Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Balet artisti
Balet (fr. balleto - rəqs edirəm) — səhnə sənətinin bir növü, xoreoqrafiyanın ən yüksək pilləsi. Əsas ifadə vasitələri bir-biri ilə qırılmaz tellərlə bağlanmış musiqi və rəsqdir. Baletdə rəqs sənəti musiqili-səhnə tamaşaları səviyyəsinə yüksəlir. == Balet tarixi == Bu sintetik janrın kökləri çox qədimdir. İbtidai icma və quldarlıq cəmiyyətin həyatında onun rolu vacibdir. Misirin, Yunanıstanın, Hindistanın mədəni abidələri bunu təsdiq edir. Əvvəllər balet "çox ədəbli" saray şənliklərinin tərkib hissəsi olmuşdur (Lüllinin, Ramonun operabaletləri, Molyerin komediya-baletləri və b. buna daxildir). Adətən, baletin əsasında müəyyən bir süjet, dramaturji ideya dayanır, lakin süjetsiz baletlər də var.
Müharibə artisti
Müharibə artisti — müharibə təcrübəsini sənədləşdirmək üçün hökumət və ya bir nəşr tərəfindən işə götürülmüş incəsənət xadimi. Müharibə artistləri müharibənin yazılı mənbələrdə və ya digər müharibə qeydlərində tez-tez rast gəlinməyən vizual və hissi aspektlərini araşdırırlar. Müharibə artistləri fotoqraf, kinorejissor, yazıçı, aktyor, müğənni, rəssam ola bilər. Müharibə artistləri əksər halda arxa cəbhədə olurlar, amma bəzi hallarda ön cəbhədə də olurlar. Mémorial de Caen, 1914–1918 war, Artists of the First World War Ministry of Defence (MoD), MoD art collection, war artists National Archives (UK), The Art of War In War-torn Country a Soldier Looks at Iraq by Lance Nixon, Capital Journal, Vol 134 No. 27, 7 February 2014 pp C1-C6 Harvey Dunn at War by Lance Nixon, Capital Journal, Vol 134 No. 32, 14 February 2014 pp C1-C6 Remembering Battles They Fought Facing East: Plains Indians as War Artists by Lance Nixon, Capital Journal, Vol 134 No. 57 pp C1-C6 About light and dark in peace and war and a piece of Vietnam by Lance Nixon, Capital Journal (South Dakota), 17 January 2014. Drawing fire by Lance Nixon, Capital Journal (South Dakota), 23 January 2014. A photograph of a war is different from a painting “that’s not rocket science” by Dave Askins, Capital Journal (South Dakota), 20 April 2018.
Xalq artisti
Xalq artisti — SSRİ-də, hal-hazırda isə bir çox keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycan Respublikasında mədəniyyət sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə verilən fəxri ad. "Xalq artisti" fəxri adı müstəsna dərəcədə dərin ideyalı və bədii cəhətdən yüksək ustalığa, görkəmli bədii obrazlar, tamaşalar, kinofilmlər və musiqi əsərləri yaratmağa, incəsənətin inkişafında kadrlar hazırlamaqda və tərbiyə etməkdə böyük xidmətlərinə görə əvvəllər "əməkdar artist" və ya "əməkdar incəsənət xadimi" adına layiq görülmüş teatr, filarmoniya, kino, estrada, sirk, ansambl, kapella artistlərinə, rejissorlarına, orkestr və xor dirijorlarına, baletmeysterlərə, musiqi, xor, rəqs və digər kollektivlərin bədii rəhbərlərinə, musiqiçilərə, televiziya və radio verilişləri diktorlarına verilir.
Albaniya xalq artisti
Albaniya xalq artisti (alb. Artist i Popullit; Artiste e Popullit) ― səhnə sənətlərinin (teatr, musiqi, kino və incəsənət) inkişafı sahəsində müstəsna xidmətləri olan Albaniya Xalq Sosialist Respublikası dövründə görkəmli sənət ifaçılarına verilən fəxri ad. 1960-cı il qanunu ilə təsis edildi və 1980-ci ildə dəyişdirildi. Qanun 1996-cı ildə dəyişdirildikdən sonra Albaniyada bu fəxri ad artıq verilmir. Bu fəxri adın ekvivalenti "Böyük əmək ustası" oldu ki, 1996-cı il qanununa 2001-ci ildə edilmiş düzəlişdən sonra onun da adı "Böyük usta" olaraq dəyişdirildi. == Yaranması == 26 oktyabr 1960-cı ildə təsis edilən “Xalq artisti” fəxri adı Albaniya Xalq Sosialist Respublikası mədəniyyətinin inkişafına böyük töhfə vermiş müğənnilərə, bəstəkarlara, orkestr rejissorlarına, musiqiçilərə, rejissorlara, balet rəqqasələrinə, teatr, kino və opera aktyorlarına verilirdi. İlk quruluşunda titul sahibi yalnız Xalq Məclisi Rəyasət Heyətindən sertifikat alırdı. 1960-cı illərin ortalarında və ya sonlarında titulun xarici simvolu kimi nişan yaradıldı. Nişan qızıla tutulmuş və ya latunda hazırlanmış 27 mm (1,1 düym) diametrli yuvarlaq medaldan ibarət idi. Onun ağ emallı təməlində incə şölələr təsvir olunmuşdur ki, onun üstündə "ARTIST I POPULLIT" ("xalq artisti") yazılı yaqut-qırmızı emallı xətt çəkilmişdir.
Azərbaycan xalq artisti
Azərbaycan Respublikasının xalq artisti — 1991-ci ildən sənətçilərə verilən fəxri ad
Azərbaycanın xalq artisti
Azərbaycan Respublikasının xalq artisti — 1991-ci ildən sənətçilərə verilən fəxri ad
Azərbaycanın əməkdar artisti
Azərbaycan Respublikasının əməkdar artisti — 1991-ci ildən sənətçilərə verilən fəxri ad
RSFSR Xalq artisti
RSFSR xalq artisti — RSFSR-in dövlət mükafatı 10 avqust 1931-ci ildə təsis olunub.
RSFSR əməkdar artisti
RSFSR əməkdar artisti — RSFSR-in dövlət mükafatı 10 avqust 1931-ci ildə yaranıb.
Rusiyanın xalq artisti
Rusiyanın xalq artisti — Rusiya Federasiyasının Ali fəxri adı, teatr, musiqi, sirk, vodvil və kino sahəsində görkəmli nailiyyətlərə görə verilir. Rusiya Federasiyası dövlət premium sisteminə daxil.
SSRİ Xalq Artisti
SSRİ xalq artisti — 13 yanvar 1936-cı ildə təsis olunmuşdur. İlk laureat 6 sentyabr 1936-cı ildə Konstantin Stanislavski olmuşdur.
Ukraynanın Xalq artisti
Ukraynanın xalq artisti (ukr. Народний артист України) — "Ukraynanın Dövlət Mükafatları haqqında" Ukrayna Qanununa uyğun olaraq Ukrayna Prezidenti tərəfindən verilən Ukraynanın fəxri adıdır. Bu ad tamaşa sənətinin, teatrın, musiqinin, rəqsin, kinonun inkişafı sahəsində müstəsna xidmətləri olan şəxslərə verilən ad. Sovet dövründə 1922-ci ildə yaradılmışdır və əvvəllər Ukrayna SSR Xalq Artisti (Народний артист УРСР) adlanırdı. Ukrayna müstəqillik əldə edəndə-də bu ənənə saxlandı və adı dəyişdirilərək Ukraynanın Xalq artisti (Народний артист України) adlandırıldı. Sovet dövründə bir adama adətən yalnız 40 yaşına çatdıqdan sonra xalq artisti adı verilirdi lakin Balet artistlərinə istisna idi.
Ukraynanın əməkdar artisti
Ukraynanın əməkdar artisti (ukr. Заслужений артист України) — Ukrayna Respublikasının dövlət mükafatı, “Ukraynanın Dövlət Mükafatları haqqında” Ukrayna Qanununa uyğun olaraq Ukrayna Prezidenti tərəfindən verilən fəxri ad. 29 iyun 2001-ci il tarixli Ukraynanın fəxri adları haqqında Əsasnaməyə əsasən bu ad aşağıdakılara verilir: "Ukraynanın əməkdar artisti" fəxri adının verilməsi üçün təqdim olunan şəxslər ali və ya peşə təhsilinə malik olmalıdırlar. Titul Ukrayna vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir. Bu fəxri ad "Ukraynanın Əməkdar artisti" adını aldıqdan on il sonra verilə bilən "Ukraynanın xalq artisti" adından aşağıdır. Titul şəxslərin ölümündən sonra verilmir. Bu fəxri adı alanlara döş nişanı (40 mm hündürlükdə x 30 mm enində, gümüşdən hazırlanmış) və sertifikat verilir. Təqdimat açıq şəkildə aparılmalıdır.
Alan Mur (müharibə artisti)
Alan Mur (ing. Alan Moore; 1 avqust 1914, Melburn – 24 sentyabr 2015, Ballarat[d]) — Avstraliya müharibə artisti. O, əsasən İkinci Dünya müharibəsi illərində gördüyü işlərlə tanınır. Onun ən tanınmış işi Bergen-Belzen həbs düşərgəsinin təsvirləridir. Onun bir çox əsəri Avstraliya Müharibə Memorialı müzeyində saxlanılır. == Erkən həyatı == Alan Mur 1914-cü ildə Avstraliyanın Melburn şəhərində anadan olmuşdur. O, 16 yaşında rəsm çəkməyə başlamış, lakin nü mövzularına toxunduğuna görə atası onun bu fəaliyyətini davam etdirməsini qadağan etmişdir. Mur 18 yaşı tamam olanda Viktoriya Milli İncəsənət Məktəbi Qalereyasında yenidən rəssamlıqla məşğul olmağa başlamış, ali təhsilini dərəcə ilə başa vurmuşdur. O, həmçinin Sidneydə C.S. Vatkinsin rəhbərliyi altında təhsil almışdır. Mur nü janrında çəkdiyi rəsm əsərlərinə görə 1942-ci ildə Qreys Col adına təqaüd mükafatı da daxil olmaqla, Melburnda bir neçə sənət və rəsm mükafatı qazanmışdır.
Azərbaycan Respublikasının Xalq artisti
Azərbaycan Respublikasının xalq artisti — Azərbaycan Respublikasında incəsənətin teatr, kino və musiqi sahələrində böyük yaradıcılıq uğurları qazanmış sənətkarlara verilən fəxri ad. == Fəxri adın verilmə üsulu == Azərbaycan Respublikasının Prezidenti fəxri adı fərdi təşəbbüslə, habelə Milli Məclisin və Nazirlər Kabinetinin təklifi ilə verir. Fəxri ad adətən Azərbaycan Respublikasının vətəndaşlarına verilir, lakin digər ölkələrin vətəndaşlarına da verilə bilər. Əsasnaməyə görə, Azərbaycan Respublikasının eyni fəxri adı bir şəxsə təkrar verilmir. Fəxri ada layiq görülən şəxs aşağıdakı hallarda fəxri addan məhrum edilə bilər: fəxri ad almış şəxs ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda Fəxri ad almış şəxs onu ləkələyən xata törətdikdə == Təsis olunması == "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı ilk dəfə Azərbaycan Respublikasının Prezidenti Ayaz Mütəllibovun 4 may 1991-ci tarixli sərəncamına əsasən təqdim olunmuşdur. Həmin sərəncamla fəxri ad birinci dəfə Nəriman Əzimov, Ofelya Sənani və Roza Tağıyevaya verilmişdir. 1991–1993-cü illərdə fəxri adın verilməsinə davam edilmiş və 24 iyun 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən bu praktikaya son qoyularaq onun təqdim olunması dayandırılmışdır. Fəxri ad 22 may 1998-ci ildə hüquqi baxımdan təsis olunmuş və onu 1991–1993-cü illərdə almış şəxslər üçün öz qüvvəsini saxlamışdır. == Döş nişanı və vəsiqəsi == "Azərbaycan Respublikasının xalq artisti" fəxri adına layiq görülən şəxslərə Azərbaycan Respublikasının fəxri adının sertifikatı və döş nişanı verilir. Döş nişanı sinə hissəsinin sağ tərəfində taxılmalıdır.
Azərbaycan Respublikasının Əməkdar Artisti
Azərbaycan Respublikasının əməkdar artisti — Azərbaycan Respublikasında incəsənətin teatr, kino və musiqi sahələrində böyük yaradıcılıq uğurları qazanmış sənətkarlara verilən fəxri ad. əməkdar artisti adı, adətən, əvvəl Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi və ya Azərbaycan Respublikasının əməkdar artisti fəxri adlarına layiq görülmüş sənətkarlara verilir.
Gürcüstan SSR xalq artisti
Gürcüstan SSR xalq artisti — Gürcüstan SSR xalq artisti adı 27 may 1936-cı ildə təsis olunmuşdur.
Habil Əliyev (xalq artisti)
Habil Mustafa oğlu Əliyev (28 may 1927, Ağdaş – 8 sentyabr 2015, Bakı) — Azərbaycanlı kamança ifaçısı, Azərbaycan SSR xalq artisti (1978). == Bioqrafiya == Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. Yeddi yaşında ikən rayon mərkəzindəki 3 saylı yeddiillik Ağdaş musiqi məktəbinə qəbul olub. İlk vaxtlar ailəsinin təkidi ilə tar sinifində dərs alsa da uşaqlıqda çox cılız olduğundan tara gücü çatmır sonradan kamança sinifinə keçir. Elə həmin vaxtdan da meylini kamana salıb. Yeddinci sinfi və həm də musiqi məktəbini bitirəndən sonra pedaqoji məktəbə daxil olub. Habil Əliyev 1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirrlərini öyrənməyə başladı. Habilin ifaçılığı bəstəkar Soltan Hacıbəyovun da diqqətindən yayınmamışdı. Bəstəkar, Habilin potensial imkanlarını nəzərə alıb ona filarmoniyada işləməyi məsləhət görüb.
RSFSR-in xalq artisti
RSFSR xalq artisti — RSFSR-in dövlət mükafatı 10 avqust 1931-ci ildə təsis olunub.
RSFSR-in əməkdar artisti
RSFSR əməkdar artisti — RSFSR-in dövlət mükafatı 10 avqust 1931-ci ildə yaranıb.
Tələt Qasımov (xalq artisti)
Tələt Qasımov (21 iyun 1933, Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ – 28 iyul 2013, Bakı, Azərbaycan) — Azərbaycan Respublikasının xalq artisti (2006). Qasımov Tələt Məmmədağa oğlu 21 iyun 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur. Erkən yaşlarından musiqiyə həvəs göstərərək, əvvəlcə dini musiqiyə çox meyl etmiş və mərsiyəxan olmuşdur. Sonradan isə xanəndəlik sənətinə gəlmişdir. O, Zülfi Adıgözəlov, Hacıbaba Hüseynov kimi ustad sənətkarlardan muğamın sirrlərini dərindən mənimsəyərək, onların ənənələrini davam etdirmişdir. İllər keçdikcə, xanəndə kimi sənətini təkmilləşdirən Tələt Qasımov öz dəst-xətti ilə tanınmışdır. Tələt Qasımovun repertuarı zəngindir. O, bir çox muğamları və təsnifləri məharətlə və xüsusi şövqlə ifa edir. Onun ifasında “Rast”, “Şur”, “Seygah-Zabul” muğam-dəstgahları , “Şüştər” təsnifləri AzTR Fondunda saxlanılır. Tələt Qasımov Azərbaycan Dövlət Filarmoniyasının solistidir.
Yusif Qasımov (xalq artisti)
Yusif Əli oğlu Qasımov (1948, Ağdam) — Azərbaycan Respublikasının xalq artisti (1991), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən). Qasımov Yusif Əli oğlu 1948-ci ildə Ağdam şəhərində anadan olmuşdur. 1955-ci ildə məktəbə daxil olmuşdur və 1966-cı ildə həmin məktəbi bitirmişdir. 1959-cu ildən isə Bakı şəhərində yaşayır. 1961-ci ildə keçmiş pionerlər evində xalq artisti Böyükağa Məmmədovun rəqs dərnəyinə getmişdir. 1966–1967-ci illərdə Respublikada keçirilən rəqs müsabiqələrinin qalibi olmuşdur. 1967-ci ildə Moskva şəhərində keçirilən sosialist ölkələri arasında rəqs müsabiqələrinin birinci dərəcəli lauriyatı olmuşdur. 1968-ci ildə Polşanın Krakov şəhərində keçirilən beynəlxalq klassik və milli rəqs müsabiqəsinin baş mükafatına layiq görülmüşdür. Həmin il bir çox peşəkar ansambllardan dəvətlər almışdır (İ. Moiseyevin, Sibirin Qadenko ansamblına, Don kazaklarının ansamblına, Voronej ansamblına, Dağıstanın "Lezqinka" ansamblına). Bu təkliflərə baxmayaraq özümü doğma Vətəndə sınamaq istədi.
Zülfüqar Abbasov (xalq artisti)
Zülfüqar Qulu oğlu Abbasov (3 may 1940, Yuxarı Saral, Marneuli rayonu – 1 aprel 2022) — Azərbaycan rejissoru, aktyor. Azərbaycan Respublikasının xalq artisti (2000). Zülfüqar Abbasov 1940-cı il may ayının 3-də Gürcüstan SSR-də Borçalı rayonunun Yuxarı Saral kəndində anadan olmuşdur. Əsli-kökü Qərbi Azərbaycanın Vedi və Dərələyəz mahalındandır. Ata babası Dinməz Abbas o mahallarda gedən mənfur erməni qiyamçılarının intiqamçısı olub. Sovetlərdən sonra həbs və sürgünlərdən canını qurtarmaq üçün Borçalıya köçüb. Orta məktəbi Borçalıda bitirib. İki dəfə ali təhsil alıb. 1962-ci ildə A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutununun Azərbaycan bölməsini və 1966-cı ildə Bakı Teatr İnstitutunu (indiki Mədəniyyət və İncəsənət Universitetini) bitirib. Teatr institunda oxuduğu vaxt ona müəllimləri — böyük sənətkar Mehdi Məmmədov və Məlik Dadaşov bu sənətin sirlərini dərindən öyrədiblər.
Özbəkistan SSR xalq artisti
Özbəkistan SSR xalq artisti — 16 fevral 1940-cı il tarixində təsis olunan fəxri ad. Bu mükafat, Özbəkistan SSR Ali Soveti Rəyasət Heyəti tərəfindən xüsusilə teatr, musiqi və kinonun inkişafında fərqlənmiş şəxslərə verilmişdir. Mükafata ilk dəfə 1932-ci ildə rəqqasə Tamara Xanum, sonuncu dəfə isə 1991-ci ildə Husan Şaripov layiq görülmüşlər. Статья "Звания почётные". Большая советская энциклопедия.
Ukrayna SSR əməkdar artisti
Ukrayna Sovet Sosialist Respublikasının əməkdar artisti (ukr. Заслужений артист Української РСР) ― Ukrayna SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən verilmiş fəxri ad və görkəmli vətəndaşların xidmətlərinin dövlət və cəmiyyət tərəfindən tanınmasının formalarından biri. 1931-ci ilin avqustun 10-da yaradılmışdır. Teatrın, musiqinin, kinonun, sirkin inkişafında xüsusi fərqlənmiş görkəmli incəsənət xadimlərinə, rejissorlara, bəstəkarlara, dirijorlara, müşayiətçilərə, musiqi, xor, rəqs və digər kollektivlərin bədii rəhbərlərinə və digər yaradıcı işçilərə yüksək məharətləri və və incəsənətin inkişafının təşviqindəki fəaliyyətlərinə görə verilirdi. Ukraynada Sovet İttifaqının dağılması ilə "Ukrayna SSR əməkdar artisti" adı "Ukraynanın əməkdar artisti" adı ilə əvəz olunmuş, lakin keçmişin dövlət mükafatlarına layiq görülən Ukrayna vətəndaşlarının xidmətləri nəzərə alınmışdır. Bu mükafatı daha əvvəl alanlar mükafatlar haqqında keçmiş SSRİ və Ukrayna SSR qanunvericiliyində nəzərdə tutulmuş hüquq və vəzifələri özlərində saxlayıblar. Нагороди України: історія, факти, документи у 3-х томах / Д. В. Табачник, І. Д. Безгін, В. Й. Бузало ; [та ін.]. — К.: Українознавство, 1996. — т. 2.