə ilk albomu işıq üzü görüb.
Besim Ömər Akalın
Besim Ömər Akalın (türk. Besim Ömer Akalın; 1 iyul 1862 – 19 mart 1940, Ankara) — Türk tibb professoru, elm adamı, millət vəkili. == Həyat və fəaliyyəti == Atası Ömər Şevki Paşa, ilk Osmanlı "Məclis-i Mebusan"ında (Milli Məclis) Sinop şəhərinin millət vəkili idi; anası Afifə xanım isə Yaşar Paşanın qızı idi. İlk təhsilini Priştina şəhərində almışdır. Orta təhsilinə Kosova Mülki Rüştiyyəsində başlamış, Kuleli Tibbi məktəbində tamamlamışdır. Ali təhsilini Məktəb-i Tibbiyə-i Şahanədə hərbi tələbə kimi təhsil almış və bütün kurslarda birinci olaraq 1885-ci ildə bitirmişdir. Bir müddət hərbi həkim kimi Yunanıstan sərhəddində işləmişdir. Daha sonra xəstəliyə yaxalandıqdan sonra İstanbula qayıtmış və Tibb məktəbinin doğum klinikasında Mehmet Vahid bəyin yanında müəllim köməkçisi işləmişdir. Magistr təhsili üçün Parisə göndərildi və təhsilini Çarti Xəsətəxanasında Prof.Dr. Budin və Prof.Dr.
Şükrü Haluk Akalın
Şükrü Haluk Akalın (22 yanvar 1956, Adana) — 15 aprel 2001-ci ildən 12 yanvar 2012-ci il tarixinə qədər Türk Dilləri Dərnəyinin prezidenti vəzifəsini icra etmişdi. Qurumda keçirilən mətbuat konfransında Akalın vəzifəsindən könüllü olaraq xitam verildiyini və Hacettepe Universitetində müəllim vəzifəsinə qayıtdığını bildirdi. İlk və orta təhsilini Adanada bitirdikdən sonra İstanbuldakı liseydə təhsilini davam etdirmişdi.. Orta məktəb illərində Son Havadis və Yeni İstanbul qəzetlərində müxbir olaraq çalışmışdır. 1979-cu ildə İstanbul Universiteti Ədəbiyyat fakültəsinin "Türk dili və ədəbiyyatı" şöbəsini bitirdikdən sonra doktorantura təhsilini eyni şöbədə davam etdirmişdi. 1987-ci ildə doktorluq dissertasiyasını Saltuk-adı I (İcmal — Mətn) adlı tezisi ilə almışdır. 1989-cu ildə Çukurova Universiteti Fən-Ədəbiyyat Fakültəsi "Türk dili və Ədəbiyyatı" kafedrasına dosent təyin edildi. Eyni bölmədə 1990-cı ildə Türk Dili dosenti və 1996-cı ildə professorluq adını qazanmışdı. Çukurova Universitetində Türk dili kafedrasının müdiri vəzifəsində, Eyni Universitetin Türkoloji Araşdırma Mərkəzinin direktoru vəzifəsini də icra etmişdi. 1995-ci ildə rəsmi qəzetdə 15 aprel 2001-ci ildə dərc edilmiş üçtərəfli sərəncamla Elmi Komitənin baş üzvü seçildi və Türk Dili Birliyinin prezidenti təyin edildi.
Akantit
Akantit — mineral, Ag2 S == Haqqında == Monoklinik. Aşağı temperaturlu modifikasiya. Habitus priz­ma­tik. Aqreqat: torpaqvari, ağacabənzər, sapvari. Argentit üzrə paramorfozlar. Qara. Sərtliyi 2-2,5. Xüsusi çəkisi 7,24. Hidrotermal, 179° C-dən aşağı temperaturda əmələ gəlir. Pb-Zn yataqlarında argentitlə birlikdə.
Akasetin
Akasetin — PubCom ID 5280442 ilə kimyəvi bir birləşmədir. Molar kütləsi 284 ۶ 26 g / mol təşkil edir.
Akalif
Akalif (lat. Acalypha) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Acalypha abingdonii Seberg Acalypha acapulcensis Fernald Acalypha accedens Müll.Arg. Acalypha acerosa Cardiel (təsdiq olunmamış növ) Acalypha acrogyna Pax Acalypha acuminata Benth. Acalypha adenostachya Müll.Arg. Acalypha alchorneoides Rusby Acalypha alexandri Urb. Acalypha aliena Brandegee Acalypha allenii Hutch. Acalypha alnifolia Klein ex Willd. Acalypha alopecuroides Jacq. Acalypha ambigua Pax Acalypha amblyodonta (Müll.Arg.) Müll.Arg.
Leonid Abalkin
Leonid İvanoviç Abalkin (rus. Леони́д Ива́нович Аба́лкин 5 may 1930, Moskva – 2 may 2011, Moskva) — Rusiya iqtisadçısı, Rusiya Elmlər Akademiyasının akademiki (1991; 1987-ci ildən SSRİ Elmlər Akademiyasının akademiki), 1986-cı ildən Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, 1989–1991-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin müavini. == Həyatı == Leonid İvanoviç Abalkin 5 may 1930-cu ildə SSRİ-də, Moskva şəhərində anadan olmuşdur. 1952-ci ildə Georgi Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1952-ci ildən Kalininqrad vilayətinin Qusev şəhərində kənd təsərrüfatı texnikumunda dərs demiş, direktoru olmuşdur. 1958-ci ildən Moskva Dövlət İqtisadiyyat İnstitutunun aspirantı olmmuşdur. 1961-ci ildən Georgi Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda assistent, müəllim, dosent, 1966-cı ildən siyasi iqtisad kafedrasının müdiri kimi çalışmışdır. 1976–1985-ci illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasında professor və siyasi iqtisad kafedrasının müdiri olmuşdur. 1985-ci ildən İqtisadiyyat İnstitutunun direktoru. 1984-cü ildən SSRİ Elmlər Akademiyasının müxbir üzvü, 1988–1990-cı illərdə SSRİ Elmlər Akademiyası Rəyasət Heyətinin üzvü.
Ağalın monasa
Ağalın monasa (lat. Monasa morphoeus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin qulələklər fəsiləsinin monasa cinsinə aid heyvan növü.
Ağalın susüpürən
Ağalın susüpürən (lat. Sterna striata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Jan Kalvin
Jan Kalvin (10 iyul 1509, Nyayon[d], Fransa krallığı – 27 may 1564, Cenevrə, Cenevrə Respublikası[d]) — XVI əsrin məşhur din islahatçısı, Kalvinizm təriqətinin banisi. == Həyatı == === Gəncliyi === 10 iyul 1509-cu ildə Fransanın Pikardiya əyalətinin Nuayon şəhərində vəkil ailəsində doğulmuşdur. Jan əvvəlcə keşiş olmaq arzusuna düşmüş, lakin ixtisasca hüquqşünas olan atasının təkidi ilə on dörd yaşında Parisə hüquq təhsili almağa yollanmışdır. Burada on səkkiz yaşınadək kilsədə vaiz vəzifəsində çalışmışdır. Təhsilini təkmilləşdirmək üçün Parisdən Orleana, oradan da Burja getmişdir. Burada məşhur hüquqşünas Andrea Alsianın rəhbərliyilə Roma hüququnu öyrənmişdir. Başqa bir müəllim Melxior Volmardan isə humanitar elmlər üzrə təhsil almışdır. Atasının vəfatından sonra hüquq təhsilini yarımçıq qoyaraq Nuayona qayıtmış, oradan da Parisə dönmüşdür. === Protestanizmə qoşulması === Müəllimi Volmarın məsləhəti ilə ilahiyyat təhsilini almış və ilk elmi əsərini- Senekanın "Mülayimlik haqqında" traktatına şərh yazmışdır. Təxminən həmin dövrdə protestantlığı qəbul etmişdir.
Kalvin Fillips
Kalvin Mark Fillips (2 dekabr 1995, Lids) – İngiltərə Premyer Liqasında çıxış edən "Mançester Sitinin" futbolçusu. == Karyerası == === Lids Yunayted === "Lids Yunayteddə" ilk matçına 6 aprel 2015-ci ildə keçirilən "Vulverhempton"-"Lids Yunayted" matçında çıxıb. Matç "Vulverhemptonun" 4–3 hesablı qələbəsi ilə başa çatıb. "Lids Yunayteddə" ilk qolunu 11 aprel 2015-ci ildə keçirilən "Lids Yunayted"-"Sardiff Siti" matçının 17-ci dəqiqəsində vurub. Matça start heyətdə başlayan Fillips 65-ci dəqiqədə əvəzlənib. Matç "Sardiff Sitinin" 1–2 hesablı qələbəsi ilə başa çatıb. 4 iyul 2022-ci ildə "Lids Yunayteddən" ayrıldı. === Mançester Siti === 4 iyul 2022-ci ildə "Mançester Siti" ilə rəsmi müqavilə imzaladı. "Mançester Sitidə" ilk matçına 21 iyul 2022-ci ildə keçirilən "Mançester Siti" — "Amerika" matçının 46-cı dəqiqəsində çıxıb. Matç "Mançester Sitinin" 2–1 hesablı qələbəsi ilə başa çatıb.
Kalvin Kulic
Con Kalvin Kulic (ing. John Calvin Coolidge, Jr.; 4 iyul 1872, Plimut, Vermont, ABŞ — 5 yanvar 1933, Northempton, Massaçusets, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 30-cu prezidenti (1923–1929) və 29-cu vitse-prezidenti (1921–1923).
Kalvin Remsi
Kalvin Vilham Remsi (31 iyul 2003, Aberdin) – İngiltərə Premyer Liqasında çıxış edən Liverpulun futbolçusu. == Karyerası == === Aberdin === Aberdinin heyətində ilk matçına 20 mart 2021-ci ildə keçirilən Dundee Yunayted-Aberdin matçının 90+1-ci dəqiqəsində çıxıb.Matç Dundee Yunaytedin 1–0 hesablı qələbəsi ilə başa çatıb.Aberdində ilk qolunu 2 aprel 2022-ci ildə keçirilən Dundee-Aberdin matçının 41-ci dəqiqəsində vurub. Matçın 78-ci dəqiqəsində əvəzlənib. Matç 2–2 hesablı heç-heçə ilə başa çatıb.19 iyun 2022-ci ildə Aberdindən ayrıldı. === Liverpul === 19 iyun 2022-ci ildə Aberdindən Liverpula transfer olundu.
Kartin Xorni
Karen Horni (16 sentyabr 1885[…] – 4 dekabr 1952[…], Nyu-York, Nyu-York ştatı) — alman əsilli Amerikalı psixoanalist. Neo-Freydizmə bağlı bir cərəyan olan "eqo psixologiyası"nın təmsilçilərindəndir. Z.Freyddən fərqli olaraq şəxsiyyətin və nevrozun formalaşmasında fizioloji və impulsiv güclərin təsirlərindən daha çox ərtaf mühitin təsirlərindən bəhs etmişdir. == Həyatı == K.Horninin atası kişilərin qadınlardan üstün olduğunu düşünən dindar və sərt xasiyyətli Norveç əsilli bir gəmi kapitanı idi. Atası ona peşəsinə görə rastlaşdığı fərqli mədəniyyətlər haqqında danışardı. Bu isə K.Horniyə gələcəkdə böyük təsir göstərəcəkdir. Bədbəxt bir evliliyi olan anası isə bu halından daim Karenə danışardı. Karenin uşaqlığı ailəsinin ona olan qatı münasibəti səbəbilə yaxşı keçməmişdir. Valideynləri övladları arasında ayrı seçkiliyə yol verərək qardaşını ondan üstün tuturdu. Bu səbəbdən kiçik yaşlı Karen özünə qarşı dəyərsizlik, alçaqlıq və düşmənçilik duyğuları hiss edirdi.
Katlin(cərrahiyə)
Katlin və ya Katlinq – uzun, iki tərəfli cərrahi bıçaq . 17-ci əsrdən 19-cu əsrin ortalarına qədər, xüsusən də amputasiya üçün istifadə edilmişdir; bundan sonra mexaniki idarə olunan (daha sonra elektriklə idarə olunan) mişarlar istifadə olunmağa başlandı. Cərrah William Clowes 1596-cı ildə yazılmış tibbi traktatında alət haqqında yazırdı ki, amputasiya üçün "çox yaxşı bir katlin və kəsik bıçağı" istifadə edilməlidir 1639-cu ildə cərrah John Woodall bir əsərdə "catlinge" haqqında danışdı. 1693-cü ildə İngilis donanmasının cərrahı Con Moyl düzgün amputasiya üsullarını təsvir edərkən yazırdı ki, "Katlinqinizlə əti və damarları sümüklərin ətrafında və arasında bölün və katlinqinizin arxası ilə periosteumunu çıxarın ki, bu, sümüklərin işləməsinə mane olmasın. gördü, nə də əməliyyatda daha böyük əzablara səbəb ola bilməz". Daha sonralar bu terminin sümüklərarası bıçağa aid olduğu anlaşıldı.
Katlin (cərrahiyə)
Katlin və ya Katlinq – uzun, iki tərəfli cərrahi bıçaq . 17-ci əsrdən 19-cu əsrin ortalarına qədər, xüsusən də amputasiya üçün istifadə edilmişdir; bundan sonra mexaniki idarə olunan (daha sonra elektriklə idarə olunan) mişarlar istifadə olunmağa başlandı. Cərrah William Clowes 1596-cı ildə yazılmış tibbi traktatında alət haqqında yazırdı ki, amputasiya üçün "çox yaxşı bir katlin və kəsik bıçağı" istifadə edilməlidir 1639-cu ildə cərrah John Woodall bir əsərdə "catlinge" haqqında danışdı. 1693-cü ildə İngilis donanmasının cərrahı Con Moyl düzgün amputasiya üsullarını təsvir edərkən yazırdı ki, "Katlinqinizlə əti və damarları sümüklərin ətrafında və arasında bölün və katlinqinizin arxası ilə periosteumunu çıxarın ki, bu, sümüklərin işləməsinə mane olmasın. gördü, nə də əməliyyatda daha böyük əzablara səbəb ola bilməz". Daha sonralar bu terminin sümüklərarası bıçağa aid olduğu anlaşıldı.
Makaley Kalkin
Makaley Kalkin (ing. Macaulay Culkin; 26 avqust 1980, Nyu-York, ABŞ) — amerikalı aktyor. 1990-cı illərin ən uğurlu uşaq aktyorlarından biri hesab olunur. Kalkin evdə tək filmlərində (1990 və 1992) canlandırdığı Kevin Makkalister obrazı ilə şöhrət qazanmışdır. İlk filmə görə o, "Qızıl Qlobus" mükafatına namizəd olub. O, 2021-ci ildə "Amerikan qorxu hekayəsi" teleserialının onuncu mövsümünə çəkilmişdir. Makaleyin aktyor olan iki qardaşı var: Kiran və Rori. == Həyatı == Tam adı Makaley Karson Kalkin olan aktyor 1980-ci il 26 avqust tarixində Nyu-Yorkda dünyaya gəlib. Anası Patrisiya Bantrap telefon operatoru idi, atası Kit Kalkin isə əyalət aktyoru olub. Bir müddət sonra oğlunun meneceri kimi çalışıb.
Melvin Kalvin
Melvin Ellis Kalvin (8 aprel 1911[…], Sent-Pol – 8 yanvar 1997[…], Berkli, Kaliforniya) — 1961-ci ildə Kalvin dövrünü kəşf etməklə Kimya üzrə Nobel mükafatına layiq görüldüyü Endryu Benson və Ceyms Basşamla birlikdə tanınan amerikalı biokimyaçı. Karyerasının böyük hissəsini Berkli Kaliforniya Universitetində keçirib. Kalvin Minnesota ştatının Sent-Pol şəhərində Rusiya imperiyasından gələn yəhudi mühacirlər Elias Kalvin və Rouz Hervitsin ailəsində dünyaya göz açıb. O, uşaq ikən ailəsi Detroitə köçən Kalvin 1928-ci ildə burada orta məktəbi bitirir. Melvin Kalvin 1931-ci ildə Miçiqan Texnologiya Universitetində ali təhsilinin bakalvr pilləsini bitirdikdən sonra,1935-ci ildə kimya üzrə fəlsəfə doktorluğu elmi dərəcəsini Minnesota Universitetində qazanır. Növbəti dörd ili Mançester Universitetində postdoktorluq işinə həsr edir. 1942-ci ildə Meri Geneviv Cemtiqard ilə evlənən Kalvinin bu nikahdan iki qızı və bir oğlu dünyaya gəlir. 1937-ci ildə Berkli Kaliforniya Universitetində çalışmağa başlayan Kalvin 1947-ci ildə kimya professoru vəzifəsinə yüksəlir. Karbon-14 izotopundan istifadə edən Kalvin, Endryu Benson və Ceyms Basşam karbonun atmosfer karbon dioksidi kimi udulmasından karbohidratlara və digər üzvi birləşmələrə çevrilməsinə qədər fotosintez zamanı bitki vasitəsilə keçdiyi tam marşrutun xəritəsini tərtib etdilər.. Bunu etməklə, Kalvin, Benson və Basşam günəş işığının əvvəllər güman edildiyi kimi karbon dioksiddən çox, üzvi birləşmələrin istehsalını dəstəkləmək üçün bitkidəki xlorofillə təsir etdiyini göstərdi.
Rori Kalkin
Rori Kalkin (ing. Rory Culkin; 21 iyul 1989, Nyu-York, Nyu-York ştatı) — ABŞ aktyoru. Onun hər iki böyük qardaşı da aktyordur: Makaley Kalkin və Kiran Kalkin. Rori Hyu Kalkin 21 iyul 1989-cu ildə Nyu-York şəhərində anadan olub. O keçmiş brodvey aktyoru Kit Kalkinin ailəsində dünyaya gələn yeddi uşağın ən kiçiyidir. Rorinin bibisi aktrisa Bonnie Bedelia-dır.
Alev Altın
Altın Asır
Altın Asır futbol klubu (türkm. Altyn Asyr) — Türkmənistanın Aşqabad şəhərini təmsil edən peşəkar futbol klubu. 2014-cü il mövsümündə Türkmənistan çempionatının çempionu olmuşdur.
Altın Gün
Altın Gün, üzvləri holland və türklərdən ibarət Anadolu rok ve psixodelik folk qrupudur. Qrup 2016-cı ildə Hollandiyanın Amsterdam şəhərində basist Jasper Verhulst tərəfindən yaradılmışdır. Debüt albomları olan On 2018-ci ildə Bongo Joe Records tərəfindən yayımlandı. 2019-cu ildə isə "Gece" alobumunu buraxdılar və Grammy Mükafatına namizəd oldular. 60 və 70-ci illərin türk müsiqisini ifa edən bu qrup AllMusic tərəfindən hazırlanan "2019-un Ən Yaxşıları" siyahısına daxil edilib. Qrupun ilk Amerika turu isə 2019-cu ilin ortalarında başlayıb. == Diskoqrafiya == === Albomlar === On (2018) Gece (2019) Yol (2021) === Sinqllar === "Goca Dünya" / "Kırşehir'in Gülleri" (2017) "Tatlı Dile Güler Yüze" / "Hababam" (2018) "Cemalim" / "Vay Dünya" (2018) "Süpürgesi Yoncadan" (2019) "Gelin Halayı" / "Dıv Dıv" (2019) "Ordunun Dereleri" / "Bir Of Çeksem" (2020) "Yüce Dağ Başında" (2021) "Kısasa kısas" (2021) == İstinadlar == == Xarici keçidlər == "INSIDE THE WORLD OF ALTIN GÜN". All Things Loud. 30 iyul 2018. "KEXP at Trans Musicales: Altın Gün".
Katın qırğını
Katın qətliamı — 1940-cı ilin aprel və may ayları aralığında SSRİ Xalq Daxili İşlər Komissarlığına bağlı qüvvələr tərəfindən 22000 polyak zabit və ziyalısının kütləvi şəkildə qırılması hadisəsi. Qətliamın Kalinin, Xarkov və başqa şəhərlərdə yerləşən həbsxanalarda da törədilməsinə baxmayaraq aşkar edilən ilk kütləvi məzarlar Katın meşəsində olduğu üçün qətliam Katın adını almışdır. Qətliam SSRİ Xalq Daxili İşlər Komissarlığının rəhbəri Lavrenti Beriyanın əsir götürülən bütün polyak zabit və ziyalıların edam edilməsi təklifinin İosif Stalinin rəhbərliyindəki Sov.İKP MK Siyasi Bürosunun təsdiqləməsindən sonra başladı. Öldürülənlərin 8000 nəfəri Polşanın 1939-cu ildə işğalı vaxtı əsir götürülən zabitlər, 6000-i polis zabitləri, 8000 nəfəri isə SSRİ-nin kəşfiyyatçı, mülkədar, təxribatçı, fabrik sahibi, rahib və vəkil olaraq qəbul etdiyi polyak ziyalıları idi. Polşa ordusunun zabit qrupu və ziyalılar çoxmillətli idi və öldürülənlər arasında polyaklarla yanaşı, ukrayın, belarus və aralarında Polşa yəhudi icmasının baş ravvini olan Baruç Steynberqin də olduğu yəhudilər vardı. Nasist Almaniyası 1943-cü ilin aprel ayında Katın meşəsində kütləvi məzarların kəşf edilməsi ilə bağlı ictimaiyyətə açıqlama verdi. Polşanın Londonda yerləşən mühacir hökuməti Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən tədqiqatın aparılmasını istədiyi vaxt Stalin onlarla diplomatik münasibətlərin kəsilməsi haqqında qərar qəbul etdi. SSRİ, kütləvi məzarlara görə nasistləri günahlandırdı və 1990-cı ilə qədər qırğınların SSRİ Xalq Daxili İşlər Komissarlığı tərəfindən törədilməsi faktını inkar etdi, eləcə də rəsmi şəkildə üzr istəmədi. SSRİ Baş Prokurorluğu (1990–1991) və Rusiya Federasiyası (1991–2004) tərəfindən aparılmış təhqiqatların nəticəsində SSRİ-nin qırğınlarda məsuliyyət daşıdığını təsdiqləndi. Buna baxmayaraq, hadisələri müharibə cinayəti və kütləvi qətl olaraq qəbul etməkdən imtina etdi.
İbrahim Kalın
İbrahim Qalın (türk. İbrahim Kalın, 15 sentyabr 1971, İstanbul) — Türkiyə bürokratı, diplomatı, siyasətçisi, professoru, baş nazirin xarici siyasətə cavabdeh olan baş müşaviri, Baş Nazirlik İctimai Diplomatiya Koordinatorunun ilk koordinatoru, Baş nazirlik müşaviri müavini, prezidentin baş katibinin müavini, prezident sözçüsü, Prezident yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının sədr müavini və prezidentin baş müşaviri, Milli İstihbarat Təşkilatının hazırkı rəhbəri. İbrahim Qalın 1971-ci ildə Türkiyənin İstanbul şəhərində əslən Ərzurumun İspirli rayonunda olan bir ailənin övladı olaraq anadan olmuşdur. 1992-ci ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Tarix fakültəsində bakalavr təhsilini tamamlamışdır. Malayziyada İslam düşüncəsi və fəlsəfəsi üzrə magistr təhsili, 2002-ci ildə isə Corc Vaşinqton Universitetində "Molla Sədranın Bilik Nəzəriyyəsi və Anti-Subyektivist Epistemologiyanın Mümkünlüyü" adlı dissertasiya işi ilə humanitar elmlər və müqayisəli fəlsəfə üzrə doktorluq dərəcəsi almışdır. Ailəlidir, 3 övladı var.