Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Attaşe
Attaşe (fr. attaché, hərfi mənası — təhkim edilmiş) — ilk diplomatik rütbə, aşağı diplomatik vəzifə. Azərbaycanda birinci diplomatik ranq. Attaşe diplomatik nümayəndəliyin tərkibində müəyyən ixtisaslaşmış sahə üzrə akkreditiv dövləti təmsil edir, həmin sahə ilə bağlı məlumat toplayır. Onun bu fəaliyyəti bəzən qanuni casusluq kimi qiymətləndirilir. == Ümumi məlumat == Bütün dövlətlərin qanunvericiliyinə əsasən xarici işlər nazirinin əmri ilə diplomatik nümayəndəliklərin və xarici işlər idarələrinin 2-3 illik iş təcrübəsi olan əməkdaşlarına verilir. Hərbi, hərbidə niz, hərbi-hava Attaşeləri — diplomatik nümayəndəliyin vəzifəli şəxsləri; olduqları dövlətin hərbi qüvvələri qarşısında öz ölkələrinin müvafiq qoşun növlərini təmsil edir və diplomatik nümayəndəyə bütün hərbi məsələlər üzrə kömək göstərirlər. Kommersiya (ticarət), maliyyə, kənd təsərrüfatı, elm və texnika, balıqçılıq üzrə Attaşelər — diplomatik nümayəndəliyin diplomatik heyəti üzvləri; xarici əlaqələrin müəyyən sahəsində xüsusi funksiyaları həyata keçirirlər. Mədəniyyət məsələləri üzrə Attaşe — diplomatik nümayəndəliyin diplomatik heyəti üzvü; olduğu ölkə ilə mədəni əlaqələrin inkişafı məsələlərinə baxır. Mətbuat Attaşesi (press-attaşe) — diplomatik nümayəndəlikdə mətbuat məsələlərinə baxan vəzifəli şəxs.
Astanə
Astana — İranın Mərkəzi ostanının Şazənd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,969 nəfər və 1,941 ailədən ibarət idi.
Artse
Artse (erm. Արծն; yun. Ἄρτζε) — X–XI əsrlərdə şərqi Anadoluda mövcud olmuş tarixi şəhər. == Tarixi == Artse Bizans imperiyasının Feodosipol şəhərinin 55 kilometr (34 mil) şərqində, Basiani vilayəti daxilində, Ermənistan və İberiya ilə olan sərhəddə, Araz çayının sol sahilində yerləşirdi. Şəhərin adı Eskorial taktikası (təq. 971/975-ci il) əsərində Bizans strateqinin yeri olaraq qeyd edilir. Şəhər 979-cu ildə Barda Sklirin üsyançı ordusunun Pankaliya döyüşündə məğlub edilməsində kömək etdiyinə görə III David Kuropalata verilmişdir. Buna baxmayaraq, III Davidin ölümündən sonra şəhər 1000-ci ildə İberiya katepanlığının bir parçası olmuşdur.Şəhər haqqındakı məlumat Siciliyalı İohannın yazılarındandır. O, qeyd edir ki, Artse Suriya, Ermənistan və başqa yerlərdən tacirləri cəlb edən böyük bir ticarət mərkəzi idi. Şəhər 1048-ci və ya 1049-cu ildə səlcuq türkləri tərəfindən ələ keçirilmişdir.
Atlas
Atlas (coğrafi) – 1)xəritə; 2)albom və ya məcmuə şəklində tərtib edilmiş xəritə; 3)cürbəcür xəritələrin, sxemlərin toplusu; 3)müəyyən sistem üzrə toplanmış xəritələr toplusu; 4)dilçilikdə dil və ya dialektlərin yayılma areallarını əks etdirən xəritələr toplusu; 5)göy cismlərinin xəritə və cədvəllərinin toplusu (astronomik atlas); 6)coğrafi müəyyən sistemlə yığılıb, ümumi proqram əsasında albom və ya kitab şəklində tərtib edilən coğrafi xəritələrin məcmuəsi. Atlasdan müxtəlif sorğu və tədris məqsədi ilə istifadə olunur. "Atlas" adını ilk dəfə 16 cı əsrdə Herard Merkator tərəfindən gəlmişdir. O, tərtib etdiyi xəritələri toplu halında hazırlayıb və onu "Atlas" adlandırıb və çap olunub. Azərbaycanda nəşr olunmuş atlaslar: "Dünyanın fiziki atlası" (1964), "Dünyanın kiçik atlası" (1975), "Azərbaycanın atlası" (1949, 1963).Azərbaycan Respublikasının müxtəlif istiqamətli yeni atlaslarını Azərbaycan Milli Elmlər Akademiyasının akad. Həsən Əliyev adına Coğrafiya İnstitutu nəşrə hazırlamışdır. == Ədəbiyyat == R.M., Şükürlü S.F., Kazımova S.İ., Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər // Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2009. 201 s.
Artaşes Arzumanyan
Artaşes Nikolayeviç Arzumanyan (5 (17) may 1898, Şuşa – 1985) — erməni mənşəli Azərbaycan SSR xalq artisti (1954). == Həyatı == 17 may 1898-ci ildə Şuşada anadan olmuşdur.Bakı, Xankəndi və Gümrü teatrlarında aktyor kimi fəaliyyət göstərmişdir. Repertuarında Cəfər Cabbarlının "1905-ci ildə" əsərindəki Salamov obrazı xüsusilə məşhur olmuşdur.1985-ci ildə vəfat edib.
Artaşes Babalyan
Artaşes Babalyan (erm. Արտաշես Բաբալյան; 17 noyabr 1886, Şuşa – 1 avqust 1959, Tehran) — erməni siyasətçi, görkəmli dövlət və ictimai xadim, Ermənistan İnqilabi Federasiyasının üzvü, Ermənistan Demokratik Respublikasının sosial müdafiə naziri (31 oktyabr 1919–5 may 1920). == Həyatı == Sankt-Peterburq, Bakı və Xarkovda həkim işləmişdir. Birinci Dünya Müharibəsinin iştirakçısı olmuşdur. Vartan könüllülər alayının baş həkimi vəzifəsini icra edirdi. 1917-ci ildə Ermənistan Demokratik Respublikasının yaranmasında fəal iştirak edirdi. 1917-ci ildə respublikada Milli Məclisin üzvü təyin olundu. 1918-ci il erməni-gürcü müharibəsi zamanı iddia edirdi ki, erməni ordusunun Tiflisə çatmaq və orada yığılan bütün problemləri həll etmək üçün kifayət qədər qüvvələri var. 1920-ci il avqustun 10-da Arşak Camalyan ilə birlikdə Tiflisdə RSFSR-in elçisi bolşevik Boris Leqranla, Zəngəzur, Qarabağ və Naxçıvan bölgələrinin ərazilərini Qırmızı Ordu tərəfindən işğalı, habelə Ermənistan Respublikasının müstəqilliyinin tanınması ilə bağlı danışıqlarda iştirak etdi. RSFSR ilə Ermənistan arasında sülh müqaviləsinin bağlanmasında iştirak etmişdir.
Artaşes sülaləsi
Artaksiad Xanədanı, və ya Artaşes Xanədanı (Ermənicə: Արտաշեսյանների հարստություն / Artaşesyanneri harstutyun), Eramızdan əvvəl 189 - Bizim eranın 1-ci illəri arasında Ermənistan torpaqlarını idarə etmiş sülalənin adıdır. Bu sülalə Arsax krallığı və Tiqran Krallığı adlı dövlətləri yaratmış və həmin dövlətləri idarə etmişdir. == Sülalənin mənşəyi == Artaşes sülaləsi İran mənşəli Yevrandid sülaləsinin qolu idi. == Hökmdarlar == Aşağıda bu xanədana məxsus olan hökmdarlar göstərilmişdir: I Artaksiad (I. Arsax), eramızdan əvvəl 189-160-cı illər. → Arsax Krallığını qurub idarə etmişdir. I Artavazde, eramızdan əvvəl 160-149-cu illər → Arsax Kralı I Tigran, eramızdan əvvəl 149-128-ci illər → Arsax Kralı II Artavazde, eramızdan əvvəl 128-95-ci illər → Arsax Kralı II Tigran (Böyük Tiqran), eramızdan əvvəl 95-55-ci illər → Tiqran Krallığını qurmuş və idarə etmişdir. III Artavazde, eramızdan əvvəl 55-34 → Tiqran KralıIII Artavazde zamanından sonra gələn xanədan mənsubları Tiqran Krallığının süqutundan sonra digər dövlətlərə vassallıq etmişdirlər.
Astanə Əşrəfiyə
Astaneyi-Əşrəfiyyə — İranın Gilan ostanında yerləşən şəhər. Astaneyi-Əşrəfiyyə əhalisinin əksəriyyətini giləklər təşkil edir.
DoS-attack
DoS — xidmətdən imtina hücumu (ing. denial-of-service attack, rus. aтака типа отказ в обслуживании) – şəbəkə hücumunun bir növü. Veb-saytın, veb-serverin və digər şəbəkə resursunun normal işini pozmaq və ya çətinləşdirmək məqsədilə həyata keçirilir. Bu zaman serverə xidmət tələbi ilə çoxlu sayda sorğular gəlir. Server öz resurslarını bağlantı qurmağa və xidmət göstərməyə sərf edir, sorğuların müəyyən axınının qarşısında isə "tab gətirmir". Çox zaman bu hücumlar iqtisadi təzyiq məqsədilə edilir: gəlir gətirən xidmət dayanır, provayderdən gələn hesab şişir, hücumun qarşısını almaq üçün görülən tədbirlər əlavə xərclərə səbəb olur. Bu hücumları müxtəlif üsullarla həyata keçirirlər. Üsullardan biri serverə çoxsaylı sorğuların göndərilməsidir, serverin resursları onların emalı üçün yetərli olmadıqda serverin işi çətinləşə və ya pozula bilər. Bu növ hücumdan qorunmaq üçün adi trafiklə müqayisədə aşırı trafikin mənbələri təhlil olunur və onların qarşısı alınır.
Hadi Atlasi
Hadi Atlasi (tam adı:Hadi Miftaxetdin oğlu Atlasov) — tatar tarixçi, pedaqoq, ictimai xadim.[mənbə göstərin] == Həyatı == Hadi Miftaxetdin oğlu Atlasi 1876-cı ildə çar Rusiyasının işğal etdiyi Tatar torpaqlarında yaratdığı Sembir quberniyası Bua qəzasındakı Tübən Çəke kəndində molla ailəsində doğulmuşdur. İndi bu kənd Tatarıstan Cümhuriyyətinin Çüprəle rayonuna daxildir. İlk təhsilini atasından alan Hadi sonra Bua’dakı mədrəsədə oxumağa getmişdir. Avropa ölkələrinin sürətli inkişafı, Rusiyanın hər sahədə onları təqlid etməsi, Rusiya əsarətində olan xalqlarda da bir Avropapərəstlik əhval-ruhiyyəsi yaratmışdı. Buna görə də Hadi üsul-i qədim, yəni orta yüzillərin proqramı ilə keçilən mədrəsədə oxusa da, cədidçilərə meyil göstərmişdir. Bua mədrəsəsini bitirdikdən sonra Orenburq şəhəri yaxınlığındakı Karqalı kəndindəki Müəllimlər Seminariyasına daxil olmuşdur. 1898-ci ildə Müəllimlər Seminariyasını bitirəndə o, Türk, Ərəb, Fars, Rus, Alman dillərini bilməklə yanaşı, astronomiya, coğrafiya, riyaziyyat və başqa fənnləri də oxumuşdur. == Pedaqoq == Müəllimlər Seminariyasını bitirdikdən sonra Buadakı mədrəsədə işə başlayan Hadi Atlasi buradakı təhsil sistemində dəyişikliyə can atır və istədiyinə nail olur. Mədrəsə şagirdləri üçün "Qıyılme həyət", yəni "Astronomiya" və "Tarixe tabiqat", yəni "Təbilət tarixi" dərsliklərini yazaraq çap etdirir.. Az vaxtda bacarıqlı pedaqoq, millətsevər insan, ictimai xadim kimi tanındığına görə [1903]-cü ildə onu Böqelmə qəzasının Əlmət kəndindəki məscidə imam və məscid yanındakı məktbə müəllim işləməyə dəvət edirlər.
II Artaşes
II Artaşes (e. ə. I əsr və ya bilinmir – e.ə. 20) (arm: Արտաշես II) - Təxminən eramızdan əvvəl 60-cı illərdə anadan olmuş Ermənistanın kralı, II Artavazdın oğlu, Artaşes sülaləsinin nümayəndəsi.[mənbə göstərin]Onun ölümündən sonra Artaşes sülaləsinin və erməni dövlətinin tənəzzülü başlayır.
I Artaşes
I Artaşes (yun. Άρταξίας, lat. Artaxias; bilinmir – təq. e.ə. 160) — Ermənistan Krallığının dövlət xadimi.
Katalan atlası
Katalan atlası(kat. Atles català,Orta əsrlər dövründə (1375-ci ildə hazırlanmış və yazılmış) ən mühüm Katalan xəritəsi. Bu atlas Majorkan kartoqrafik məktəbi tərəfindən istehsal edilib və Kreskes Abraham (Cresques Abraham) (həmçinin "Abraham Kreskes" (Abraham Cresques) kimi tanınan),özünü dünyanın xəritələr habelə kompaslar ustası , kimi təsvir edən bir yəhudi kitab aydınladıcına aid edilir. V Kral Çarlz dövründən bəri Fransa kral kitabxanası (indi Fransa Milli Kitabxanası)nda olmuşdur.
Massive Attack
Massive Attack - Bristol, İngiltərədən olan trip-hop qrupudur. Qrup 1987-ci ildə dağılmış "The Wild Bunch" qrupunun üzvləri tərəfindən qurulub. 1988-ci ildə "Any Love" adlı ilk sinqlı satışa çıxardan qrup bir çox məşhurlarla əməkdaşlıq etmiş və bir çox film üçün saundtrek hazırlamışdır. 2011-ci ilə qədər 5 studiya albomu hazırlayan qrupun kompozisiyaları bir çox televiziya proqramlarında və filmlərdə səsləndirilib («Şakal (film)»), («Betmen (film)»), («Mulen Ruj! (film, 2001)»), («Blade II)»), («Doktor Haus (teleserial, 2004)»), («Matriça (film)»), («Qapışma (film, 2000)»), («Həbsxanadan qaçış»), («187 (film)»), («Qal (film)»), («Pi (film)»), («Luck (teleserial)») və s.). Həmçinin qrupun doğma Bristol'da Tube adlı kiçik gecə klubunda da maliyyə payı var. == Üzvlər == === Hazırkı tərkib === Robert Del Nadja (Robert Del Naja) ("3D") Qrant Marşall (Grant Marshall) ("Daddy G") Nil Devidj (Neil Davidge) === Əvvəlki tərkib === Endrü Vaulz (Andrew Vowles) ("Mushroom") === Əməkdaşlıq === Albomların yazılışı vaxtı qrup çox vaxt vokalistlərlə aməkdaşlıq edir.
Mequmi Takase
Mequmi Takase (d. 10 noyabr 1990) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 61 oyun keçirib, 9 qol vurub.
Milleniya Atlası
Encyclopedia Millenia World Atlas - Türkiyədə "BOYUT YAYIN GRUBU" tərəfindən nəşr olunan ensiklopediya-kitab, atlas. == Milleniya Ensiklopediyası Dünya Atlası 2008-də Azərbaycan haqqında verilən məlumatlar == == Əməyi keçənlər == Rejissor Bülent Özükan Müdür Nilgün Özükan Sənət rejissoru Murat Öneş Yayım editorları Nil Yüzbaşıoğlu Burçin Ünlü Mısra Öncel Qrafik dizayn Ümit Vurgun İbrahim Yılgaz Proyektin inkişafı koordinatoru Çağatay Özgür Elektronik montaj Özcan Yıldız Rəng ayrımı Şenol Şenoğlu Fotoqraflar ©Bünyad Dinç ©Refik Ongan ©ABC agentliyi ©Corel Corparation ©Creative Collection ©Getty İmages ©Hemera Technologies İnc.
Takase çayı
Takase çayı (高瀬川, Takase-qava) — Yaponiyanın Kioto şəhərində yerləşən kanal. Nico-Kiyamaçidə başlayır, Kiyamaçı küçəsi boyunca axır və Fuşimi limanında Uci gölü ilə görüşür. Yolda Takase çayı Komo çayı ilə kəsişir. Müasir gündə çayın cənub hissəsi Kamo çayı ilə əlaqələnmir. == Tarix == Kanal Edo dövründə, 1611-ci ildə Suminokura Ryoy tərəfindən Kiotonun mərkəzində müxtəlif məhsulları və resursları daşımaq üçün qazdırmışdır. Kanal şəhər iqtisadiyyatına böyük töhfə vermişdir. == Xarici keçidlər == 35°00′44″ şm. e. 135°46′12″ ş. u.
İstanbul Attack
İstanbul Atack Türkiyə rep qrupu. Qrup 2005-ci ildə yaradılıb. Qrup üzvləri: Fuchs, Ramiz, Qasırğa və Timur ləqəbli repçilərdir.
Ailə atası
"Pater familias" (latın dilindən – "ailə atası") — patriarxal ailənin başçısı. Qədim Romada "pater familias" əvvəlcə həyat yoldaşı, uşaqları, qulları, əşyaları üzərində eyni gücə (manus) malik idi. O, bunların hamısını bəraət qazandırmaqla iddia edə bilərdi. Sonra bu güc fərqlənmiş və müxtəlif adlar almışdır.Əvvəlcə ailənin atasının səlahiyyəti qeyri-məhdud idi, qalan ailə üzvləri isə tamamilə gücsüz idi, lakin sonra Roma hüququ onların hüquqlarını tanımağa başlamışdır. Ailə atasının hakimiyyətinin zəifləməsi Roma ailə hüququndakı dəyişiklik, yetkin ailə üzvlərinin müəyyən müstəqilliyini öz üzərinə götürən ticarətin inkişafının nəticəsi idi.
Aktaş (Xaybulla)
Aktaş kəndi (başq. Аҡташ) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu İvanov kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Aktaş kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 62 km., kənd sovetliyindən (İvanov): 11 km. ən yaxın dəmiryol stansiyasından (Sara stansiyası): 99 km. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Aktaş gölü
Xozapini gölü (gürc. ხოზაფინის ტბა) və ya Aktaş gölü (türk. Aktaş Gölü) — Kiçik Qafqazdakı Cavaxet yaylasında yerləşən tektonik mənşəli sərhəd gölüdür. Gürcüstan — Türkiyə sərhədində yerləşən göl təxminən ölkələri iki bərabər hissəyə bölərək şimal-qərbdən cənub-şərqə keçir. Şimal-şərq hissəsi Gürcüstanın, cənub-qərb hissəsi isə Türkiyənin payına düşür. Gölün 53%-i Gürcüstanın payına düşür. == Adı == Gölün rast gəlinən digər adları bunlardır: Xozapini (gürc. ხოზაფინის ტბა), Karçaxistba, Karçaxi (gürc. კარწახის ტბა), Karçask, Аktaş (türk. Aktaş Gölü), Xozapin (türk.
Aktaş çayı
Aktaş (qum. Акъташ, çeç. Гӏурий, avar. Ахчи, Казма) — Dağıstan Respublikasında çay. Çay Dağıstanın Kazebek və Xasvyurt rayonları ərazisindən axır. Qumuq dilində toponimin tərcüməsi "ağ daş" — акъ таш demkdir. == Coğrafiyası == Aktaş öz başlanğıcını Suyasi-Meer silsiləsinin şimal-şərq yamacından, Andiyski silsiləsinin kəsişməsindən götürür. Mənbənin dəniz səviyyəsindən hündürlüyü — 2300 metrdir. Aktaş çayının meyilliyi 14,6 m/km-dir. Mənsəbinin hündürlüyü isə — 10 metrdir.
Artas (İzer)
Artas (fr. Artas) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — Vyen. INSEE kodu — 38015. Kommunanın 2012-ci il üçün əhalisi 1725 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 364 ilə 507 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 430 km cənub-şərqdə, Liondan 36 km cənub-şərqdə, Qrenobldan 60 km şimal-qərbdə yerləşir.
Atlas(topologiya)
Riyaziyyatda, xüsusən də topologiyada bir atlasdan istifadə edilərək bir çoxobrazlı təsvir olunur. Atlas, təxminən desək, çeşidli ayrı-ayrı bölgələri təsvir edən fərdi qrafiklərdən ibarətdir. Əgər çoxobrazlı Yerin səthidirsə, onda bir atlasın daha çox ümumi mənası var. Ümumiyyətlə, Atlas anlayışı, çox yönlü və əlaqəli quruluşların, məsələn, vektor dəstələri və digər lif dəstələri kimi formal tərifin əsasını təşkil edir. == Qrafiklər == Bir atlasın tərifi bir qrafik anlayışına bağlıdır. Bir topoloji məkan M üçün cədvəl (koordinat cədvəli, koordinat yaması, koordinat xəritəsi və ya yerli çərçivə də deyilir) bir homeomorfluqdur φ {\displaystyle \varphi } U açıq bir M-dən Evklid məkanının açıq çoxluqlarlna qədərdir. Qrafik ənənəvi olaraq sifariş edilmiş cüt ( U , φ ) {\displaystyle (U,\varphi )} olaraq qeyd olunur. == Atlasın ümumi tərifi == Bir topoloji məkan üçün bir atlas indeksləşdirilmiş M {\displaystyle M} ailəsidir { ( U α , φ α ) : α ∈ I } {\displaystyle \{(U_{\alpha },\varphi _{\alpha }):\alpha \in I\}} qrafikləru üzərində M {\displaystyle M} hansı ki, M {\displaystyle M} əhatə dairəsini təyin edir(yəni, ⋃ α ∈ A U α = M {\displaystyle \textstyle \bigcup _{\alpha \in A}U_{\alpha }=M} ). Hər bir cədvəlin kodomaini n ölçülü Evklid məkanıdırsa, onda M {\displaystyle M} -in n ölçülü bir çoxobrazlı olduğu deyilir. Bəzi müəlliflər atlastlardan istifadə etsələr də,atlaslar çoxluğu atlaslardır.
Aygün Attar
Aygün Attar (1962, Qubadlı) — professor, Türkiyənin Giresun Universitetinin rektoru (2012–2016). == Həyatı == Aygün Attar 1962-ci ildə Qubadlıda anadan olub. 1986-cı ildə Bakı Dövlət Universitetini bitirmiş, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiəsi etmişdir. Aygün Attar 1990-cı illərin ortalarından Türkiyədə yaşayır və Türkiyə vətəndaşıdır. 2012–2016-cı illərdə Türkiyənin Giresun Universitetinin rektoru olmuşdur. == Mükafatları == Aygün Attar Xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə 3-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Aygün Attar 2014-cü ildə Oksford Universitetinin Sokrat mükafatına mükafatına layiq görülüb. 15 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə "Dostluq" ordeni ilə təltif edilib == Elmi fəaliyyəti == Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir. "METAFİZİKA" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 5-ci sayından jurnalın "Tarix, Arxeologiya və Antropologiya" üzrə redaksiya heyətinin üzvüdür. === Kitabları === Aygün Attar (Haşimzade).