Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
ASE
Azərbaycan Sovet Ensiklopediyası və ya qısaca ASE (azərb-kiril. Азәрбајҹан Совет Енсиклопедијасы (АСЕ)) — 10 cilddən ibarət Azərbaycan dilində ensiklopediya. == Tarixi == "Azərbaycan Sovet Ensiklopediyası"nın nəşr edilməsi haqqında" qərar Azərbaycan KP MK və Azərbaycan SSR Nazirlər Soveti tərəfindən 1965-ci il 30 dekabrda verilmişdir. Qərara əsasən, oncildlik "Azərbaycan Sovet Ensiklopediyası (ASE)" və "Azərbaycan SSR" xüsusi cildi (Azərbaycan və rus dillərində) buraxılmalı idi. Həmin dövrdə respublikada ensiklopediya nəşretmə təcrübəsi olmadığına və peşəkar kadr azlığına baxmayaraq, 1970-ci ildə Rəsul Rzanın rəhbərliyi ilə ASE-nin "Azəri Sovet Ensiklopediyası" adlı 1-ci cildi buraxıldı. Sov.İKP MK Siyasi Bürosunun qərarına əsasən, həmin cild sovet ideologiyasının tələblərinə cavab verməyən nəşr hesab edilərək 20 min nüsxəlik ilk tirajı qısa müddətdə satışdan yığışdırılaraq mütləq əksəriyyəti məhv edildi. Rəsul Rza baş redaktor vəzifəsindən azad olundu.Azərbaycan KP MK-nın 1975-ci il 24 oktyabr tarixli qərarı ilə bərpa olunan ASE-nin ümumi nəşri 1987-ci ildə başa çatdırılsa da, xüsusi cild buraxılmadı. Halbuki onun bütün cildlərində Azərbaycanla bağlı bəzi məqalələr yeri gəldikcə "Azərbaycan SSR" xüsusi cildinə istinadən verilmişdi. SSRİ-də "perestroyka" başlayanda da "Azərbaycan SSR" xüsusi cildinin nəşri baş tutmadı.Azərbaycan Sovet Ensiklopediyası 1976–1987-ci illərdə kiril əlifbası ilə nəşr edilmişdir. Hazırda Azərbaycan dilində ensiklopedik informasiya bazalarından ən mükəmməlidir.
ASP
ASP (ing. Active Server Pages) — veb səhifələrin kodlanması üçün əlifba. Maykrosoft (Microsoft) tərəfındən hazırlanmışdır.
ASQ
Azərbaycan Respublikasının Silahlı Qüvvələri və ya Azərbaycan Ordusu — Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumağa həsr olunmuş hərbi təşkilat. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Birləşən qüvvələrə Azərbaycan Respublikası Daxili Qoşunları, Azərbaycan Milli Qvardiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti daxildir.1918-ci ilin mayın 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində Azərbaycanın Silahlı Qüvvələrinınin yaradılması qeyd edilib. 1918-ci ilin mayın 28-də yaradılan ilk kabinədə Azərbaycan hökumətinin müdafiə naziri vəzifəsinə general Xosrov bəy Sultanov təyin edilib. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldığı ilk dövrlərdə onun hərbi qüvvələri 600 nəfərlik könüllü dəstələrdən ibarət idi. Hökumət 1918-ci il iyunun 19-da ölkə ərazisində hərbi vəziyyət elan edib. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi diviziya" adlanan keçmiş Tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradılıb. İyulun 11-də hökumət fərmanı ilə hərbi səfərbərlik elan edilib. Azərbaycan Respublikasının 1894–1899-cu illərdə anadan olmuş bütün müsəlman vətəndaşları orduya hərbi qulluğa çağırılıb.1920-ci ildə Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra Azərbaycanın hərbi nazirliyi rəsmən ləğv edilib, Azərbaycan ordusunun 21 generallarından 15-i bolşeviklər tərəfindən güllələnib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra, 1991-ci ilin sentyabrında Ali Sovetin qərarı ilə Müdafiə Nazirliyi, oktyabrın 9-da isə qarşıdakı 3 ay ərzində Azərbaycan Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul edilib.
Asi
Asi (عاصی - üsyançı):
Aşa
Əşə (tatar. Әшә, Əşə, başq. Әшә, Əşə, rus.
ASA təsnifatı
ASA təsnifatı — Amerika Anestezioloqlar Cəmiyyətinin (ing. American Society of Anesthesiologists) cərrahi müdaxiləyə ehtiyac olan xəstələrin sağlamlıq dərəcəsini müəyyənləşdirmək üçün tərtib və tövsiyə etdiyi bir sxemdir.
ASK Arena
ASK Arena (keçmiş adı: Şəfa stadionu, İnter Arena) — Azərbaycanın paytaxtı Bakı şəhərində stadion. ASK Arena Heydər Əliyev prospekti, köndələn 5 ünvanında yerləşir. Meydançanın tutumu 8125 nəfərdir. Meydança süni ot örtüyü ilə döşənmişdir. == İnşası == Stadion əvvəllər "Termist" adlanan arenanın əsasında UEFA-nın ayırdığı vəsait hesabına 2000-ci ildə AFFA tərəfindən əsaslı şəkildə yenidən qurulub və yenidənqurma işləri 4 milyon 500 min dollara başa gəlmişdir. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb. Arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulmuşdu. Əsas meydançada milli çempionatın ilk dövrəsində Olimpik klubu ev oyunlarını keçirib. 2014-cü ildə stadion Bakının "İnter" klubuna 4 milyon 250 min manata satılmışdır. Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb.
Aqrolizinq ASC
Aqroservis Açıq Səhmdar Cəmiyyəti — Prezident İlham Əliyevin 2004-cü il oktyabrın 23-də imzaladığı sərəncamla yaradılan səhmdar cəmiyyət. Səhmlərinin 100 faizi dövlətə məxsus olduğundan yarandığı vaxt Cəmiyyətə İqtisadi İnkişaf Nazirliyi nəzarət edib. 2009-cu il iyulun 21-də isə Prezidentin sərəncamına əsasən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. 22 noyabr 2005-ci ildə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin regional bazalar haqqında əsasnaməsinin 1.4-cü bəndinə əsasən həmin 9 təchizat bazasının tərkibində “Aqroservis“ şəbəkələri yaradılıb. 8 iyul 2006-cı ildə Azərbaycan Respublikası İqdisadi İnkişaf Nazirliyinin 331 N-li əmri ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının 61 rayonunda təsərrüfat hesablı Aqroservis filialları fəaliy­yətə başlayıb. Bundan əlavə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə göstərilən aqroservis xidmətlərinin fəaliyyət dairəsinin genişləndirilməsində, Səhmdar Cəmiyyətin Bakı Mərkəzi Təhcizat bazasının və regionlarda fəaliyyət göstərən Gəncə, Şirvan, Ucar, Xaçmaz rayonlararası təchizat bazalarının böyük rolu vardır. Hal-hazırda, həmin bazalar “Aqrolizinq” ASC tərəfindən Respublikaya gətirilən kombaynların, traktorların, ekskavatorların və digər kənd təsərrüfatı texnikalarının yerləşdirilməsini, komplektləşdirilməsini, satış qabağı hazırlığın aparılmasını və satışını həyata keçirir. 2008-ci ildən Şəki və Sabirabad logistik gübrə bazaları, 2009-cu ildən Şəmkir və Xaçmaz logistik gübrə bazaları, 2010-cu ildə isə Cəlilabadda və Bərdədə logistik gübrə bazaları yaradılıb. “Aqrolizinq” ASC-in yaranması zamanı onun qarşısına qoyduğu əsas məqsəd, ölkədə kənd təsərrüfatı texnikası çatışmazlığının aradan qaldırılması, fermerlərə güzəştli şərtlərlə bu cür texnika və avadanlıqların verilməsi idi. Sonradan Prezident 2007, 2008, 2009-cu illərdə verdiyi sərəncamlarla onun funksiyalarını daha da genişləndirib.
Aqroservis ASC
Aqroservis Açıq Səhmdar Cəmiyyəti — Prezident İlham Əliyevin 2004-cü il oktyabrın 23-də imzaladığı sərəncamla yaradılan səhmdar cəmiyyət. Səhmlərinin 100 faizi dövlətə məxsus olduğundan yarandığı vaxt Cəmiyyətə İqtisadi İnkişaf Nazirliyi nəzarət edib. 2009-cu il iyulun 21-də isə Prezidentin sərəncamına əsasən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib. 22 noyabr 2005-ci ildə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin regional bazalar haqqında əsasnaməsinin 1.4-cü bəndinə əsasən həmin 9 təchizat bazasının tərkibində “Aqroservis“ şəbəkələri yaradılıb. 8 iyul 2006-cı ildə Azərbaycan Respublikası İqdisadi İnkişaf Nazirliyinin 331 N-li əmri ilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının 61 rayonunda təsərrüfat hesablı Aqroservis filialları fəaliy­yətə başlayıb. Bundan əlavə, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə göstərilən aqroservis xidmətlərinin fəaliyyət dairəsinin genişləndirilməsində, Səhmdar Cəmiyyətin Bakı Mərkəzi Təhcizat bazasının və regionlarda fəaliyyət göstərən Gəncə, Şirvan, Ucar, Xaçmaz rayonlararası təchizat bazalarının böyük rolu vardır. Hal-hazırda, həmin bazalar “Aqrolizinq” ASC tərəfindən Respublikaya gətirilən kombaynların, traktorların, ekskavatorların və digər kənd təsərrüfatı texnikalarının yerləşdirilməsini, komplektləşdirilməsini, satış qabağı hazırlığın aparılmasını və satışını həyata keçirir. 2008-ci ildən Şəki və Sabirabad logistik gübrə bazaları, 2009-cu ildən Şəmkir və Xaçmaz logistik gübrə bazaları, 2010-cu ildə isə Cəlilabadda və Bərdədə logistik gübrə bazaları yaradılıb. “Aqrolizinq” ASC-in yaranması zamanı onun qarşısına qoyduğu əsas məqsəd, ölkədə kənd təsərrüfatı texnikası çatışmazlığının aradan qaldırılması, fermerlərə güzəştli şərtlərlə bu cür texnika və avadanlıqların verilməsi idi. Sonradan Prezident 2007, 2008, 2009-cu illərdə verdiyi sərəncamlarla onun funksiyalarını daha da genişləndirib.
Asa Akira
Asa Akira (3 yanvar 1985, Manhetten, Nyu-York ştatı) — ABŞ pornoaktrisası və pornofilm rejissoru. Akira 2016-cı ilin may ayına qədər 505-dən çox pornofilmdə yer almışdır.
Asa Gray
Eysa Qrey (eləcə də Asa, və ya Eyza; ing. Asa Gray; 1810—1888) — XIX əsrin tanınmış ABŞ botaniklərindəın biri. 1862-ci ildən Peterburq EA-nın müxbir üzvü. == Əsas işləri == Gray A., Torrey J. A flora of North America, 1838—1843 Gray A., Engelmann G. Plantae Lindheimerianae: An enumeration of F. Lindheimer’s collection of Texan plants, with remarks and descriptions of new species, etc. // Boston Journal of Natural History, Band 5 + 6, Boston. 1845, 1850 Gray A. Genera florae Americae boreali-orientalis illustrate, 1848—1849 (lat.) Gray A., Sullivant W.S. A Manual of the Botany of the Northern United States, from New England to Wisconsin and South to Ohio and Pennsylvania Inclusive. — Boston: J. Monroe, 1848 Gray A. Plantae Wrightianae texano-neo-mexicanae, 1852—1853 (lat.) Gray A. Botany of the United States exploring expedition during the years 1838—1842 under the command of Charles Wilkes, Phanerogamia,1854 Gray A. Statistics of the flora of the Northern United States // American academy of arts and sciences. 2nd ser. 1856—1857. Vol.
Asa çayı
Asa çayı (浅川, Asa-kawa) – Yaponiyanın Tokio prefekturasında çay. Tama çayının qoludur. 30,15 kilometr uzunluğundadır. Haçiocidəki dağlardan başlayır və Hino şəhərində Tama çayına qovuşur.
Asi Rəhbani
Asi Rəhbani (ərəb. عاصي الرحباني‎; 3 may 1923, Əntilyas, Böyük Livan – 21 iyun 1986, Beyrut) — Livan bəstəkarı. Mənsur və İlyas Rəhbaninin qardaşı idi. Feyruz onun həyat yoldaşı idi.
Asi çayı
Asi (türk. Asi Nehri) və ya Əl-Asi (ərəb. ‏العاصي‎), həmçinin Oront (yun. ‏Ορόντης) — Livan, Suriya və Türkiyədə çay. Uzunluğu 571 km, hövzə sahəsi 22,300 km2 qədərdir. Orta su axını təxminən 80 m3/s təşkil edir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Asi çayı ilə əlaqəli mediafayllar var.
Ask.fm
Ask.fm (həmçinin A SKfm kimi tanınır) — istifadəçilərin profillər yarada və bir-birlərinə suallar göndərə biləcəyi Latviya sosial şəbəkə saytıdır. Bir vaxtlar sualları anonim şəkildə təqdim etməyə təşviq edən anonim sosial media forması idi. Sayt 2010-cu ildə Latviyanın Riqa şəhərində yaradılıb. 2014-cü ildə IAC (həmçinin Ask.com-un sahibi olan) tərəfindən satın alındıqdan sonra onun baş ofisi Dublin, İrlandiyanın şəhərinə köçürüldü. 2016-cı ildə IAC onu Kaliforniyada yerləşən aktivlərin idarə edilməsi firması olan Noosphere Ventures-ə satdı.
Aso vulkanı
Aso (yap. 阿蘇山 Aso-san) — Yaponiyanın Kyuşu adasında, Kumamoto prefekturasında yerləşən vulkan. Aso böyük bir kalderdir. Ən yüksək nöqtəsinin hündürlüyü 1592 metrdir. Kalderin diametri 24х18 km-dir. Kalderin çevrəsinin uzunluğu 120 km-dir. Aso vulkanı 300 000–90 000 il əvvəl, pleystosen epoxasında formalaşmışdır. Kalderin mərkəzində 17 konus mövcuddur. Əsas beş zirvə mövcuddur: Takadake (1592), Nekodake, Ebosidake, Kidzimadake və Nakadake. Ən aktiv krater Nakadakedir.
Ası (Arxangel)
Ası (başq. Асы, rus. Асы) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Lipov kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 15 km, kənd sovetliyindən (Blaqoveşenka): 5 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 25 km.Kənd ərazisindən İnzer çayı axır. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (86%) üstünlük təşkil edir.
Ası şəlaləsi
Ası şəlaləsi (başq. Абҙан шарлауығы, Асы шарлауығы) — Başqırdıstan ərazisindən axan İnzer çayı üzərində yerləşən şəlalə. İnzibati cəhətdən Arxangel rayonu əraszisində yerləşir. 1965-ci ildə təbiət abidəsi elan edilmişdir. Şəlalənin hündürlüyü 6 metrdire. Turistik və elmi əhəmiyyət daşıyır Üzən daş qayası karbonatlı suxurlardan təşkil olunmuşdir. Üzəri mamırla örtülüdür. Bəti çatlarında ağaclar bitmişdir. İnzer çayı onun cənub hissəsindən axır. Yaxınlıqda Abzan və Ası kəndləri yerləşir.
Azəristiliktəchizat ASC
Azəristiliktəchizat Açıq Səhmdar Cəmiyyəti və ya qısaca Azəristiliktəchizat ASC — İstilik təchizatı sahəsində Azərbaycanın vahid texniki iqtisadi siyasətini həyata keçirən və mərkəzləşdirilmiş istilik və isti su xidmətləri göstərən və səhmlərinin 100 faiz paketi dövlətə məxsus şirkətdir. == Məzmun == "Azəristiliktəchizat" ASC "Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamına əsasən yaradılmışdır və əsas məqsədi Azərbaycan Respublikasının ərazisində yerləşən yaşayış evləri və binalarına, sosial obyektlərə, mülkiyyət formasından asılı olmayaraq digər müəssisə, idarə və təşkilatlara istilik və isti su təchizatı xidmətlərini göstərməkdən, istehlakçıların istilik enerjisinə olan tələbatının etibarlı və keyfiyyətli təminatını təşkil etməkdən ibarətdir.
Azərişıq ASC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10.02.2015-ci il tarixli Sərəncamına əsasən "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti adlandırıldı. 2006–2015-ci illərdə quruma Balababa Rzayev rəhbərlik edib. Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2018-ci il tarixli sərəncamı ilə Balababa Rzayev Azərenerji ASC-nin prezidenti təyin edilib. == Tarix == "Azərişıq" ASC-nin tarixi eyni zamanda Bakıda elektrikin tarixi ilə birgə formalaşıb. Əldə olan sənədlərə əsasən Bakıda ilk elektrik stansiyası 1895-ci ildə Bayıl şossesi üzərindəki "Bakinski dok"da quraşdırılıb. Azərbaycan Respublikasının Dövlət Tarixi Arxivinin sənədlərinə görə cərəyan alman istehsalı olan "Algemayne" sisteminin dinamo-maşınından verilirdi. 1903-cü ildə elektrik stansiyalarının sayı artıq 70-ə çatdı. Hələ 1880-ci ildə Volqa çayında və Xəzər Dənizində gəmiçiliklə məşğul olan gəmiçilik şirkəti — "Qafqaz və Merkuri", Bakıda sərnişin limanında yeni elektrik fənərləri quraşdırdı, Bu fənərlər axşamdan sübhə qədər düzgün, tutqun rəngli işıqla yanırdılar. Bu da şəhər əhalisində və bura gələn qonaqlarda xüsusi bir heyranlıq hissi doğururdu. "Qafqaz və Merkuri" şirkətinin reyslərinin sərnişin sayı çoxalıb, liman isə şəhər sakinlərinin ən sevimli gəzinti yeri oldu.
Azərkosmos ASC
Azərkosmos - Azərbaycan Respublikasının Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlikdir. Qafqaz regionundakı ilk peyk operatorudur. Tamamilə Azərbaycan dövlətinə məxsusdur. Azerspace-1 telekommunikasiya peyki sayəsində Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Orta Asiya müştərilərinə genişzolaqlı və yayım xidmətləri göstərir. Azersky peyki ilə peyk görüntüləri və geoinformasiya xidmətləri də göstərir. == Tarixi == 2008-ci ildə Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev "Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması" ilə bağlı bir tapşırıq verdi. Tapşırığın icrası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (Azərbaycan) həvalə edildi. Layihəni reallaşdırmaq üçün nazirlik tərəfindən Beynəlxalq Telekommunikasiya Birliyinə orbital mövqe ayırma prosesi üçün müraciət olundu. Eyni zamanda, 2009-cu ilin avqust ayında Prezident Əliyev Azərbaycanda kosmik sənayenin yaradılması və inkişafı üzrə dövlət proqramının təsdiq edilməsi haqqında sərəncam imzaladı. 2010-cu ilin may ayında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Malayziyanın peyk operatoru olan Measat Satellite Systems şirkəti arasında ilk telekommunikasiya peykinin Malayziya hökumətinə məxsus 46°Ş orbital mövqeyə çıxarılmasına dair razılaşma əldə edildi.
Azərmaş ASC
Azərmaş Açıq Səhmdar Cəmiyyəti — 6 avqust 2016-cı il tarixində Azərbaycanda yaradılmış avtomobil istehsalının təşkili üzrə müəssisədir. İlk olaraq, Neftçala Sənaye Məhəlləsində İran Khodro avtomobillərin istehsalı zavodu qurulmuşdur. Bu işin məntiqi davamı olaraq Özbəkistan istehsalı olan avtomobillərin (Ravon) yığılması zavodu, Rusiya istehsalı olan GAZ qrupu kommersiya avtomobillərinin yığılması zavodunun və gələcəkdə digər ölkə avtomobil markalarının istehsalı zavodlarının, lokallaşdırma, servis və satış (həm də ehtiyat hissələrinin) nöqtələrinin artırılması, utilizasiya proqramı, ixtisaslaşdırılmış kadr hazırlığı, hazır məhsul və ehtiyat hissələrinin ixrac imkanlarının reallaşdırılması da nəzərdə tutulmuşdur. == Tərəfdaşlar == Neftçala Sənaye Məhəlləsindəki ən böyük müəssisələrdən biri "AzKron" MMC avtomobil istehsalı zavodudur. İllik istehsal gücü 10 min avtomobil olan Azərbaycan-İran birgə müəssisəsində birinci mərhələdə — 2019-cu ilin sonunadək 6 min avtomobil istehsalı planlaşdırılır. Müəssisənin ildə 2 min avtomobilin ixracı nəzərdə tutulur. Müəssisədə 300 nəfər işlə təmin edilmişdir. 2019-cu ilin sonlarından etibarən bu avtomobillərin ehtiyat hissələrinin böyük hissəsinin Azərbaycanda istehsalının nəzərdə tutulur. Müasir texnologiyalar əsasında qurulan "AzKron" MMC avtomobil istehsalı zavodunda "Khazar","Peugeot", "Renault" kimi avtomobil modelləri istehsal olunacaq. Eyni zamanda Ravon və QAZ şirkətləri ilə tərəfdaşlıq mövcuddur.
Azərsilah ASC
"Azərsilah" (tam adı: “Azərsilah” Açıq Səhmdar Cəmiyyəti; 19.01.2019–20.06.2019) — Azərbaycan Respublikasındakı açıq səhmdar cəmiyyətlərdən biri. "Azərsilah" qabaqcıl texnologiyaları tətbiq etməklə Azərbaycanda silah istehsalını, ixracını, ölkə daxilində və xaricdə onların satışının təşkilini həyata keçirən, müasir menecment və korporativ idarəetmə standartları əsasında tabeliyində olan müəssisələrin fəaliyyətinin əlaqələndirilməsini və müvafiq sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən kommersiya hüquqi şəxsidir. == Tarixi == "Azərsilah" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin əsasında yaradılmışdır. 20 iyun 2019-cu ildə "Azərsilah" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 466 nömrəli Fərmanı ləğv edilmişdir. == Rəhbərlik == Cəmiyyətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti üç üzvdən – İdarə Heyətinin sədrindən və onun iki müavinindən ibarət İdarə Heyəti həyata keçirir. Onları Azərbaycan Respublikası Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
Azərsu ASC
Azərsu Açıq Səhmdar Cəmiyyəti və ya qısaldılmış halda Azərsu ASC — Azərbaycan Respublikasında su təchizatı sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən, mərkəzləşdirilmiş qaydada istehlakçıları içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən dövlət şirkətidir. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. 5 noyabr 2020-ci ildən 30 mart 2023-cü ilə qədər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsində olub. ASC 30 mart 2023-cü ildə əmlakları ilə birlikdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib. == Tarixi == Bakı şəhəri icməli su ilə XX əsrin müxtəlif dövrlərində tikilmiş kəmərlər vasitəsilə 4 mənbədən təchiz olunur – Şollar və Xaçmaz yeraltı suları, Ceyranbatan su ambarı və Kür çayı, lakin 80 illərin sonu – 90-cı illərin əvvəllərində baxımsızlıq nəticəsində su təchizatı sistemində ciddi çətinliklər yaranmışdır. 1993-cü ildə ölkədə sabitlik bərqərar olunduqdan sonra qarşıda duran əsas vəzifə iqtisadiyyatın bir çox sahələrində olduğu kimi, su təchizatı sistemindəki çətinlikləri də aradan qaldırılmaqdan ibarət idi. İlk növbədə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının yaşayış məntəqələrinin içməli su ilə təchizatının yaxşılaşdırılmasına imkan verə biləcək bir qurumun yaradılmasına başlandı. Bununla əlaqədar olaraq, iki sabiq dövlət qurumu olan "Kommunsənayesutəchizatı" İstehsalat Birliyi və "AzSuGEO" Elmi-Tədqiqat İnstitutunun əsas və dövriyyə vəsaitlərinin zəminində Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 1995-ci ildə Abşeron Regional Səhmdar Su cəmiyyəti yaradılmışdır. Həmin dövrdə MDB ölkələri arasında ilk dəfə olaraq "Böyük Bakının su təchizatı sisteminin yenidənqurulması layihəsi" üçün beynəlxalq maliyyə institutlarından su sektoruna güzəştli şərtlərlə kredit ayrılmasına nail olundu və bu layihə uğurla həyata keçirildi. İqtisadiyyatın digər sahələrində olduğu kimi, su təchizatı sisteminin yaxşılaşdırılması istiqamətində aparılan islahatlar bu gün də uğurla davam etdirilir və daha da genişləndirilir.
Aşa Bhosle
Aşa Bhosle (ing. Asha Bhosle, marathi आशा भोसले; 8 sentyabr 1933, Sanqli[d], Britaniya Hindistanı) — Hindistanın ən məşhur və hörmətli kadrarxası ifaçılarından biri, söz yazarı və aktrisasıdır, Lata Mangeşkarın kiçik bacısıdır. Bhoslenin musiqi fəaliyyəti 1943-cü ildə başlamışdır. 60 ildən artıq karyerası dövründə o, 13.000-ə yaxın mahnı yazıb. Onun ifa etdiyi mahnılar 1000-dən çox filmdə səslənmişdir. 2009-cu ildə Dünya Rekordlar Akademiyası onu rəsmi olaraq "dünyada ən çox qeyd olunan sənətçi" kimi tanıdı. 2008-ci ildə Aşa Bhosle Hindistanda ikinci ən yüksək mülki dövlət mükafatı olan Padma Vibhuşan ordeni ilə təltif edilib.
Аpе
Ape (latış. Ape‎) — Latviyada şəhər, əhalisi 1.8 min nəfərdir. Riqadan 177 km. şimali-şərqdə, Estoniya sərhəddinin yaxınlığındadır. Estonca adı Hopadır.
Аdi yumаqоtu
Аdi yumаqоtu (lat. Carlina vulgaris) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yumaqotu cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == İkiillik, hündürlüyü 30-50 sm, gövdəsi düz, sadə yuxarı hissədə qalxanvari budaqlı olan, hörmüçəktorlu, lifli bitkidir. Yarpaqları cod, lansetvari və ya ensiz lansetvaridir, aşağıdakı yarpaqları daha uzun və ensiz, sonrakılar – oturaq, yuxarıdakılar — başcıq kimi sıxılmışdır. Səbətciklərinin eni 2-3 sm, tək-tək və ya 3-5 sayda olmaqla birlikdə yerləşmişdir. Sarğıların xarici yarpaqcıları tikanlı, dişlidir. Çiçəkləri sarı və ya açıq sarı, ucları al qırmızıdır. Toxumcaları 2-4 mm uzunluqda, mixəyi, tüklənmişdir; kəkili toxumcadan 2-3 dəfə uzundur. == Yayılması == BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin rayonlarında orta dağ, nadir hallarda subalp qurşağında yayılmışdır. Meşə talalarında, yol və meşə kanarlarında, nadir hallarda dağ çəmənlərində bitir.
Аdi аtşаbаlıdı
АМГ-10 aviasiya yağı
АМГ-10 yağı – aviasiyada istifadə edilən və özlülüyü 500C-də 10 сСт-dan aşağı olmayan mineral hidravlik yağdır. == Tətbiq sahəsi == АМГ-10 hidravlik yağı – aviasiya texnikası, yerüstü və dəniz nəqliyyatının ortagüclü hidravlik sistemlərində geniş iş temperatur intervalında (mənfi 600C-dən müsbət 55Superscript text0C-yə qədər) tətbiq olunur. АМГ-10 yağı öz tərkibinə görə həmçinin bütün mövsümlərdə işləyən ВМГЗ 45/60 yağını və digər aşağı özlülüklü hidravlik yağlarının çoxunu əvəz edə bilər. Hidravlik mayenin əsas funksiyası – mexaniki enerjini yarandığı yerdən istifadə edilən sahələrə yönəldilməsindən və tətbiq edilən gücün dəyəri və ya istiqamətini dəyişdirməsindən ibarətdir. == Standartlar == АМГ-10 yağı Rusuyada ГОСТ 6794-75 standartlarına uyğun istehsal olunur və Б qrup yağların aşağı özlülüklü hidravlik yağlarına aiddir. Beynəlxalq təsnifat üzrə (İSO 6743-4) АМГ-10 yağı HL qrupuna daxidir. АМГ-10 yağının istehsal texnologiyası neft fraksiyalarının hidrokatalitik və ekstraksiya təmizlənmə proseslərinə əsaslanır və sonradan baza yağına oksidləşməyə qarşı və qatılaşdırıcı aşqarlarının, həmçinin üzvi boyanın xüsusi növünü əlavə etməkdən ibarətdir. Yağın alışma temperaturu 930C (az olmayaraq). Yağ qırmızı rəngdədir və iynəyarpaqlı iyinə malikdir. == Saxlanması və nəqli == İstehsalçının tövsiyələrinə uyğun olaraq bu məhsulun zəmanətli saxlama müddəti orta iqlim şəraiti üçün 10 il , tropik və ekvatorial iqlim şəraiti üçün 5 il təşkil edir.
Sen-Jermen-аn-Le (rayon)
Sen-Jermen-ан-Le (fr. Saint-Germain-en-Laye) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — İvelin. Suprefektura — Sen-Jermen-ан-Le. Rayon əhalisi 2006-cı ildə 546 627 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 1603 nəf / km². Rayon sahəsi — 341 km².
Аş-Şаmiyyə
Şamiyyə (ərəb. الشامية‎) — İraqın Qədisiyyə mühafəzəsində şəhər.