Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arlekin
Arlekin (it. Arlecchino) – 16 əsrin II yarısında Dzan Qanassa ləqəbli italyan aktyoru tərəfindən yaradılmış ənənəvi del-arte komediyası maskası. Adının orta əsrlər fransız misteriyasındakı Erlekin, yaxud Ellekin adlı komik iblis obrazından alındığı ehtimal olunur. Del arte komediyasında arlekin çox vaxt nökərdir. Əvvəllər arlekin obrazı tamaşanın intriqasını inkişaf etdirən şən, sadəlövh ac adam idi; atributları kasıblıq bildirən rəngbərəng yamaqlı ağ kostyum, alnında fırı (orta əsrlərin təsəvvürlərindəki şeytanın xırda buynuzlarını xatırladan) olan tünd rəngli tüklü maska, dovşanquyruqlu ağ papaq (qorxaqlıq əlaməti) və taxta qılınc olmuşdur. 17 əsrdə maskanın estetikləşməsi italyan aktyoru D. Byan kolellinin adı ilə bağlıdır: Arlekin obrazı nəcibləşmiş, yamaqlar al-əlvan üçbucaq və romblara çevrilmiş, maskanın tüklülüyü itmiş, plastikası rəqsə yaxınlaşmışdır; Arlekinin özü daha bic, diri baş, bəzən isə acıdil olmuşdur. İtalyan aktyorlarından T. Martinelli, A. Konstantini, E. Gerardi, 20 əsrdə M. Moretti və F. Soleri arlekin maskasının görkəmli ifaçıları olmuşlar. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina – Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Aleksin
Aleksin — Rusiya Federasiyasında yerləşən şəhər. Tula vilayətinə daxildir.
Ləkin
Ləkin — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Ləkin kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Badamağac, Buravar və Şatırlı kəndləri Ləkin kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şatırlı kəndi olmaqla Şatırlı kənd inzibati ərazi dairəsi tərkibinə verilmişdir. == Toponimikası == Burovar silsiləsinin ətəyindədir. Əsl adı Ləkandır. Oykonim lək tayfa adından və cəmlik bildirən – an şəkilçisindən ibarət olub, “Ləklər” mənasındadır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1665 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Aytəkin Alxaslı
Aytəkin Kamil qızı Alxaslı (Kiçik Dəhnə) — Azad Azərbaycan Şirkətlər qrupunun şimal bölgəsi üzrə xüsusi müxbiri == Həyatı == Aytəkin Alxaslı Şəki rayonunun Kiçik Dəhnə kəndində, filologiya elmləri namizədi, qabaqcıl müəllim Kamil Alxasovun ailəsində dünyaya gəlib. Elə orta məktəbi də həmin kənddə bitirib. 1987-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Jurnalistika fakültəsini bitirib. Həmin il təyinatla Qusar rayonunda 3 dildə — rus, ləzgi və Azərbaycan dillərində çıxan "Qusar" qəzetinə göndərilib. ANS TV-yə işə qəbul olunana qədər bu qəzetdə xüsusi müxbir işləyib. Hələ orta məktəbdə oxuduğu vaxtdan rayonun yerli qəzeti olan "Şəki fəhləsi" və bir sıra mərkəzi qəzet və jurnallarda – "Azərbaycan gəncləri", "Azərbaycan pioneri", "Sovet kəndi" qəzetlərində, "Pioner", "Azərbaycan qadını", "Kənd həyati", "Təşviqatçı", "Azərbaycan təbiəti" jurnallarında müxtəlif yazılarla çıxış edib. ANS-in Quba, Qusar, Xaçmaz, Şabran, Xızı, Siyəzən rayonları üzrə xüsusi müxbiri işləyib. Dövlət Sərhəd Xidmətinin 100 illiyi münasibətilə "100 illik" medalı ilə təltif olunub. 2020-ci ildə Tərqqi medalı ilə təltif olunub. == İstinadlar == == Xarici keçidlər == "ANS-dən sonra heç yerə getmədim" — Aytəkin Alxaslı niyə ailə qurmayıb?
Aytəkin Məmmədov
Aytəkin Məmmədov (29 may 1967, Göyəlli, Gədəbəy rayonu – aprel 1991, Xanlar rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == 29 may 1967-ci ildə Gədəbəy rayonunun Göyəlli kəndində anadan olmuşdur. 1974–1984-cü illərdə burada məktəbdə oxumuşdur. 1985-ci ildə hərbi xidmətə çağırılımışıdır. 1987-ci ildə ordudan tərxis edilmişdir. == Döyüşlərdə iştirakı == 1991-ci ildə DİN-nin Xüsusi Təyinatlı Polis dəstəsinə daxil olur. 1991-ci il Xanlar rayonu erməni işğalçıları tərəfindən hücuma məruz qalanda Aytəkin döyüşə atılır erməni yaraqlılarını məhv edən cəsur döyüşçü qəhrəmancasına həlak olur. == Ailəsi == Subay idi. == Milli Qəhrəman == Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Aytəkin İsrayıl oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Göyəlli kənd qəbristanlığında dəfn edilmişdir.
Aytəkin Mərdanova
Dəniz Aytəkin
Dəniz Aytəkin (alm. Deniz Aytekin‎; 21 iyul 1978, Nürnberq, Qərbi Almaniya) — Almaniya Futbol İttifaqının türk əsilli futbol hakimi. == Hakimlik karyerası == Dəniz Aytəkin Bavariya Futbol Assosiasiyasının hakimidir. Hakimlik karyerasına 1995-ci ildə başlayıb. 2011-ci ildən FİFA referisidir. 2014-cü ildə UEFA-nın ən üst kateqoriyası olan UEFA Elit Hakim Kateqoriyasına yüksəlib. Almaniya Bundesliqası çərçivəsində idarə etdiyi ilk oyun, 27 sentyabr 2008-ci ildə keçirilmiş "Herta Berlin" - "Enerji Kotbus" matçı olub. Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələnib. Aytəkin bu görüşdə 4 futbolçuya sarı vərəqə göstərib. 1 aprel 2011-ci ildə Almaniya Bundesliqasının 29 turu çərçivəsində keçirilən "Sant-Pauli" - "Şalke 04" oyunu 89-cu dəqiqədə Dəniz Aytəkin tərəfindən yarımçıq dayandırılıb.
Kələkin (Piranşəhr)
Kələkin (fars. كله كين‎‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 808 nəfər yaşayır (140 ailə).
Alakin (Çaroymaq)
Alakin (fars. الاكين‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 140 nəfər yaşayır (24 ailə).
Aleksandr Alexin
Aleksandr Aleksandroviç Alyoxin (rus. Алекса́ндр Алекса́ндрович Але́хин; 31 oktyabr 1892, Moskva – 24 mart 1946[…]) — rus şahmatçısı, şahmat üzrə 4-cü dünya çempionu (1927–1935; 1937–1946). == Həyatı == Müxtəlif dövrlərdə Rusiya imperiyası, Sovet İttifaqı və Fransa adından çıxış etmişdir. Tarixdə ən güclü şahmatçılarından biri hesab olunur. 1921-ci ildə Sovet hakimiyyətinin qurulmasından sonra Rusiyanı tərk edərək Fransaya köçmüş, 1925-ci ildə bu ölkənin vətəndaşlığını almışdır. 1927-ci ildə dünya çempionu adı uğrunda keçirilən görüşdə məğlubedilməz hesab edilən Xose Raul Kapablankanı məğlub edərək dünya çempionu tituluna yiyələnmiş və sonrakı illərdə iştirak etdiyi bütün turnirləri rəqibləri üzərində böyük üstünlüklə, birinci başa vurmuşdur. 1929 və 1933-cü illərdə Almaniyanı təmsil edən rus şahmatçısı Yefim Boqolyubov qarşısında öz titulunu qorumuşdur. 1935-ci ildə Maks Eyveyə məğlub olsa da, 2 il sonra matç-revanşda qalib gələrək dünya çempionu titulunu geri qaytardı və 1946-cı ildə qəfil ölümünədək titulunu saxladı. Aleksandr Alyoxin məğlub edilmədən dünyasını dəyişən yeganə dünya çempionudur. Alyoxin hərtərəfli şahmatçı idi.
Anri Alekan
Anri Alekan (fr. Henri Alekan; 10 fevral 1909[…], Paris – 15 iyun 2001[…], Oser) — fransız kinooperatoru. == Həyatı == Anri Alekan 1909-cu ildə anadan olmuşdur. Milli incəsənət konservatoriyasını bitirmişdir. 1928-1940-cı illərdə operator köməkçisi vəzifəsində işləmişdir. Ona məşhurluq gətirən əsas işləri Rene Klemanın “Relsdə döyüş” və Jan Koktonun “Gözəl və Bədheybət” filmləri olmuşdur. Anri Alekan 15 iyun 2001-ci ildə ağqanlılıq xəstəliyindən vəfat etmişdir. == Filmoqrafiya == Roma tətilləri (film, 1953) Qırmızı günəş (film, 1971) == İstinadlar == == Mənbə == Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др.
Alan Arkin
Alan Volf Arkin (ing. Alan Wolf Arkin, 26 mart 1934[…], Bruklin, Nyu-York ştatı – 29 iyun 2023) — amerika kinoaktyoru. O, "Oskar" mükafatı, BAFTA Mükafatı, "Qızıl Qlobus" mükafatı və Toni mükafatı, həmçinin altı Emmi mükafatı nominasiya daxil olmaqla çoxsaylı mükafatlara layiq görülüb..
Cüneyd Arkın
Cüneyt Arkın (türk. Cüneyt Arkın, əsl adıyla: Fahrettin Cüreklibatır; 7 sentyabr 1937, Odunpazarı[d], Əskişəhər ili[d] – 28 iyun 2022, İstanbul) — Türkiyə kino aktyoru. 500-ə yaxın filmdə rol almışdır. Səhnə adı ilə Malqoçoğlu, Batdal Qazi, Qara Murad adlandırılır. == Həyatı == Əskişəhərin mərkəzində Qaraçay kəndində anadan olub. Babası Qurtuluş Müharibəsinə qatılmış Hacı Yaqub Cüreklibaturdur. Lisey təhsilini Əskişəhər Atatürk Liseyində alıb, 1961-ci ildə İstanbul Tibb Fakültəsindən məzun oldu. Əslən noqaydır. == Fəaliyyəti == Əskişəhərdə ehtiyat zabit olaraq səfərbərliyini edərkən, Göksəl Arsoy-un baş rol oynadığı Şəfəq Qorumaları filminin çəkilişləri zamanı rejissor Xalid Rafiqin diqqətini cəlb edib. Hərbi xidmətini bitirdikdən sonra Adana ətrafında həkimlik edib.
Cüneyt Arkın
Cüneyt Arkın (türk. Cüneyt Arkın, əsl adıyla: Fahrettin Cüreklibatır; 7 sentyabr 1937, Odunpazarı[d], Əskişəhər ili[d] – 28 iyun 2022, İstanbul) — Türkiyə kino aktyoru. 500-ə yaxın filmdə rol almışdır. Səhnə adı ilə Malqoçoğlu, Batdal Qazi, Qara Murad adlandırılır. == Həyatı == Əskişəhərin mərkəzində Qaraçay kəndində anadan olub. Babası Qurtuluş Müharibəsinə qatılmış Hacı Yaqub Cüreklibaturdur. Lisey təhsilini Əskişəhər Atatürk Liseyində alıb, 1961-ci ildə İstanbul Tibb Fakültəsindən məzun oldu. Əslən noqaydır. == Fəaliyyəti == Əskişəhərdə ehtiyat zabit olaraq səfərbərliyini edərkən, Göksəl Arsoy-un baş rol oynadığı Şəfəq Qorumaları filminin çəkilişləri zamanı rejissor Xalid Rafiqin diqqətini cəlb edib. Hərbi xidmətini bitirdikdən sonra Adana ətrafında həkimlik edib.
Ləkin bələdiyyəsi
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Aləmin yatdığı vaxt
Aləmin yatdığı vaxt və ya İlin təhvil olunması anı — Azərbaycan xalq inanclarında qışın qurtardığı, yazın başladığı mistik vaxt. Bu vaxt təbiətin təzələnməsini simvolizə edir. == Təsviri == Aləmin yatdığı vaxt Novruz bayramına açılacaq gecə gündüzə çeviriləndə, bulaqlar, dərələr, çaylar, yəni bütün axan sular bir anlığına dayanıb, təkrar axanda baş verir. Bu zaman canlı və cansız aləmdə olan hər şey bir anlıq yatır və sonra oyanır. Bunun mənası ölüb-dirilmədir. Həmin vaxtda kim nə arzu diləsə, yerinə yetər. Zəngəzur azərbaycanlılarının inanclarında bu an belə qeyd edilir: "Gecə, deyillər, su dayanır. Su dayanan vaxtı görsən ki, su dayanır, niyyətin tutur, görməsən, tutmur". Ağdaş azərbaycanlıları təzə suyu zəm-zəm suyu, dirilik suyu və ya Cənnətdən gələn su hesab edirdilər. Hər şey təzələndiyi üçün gecə evdəki köhnə su atılmalı, bütün qablar təzə su ilə yuyulmalıdır.
Kefey (Aleyin oğlu)
Kefey (q.yun. Κηφεύς) — qədim yunan mifologiyasında personaj, Aley və Neeranın (və ya Kleobula) oğludur. Başqa bir versiyaya görə, Likurqun oğlu və Aleyin nəvəsidir. Kalidon ovunun iştirakçısı olmuşdur. 20 oğul atasıdır. Kefey və onun oğulları Heraklı dəstəkləmək üçün Lakedemona qarşı yürüşdə həlak olmuşdular.
Likurq (Aleyin oğlu)
Likurq ( q.yun. Λυκοΰργος ) — qədim yunan mifologiyasında personaj, Azan padşahlığının bölünməsindən sonra Arkadiya padşahı. Aley və Neeranın oğludur.
Aləmin Kralı (teleserial, 2011)
Krallığın Kralı 16 sentyabr 2011-ci il Gizem Erbirer tərəfindən yardılmışdı == Haqqında == Proses Film imzalı Krallığın Kralı, atv-də 2011-2013 situasiya komediya və absurd komediya Türk televiziya serialı tipli. Serialda baş rolları Oya Başar, Şafak Sezer, Evrim Akın, Metin Yıldız və Zeynep Gülmez ifa edir. 2 sezondan ibarət olan serial 67-ci bölümü ilə sona çatdı. == Mövzu == Serialda Şafak Sezer Pet store mağazasında qurd, zəli, dovşan və buna bənzər heyvanlar satan təvazökar bir dükançı rolunu oynayır. Təkəbbürlü qayınanası Soylu Oya Başar illərdir diqqət çəkə bilməyən Aslanın Şafak Sezer həyatının axarı, qayınatası Nejat ilə son nəfəsi “arvadım, qızlarım, nəvələrim sənə əmanətdir...” Öləndə qəfil dəyişir. Üç qız atası olmağın tələblərinin öhdəsindən gələn Aslan atasına verdiyi sözü tutmağa çalışarkən, altı qadının yaşadığı Yuxusuzluq Soyluların evində özünü iç bəy kimi görür. -qanun, gülməli hadisələr baş verir. Artıq kənddən olan və mühafizəkar olan Aslan evdəki qadınlar arasında daha çox paranoyaklaşır, qısqanclaşır... == Aktyorlar və personajlar == === Əsas personajlar === === İkinci dərəcəli simvollar === === Baş qəhrəmanlar === === Xitam edilmiş ikinci dərəcəli simvollar === == Yayım cədvəli == Qeyd: Türkiyə Kuboku yarışlarına görə yayım vaxtı dəyişib. == Mükafatlar və nominasiyalar == 2012 Dünya İstehlakçı Akademiyası Mükafatları: İlin Ən Yaxşıları 2012 Dünya İstehlakçı Akademiyası Mükafatları: İlin Ən Yaxşı Aktyoru (Serialın Bütün Aktyorları Mükafatlandırıldı) 2012 3-cü Antalya TV Mükafatları: Komediya Serialında Ən Yaxşı Qadın Oyunçu: Oya Başar (Nominasiya) 2013 2-ci Kristal Siçan Mükafatları: Ən Yaxşı Komediya Serialı (Nominasiya)<ref name=":0">https://www.medyafaresi.com/haber/2-kristal-fare-odulleri -for- yarışa-başladınmı-səs verdin/101947.
Kiçik Su pərisi: Arielin başlanğıcı
Kiçik Su pərisi: Arielin başlanğıc hekayəsi (ing. The Little Mermaid: Ariel's Beginning) — 2008-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir. == Məzmun == Cizgi filmində ilk seriyasından əvvəl baş verən hadisələr əsas yer tutur. Dəniz hakimi Kral Triton həyat yoldaşının vəfatından sonra musiqiyə qadağa qoymuşdur.
Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi
Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi (alm. Der Ursprung der Familie, des Privateigenthums und des Staats‎) — Fridrix Engelsin əsəri. == Məzmunu == Fridrix Engelsin "Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi" kitabında insan cəmiyyətinin inkişafının ilkin mərhələlərində onun tarixinin dialektik-materalist təhlili verilir, qəbilə quruluşunun dağılması və xüsusi mülkiyyətə əsaslanan sinfi münasibətlərin meydana gəlməsi prosesi göstərilir, ailə formalarının təkamülü tədqiq olunur, sinfi hökmranlıq silahı olan dövlətin mənşəyi izah edilir və mahiyyəti açılır, sinifsiz cəmiyyətə – kommunizmə keçilməsi ilə dövlətin məhv olmasının labüdlüyü əsaslandırılır. Əsər 9 fəsildən ibarətdir. 1–2-ci fəsillərdə qəbilə quruluşunadək insanların həyat şəraitinin təhlili, sinifli cəmiyyətdə ailə-nikah münasibətlərinin inkişafınınn tədqiqi, burjua ailəsinin tənqidi verilir. 3–9-cu fəsillərdə sinifli cəmiyyətdən əvvəlk cəmiyyətin əsas özəyi olan qəbilə quruluşunun xüsusiyyətlərindən bəhs edilir, ibtidai "kommunizm" xarakterizə olunur. Fridrix Engels qəbilə quruluşunun dağılmasını izləyərək, cəmiyyətin qəbilə quruluşunu onun inkişafının yüksək mərhələsində sarsıdan, sonra isə sivilizasiyaya keçməklə əlaqədar olaraq, onu tamamilə aradan qaldıran iqtisadi şərtləri tədqiq etmişdir. Məhsuldar qüvvələrin inkişafı, əmək bölgüsü və onun məhsuldarlığının artması ilə özgə əməyinin məhsullarını mənimsəmək imkanlarının necə yarandığını, insanın insan tərəfindən istismarının və cəmiyyətin düşmən siniflərə parçalanmasının, bunun nəticəsində isə istismarçılar sinfinin məzlum sinfi əzmək silahı olan dövlətin necə meydana gəldiyini göstərmişdir. Fridrix Engels dövlətin müxtəlif konkret formalarını nəzərdən keçirərək onların sinfi təbiətini açıq göstərir, burjua dövlətinin sonrakı inkişaf meyllərini araşdırır. == Yazılması və nəşri == Fridrix Engelsin "Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi" kitabı 1884-cü ildə yazılmış və nəşr olunmuşdur.
Kiçik Su pərisi: Arielin başlanğıc hekayəsi (cizgi filmi, 2008)
Kiçik Su pərisi: Arielin başlanğıc hekayəsi (ing. The Little Mermaid: Ariel's Beginning) — 2008-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir. == Məzmun == Cizgi filmində ilk seriyasından əvvəl baş verən hadisələr əsas yer tutur. Dəniz hakimi Kral Triton həyat yoldaşının vəfatından sonra musiqiyə qadağa qoymuşdur.