Antikafe
Antikafe (həmçinin taym-kafe, taym-klub) — Rusiya və MDB-də sürətlə populyarlıq qazanan məkanların sosial yönümlü yeni formatı.
Antikafe sözü son dövrlərdə meydana gəlmişdir. Məlumdur ki, "anti-" hissəciyindən nəyisə inkar etmək, nəyəsə qarşı qoymaq mənasında istifadə olunur, fransız mənşəli kafe sözü isə hər kəsə yaxşı məlumdur. Bu sözlərin birləşməsindən adət etdiyimiz kütləvi iaşə müəssisəsi kimi fəaliyyəti inkar edən məkan yaranmış olur. İlk dəfə bu anlayışdan 2011-ci ilin sentyabrında "Siferblat" ("Циферблат") müəssisəini açmış yazıçı İvan Mitin istifadə etmişdir. Antikafe dedikdə isti çay və kofe içmək mümkün olan, amma kafe olmayan görüş məkanı başa düşülür. Mahiyyətinə görə burada dəqiqələr satılır. Antikafenin təyinatı qidalanmaq deyil, ünsiyyətdir. Bütün antikafeləri sərinləşdirici içkilərə, kofeyə, çaya, desertlərə, dost və tanış olmayan insanlarla oyunlara, kovorkinq, filmlərin baxılmasına təminat verir. Bunlara görə heç bir haqq alınmır.