ASTROPİKAL
AŞAĞI
OBASTAN VİKİ
Plov və ya aş — düyü əsasında xörək. Azərbaycanda plovun 200 növü var və plov Azərbaycan və Özbək mətbəxinin şahı sayılır. Özbək plovu kök, soğan və digər məhsulların qarışığı ilə hazırlanır. Özbək plovundan fərqli olaraq Azərbaycanda plovlar qarışıq olmur (çəkmə plovlar istisna olmaqla). Azərbaycan plovu — ayrıca zəfəranla (və ya sarıköklə) dəmlənmiş düyü və plovun yanında verilən xuruşdan ibarətdir. Xuruş əsasən quş və ya qoyun ətindən hazırlanır. Üzərinə albuxara, şabalıd, kişmiş, ərik qurusu əlavə edilir. Plovun qarasına mütləq turş meyvələrdən qatılır, fisincan plov bişiriləndə isə plovun qarasına abqora, sirkə, nar ya sumaq suyu tökülür. Əlavə olaraq bir çox plovların yanında turşu xiyar, badımcan, sarımsaq da verilir. 1850-ci ildə Azərbaycanda plov yemiş İ. Berezni yazır ki: "Hörmətli adamlar plova vacib əlavə kimi, badam, mixək, darçınla doldurulmuş badımcan və turşuya qoyulmuş sarımsaq verirlər".
Solomon Aş
Solomon Aş (14 sentyabr 1907[…], Varşava – 20 fevral 1996[…]) — həmçinin Şlaym kimi tanınan Amerikalı Qeştalt psixoloq və ictimai psixologiyanın pioneri idi. Aş yaxşı bir yəhudi ailəsində, Varşava şəhərində Rusiya imperiyasına aid olan zaman anadan olub. O, 1920-ci ildə Birləşmiş Ştatlara mühacirət etmiş və 1928-ci ildə Nyu-York Şəhəri Kollecində psixologiya ixtisası üzrə bakalavr dərəcəsi almışdır. Kolumbiya Universitetində, 1930-cu ildə magistr dərəcəsi ve 1932-ci ildə doktora almışdır.
Aş-Şamiyyə
Şamiyyə (ərəb. الشامية‎) — İraqın Qədisiyyə mühafəzəsində şəhər.
Dəlicəsinə aşiq olan (film, 1981)
== Süjet xətti == Kiçik (uydurma) Saint Tulipe krallığının şahzadəsi Cristina, bütün kral ailəsi ilə birlikdə Romada dövlət səfərindədir. Onlar kral ailəsi olsalar da, bununla birlikdə onların pulu yoxdur və kiçik krallığın müstəqilliyini qurtarmaq üçün çox böyük – 50 milyard lirəyə ehtiyac vardır və onlar bu pulu əldə etməyə can atırlar. Məhz bu səbəbdən kralın qızı Cristina, səltənətin iflas etməməsi üçün zəngin bir milyarderlə (hərbi silah istehsalçısı) nişanlanır. Darıxmış və üsyankar bir vəziyyətdə, qaldığı villadan gizlincə qaçır və Romanı gəzməyə qərar verir. Başqaları kimi bir avtobusa minərkən həyatını dəyişdirəcək birisi ilə tanış olur: Barnaba Cecchini adlı çılğın və səmimi bir sürücü ilə. İkincisi dərhal ona aşiq olur və qızı hər şeyə və hər kəsə qarşı qazanmaq üçün çox qərarlı olur. İkisi birlikdə çox əyləncəli macəralarla Barnabanın avtobusunda Roma ətrafında gəzintiyə çıxırlar. Bu vaxt, Şahzadə Kristinanın yoxa çıxdığını anladıqdan sonra, atası Gustavo, bu xəbərlərin mətbuatda yayılmasının və qalmaqalların qarşısını almaq üçün qızının itdiyi xəbərlərini sızdırmamağa çalışır və eyni zamanda onu tapmaq üçün xüsusi agentləri və polisləri onun dalınca yola salır. Kristina əyləncədən sonra özü könüllü olaraq evə qayıtmağa qərar verir və Barnabanı ümidsiz vəziyyətdə qoyur. Tramvay sürücüsü qızı tapmaq üçün hər formada işləyir, bütün həmkarlarının müşayiəti ilə ona bir serenada da həsr edilir və hətta boşboğazlığı sayəsində siyasət və maliyyə mütəxəssisi olaraq dövlət naharına dəvət olunmağı belə bacarır.
Dəmirçi Aşıq Hüseyn
Dəmirçi aşıq Hüseyn (1885, Bozalqanlı – 1964) — Azərbaycanlı ustad aşıq. == Həyatı == Dəmirçi Hüseyn 1885-ci ildə Tovuzun Bozalqanlı obasında dünyaya gəlib. Bu kənddə şərq ədəbiyyatına, milli Azərbaycan xəzinəsinə bir neçə qüdrətli sənətkar bəxş edib. Şair Hüseyn Bozalqanlı, Xəyyat Mirzə, Şair Vəli. Qaçaq Kərəmin müasiri və silahdaşı Qara Tanrıverdi, Telli Əsəd, Mamoy Kalvayı Əsəd və i. və s. kimi şəxslər də buradandır Dəmirçi Hüseynin atası Rza, Rzanın atası Rzaqulu və Rzaqulunun ata və babası Şahqulu, Səfiqulu da qüdrətli sənətkarlar olublar. Sazla, sözlə yaşayıblar. Dəmirçilik sənətinə yiyələniblər. Hər biri neçə-neçə sənətkar yetişdirib.
EX Aşkım
EX Aşkım — Kənan Doğulunun bir albomu. Albom 2001-ci ildə yayımlanıb.
Eqonun aşılması
Eqonun aşılması (fra. : La Transcendance de l'ego) 1934-cü ildə filosof Jan-Pol Sartr tərəfindən yazılmış və 1936-cı ildə nəşr edilmiş fəlsəfi və fenomenologi essedir. Bu keçid Sartrın 1939-cu ildəki hərbi xidmətindən sonra daha aydın görünür, burada biz dünyada olmaya daha çox rəğbətlə baxırıq, bu mövzu onun 1943-cü ildəki işində daha ətraflı şəkildə işlənir. Bu esse Sartrın fenomenologiya və ontologiyanın tədqiqi və hibridləşməsinə başlayır. Essenin əsası Husserlin "nəzərdə tutulan obyektlərin" (göründüyü kimi) təsvirinin öz-özlüyündə təsvir edildiyini dərhal qiymətləndirmək, həm də mənliyi şüurun maddi deyil, "dünyada" kimi müşahidə etməkdir. Sartr üçün eqonu şüur üçün bir obyekt kimi təsvir etmək daha məqsədəuyğun idi.
Eşşək-meydanı aşırımı
Eşşək-meydanı aşırımı – Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Gilançayın mənbə hissəsində aşırım (hünd. 2862,0 m). Orta Eosenin Lütet mərtəbəsinə aid çökmə (Alt Paradaş yarımlay dəstəsi) və vulkanogen-çökmə (Biləv lay dəstəsi) süxurlardan təşkil olunmuş hamar səthli gəzdəkdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq qurtaracağında müşahidə edilən Əyridağ sinklinalının nüvə hissəsində yerləşir. Cənub yamacında andezit tərkibli subvulkanik kütlə açılır. Səthində və yamaclarında şimal-şərq və şimal-qərb istiqamətli fay qırılmaları, həmçinin dioritli porfirit və siyenit-diorit daykaları izlənilir.
Fərzad Aşubi
Fərzad (Qulam Abbas) Aşubi (6 aprel 1980, Rey ya Şabdüləzim, Tehran)) — İran futbolçusu, müdafiəçi. Aşubi 2011-ci ilin iyul ayında Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Slovakiyanın Dunayska Streda, Uğab, Mis-i Kirman, Tehranın Persepolis və İstiqlal futbol klublarında oynamışdır. İran milli futbol komandasının oyunçusu olmuşdur.
Girdəni aşırımı
Girdəni aşırımı – Ordubad rayonu ərazisində dağ aşırımı (hünd. 2560,2 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Yağlıdərə yüksəkliyindən (3835,9 m) ayrılan Girdəni qolunun suayırıcısında gəzdək. Urmis kəndindən 2 km-dək cənub-cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinə aid Kələki lay dəstəsinin vulkanogen-çökmə süxurlarının aşınması nəticəsində əmələ gəlmişdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb kənarında, Kilit-Kotam qalxımının mərkəzi strukturu olan Kilit-Ağrıdağ antiklinalının maili şimal-şərq qanadında yerləşir və şimal-qərb istiqamətli əks-fay qırılma pozulması ilə kəsilmişdir.
Gövhər ağa məscidi (Aşağı)
Aşağı Gövhər ağa məscidi — Şuşa şəhərinin Qapan meydanında yerləşən cümə məscididir. Məscid Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınmışdır. Şuşa şəhərində iki cümə məscidinin olması E. Avalov tərəfindən şəhərdə iki islam icmasının fəaliyyət göstərməsi ilə izah edilir. Məscid ilk dəfə Şuşanın 1855-ci ilə aid baş planında yaxınlıqda yerləşən mədrəsə ilə birlikdə qeyd edilir. Avalov 60 Şəhərin ikinci cümə məscidi olan Aşağı Gövhər ağa məscidi həm Aşağı məscid, həm də Kiçik məscid adları ilə tanınmışdır. 1874-1875-ci illərdə Yuxarı məscid kimi, Aşağı məscid kompleksində də əsaslı yenidənqurma işləri aparılmışdır. Yeni məscidin inşası memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən Gövhər ağanın maddi dəstəyi əsasında həyata keçirildiyinə görə, sonradan Aşağı məscid həm də Aşağı Gövhər ağa məscidi adı ilə tanınmağa başlamışdır. İki yaruslu məscidin əsas – şimal fasadında üç tağlı arkadalı eyvan yerləşir. Aşağı Gövhər ağa məscidinin orta tağı yarımdairəvi olan yan tağlardan fərqli olaraq oxvaridir. Yan tağlar üstündə əsas fasad boyunca yüksələn həmin tağ məscidin parad girişini vurğulayır.
Gülüstan ticarət mərkəzi (Aşqabad)
Gülüstan Dövlət ticarət mərkəzi yaxud Rus bazarı (türkm. "Gülistan" söwda merkezi — Rus bazary) — Aşqabadın mərkəzi şəhər bazarı, şəhərin ən böyük bazarlarından biri. Şəhərin mərkəzində yerləşir. Yeni dükanların və ticarət mərkəzlərinin yaranmasına baxmayaraq, bazar şəhər əhalisi və ziyarətçiləri yenə cəlb edir.
Günaxay aşırımı
Günaxay aşırımı — Sarıbaş kəndinin Rusiya ilə sərhəd hissəsində yerləşir. Hündürlüyü 2657 m dir. Dağ Alp-Himalay qurşağında yerləşir. Böyük Qafqaz sıra dağlarına aiddir.
Gədik aşırımı
Gədik aşırımı – Culfa rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Qabaqlısu çayının mənbə hissəsində, Gədikdağdan 500 m şərqdə aşırım (hünd. 2563,0 m). Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarını yaran gəzdəkdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin şərq kənarında yerləşir.
Gədəbəy Aşıq Musiqisi Məktəbi
Gədəbəy Aşıq Məktəbi — Azərbaycanda ilk dəfə yaradılan Gədəbəy rayonunda fəaliyyət göstərən aşıq məktəbi. 30 daimi iş yerinin açılacağı bu mədəniyyət ocağında 200 nəfər aşıq sənətinin sirlərinə yiyələnəcəkdir. Məktəb binasının tikilib istifadəyə verilməsində əsas məqsədlərdən biri də aşıq və saz sənətini YUNESKO səviyyəsinə çıxarmaqdır. == Tarixi == Bu musiqi ocağının təməli 2009-cu il mayın 26-da Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Aşıq Musiqisi Məktəbi binasının tikinti işlərini "Regionların inkişafı" İctimai Birliyinin sifarişi ilə "Lider monolit" şirkəti həyata keçirəcəkdir. İkimərtəbəli bina üçün Heydər Əliyev parkının qərb hissəsində 4 min 169 kvadratmetr torpaq sahəsi ayrılmışdır. Musiqi məktəbi binasının ən müasir standartlara uyğun inşası üçün 1,5 milyon manat vəsait ayrılmışdır. Tikinti işləri 2013-cü ilin iyununda başa çatdırılmışdır. Musiqi məktəbində inşaat işləri "Lider Monolit" şirkəti tərəfindən həyata keçirilmişdir. == Məktəbin açılışı == Gədəbəy Aşıq Musiqisi Məktəbinin açılışı 2013-cü il sentyabr ayının 10-da olmuşdur.
Haqq aşığı (film, 2021)
Haqq aşığı — 2021-ci ildə çəkilən sənədli film. Film saz və söz ustası Dədə Ələsgərin anadan olmasının 200 illiyinə həsr edilmişdir. 20 oktyabr 2022-ci ildə Nizami Kino Mərkəzində premyerası olmuşdur. == Məzmun == Filmdə saz-söz ustası Dədə Ələsgərin yaradıcılığı, həyat yolu haqqında professor Məhərrəm Qasımlı, ələsgərşünas alim Fəxrəddin Salim, tədqiqatçı Abbas Bağırov, Aşıq Fətulla Göyçəli, aşığın nəticəsi Xətai Ələsgəri danışmışlar. == Haqqında == Film saz və söz ustası Dədə Ələsgərin anadan olmasının 200 illiyinə həsr edilmişdir. Sənədli film Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişilə "Salnaməfilm studiyası" MMC-də istehsal olunub. Filmin rejissoru Nizami Abbas, ssenari müəllifi Füzuli Sabiroğludur. ProRes 4444 formatında çəkilən filmin xronometrajı 52 dəqiqədir. Filmdə Aşıq Ələsgər ocağının nümayəndələrinin müsahibələri və kadrarxası diktor mətnindən istifadə edilib. Filmə bədii səhnələrlə rəng qatılıb.
Haramı aşırımı
Haramı (Hərəmi) — Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsində, Qaradərə-Gilançay suayırıcısında, Biləv kəndindən 4 km qərb-cənub-qərbdə aşırım (hünd. 1290,0 m). Orta Eosenin Lütet mərtəbəsinə aid Dərəlik lay dəstəsinin çökmə süxurlarının aşınması nəticəsində yaranmış gəzdəkdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb cinahına aid Gilançay antiklinalının şimal-şərq qanadında yerləşir. HƏRƏMİ AŞIRIMI – Ordubad rayonu ərazisində Haramı aşırımının əhali arasında işlədilən başqa adı.
Hisəqarşı aşqarlar
Hisəqarşı aşqarlar avtomobillərdə katalitik neytrallaşdırıcıların qarşısında və ya bilavasitə çıxış traktında yerləşdirilmiş his filtrlərinin tutulması sürətini azaltmaq üçün nəzərdə tutulmuşdur. == Ümumi məlumat == İstənilən his filtri 200-500 km-dən sonra keçiricilik qabiliyyətini itirir və regenerasiya olunmasını tələb edir. Regenerasiya üçün filtri hisin yanmağa başlaması üçün lazım olan 550-600°С temperaturadək qızdıran xüsusi qızdırıcı elementlər işlənilmişdir. Lakin regenerasiya prosesi zamanı temperatur 1400°С-dək çatır və filtrin məsamələri bir-birinə birləşir. Bu da effektliliyə mənfi təsir göstərir. Aşqarın olması hisin yavaş-yavaş yanmasını təmin edir, bununla da dövri regenerasiyalar zamanı həddən artıq qızma təhlükəsinin qarşısını alır. Bəzən metaldan aşqar kimi istifadə etməyərək onu filtrin səthinə yerləşdirirlər. Mühərrik normal işlədikdə bu üsul aşqarın yanacağa əlavə edilməsi effektini verir. Lakin, katalitik örtük yanacaqda olan kükürdlə yavaş-yavaş zəhərlənir. Bundan əlavə, əgər mühərrik uzun müddət boş-boşuna və az güclə işləyirsə, katalitik örtük toplanmış hisin yanmasını təmin etmir.
Hüseynabad (Aşağı Tarım)
Hüseynabad (fars. حسین‌آباد‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 222 nəfər yaşayır (72 ailə).
Həsənabad (Aşağı Tarım)
Həsənabad (fars. حسن‌آباد‎) — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 132 nəfər (42 ailə) yaşayır.
Həzrəməscid aşırımı
Azərməsçid aşırımı və ya Həzrəməscid aşırımı – Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Ordubadçayın mənbəyində aşırım (hünd. 3474,7 m). Mehri-Ordubad batolitinin Üst Oliqosen-Alt Miosen yaşlı porfirvari-qranitoid formasiyasına aid qranodiorit və qranosiyenitləri yaran, yamacları sıldırımlı, səthi qayalı gəzdəkdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir. Azərməsçid aşırımının yerli əhali arasında işlədilən başqa adı Həzrəməscid aşırımıdır.
II Aşşurnasirpal
II Aşşurnasirpal (II Aşşur-nasir-apal, Aşşurnazirpal) — Assuriya şahı, təxminən eramızdan əvvəl 884-859-cu illərdə hakimiyyətdə olmuşdur. II Tukulti-Ninurta-nın oğlu olan Aşşur-nasir-apal görkəmli sərkərdə və diplomat idi. Öz məqsədlərinə nail olmaq üçün o ən qəddar vasitələrə belə əl atmaqdan çəkinmirdi.
Kluxor aşırımı
Kluxor aşırımı — Baş Qafqaz silsiləsində, Hərbi Suxumi yolu üzərində yerləşən aşırım. Hündürlüyü dəniz səviyyəsindən 2781 metrdir. Aşırım hissənin uzunluğu 45 km-dir. Brokhauz və Efronun ensiklopedik lüğətində aşırım belə təsvir edilmiş: Kodori dərəsi boyu, Qafqaz silsiləsindən Kluxor aşırımı vasitəsi ilə daşlıq yol keçir. Bu yol Suxumi ilə Çerkessk şəhəri arasında əlaqə vasitəsidir. Aşırım ərazisi ilə iki çay axır: Şimala Şimali Kluxor, cənuba isə Kliçi çayı. == Nəqliyyat == Kluxor aşırımı Hərbi Suxumi yolunun ən yüksək hissəsidir. Yolun Kluxor aşırımından keçən hissəsi avtomobil hərəkəti üçün uyğun deyil. Hərbi Suximi yolundakı nəqliyyat əlaqəsi aşırım ərazisində olan hava şəraitindən asılıdır. Qış aylarında ərazidə tez-tez qar uçqunları müşahidə olunur.
Kürdü (aşıq havası)
Kürdü — aşıq havası. Lirik xarakterlidir. Poetik mətni ayaqlı qoşma olan Kürdü yarıreçitativ şəkildə oxunur. Kürdünün melodiyası şur məqamındadır. Sazda qaraçı kökündə ifa olunur.
Kəngavər (Aşağı Tarım)
Kəngəvər (fars. کنگاور‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 45 nəfər yaşayır (17 ailə).
Macar (Aşağı Tarım)
Macar (fars. ماجار‎) - İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşinin Niyərik qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 67 nəfər yaşayır (19 ailə).
Mamison aşırımı
Mamison aşırımı (oset. Мамысоны æфцæг; gürc. მამისონის უღელტეხილი) — Böyük Qafqazın qərb hissəsindəki Baş Qafqaz silsiləsindən keçən hündürlüyü 2911 m (digər mənbələrə görə 2819 m) olan aşırım. Gürcüstan (Cənubi Osetiya) və Rusiya sərhədlərinin qovşağında olan keçid Mamikdon çayı vadisindən Çançaxı çayı vadisinə aparır. Tarixi Osetiya Hərbi Yolu Gürcüstan (Kutaisi) ilə Rusiyanı (Karcin) birləşdirən keçiddən keçir. Sərhəd keçidi hazırda bağlıdır və yol istifadədə deyil. == Tarix == Böyük Vətən müharibəsi illərində keçid mühüm rol oynamış və 1942-ci ilin iyunundan 1942 -ci il avqustun 15-dək olan dövrdə 46-cı Ordu qüvvələrinin bir hissəsi şimaldan Baş Qafqaz silsiləsindən - Mamison keçidini əhatə edərək müdafiəni təşkil edirdi. 10 iyun 2009-cu ilədək Gürcüstan sərhədçiləri Cənubi Osetiyadan keçid üzərində nəzarəti həyata keçirirdilər. Onların Çançaxi çayının vadisinə geri çəkilmədən sonra Rusiya və Cənubi Osetiya sərhədçiləri ərazini nəzarətə götürür, nəticədə bütün keçid faktiki olaraq Cənubi Osetiyanın nəzarətinə keçir. 2009-cu ilin iyun ayının əvvəlində partladılmış Nikolaevski körpüsünün bərpasından sonra, məlumat gəlir ki, Gürcüstan yenidən Çançaxi çayı boyunca yerləşən Hərbi-Osetiya yolunun bir hissəsinə nəzarəti ələ keçirir.
Maulen Aşimbayev
Maulen Aşimbayev (rus. Маулен Сагатханович Ашимбаев; qaz. Мәулен Сағатханұлы Әшімбаев; 28 yanvar 1971, Almatı) — Qazaxıstan dövlət xadimi, Qazaxıstan Respublikası Parlamenti Senatının sədri (4 May 2020-ci il tarixdən). == Həyatı == === Təhsili === 1988-1993 - Əl-Farabi Qazaxıstan Milli Universiteti, iqtisadçı , siyasi iqtisad müəllimi. 2001 - Siyasi Elmlər Namizədi (dissertasiya mövzusu: "Qlobal demokratikləşmə prosesləri kontekstində Qazaxıstandakı siyasi tranzit"). 2003 — Con Hopkins Universiteti (ABŞ), Advanced International Studies School (SAIS) (İngilis dili) Rus dili, elmi staj. 2015-2016 — Tafts Universiteti, Fletçer Hüquq və Diplomatiya Fakültəsi, Beynəlxalq Münasibətlər üzrə magistr. == Fəaliyyəti == === Qanunverici fəaliyyəti === Beynəlxalq müqavilələrin bağlanması prosesinin sistemləşdirilməsinə və planlaşdırılmasına yönəlmiş "Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarına Qazaxıstan Respublikasının beynəlxalq müqavilələri ilə bağlı dəyişiklik və əlavələr edilməsi haqqında" Qazaxıstan Respublikası Qanununun təşəbbüskarlarından və inkişaf etdiricilərindən biri olmuşdur. "İnformasiya əldə etmək haqqında" Qazaxıstan Respublikası Qanununun və "Qazaxıstan Respublikasının bəzi qanunvericilik aktlarında məlumat əldə etmə ilə bağlı dəyişiklik və əlavələr edilməsi haqqında" Qazaxıstan Respublikası Qanununun əsas təşəbbüskarlarından və inkişaf etdiricilərindən biridir. Bu qanunlar vətəndaşların məlumat almaq hüquqlarının həyata keçirilməsi mexanizmlərini birləşdirir və dövlət orqanlarının ölkə vətəndaşları qarşısında məsuliyyətinin artırılmasına kömək edir.

Digər lüğətlərdə