Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
"Atikva" ümid deməkdir
"Atikva" ümid deməkdir — qısametrajlı sənədli televiziya film. Rejissor Rahim Sadıqbəyli tərəfindən 1994-cü ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın Quba ərazisində yaşayan yəhudi əhalisindən bəhs edir. == Məzmun == Film Azərbaycanın Quba ərazisində yaşayan yəhudi əhalisindən bəhs edir. 1730-cu ildə Pirğat deyilən dağlıq hissədən bir qrup yəhudi əhalisi Quba xanı Fətəli xanın yanına gedərək, ona mürəciət edirlər ki, onlara Quba ərazisində məskunlaşmağa icazə versin. Elə o vaxtdan bu günlərə kimi yəhudilər Quba rayonunda kompakt şəklində yerləşiblər. Onlar Azərbaycanda öz icmasını qurub, Azərbaycan və İsrail dövlətlərində baş verən hadisələrdən məlumat verən "Aziz" qəzeti, yəhudi mədəniyyəti və dilini öyrədən gənclərdən ibarət təşkilat yaradıblar. Öz adət-ənənələrini öyrənməklə yanaşı, Azərbaycan yəhudiləri Azərbaycan dilini, mədəniyyətini, Azərbaycanda baş verən hadisələri böyük məmnuniyətlə öyrənirlər. Azərbaycan torpağında dünyaya gəlib fəaliyyət göstərən akademik Landau, Fizika Institutunun direktoru Esmanov, Azərbaycan xalq artisti Rahilə Ginzburqun, Toksikologiya mərkəzinin direktoru professor Eldar Qorinin adları bir çox azərbaycanlı üçün tanış və doğmadır.
"Atikva" ümid deməkdir (film, 1994)
"Atikva" ümid deməkdir — qısametrajlı sənədli televiziya film. Rejissor Rahim Sadıqbəyli tərəfindən 1994-cü ildə çəkilmişdir. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film Azərbaycanın Quba ərazisində yaşayan yəhudi əhalisindən bəhs edir. == Məzmun == Film Azərbaycanın Quba ərazisində yaşayan yəhudi əhalisindən bəhs edir. 1730-cu ildə Pirğat deyilən dağlıq hissədən bir qrup yəhudi əhalisi Quba xanı Fətəli xanın yanına gedərək, ona mürəciət edirlər ki, onlara Quba ərazisində məskunlaşmağa icazə versin. Elə o vaxtdan bu günlərə kimi yəhudilər Quba rayonunda kompakt şəklində yerləşiblər. Onlar Azərbaycanda öz icmasını qurub, Azərbaycan və İsrail dövlətlərində baş verən hadisələrdən məlumat verən "Aziz" qəzeti, yəhudi mədəniyyəti və dilini öyrədən gənclərdən ibarət təşkilat yaradıblar. Öz adət-ənənələrini öyrənməklə yanaşı, Azərbaycan yəhudiləri Azərbaycan dilini, mədəniyyətini, Azərbaycanda baş verən hadisələri böyük məmnuniyətlə öyrənirlər. Azərbaycan torpağında dünyaya gəlib fəaliyyət göstərən akademik Landau, Fizika Institutunun direktoru Esmanov, Azərbaycan xalq artisti Rahilə Ginzburqun, Toksikologiya mərkəzinin direktoru professor Eldar Qorinin adları bir çox azərbaycanlı üçün tanış və doğmadır.
Antakya
Antakya və ya tarixi azərbaycancada Əntakiyə — Türkiyənin cənubunda, Suriya sərhədinin yaxınlığında olan Hatay ilində şəhər və onun inzibati mərkəzi. == Tarixi == Əntakiyəni e.ə. 300-cü ildə Makedoniyalı İsgəndərin sərkərdəsi I Selevk Nikator salmış və atası Antioxun adını vermişdir. 1516-cı ildə türklər Əntakiyəni alandan sonra Əntakiyə adlandırılmışdır. Roma tikililərindən stadionun, yaşayış evlərinin, şəhərkənarı mozaikalı mülklərin, Asi çayı üzərindəki körpünün, 5 darvazalı Bizans divarlarının qalıqları saxlanılmışdır. Şəhərkənarı Dafnada teatr (2 əsr), qəbiristanlıq (381), Müqəddəs Pyotr mağara məbədi (4–5 əsrlər) qalmışdır. Əntakiyənin ətraf yerlərində erkən xristian xarabalıqlarından müqəddəs Semyon (541–565), Müqəddəs Varlaam (6 əsr) monastırları, islam abidələrindən Ulu Came (16 əsr), Həbib Nəcar məscidi saxlanılmışdır. Hatay arxeoloji muzeyi var. Əhalisi 352 min (2007). Asi çayı sahilindədir.
Antilia
"Antilia" (hind. एंटीलिया) — Hindistanın Mumbay şəhərində 27 mərtəbəli göydələn. Hindistan milyonçusu, dünyanın ən zəngin adamlarından biri olan Mukeş Ambani ailəsi ilə birlikdə orada yaşayır. Binanın tikintisi 2010-cu ildə sona çatmışdır. Göydələn Atlantikadakı əfsanəvi adanın şərəfinə "Antilia" adlandırılıb. "Antilia" yaranış tarixinin ən bahalı evi sayılır. Bu binanın dəyəri təxminən 2 milyard ABŞ dolları məbləğindədir. Evi ABŞ-nin memarlıq şirkəti olan "Perkins Will and Hirsch Bedner Associates" layihələşdirib. Şirkət yalnız dizayn üçün Mukeş Ambanidən 80 milyon dollar alıb. Göydələn Rixter şkalası ilə 8 ballıq zəlzələyə davamlıdır.
Antilla
Acianthera (lat. Acianthera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Antikira
Antikira (yun. Αντικύρα) — Yunanıstanda qədim Antikira şəhərinin şərqində kiçik dənizkənarı şəhər. Dəniz səviyyəsindən 2 metr hündürlükdə, Korinf körfəzinin şimal sahilində, Distomondan 7 kilometr cənub-qərbdə, Delfidən 16 kilometr cənub-şərqdə, Levadiyadan 22 kilometr cənub-qərbdə, Navpaktdan 69 kilometr şərqdə və Afinadan 106 kilometr şimal-qərbdə yerləşir. Mərkəzi Yunanıstan periferiyasında Beotiya periferik vahidində Distomon-Araxova-Andikira icmasının (dim) bir hissəsidir.
Attika
Attika — Orta Yunanıstanda, Afinanın özünün və kənd təsərrüfatı ilə məşğul olan ətraf ərazilərdən ibarət olan Afina polisinin yerləşdiyi vilayət.
Annika
Annika — qadın adı. Annika Dris — Birləşmiş Ştatları təmsil edən su poloçusu. Annika Seibel — Almaniyanı təmsil edən bədii gimnast. Annika Ljungberg — İsveç müğənnisidir.
Aniva
Aniva (rus. Ани́ва) ya da Rutaka (yap. 留多加) — Rusiya Federasiyasında yerləşən şəhər. Saxalin vilayətinin tərkibinə daxildir.
Antik
Antik və ya əntiq (lat. antikvitas - "qədimlik", "köhnəlik") — ümumi mənada müasir "qədimlik" anlayışına bərabər söz. Lakin elə həmin mənada Qədim Yunanıstan, Qədim Roma və ellin dövlətlərini də bildirir. Antik dedikdə tarixin e.ə. I minilliyin əvvəllərindən e.ə. X əsrə qədərki dövrü nəzərdə tutulur. Bu dövr XVIII əsrin əvvəllərində fransız dilində qəbul edilmiş və xüsusi bir sənət növünü nəzərdə tutur. İncəsənət tarixində bir çox tədqiqatların ortaya çıxması konsepsiyanın yunan-roma qədimliyinə zəmin yaratmasına gətirib çıxardı . == Ümumi dövrləşmə == Erkən qədimlik ( e.ə. VIII əsr — e.ə.
Antakya knyazlığı
Antioxiya knyazlığı (lat. Principatus Antiochenus) — 1098-1268-ci illərdə mövcud olmuş feodal dövləti. Knyazlığın mərkəzi indiki Antakya şəhəri idi.
Mantıka Palas
Qazi muzeyi – İlkaddım, Samsun, Məcidiyyə prospekti üzərində olan bir muzey. Mustafa Kamalın Samsuna ilk gəlişində qaldığı Mantika Palas adlı otelin bərpa edilməsi ilə 1940-cı ildə ziyarətə açılmışdır. Bina tam olaraq Məcidiyyə küçəsində, 25 pafta, 273 ada və 3 parseldə yerləşir. İki mərtəbəli olan tarixi quruluşun xarici divarları yığma kərpic, daxili bölmələri bağdadidir. == Tarixi == Muzeyin olduğu bina, bəzi mənbələrə görə Jean Ionnis Mantika , bəzi mənbələrə görə də Yanko Abacıoğlu tərəfindən 1902-ci ildə Mantika Palas adıyla otel olaraq inşa edilmişdir. 19 may 1919-cu ildə 9-cu Ordu Müfəttişi Mustafa Kamalın Samsunda olacağını bildirdiyi zaman, xidmətsiz bir otel təşkil edildi və Qazi xidmətinə verildi. Mustafa Kamal bu oteldə 25 may 1919-a qədər qaldı. Milli Mübarizədən ayrıldıqdan sonra Havzaya hərəkət etmək üçün oteldən ayrıldı. Atatürk, bu oteldə Respublikanın elanından sonra 16–18 sentyabr 1928 və 22–26 noyabr 1930 tarixləri arasında qaldı. Atatürk, son səfərində qeyd dəftərində qeyd etdi: == Muzeyləşdirilməsi == Atatürkün hər Samsuna gəlişində yerləşdiyi otel 1924-cü ildə özünə, 1938'deki ölümüylə birlikdə vəsiyyəti gərəyi Makbule Xanım 'a verilmişdir.
Annika Dris
Annika Dris (10 fevral 1992, La-Hoyya[d], Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Annika Dris, ABŞ yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İspaniya yığmasını 8:5 hesabı ilə məğlub edən ABŞ yığması, London Olimpiadasının qızıl medalına sahib oldu.
Annika Ljungberg
Annika Ljungberg (tələffüz: [ˌanːika ˈʝɵŋˈʝɵbæɹʝ], tamamilə: Karin Annika Ljungberg, eyni zamanda Mary Joe; 31 mart 1969, Stokholm) — İsveç müğənnisidir. Rednex qrupu ilə 1994-cü ildə tanınıb. == Çıxış etdiyi qruplar == Rednex "qrupu" == Rednex ilə nəşrlər == Cotton Eye Joe (1994) Old Pop in an Oak (1995) Sex and Violins (Album 1995) Wish You Were Here (1995) Wild and Free (1995) Rolling Home (1995) Riding Alone (1997) Mama Take Me Home (2006) Fe Fi (2006) Anyway You Want Me (2007) Looking for a Star (2007) Well o’ wee (2007) (feat. Ro-mania) Railroad, Railroad (2008) (feat.
Annika Seibel
Annika Seibel (30 noyabr 1983) — Almaniyanı təmsil edən bədii gimnast. == Karyerası == Annika Seibel Almaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində 4-cü pillənin sahibi olub.
Attika (periferiya)
Attika (yun. Περιφέρεια Αττικής) — periferiya, Yunanıstanın inzibati-ərazi vahidi. Yerli rəhbərliyin regional idarəsi və inzibati bölmənin bir hissəsidir. 2011-ci ildən etibarən "Kallikratis" proqramına əsasən Attikaın desentralizasiya idarəsinə daxildir. Metropol rayonu olan Afina, Yunanıstanın paytaxtı, Attikaya daxildir. 2011-ci il siyahıyaalınmasına görə əhalinin sayı 3,827,624 nəfərdir. Ərazisi — 3808.101 kvadrat kilometrdir. Sıxlıq kvadrat kilometr başına 1005.13 nəfərdir. İnzibati mərkəzi Afinadır. Ərazisinə Afina, Pirey, Şərqi Attika və Qərbi Attika nomlar daxildir.
Qriqor Antipa
Qriqor Antipa (27 noyabr 1867 – 9 mart 1944, Buxarest) — rumıniyalı Darvinist bioloq, zooloq, hidrobioloq, okeanoloq, limnoloq. Rumıniyada hidrobioloji və ixtiologiya məktəbinin qurucusu. Dunay Deltasının və Qara dənizin faunasını araşdırmışdır. Buxarest Təbiət Muzeyinin direktoru (1892-1944) və Rumıniya Akademiyasının üzvü (1910) olmuşdur. Botoşani'də bir vəkil ailəsində anadan olmuşdur. Valideynlərini Erkən itirmiş və xalası onun tərbiyəsi ilə məşğul olmuşdu. Böyük qardaşı Nikolasın köməkliyi ilə təqaüd aldı və Almaniyada Yena Universitetində təhsil almağa başladı. Məzuniyyətdən sonra Fransa, İtaliya, Kapri şəhərində tədqiqat aparıb, o, balıq və dəniz anası quruluşunu öyrənmişdir. 1892-ci ildə zoologiya kafedrasına başçılıq edir və sonra Buxarest Təbiət Tarixi Muzeyinin direktoru vəzifəsinə keçdi. Bu vəzifədə, həyatının sonuna qədər işləmişdir.
Antiqua və Barbuda
Antiqua və Barbuda — Vest-Hinddə, Karib Dənizinin şərqində, Kiçik Antil adaları arxipelaqının Küləktutan adalar qrupunda dövlət. == Ümumi məlumat == Antiqua, Barbuda, Redonda (məskunlaşmamışdır) adalarından və Antiqua adası yaxınlığındakı bir neçə xırda adadan ibarətdir. Sahəsi 443 km2 (o cümlədən Antiqua a. – 281 km2, Barbuda a. – 161 km2). Əhalisi 71,3 min (2004). Paytaxtı Sent-Cons şəhəridir (Antiqua adasında). Rəsmi dili ingilis dili, pul vahidi Şərqi Karib dollarıdır. İnzibati cəhətdən 6 icmaya və 2 qəyyumluq altında olan əraziyə (Barbuda, Redonda) bölünür. Antiqua və Barbuda BMT-nin (1981) və ADT-nin (1981) üzvüdür.
Antiqua İctimai Kitabxanası
Antiqua İctimai Kitabxanası (ing. Antigua Public Library) — Karib dənizində yerləşən Antiqua və Barbuda adalarından biri olan Antiqua adasında fəaliyyət göstərən əsas ictimai kitabxanadır. Kitabxana ölkənin ən qədim mədəni və təhsil ocaqlarından biri sayılır və ada əhalisinin oxumaq, tədqiqat aparmaq və məlumat əldə etmək ehtiyaclarını qarşılayır. İctimai kitabxana geniş çeşidli kitab kolleksiyası, eləcə də müxtəlif dövri nəşrlər, qəzetlər və audiovizual materiallar təklif edir. O, həmçinin yerli mədəni irsi qorumağa və məktəblər, tələbələr və yerli cəmiyyət üçün təhsil resursları təqdim etməyə xüsusi önəm verir. Antiqua İctimai Kitabxanası, təhsilin inkişafına və oxumaq mədəniyyətinin təşviqinə xidmət etmək üçün müxtəlif proqramlar və tədbirlər təşkil edir. Ölkənin tarixi, mədəniyyəti və irsi ilə bağlı sənədləri qoruyub saxlayır və onları gələcək nəsillərə çatdırmağa çalışır. == Tarixi == İctimai kitabxana 1830-cu ildə özəl müəssisə kimi yaradılmışdır. 1932-ci il hesabatına görə, məqsəd “ümumi ədəbiyyatın daimi kitabxanasının və əlaqəli oxu zalının tədricən formalaşdırılması” idi. Parlament aktı tezliklə Antiquan Kitabxana Cəmiyyətini təsis etdi və kitabxananın statusunu korporasiya statusuna dəyişdirdi.
Anika Boşkoviç
Anika Boşkoviç (d. 1714, Raqusa Respublikası – ö. 13 avqust, 1804, Raqusa) — Raqusalı yazıçı. == Haqqında == O pastoral mahnılar yazır və onları italyan dilindən tərcümə edirdi. Yezuitlər tərəfindən təbliğ olunan xristianlıq mövzuları onun yaradıcılığın əsas mövzusu idi. Onun adı Raqusa ədəbiyyatında ən vacib qadın adlarından biridir. "Dialoq" (1758) əsəri Raqusa ədəbiyyatında qadın müəlliflərdən tərəfindən yazılan ilk və yeganə bədii əsəridir. Boşkoviç 3 noyabr və ya 3 dekabr tarixində 1714-cü ildə Raqusada doğulub. Ailədə 9 uşaqdan ən kiçiyi idi. Onun valideynləri Paula Bettera varlı italyan ailədən idi.
Aniva burnu
Aniva — Saxalin adasında, Tonino-Aniva yarımadasının cənub-şərqində mövcud olan və insan üçün əlçatmaq ərazidə yerləşən burun. 1939-cu ildə burun yaxınlığında yerləşən qayada mayak inşa edilmişdir. Burun öz adını Aniva körfəzindən almışdır.
Aniva körfəzi
Aniva körfəzi — Oxot dənizidnə, Saxalin adasının cənubunda, Krilon yarımadası ilə Tonino-Aniv yarımadası arasında yerləşən körfəz. Cənubdan Laperuza boğazına geniş şəkildə açılır. İnzibati baxımdan Rusiya Federasiyasının Saxalin vilayəti ərazisinə daxildir. Körfəz salinində Aniva və Korkasov şəhərləri yerləşir. == Tarixi == 1918-ci ildən Rusiyada xarici qüvvələrin təsiri güçlənir. Bu zamandan etibarən Körfəz Korkasov adını alır. == Toponim == Böyük ehtimal ki, körfəzin adı aynu dili ilə əlaqədardır. Aynu dilində olan «an» və «iva» sözlərinbin birləşməsindən ibarətdir. Birinci söz təcümədə «mövcud olan», ikinci söz isə «dağ silsiləsi, qaya, zirvə» mənasını verir. Ümumi məna isə mövcud dağ, silsilə arasında yerləşən anlamınındadır == Coğrafiyası == Körfəzin uzunluğu 104 km, eni 90 km, ən dərin yeri isə 93 metrdir.
Or Atika
Atikə Or(fr. Aure Atika; doğ. 12 iyul 1970, Monte-Eştoril, Portuqaliya) — Mərakeş əsilli Fransa aktrisası. Atikə Or 12 iyul 1970-ci ildə Portuqaliyanın Monte-Eştoril şəhərində anadan olub.Valideynləri — atası Mərakeş əsilli Ode Bitton, anası fransız Mişel Furnyedir. Atikə Or Parisdə və Fransanın cənubunda böyümüşdü. Təhsilini Paris hüquq və Luvr məktəbində almışdı. 9 yaşından sınaq çəkilişlərinə başlamışdı və Janna Moronun "Yeniyetmə" filmində rol almışdı.
Petax-Tıkva
Petax-Tikva (ivr. ‏פתח תקווה‏‎) — İsraildə şəhər.Təl-Əvivdən 10.6 km uzaqlıqdadır.Pravoslav Yəhudiləri tərəfindən "Qədim Yişov" olaraq qurulmuş və 1883-cü ildə Baron Edmond de Rotşildin maliyyə köməyi ilə daimi yaşayış yeri olmuşdur.
Polis (antik)
Polis (q.yun. πόλις, πολιτεία — tərc. "şəhər") — şəhərətrafı mülkləri, çox sayda qeyri-bərabər hüquqlu qulları olan və özünü siyasi qurum (adətən, dövlət) şəklində təqdim edən mülki şəhər icması, Qədim Yunanıstan və Qədim Roma üçün səciyyəvi olan cəmiyyətin xüsusi təşkili forması. Müasir tarix elmində Qədim Yunanıstandakı şəhər-dövlətləri ifadə etmək üçün işlədilir.
Antik Yunanıstan
Qədim Yunanıstan (yun. Αρχαία Ελλάδα) — Balkan yarımadasının cənub hissəsində, Egey dənizi arasında, Frakiya sahilində, Kiçik Asiyanın qərb sahilində yaranmış dövlətlər qrupunun ümumi adı; təsir dairəsi Appenin yarımadasının cənub sahilinə, Siciliyanın qərbində, Mərmərə, Qara və Aralıq dənizləri sahillərinə də yayılmışdı. Yunanıstan ərazisinin məskunlaşması orta paleolitə aid edilir. Neolit dövründə (e.ə. 7-ci minilliyin ortaları-e.ə. təqr. 2800) Yunanıstan əhalisi əkinçilik və maldarlıqla məşğul olur, oturaq həyat keçirirdi. Yunanıstanın ilk sakinləri qədim yunanlar (onları pelasgilər, karilər adlandırırdılar) yəqin ki, hind-avropalı olmamışlar. E.ə. 2800 və 2000-ci illər arasında şimaldan yunanlar hücum edib Attika, Şimal-Sərqi Peloponnesi, axaylar isə Peloponnesin böyük hissəsini, eoliyalılar Fessaliya və Orta Yunanıstanı tutdular.