Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arvana
Arvana — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Arvana Yardımlı rayonunun Peştəsər inzibati ərazi vahidində kənd. Talış dağlarının ətəklərindədir. XIV əsrə aid Fəzlullah ibn Ruzbehan Xuncinin Tarixi-aləm arayi-Əmini əsərində Arvanadağı oronimi qeydə alınmışdır. Azərbaycan dilinin dialektlərində arvana "boz diŞi dəvə" deməkdir. Lakin kəndin adı yaxınlığındakı dağlardan birinin adı ilə də adlandırıla bilər. Mənbələrin verdiyi məlumata görə, Peştəsər dağ silsiləsinin Alvan adlanan cənub qərb yamacında Arvana adlı yaşayış məntəqəsinin xarabalığı var. XIX əsrdə salınmış indiki kənd də həmin xarabalığın adı ilə adlanmışdır. Bəzi tədqiqatçılara görə, Arvana etnotoponim hesab edilir.
Darvaza
Darvaza — Hündür bir ərazinin giriş və çıxışlarına yerləşdirilən vasitə. Darvazalar qapılardan fərqli olaraq daha böyük ölçülərə malik olur.
Qızıl darvaza boğazı
Qızıl darvaza boğazı (ing. Golden Gate) Qızıl darvaza boğazı San-Fransisko körfəzini Sakit okeanını birləşdirir. Boğazın uzunluğu 8 km , eni isə 1,5 – 3 km arasında dəyişir. Boğazın şimal hissəsinin sahili Martin bölgəsinə ,cənub hissəsi isə San Fransisko şəhərinin ərasisinə düşür. 1937-ci ildə boğazın üzərində <<Qızıl darvaza>> körpüsü tikilmişdir. Körpünün uzunluğu 1281 m təşkil edir. Bu boğazdan çox sayda gəmilər üzərək keçirlər. Belə ki, ABŞ-nin qərb sahillərində yerləşən ən əsas liman Oklend limanıdır. Boğazın ətrafında ilk məskunlaşmalar hindular tərəfindən həyata keçirilmişdir. Bura ilk ayaq basan avropalılar isə 1776-cı ildə ispanlar olmuşdur.
Arkada
Arkada — tağla örtülən, təkrarlanan eyni oyuqların sırasıdır. Arkadanın qurulması üçün bir sıra ölçülər – oyuqların eni və hündürlüyü, divarın pəncərə və qapılar arasındakı hissəsi, o cümlədən divarın qalınlığı müəyyənləşdirilməlidir. Bütün deyilən ölçülər bir-birindən qarşılıqlı asılıdır. Roma memarlığının öyrənilməsi göstərir ki, Roma memarları müəyyənləşmiş münasibətlər hazırlamışlar. Oyuqların eni onun hündürlüyündən iki dəfə azdır, aralıq divarın eni oyuqların enindən iki dəfə azdır, divarın qalınlığı isə aralıq divarın enindən iki dəfə azdır. Başqa sözlə, oyuğun forması özünü düzbucaqlı kimi göstərir.
Armata
T-14 Armata Rusiya Federasiyası tərəfindən istehsal olunmuş əsas döyüş tankıdır. Bu, ilk dəfə seriyalı istehsal olunmuş yeni nəsil tankdır. Rusiya Ordusu 2015-2020-ci illər aralığında orduya təhvil verilmək üzrə 2,300 ədəd T-14 tankı sifariş vermişdir. T-14 tankı ilk dəfə 2015-ci il may ayının 9-da Faşizm üzərində qələbənin 70 illiyi münasibətilə Moskva şəhərində Qırmızı meydanda keçirilmiş hərbi parad zamanı nümayiş etdirilmişdir.T-14 Armata tanklarıRusiya Federasiyasının istehsal etmiş olduğu ən müasir tankdır.T-14 Armata tanklarının maksimum sürəti saatda təxminən 80-90 kilometr arasında dəyişir.Bu tankların hərəkət mənzili də kifayət qədər yüksəkdir-500 kilomerdir. == Konstruksiya == T-14 Armata yeni nəsil tank olaraq digər tanklarla müqayisədə daha fərqli dizayna sahibdir. Tank insansız qüllənin olması və üç nəfərdən ibarət ekipajının ön tərəfdə zirehli kapsul içərisində olması kimi bir sıra fərqli xüsusiyyətlərə sahibdir. Konstruksiya müddəti 5 il(2009-2014-cü illər arasında)çəkmişdir. == Silahlanması və təchizatı == T-14 Armata tankının əsas silahı əvvəlki rus tanklarında olduğu kimi 125 mm-lik yivsiz topdur. Dəqiqədə 10-12 atəş açmaq qabiliyyətinə malik olan bu top 8 km uzaqlıqda yerləşən zirehli maşını məhv etməyə qadirdir. Gün işığında 5 km, gecə qaranlığında isə termal kamera sayəsində 3.5 km uzaqlıqdakı hədəfi təyin edə bilir.
Artana
Artana Telavi rayonunda kənd adı. == Toponimkası == Artana- Telavi rayonunda kənd adı. XI əsrə aid gürcü mənbəyində Artaani kimidir. Bu məlumatı şərh edn Q.V.Sulaya yazır ki, hazırda bu yaşayış məntəqəsi Ardaqanidir. İlk dəfə olaraq VII əsrə aid mənbədə Quqar əyalətinin mahallarından birinin Ardaqan adlandığı yazılmışdır. Qars əyalətinin Ardaqan (Ərdəhan) mahal adı ilə müqayisədə aydın olur ki, bu ad da türkcə Ər-toqan şəxs adındandır.
Avazat
Avazat — orta əsrlər Azərbaycan və Yaxın Şərq musiqisində Şahnaz, Mayə, Səlmək, Novruz, Gərdaniyyə, Güvaşt avazlarının məcmusu. Hazırda Azərbaycan musiqisində avazatların bəzisi muğam möbəsi (Mayə), bəzisi isə muğam (Şahnaz) kimi məşhurdur.
Darvaz
Darbaz (Borçalı) — Gürcüstanın Bolnisi rayonunda kənd. Darbaz (Pəmbək) — Ermənistanın Pəmbək mahalında kənd. Dərəbas — Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd.
Varvara
Varvara — Azərbaycan Respublikasının Yevlax rayonunun inzibati ərazi vahidində kənd.
Xarvana
Xarvana — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanının Xarvana bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,642 nəfər və 415 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və Azərbaycan Türkcəsində danışırlar.
AVAVA
AVAVA — yayın son ayındakı ay işığının olduğu gecələrdə insanların əllərini ağızlarına aparıb çalarkən çıxardıqları səs. Bu hərəkətə "avava çalmaq" deyilir. Sonay gecələrində avava çalmaq yeniyetmələri, gəncləri oynamağa çağırmaq deməkdir.Ava, avaz sözləri bu səsdən törənibdir. == İstinadlar == == Həmçinin bax == AVAVA (roman), Nasir Mənzuri Qaraçuxa (roman), Nasir Mənzuri.
Araba
Аrаbа – türk mənşəli söz оlub, qədim nəqliyyat vasitəsidir. == Ümumi məlumat == Kəndli təsərrüfаtındа аrаbаnın nəqliyyаt və dаşımа vаsitəsi kimi əvəzsiz rоlu оlmuşdur. Аrаbаyа qоşqu kimi işlədilən hеyvаn növlərindən аsılı оlаrаq аrаbаnın dа müхtəlif növləri hаzırlаnırdı: аt аrаbаsı, kəl аrаbаsı, öküz аrаbаsı, еşşək аrаbаsı. Аrаbаnın hаzırlаnmаsı хüsusi tехniki hаzırlığа mаlik ustаlаr tərəfindən icrа еdilirdi. Аrаbаyа lаzım оlаn hissələr хаrrаtlаr və dəmirçilər tərəfindən hаzırlаnır və sоnrа lаzımi qаydаdа qurаşdırmа işi аpаrılırdı. Аrаbа hissələrinin аdlаrı аşаğıdаkılаrdır: təkər, bаn, pər, kəmər, çərçivə, rеykа, sаmı, bоyunduruq, qоl, lаydır (çəmbər), ох, tоp, dislə, çumаçа. Аrаbа tək аt üçün hаzırlаndıqdа оnа qаrşı tərəfdən аt qоşmаq üçün iki qоl düzəldilir. Cüt qоşqu аrаbаlаrı təkqоllu оlub, аrаbаnın qаrşı tərəfindən оrtа hissəyə bərkidilir. Qоl аrаbаnın müхtəlif tərəflərə yönələ bilməsini təmin еtmək məqsədi ilə оnun ön hissəsinə birləşdirilmiş dişləyə bəndlənir. Dişlə türk mənşəli tuşlа sözündən оlub, аrаbаnın tuşlаnа biləcəyi istiqаməti ifаdə еdir.
Arama
Arama (lat. Aramus guarauna) — Durnakimilər dəstəsinin Sığırçı durnalar fəsiləsinə aid yeganə quş növü.
Arara
Arara — Braziliyanın şəhəridir.
Arava
Арaba (Аrava, Vadi-əl-Ərəb) (ivr. ‏הערבה‏‎, ərəb. وادي عربة‎) — səhra və vadi İordaniya və İsrail ərazisində yerləşir. Araba səhrası şimaldan Ölü dənizindən Aqaba körfəzinə qədər uzanan ərazidə yerləşir. Elədə böyük olmayan ərazi İordaniya çökəkliyini özündə ehtiva edir. Səhra Arava vadisinin daxilinə doğru 166 km uzanır. Bu ərazi Kiçik Asiya ilə Mərkəzi Afrika sınma zolağı boyunca uzanır. Səhranın ərazisi düzənlikdir. Bu iri vadi edom dağları ilə şərqdən və Neqeva ön dağlığı ilə şərqdən əhatələnir. Nə zamansa ərazi dənizin dibini təşkil etmişdir.
Arazi
Movses Melikoviç Harutunyan (erm: Մովսես Մելիքի Հարությունյան) və ya Arazi (erm: Արազի; 20 mart (1 aprel) 1878, Şüləver, Tiflis quberniyası – 21 dekabr 1964, İrəvan[…]) — erməni yazıçı. == Həyatı == Movses Harutunyan və ya təxəllüsüylə desək Arazi, 1 aprel 1878-ci ildə indiki Gürcüstan Respublikası ərazisində olan Şaumyani kəndində anadan olmuşdur. 1925-ci ilə qədər bu kəndin adı Şuləver (Şulaver) olmuşdur. Orta təhsilini Tiflisdə tamamladıqdan sonra, 1898-ci ildə Peterburq Texnologiya İnstitutunda təhsil almağa başlayır. Tələbə hərəkatlarına qoşulduğu üçün həbs edilərək 1901–1905-ci illərdə Şimali Qafqaza sürgün edilir. 1906-cı ildən etibarən isən aktiv olaraq yazıçı kimi fəaliyyətə başlayır. Erməni proletar nəsrinin banilərindən hesab edilən Arazinin "Son yuxu" (1912), "Günəş", "Yaralı quş" (1913), "Qanlı çiçək"(1916) kimi hekayələrində burjua cəmiyyəti tənqid edilir. O, "Yoldaş Mukuç" (1924), "Qorxudulmuş Hanes" (1927), "Minbaşlı" (1931) kimi əsərləri sosializm quruculuğundan bəhs edən əsərlər yazmışdır. Arazinin 1959-cu ildə yazdığı "İsrael Ori" tarixi romanı XVII–XVIII əsrdə ermənilərin azadlıq mübarizəsindən, erməni-rus münasibətlərindən bəhs edir. Arazinin 1925-ci ildə yazdığı "Düşmənin mahnısı" hekayəsində isə azərbaycanlı kəndlilərinin inqilabdan əvvəlki ağır həyatından bəhs edilir.
Arazı
Arazı — Araz ətrafı rayonlarda, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Babək və Kəngərli rayonlarının toy şənliklərində ifa olunan qədim yallı növlərindəndir. Bu yallının digər adı Papuro da adlanır. Asta və sürətlə ifa olunmaqla iki hissədən ibarət bu yallını qadınlar və kişilər qarışıq şəkildə çeçələ barmaqları ilə çiyin səviyyəsində bir-birindən tutaraq ifa edirlər. İfaçılar sağ ayaqlarını daban üstə qarşıya sola qoyur, sağ ayağı da cəld çox da hündür olmayaraq qarşıya sola atırlar. Naxçıvan Muxtar Respublikasının Ordubad, Culfa, Şərur, Sədərək, Babək rayonlarında, eləcə də Naxçıvan şəhərində keçirilən mədəni-kütləvi tədbirlərdə toy və bayram mərasimlərində folklor rəqs kollektivləri tərəfindən maraqla ifa olunur.
Araşa
Araşa, Barreyru - d i - Araşa (Araxa, Barreiro de Araxa) – Braziliyada, Minas-Jerays ştatında niobium-nadir torpaq elementləri yatağı. Niobiumun ehtiyatına görə dünyada ən iri yataqdır. 1954-cü ildə kəşf edilmişdir. 1960-cı ildən açıq üsulla istismar olunur. Nb2O5-in ehtiyatı 17 mln. ton (filizdəki orta miqdarı 2,5%), nadir torpaq filizlərinin ehtiyatı isə təqribən 500 mln. tondur (nadir torpaq elementləri oksidlərinin filizdəki miqdarı 2,8%). Yataq Minas-Jerays nadir metal əyalətində yerləşir və karbonatitlər massivinin zənginləşmiş laterit aşınma qabığı ilə əlaqədardır. Yan süxurlarını kembriyəqədərki kvarsitlər və muskovitli şistlər təşkil edir. Aşınma qabığının qalınlığı 100–200 m, bəzən daha çoxdur.
Aruaa
Aruaa (abx. Аруаа; mənası – Müdafiəçilər) — 1992-1993-cü illərdə Gürcüstanla baş tutmuş müharibənin veteranlarını bir araya gətirən Abxaziya ictimai təşkilatı. == Tarixi == 10 may 2007-ci il tarixində qurulmuşdur. Təsis qurultayında 534 nəfər iştirak etmişdir. Abxaziyanın ilk müdafiə naziri Vladimir Arşba yekdilliklə təşkilatın sədri, Vadim Smir və Məhəmməd Kilba isə sədr müavinləri seçilmişdir. Arşba, Smir və Kilbadan başqa Ali Şuraya daha on nəfər seçilmiş: Sergey Matosyan, Eduard Buliya, Slavik Kuçuberiya, Adler Mikvabiya, Vitali Qabnya, Gennadi Marqani, Kaçubey Avidzba, Çingiz Biqvava, Liana Açba və Mziya Beya. 14 iyul 2010-cu il tarixində təşkilatın sədri Vadim Smir istefa etdiyini açıqlamışdır. 20 iyulda "Aruaa" Ali Şurası Smirin istefasını qəbul etməyəcəyinə və ən azından təşkilatın növbəti qurultayına qədər sədr olaraq qalacağına qərar vermişdir.10 iyul 2013-cü il tarixində "Aruaa" müxalifət partiyaları olan "Birləşmiş Abxaziya", "Abxaziya Milli Birlik Forumu", "Abxaziya Xalq Partiyası" və "Abxaziya İqtisadi İnkişaf Partiyası" ilə bir sıra digər ictimai hərəkatlarla əməkdaşlıq müqaviləsi imzalamışdır.Hərəkat 30 iyul 2013-cü il tarixli üçüncü qurultayında Vitali Qabniyanı yeni sədr seçmişdir. O vaxta qədər Daur Açuqba təşkilatın sədri vəzifəsini icra edirdi.2014-cü ilin may ayında Abxaziya Prezidenti Aleksandr Ankvabın devrilməsindən sonra "Aruaa" 19 iyun tarixində fövqəladə bir konqres keçirmiş və avqust seçkilərində sırasıyla Raul Xacimba və onun sədri Vitali Qabniyanın prezident və vitse-prezident olaraq namizədliyini dəstəkləmişdir. 12 dekabrda "Aruaa" bir qurultay keçirmiş, burada Xacimba və Qabniya seçkilərindəki qələbəni məmnuniyyətlə qarşılamış və İlya Quniyanı yeni sədr seçmişdir.4 mart 2016-cı il tarixində "Aruaa" erkən prezident seçkisinin keçirilməsi üçün planlaşdırılan referendumu qınamışdır.
Fraza
Fraza – [yun. phrasis – ifadə etmək] 1)bitkin fikir; 2)təmtəraqlı məzmunsuz söz; 3)cümlə, ifadə ibarə. Məsələn, motivlərə bölünməyən bütöv frazalar da var. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Aranza Vazkez
Aranza Vazkez Montano (d. 21 avqust 2002) — Meksikalı suya tullanan. Aranza Vazkez Meksikanı 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Aranza Vazkez birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 217.50 xal toplayaraq 18-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Ariana Grande
Ariana Qrande-Butera və ya sadəcə Ariana Qrande (ing. Ariana Grande-Butera 26 iyun 1993[…]) — amerikalı müğənni, bəstəkar və aktrisa. == Həyatı == İlk olaraq 15 yaşında Broadway teatrında səhnəyə çıxmışdır. Nickelodeon sitkomlarından biri "Victorious"-da canlandırdığı Ket Valentayn (ing. Cat Valentine) xarakteri ilə tanınmağa başlamışdır. O eyni zamanda bir neçə teatrlarda iştirak etmiş və müxtəlif filmlərdə müəyyən obrazları səsləndirmişdir. Ariananın musiqi karyerası 2011-ci ildə "Victorius" teleserialının saundtreki ilə başlamışdır. O, 2013-cü ildə "Yours Truly" adlı ilk studio albomunu təqdim etmişdir. Müğənninin ilk albomundan olan mahnılar qısa zamanda Amerika hit paradlarında yer almağa başlamışdır. Bir çox insanlar onun səs diapazonunu Meraya Keri ilə tutuşdurmuşdurlar.
Ariana Hilborn
Ariana Hilborn (19 sentyabr 1980, Greendale, Vinkonsin, Amerika Birləşmiş Ştatları) — Latviyalı marafonçu. Ariana Hilborn Latviyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ariana Hilborn birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 50 dəqiqə 51 saniyəyə qət edərək 157 marafonçu sırasında 106-cı yeri tutdu.
Ariana Qrande
Ariana Qrande-Butera və ya sadəcə Ariana Qrande (ing. Ariana Grande-Butera 26 iyun 1993[…]) — amerikalı müğənni, bəstəkar və aktrisa. == Həyatı == İlk olaraq 15 yaşında Broadway teatrında səhnəyə çıxmışdır. Nickelodeon sitkomlarından biri "Victorious"-da canlandırdığı Ket Valentayn (ing. Cat Valentine) xarakteri ilə tanınmağa başlamışdır. O eyni zamanda bir neçə teatrlarda iştirak etmiş və müxtəlif filmlərdə müəyyən obrazları səsləndirmişdir. Ariananın musiqi karyerası 2011-ci ildə "Victorius" teleserialının saundtreki ilə başlamışdır. O, 2013-cü ildə "Yours Truly" adlı ilk studio albomunu təqdim etmişdir. Müğənninin ilk albomundan olan mahnılar qısa zamanda Amerika hit paradlarında yer almağa başlamışdır. Bir çox insanlar onun səs diapazonunu Meraya Keri ilə tutuşdurmuşdurlar.
Ariana Qrend
Ariana Qrande-Butera və ya sadəcə Ariana Qrande (ing. Ariana Grande-Butera 26 iyun 1993[…]) — amerikalı müğənni, bəstəkar və aktrisa. == Həyatı == İlk olaraq 15 yaşında Broadway teatrında səhnəyə çıxmışdır. Nickelodeon sitkomlarından biri "Victorious"-da canlandırdığı Ket Valentayn (ing. Cat Valentine) xarakteri ilə tanınmağa başlamışdır. O eyni zamanda bir neçə teatrlarda iştirak etmiş və müxtəlif filmlərdə müəyyən obrazları səsləndirmişdir. Ariananın musiqi karyerası 2011-ci ildə "Victorius" teleserialının saundtreki ilə başlamışdır. O, 2013-cü ildə "Yours Truly" adlı ilk studio albomunu təqdim etmişdir. Müğənninin ilk albomundan olan mahnılar qısa zamanda Amerika hit paradlarında yer almağa başlamışdır. Bir çox insanlar onun səs diapazonunu Meraya Keri ilə tutuşdurmuşdurlar.