Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Akantit
Akantit — mineral, Ag2 S == Haqqında == Monoklinik. Aşağı temperaturlu modifikasiya. Habitus priz­ma­tik. Aqreqat: torpaqvari, ağacabənzər, sapvari. Argentit üzrə paramorfozlar. Qara. Sərtliyi 2-2,5. Xüsusi çəkisi 7,24. Hidrotermal, 179° C-dən aşağı temperaturda əmələ gəlir. Pb-Zn yataqlarında argentitlə birlikdə.
Ardanış
Ardanış — Qərbi Azərbaycanın (indiki Ermənistan) Göyçə mahalının Çəmbərək rayonunda kənd. == Tarixi == Ardanış Göyçə mahalının şimal-qərbində, Kiçik Qafqaz dağ silsiləsinin ətəyində Göyçə gölünün şimal sahilində, İrəvan-Basarkeçər dəmir yolunun və Basarkeçər-Qazax avtomobil yolunun üstündə yerləşən Çəmbərək rayonunun böyük və qədim kəndlərindən biridir. Şərqdən Cil, qərbdən Şorca kəndləri ilə həmsərhəddir. Çəmbərək (indiki Krasnoselo) rayon mərkəzindən 23 km cənub-şərqdə, dəniz səviyyəsindən 1954 metr hündürlükdə yerləşir. Ərazisi 45.5 kv. km-dir. 1986-cı ildə 2500 nəfər əhalisi olub. Kəndin əhalisi yalnız Azərbaycan türklərindən ibarət olub (Bu dövrdə Bakıda və SSRİ-nin müxtəlif şəhərlərində Ardanış əsilli 7 mindən çox insan yaşayırdı). Əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olmuşdur. Kənddə iqtisadiyyatın əsasını tütünçülük, taxılçılıq, heyvandarlıq təşkil edib.
Arkerit
Arkerit — Civə ilə gümüş xəlitəsinin birləşməsindən əmələ gələn təbii mineraldır. Arkerit gümüşlə örtülmüş amalqamadan ibarət olan, 87%-i gümüşdən və 13%-i civədən təşkil olunmuş çox nadir mineraldır. Arkerit dünyada yalnız dörd yaşayış məntəqəsində yayılmışdır. Bunların ikisi Çilidə, ikisi isə Kanadanın Britaniya Kolumbiyasında yerləşir. Arkerit digər adları argental civə, civəli gümüş və gümüş amalqamasıdır.
Artinit
Artinit — mineral, Mg2[(OH)2|CO3]× 3H2O. == Haqqında == Artinit - Monoklinik. Habitus iynəvari. Ayrılma {100} üzrə mükəmməl, {001} üzrə orta. Aqreqat: qabıqcıqlar, çəplifli, damarcıqlar, kürəvi, radial-şüavi. Rəngi ağ. Sərtliyi 2,5. Xüsusi çəkisi 2,03. Aşağı temperaturlu hidrotermal; serpentinləşmiş hiperbazitlərdə brusit, araqonit, kalsitlə birgə. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.
Aykinit
Aykinit - mineral, PbCuBiS3 == Haqqında == Aykinit — Rombik. Kristalları uzun sütunvaridan iynəvariyədək. Aqreqat dənəvar və druzlar. Boz rəngli. Cizgisi bozumtul-qara, parlaqdır. Parıltısı metallik. Sərtliyi 2–2,5. Xüsusi çəkisi 7,1. Mənşəyi Pb, Zn, Au, W, U hidrotermal yataqlarında, vollastonitli skarnlarda. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti.
Markazit
Markazit (şüalı kolçedan) FeS2 (lat. marcasita) — Rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Xassələri == Rəng – yaşıl çalarlı bürüncü-sarı, təzə sınıqlarda ağ rəngli olur, bəzən oksidləşmə rəngləri alır; Mineralın cizgisinin rəngi – qara; Parıltı – metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,9; S – 5-6; Kövrəkdir; Ayrılma – {101} üzrə qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamar; Başqa xassələr – zəif elektrik keçiricisidir; Morfologiya – kristallar: lövhəvari, dipiramidal, nizə şəkilli, hərdənbir prizmatik; İkiləşmə: tez-tez {101} üzrə; sadə və polisintetik ikiləşmələr, bəzən beşləşmələr qeyd olunur; Mineral aqreqatları: bütöv dənəvər kütlələr, konsentrik-zonal, radial-şüalı, axın formalı, salxım- və böyrəkvari əmələgəlmələr, konkresiyalar, stalaktitlər, "xoruz pipiyi" tipli mürəkkəb kristal bitişikləri. Pirit üzrə epitaksial bitişiklər, pirrotin və üzvi qalıqlar üzrə tez-tez rast gələn psevdomorfozalar çox səciyyəvidir. == Mənşəyi və yayılması == Yayılma dərəcəsinə görə FeS2--nin kubik modifikasiyasından – piritdən geri qalır və autigen-diagenetik əmələgəlmə kimi ən çox çökmə süxurlarda müşahidə olunur. Bəzi kolçedan yataqlarında markazitin pirrotin üzrə psevdomorfozaları geniş yayılmışdır. Damar tipli hidrotermal yataqlarda markazitin yayılma miqyası adətən geniş deyil. Birlikdə rast gəldiyi minerallar: pirit, xalkopirit, pirrotin, sfalerit, tetraedrit, tennantit, qalenit, hötit, kvars. Mineralın tapıldığı yerlər: Klaustal, Freyberq (Almaniya); Komorjani (Çexiya); Blyava, Yaman-Kası, Kurya-Kamenski, Troitski-Baynovski (Rusiya) və b.
Akonit
Kəpənəkçiçək (lat. Aconitum) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Yunan mifologiyasına görə bu bitki, Heraklın aldadıb axirətdən gün işığına çıxartmış olduğu üçbaşlı köpək Kerber gün şüalarına tab gətirməyib quduzluqla qusaraq ifraz etdiyi seliyin torpağa düşməsindən göyərmişdir. Bu hadisə Akoni (yun. Aconae - ox, oxlu) şəhəri yaxınlığında baş verdiyindən bitki də belə adlandırılmışdır. == Təbii yayılması == == Botaniki təsviri == Akonit 50-199 sm hündürlükdə, çoxillik bitkidir. Çiçəkləri sarı, moruğu, ya da tünd mavi rəngdə olur. Ehtiva etdiyi alkoloidlər səbəbi ilə zəhərlidir.
Arkaim
Arkaim— Açıq hava muzeyi, qədim yaşayış məskəni. Rusiya Federasiyasının Çelyabinsk vilayətində e.ə. 20–18 (başqa məlumatlara əsasən e.ə. 18–16) əsrlərə aid yaşayış məskəni. Böyük Karaqanka və Utyaqanka çayları vadisində yerləşir. 1971 ildə aşkar olunmuş, 1980–90 illərdə tədqiq edilmişdir. İki dairəvi torpaq sədlə əhatələnmiş yaşayış məskəninin dünya cəhətlərinə istiqamətlənmiş dörd keçidi vardır. Evlər iç-içə iki dairəvi cərgədə yerləşir, cərgələrin arasından isə taxta döşənmiş dairəvi yol keçir. Yolun altında suaşıran quyuları olan yağış suları kanalizasiyasının xəndəyi aşkar edilmişdir. Arkaimin mərkəzində diametri təqribən 25 m olan boş meydança var.
Qranit
Qranit — tam kristalaşmış, bərabərdənəli və ya porfir quruluşlu intruziv süxurdur.Qranit əsasən kvars kristallarından və çöl şpatından ibarət olan dağ süxürudur. Təsnifatı çöl şpatlarının və rəngli mineralların tərkib və miqdarına əsaslanır. Qranit iki qrupa bölünür: kalsiumlu-qələvi, yaxud normal qranit və qələvi qranit. Normal qranit mineraloji tərkibi: qələvi çöl şpatı ortoklaz və ya mikroklindən, plagioklaz-oliqoklaz-andezindən, kvarsdan, rəngli minerallar isə biotit, hornblend, müskovitdən ibarətdir. Bəzi hallarda piroksen müşahidə olunur. Çöl şpatı ancaq və ya əksərən plagioklazdan ibarət olduqda plagioqranit, rəngli mineralları olmadıqda, yaxud çox az miqdarda olduqda – alyaskit adlanır. Qələvi qranit isə qələvi çöl şpatı mikropertit, mikroklin-mikropertitdən, anortoklazdan, plagioklaz-albitdən, rəngli minerallar isə qələvi amfibol və qələvi piroksenlərdən (ribekit, arfvedsonit, egirin və b.) ibarətdir. Kalsiumlu-qələvi intruzivlərin tutduğu sahələr bir neçə yüz, hətta min km² çatır, qələvi qranit isə kiçik ştoklar əmələ gətirir. Mənşəyinə görə qranit üç qrupa bölünürlər: a) qranit maqmasının kristallaşması nəticəsində yaranan qranit; b) hibridləşmiş bazalt maqmasının son diferensiatları olan qranit; c) regional metasomatoz nəticəsində yaranan qranit. Sonuncu tip qranitlər arxey və proterozoy süxurları içərisində geniş yer tutmuşdur.
Armani
Giorgio Armani S.p.A., əsasən Armani kimi tanınır — Corco Armani tərəfindən Milanda təsis edilmiş dəb, geyim, dəri məmulatları, ayaqqabılar, aksesuarlar və ev interyeri dizaynını, istehsalını, paylanmasını və pərakəndə satışını həyata keçirən italyan lüks dəb instruktoru.
Ardanış yarımadası
Ardanış yarımadası — Qərbi Azərbaycan ərazisində (İndiki Ermənistan), Göyçə gölünün şərqində (mərkəz hissədə) yerləşir. Tarixi Göyçə mahalı və Qaraqoyunlu mahalı kimi mahalların Çəmbərək rayonu ərazisinə daxil idi. Yarımada boyunca dağ silsiləsi uzanır və onun şərqində körfəz, qərb qutaracağında isə burun yerləşir. Yarımadanın sahəsi 25 km² təşkil edir. == Flora və faunası == Yarımada hal-hazırda Sevan milli parının ərazisinə daxildir. Ümumilikdə yarımadanı bu baxımında uç yerə bölmək olar: Sahilyanı (meşələr əsasən şam ağacı, ərik kimi ağaclar və bir sıra giləmeyvə kollarından təşkil olunub) Orta hündürlük bölgəsi (20–100 m) (ardıc və qızılgül). Alp bölgəsi (100 m yüksək ərazi) (əsasən alp çəmənlikləri yayılmışdır. Yarımadada boz qaz, ağqanad turpan, qırmızıbaş qaraördək, ağqanad ördək, ala ördək, çöl ördəyi, qu quşu, adi qaşqaldaq, Ermənistan qağayısı, böyük qarabatdaq, kiçik qarabatdaq, ibis və flaminqo kimi quşları qarşılayır. Burada ümumilikdə 250 növ quşa rast gəlinir.
Arkadiy Kruqlov
Arkadi Konstantinoviç Kruqlov (4 sentyabr 1926 – 1998, Moskva) — rus mühəndisi, alim, SSRİ Dövlət mükafatı laureatı (1980). == Həyatı == 1926-cı il sentyabrın 4-də Smolensk vilayətinin Jornovski kənd Sovetinin Sıçevski rayonunun Rojevo kəndində kəndli ailəsində anadan olmuşdur. Atası — Konstantin Nikolaeviç Kruqlov (1897–1941?) Kotovski G.İ. süvarilərinin tərkibində vətəndaş müharibəsində döyüşmüşdür. Anası — Yevdakiya Andreyevna Kruqlova (doğularkən — Qromova), (1895–1989) qalan uşaqlar (Gennadiy, Zinaida, Mixail, İvan və daha ikisi) ilə, kəndin və onların rayonlarının bütün sakinləri kimi 1941-ci ildə Qərbi Belorus ərazisindəki həbs düşərgəsinə aparılmışdır. 1940-cı ildən (14 yaşından) fabrik-zavod məktəbinin — FZM-nin şagirdi olarkən Leninqradda Kirov zavodunda işləməyə başlamışdı. FZM üzrə ixtisası: modelçi. 1942-ci ildə o, həyat yolu ilə Böyük Rostova, oradan isə Luqanska evakuasiya edilmiş və burada orta məktəbi bitirmişdi. 1946–1951-ci illərdə V. İ. Ulyanov (Lenin) adına Leninqrad Elektrotexnika İnstitutunun xüsusi elektrofizika fakültəsində oxumuş, təhsilini bitirdikdən sonra 817 nömrəli zavoda göndərilmişdir. 1968-ci ildə Moskvada SSRİ Orta maşınqayırma nazirliyinin mərkəzi aparatına köçürülmüş, burada əvvəlcə elmi-texniki idarənin (ETİ) fizika-texniki şöbəsinin müdiri, elmi-texniki idarənin rəis müavini, sonra isə rəisi vəzifələrində çalışmışdır (1991-ci ilə qədər). 1972-ci ildə Xalq Təsərrüfatının İdarə edilməsi İnstitutunu bitirmişdir.
Teye-Arjanti
Teye-Arjanti (fr. Teillet-Argenty) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Cənubi Monlyuson kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03279. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 517 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 331 nəfər (15-64 yaş) arasında 254 nəfər iqtisadi fəal, 77 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 76,7%, 1999-cu ildə bu 68.6%) idi. Fəal olan 254 nəfərdən 226 nəfər (128 kişi və 98 qadın), 28 nəfər işsiz (13 kişi və 15 qadın) idi. Aktiv olmayan 20 nəfər arasında şagird və ya tələbə, 29 nəfər təqaüdçü, 28 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Varkani sindromu
Varkani sindromu — və ya Trisomiya 8, xromosom 8-in üç nüsxəsinin (trisomiyası) olması nəticəsində yaranan insan xromosomal xəstəlikləri olan Varkani sindromuna səbəb olur, mozaika ilə və ya olmadan da özünü göstərə bilər. == Xüsusiyyətlər == Tam Varkani sindromu inkişaf etməkdə olan döl üçün ciddi nəticələrə səbəb olur və aşağı düşməyə səbəb ola bilər. Tam trisomiya 8 ümumiyyətlə erkən ölümcül bir vəziyyətdir, trisomiya 8 mozaikası isə daha az şiddətlidir və hüceyrə zədələnmə nisbəti az olan insanlar nisbətən orta dərəcədə fiziki anormallıqlar və inkişaf geriləmələri göstərə bilər. Varkani sindromu mozaikası olan fərdlərin uşaqlıq və yetkinlik dövründə sağ qalma ehtimalı daha yüksəkdir və inkişaf anomaliyalarının xarakterik və tanınan bir nümunəsini nümayiş etdirirlər. Ümumi tapıntılar arasında psixomotor geriləmə, orta və ağır zəka geriliyi, anormal olaraq qısa və ya uzun boylu, ifadəsiz üzə və müxtəlif əzələ-hərəkət aparatı, visseral və göz anormalıqlarına və digər anormalıqlara səbəb ola biləcək müxtəlif böyümə nümunələri var. Dərin plantar sulkus, bu vəziyyət üçün, xüsusən digər müşayiətedici xüsusiyyətlərlə birləşdirildikdə patoqnomonik hesab olunur . Semptomların növü və şiddəti, normal hüceyrələrə nisbətən trisomiya 8 hüceyrəsinin yerləşməsindən və nisbətindən asılıdır. == Digər şərtlər == Trisomy 8 mozaikası, bir çox geni ehtiva edən 8-ci xromosomun geniş bölgələrini təsir edir və buna görə bir sıra simptomlarla əlaqələndirilə bilər. Mozaik trisomiya 8, 8q24.3 xromosomunda helikaz ilə əlaqəli genetik bir xəstəlik olan Rotmund-Tomson sindromunun nadir hallarda bildirildi. Sindrom "dəri atrofiyası, telanqiektazi, hiper və hipopiqmentasiya, anadangəlmə skelet anomaliyaları, qısaboyluq, erkən yaşlanma və bədxassəli xəstəliklər riskinin artması ilə xarakterizə olunur" .
Arkadi Arzumanyan
Artaşes Nikolayeviç Arzumanyan (5 (17) may 1898, Şuşa – 1985) — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1954). == Həyatı == 17 may 1898-ci ildə Şuşada anadan olmuşdur. Bakı, Xankəndi və Gümrü teatrlarında aktyor kimi fəaliyyət göstərmişdir. Repertuarında Cəfər Cabbarlının "1905-ci ildə" əsərindəki Salamov obrazı xüsusilə məşhur olmuşdur. 1985-ci ildə vəfat edib.
Arkadi Manciyev
Arkadi Naminoviç Manciyev və ya Mancin Arkad (rus. Аркадий Наминович Манджиев, kalm. Манҗин Аркадь, 14 dekabr 1961, Komsomolski[d], Kalmıkiya MSSR[d] – 16 may 2022, Elista) — Kalmıkiyanın pop, rok və folk-müğənni, bəstəkar.
Arkadi Manuçarov
Arkadi Manveloviç Manuçarov (erm. Արկադի Մանվելի Մանուչարով; 22 iyul 1931, Stepanakert – 4 yanvar 2008, Moskva) - Ermənistanda Qarabağ hərəkatının rəhbərlərindən, Xankəndi tikinti materialları kombinatının direktoru və 1988-ci ildə Xankəndi şəhərində yaradılmış Krunk (erm. Կռունկ, azərb. Durna‎) adlı ictimai-siyasi-terror təşkilatın rəhbəri. Manuçarov Dağlıq Qarabağ münaqişəsinin başladığı 1988-ci ildən etibarən Azərbaycana qarşı açıq terror siyasəti aparmış və azərbaycanlıların Dağlıq Qarabağdan və ətraf 7 rayondan qovulmasında xüsusi xidmətlər göstərmişdir. == Həyatı == Arkadi Manveloviç Manuçarov 1931-ci ilin 22 sentyabr tarixində Azərbaycan Sovet Sosialist Respublikasına daxil olan Dağlıq Qarabağ Muxtar Vilayətinin Xankəndi şəhərində anadan olmuşdur. Xankəndi əhərdəki 3 nömrəli orta məktəbdə oxuyub. 1950–1955-ci ildə Moskvada Kuybışev adına Mühəndis-Tikinti institutunda ali təhsil alıb. İlk əmək fəaliyyətinə Rusiya Sovet Federativ Sosialist Respublikasının Çelyabinsk şəhərində mühəndis kimi başlayıb. Manuçarov 1958-ci ildə Xankəndi şəhərinə qayıdıb və şəhərdəki tikinti idarəsində baş mühəndis, 1962-ci ildən isə idarənin rəisi vəzifəsində işləyib.
Arkadi Naydiç
Arkadi Naydiç (alm. Arkadij Naiditsch‎; 25 oktyabr 1985, Riqa) — əvvəllər Latviya, Almaniya və Azərbaycanı təmsil etmiş Bolqarıstan şahmatçısı, qrosmeyster (2001). == Həyatı == 1995-ci ildə 10 yaşadək şahmatçıların Avropa birinciliyində birinci yeri, yeniyetmələr arasında dünya birinciliyində isə 2-ci yeri tutub. 1996-cı ildə Naydiçin ailəsi Riqadan Dortmunda köçür. Sonrakı illərdə bir çox qrosmeyster Arkadi Naydiçlə məşğul olur. 15 yaşında qrosmeyster adını qazanır. 2005-ci ilin əvvəllərində Almaniya vətəndaşı olur. Bir çox turnirlərdə bu ölkəni birinci lövhədə təmsil edib. 2011-ci ildə Almaniyanın Avropa çempionu olmasında böyük rol oynayıb. 1 aprel 2009-cu il tarixində 2700 reytinq balını keçmiş ilk alman şahmatçısı kimi tarixə düşüb.
Arkadi Plastov
Arkadi Aleksandroviç Plastov (rus. Аркадий Александрович Пластов; 31 yanvar 1893 Simbirsk Rusiya; 12 may 1972 Ulyanovsk vilayəti)—Rusiya rəssamı. == Həyatı == Arkadi Aleksandroviç Plastov 31 yanvar 1893-cü ildə Rusiya imperiyasının Simbirsk şəhəri yaxınlığındakı Prislonixa kəndində anadan olmuşdu. O, misilsiz tablolar yaradan dahi bir rəssam idi. Sosializm realizminin ustalarından sayılır. Arkadi Aleksandroviç Plastov 12 may 1972-ci ildə vəfat edib. Ulyanovsk vilayəti Prislonixa kəndində dəfn edilib.
Jorjio Armani
Corco Armani (it. Giorgio Armani; d.11 iyul 1934, İtaliya, Pyaçentsa) — İtaliyalı geyim dizayneri. == Məlumat == Corco Armani Pyaçentsa universitetində tibb üzrə təhsil almış, lakin dizayn işlərinə aludə olduğundan təhsilini başa vurmamışdır. 1964-cü ildə N.Çerrutinin firmasında, 1970-ci ildən isə hazır geyim firmalarında müstəqil işləməyə başlamışdır. 1974-cü ildən öz markası ilə kişi və qadın geyimləri kolleksiyalarını hazırlamışdır. Armani ciddi, qüsursuz klassik üsluba sərbəst görünüş verə bilmişdir. Qadın qarderobuna yumşaq yun parçadan kişi stilində tikilmiş şalvarlı kostyumlar əlavə etmişdir. Armani kolleksiyalarına gənclər üçün cins parçadan geyimlər daxil edən (1981-ci ildən) ilk dizayner olmuşdur. Armaninin estetik prinsipi "nəzərə çarpmayan moda"dır və buna görə də onun modellərində gözəl, dəbdəbəli parçalar və zərif, nəfis aksessuarlar sadə, aydın formalar əsasında birləşmişdir. == Sport == "Olimpia Milano" basketbol yığımın prezidentidir.
Qranit maqması
Maqma (yun. μάγμα — qatı yağ, xəmir) — Yer qabığında və ya yuxarı mantiyada, böyük olmayan dərinlikdə təbii halda yaranan, soyuduqda maqmatik dağ qayalarna çevrilən, silikat tərkibli, isti və maye ərintidir. Axan maqma lava adlanır. == Geomorfoloji termin == Maqma — (rus. магма, ing. maqma) Yerin dərinliyində əmələ gələn mürəkkəb, əksərən silikat tərkibli ərgin, qızğın kütlə. M. tərkibində oksigen, silisium, alüminium, dəmir, maqnezium, natrium və kaliumun üstünlük təşkil etdiyi çoxlu miqdarda kimyəvi elementlərin birləşmələrindən, bəzən bir neçə faizi uçan komponentlərdən (su, kükürd, hidrogen, ftor, xlor və s.) təşkil olmuş məhluldan ibarətdir. == Kimyəvi tərkibi == Maqmada demək olar ki, bütün kimyəvi elementlərə rast gəlinir, onların arasında: Si, Al, Fe, Са, Mg, К, Ti, Na, həmçinin müxtəlif uçan komponentlərə (karbon oksidi, kükürd, hidrogen, flüor, xlor və s.) və buxarşəkilli suya da rast gəlinir. Uçan komponentlər maqmanın kristallaşması zamanı müxtəlif minerallara daxil olur. Nadir hallarda qeyri-silikat tərkibli maqmatik ərintilər mövcud olur.
Qranit palıdı
Qranit palıdı (bolq. Гранитски дъб) — Bolqarıstanın Qranit kəndində bitən yay palıdı. Güman olunur ki, hazırda yaşayan ən qoca palıd ağacıdır. Ağacın gövdəsinin diametri 2,38 metr, gövdəsinin genişliyi 7,46 metr, hündürlüyü 23,4 metr təşkil edir. Lakin ağacın ancaq şərq budaqları sağdır. 1982-ci ilin martında ağacdan götürülmüş nümunələrə əsasən ağacın yaşı 1637-dir. 345-ci ildə cücərdiyi güman olunan Qranit palıdı Bolqarıstanın ən qədim, Avropanın isə ən qədim ağaclarından biridir. 1967-ci ildə Qranit palıdı qorunan ağac elan edilmiş və Bolqarıstanın təbii abidələri siyahısında daxil edilmişdir. 2010-cu ildə çəkilmiş "Sonsuza qədər yaşamaq" (bolq. Жива Вечност) adlı sənədli filmdə Qranit palıdı da göstərilmişdir.
Qranit qatı
Qranit qatı (rus. гранитный слой, ing. granite layer) — materik tipli yer qabığı qatlarından birinin şərti adı; bazalt qatı ilə çökmə süxur qat arasında yerləşib, seysmik məlumatlara əsasən ayrılmışdır. Bazalt qatdan Konrad səthi ilə ayrılır. Platformaların kristallıq qalxanlarında (məs: Baltik qalxanı) və qırışıqlıq vilayətlərin mərkəzi hissələrində səthə çıxır. Q.q. metamorfik süxurlardan, əsasən, qranit və qneyslərdən ibarətdir; materik tip yer qabığı üçün səciyyəvidir. Qalınlığı 5–15 km-ə çatır. Bax: Yer qabığı.
Əbdülxalıq Arrani
Əbdülxaliq ibn Əbülməali ibn Məhəmməd Arrani (bilinmir, Bərdə – 20 iyun 1236, Dəməşq) — Azərbaycan islam alimi, fəqih, hüquqçusu. == Həyatı == Əbdülxalıq ibn Əbülməali ibn Məhəmməd Arrani Arranın baş şəhəri Bərdədə anadan olmuşdu. Mosul və Əxlat (Xilat) şəhərlərində qanunşünaslıqdan dərs demişdi. Mosula gələrək Hamid ibn Yunusdən fiqhi öyrənmişdir. O, 20 iyun 1236-cı ildə Dəməşq şəhərində vəfat etmişdir. Bərdə şəhərində adına küçə var.
Arkadi Averçenko
Arkadi Timofeyeviç Averçenko (rus. Арка́дий Тимофе́евич Аве́рченко; 15 (27) mart 1880, Sevastopol, Tavriya quberniyası[d] – 12 mart 1925[…]) — Rusiya yazıçısı, satiriki, dramaturqu və teatr tənqidçisi, "Satirikon" (1908–1913) və "Novıy Satirikon" (1913–1918) jurnallarının redaktoru. == Həyatı == Arkadi Timofeyeviç Averçenko 27 mart 1880-ci ildə Sevastopolda yoxsul tacir Timofey Petroviç Averçenkonun və Poltava vilayətindən istefada olan əsgərin qızı Susanna Pavlovna Sofronovanın ailəsində anadan olmuşdur. O, 1905-ci ildən sonra kontorçu kimi işləmiş, 1908-ci ildə "Satirikon"un redaktoru olmuşdur. "Jurnale dlya vsex", "Utre", "Zritele" və digər nəşrlərdə əməkdaşlıq etmişdir. Onun hekayələri ayrı-ayrı kitablar şəklində çap olunmuşdur. Averçenkonun yumoru dayaz, vodevil xarakteri daşıyır, baxmayaraq ki, nadir hallarda o, ictimai satiraya yüksələ bilmişdir. O, inqilab illərində mühacirət etməli olmuşdur. Averçenko Sovet Rusiyasını daim tənqid etmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Колотило М. Н. Толстовский дом.