as1
relat. pron Təyin budaq cümləsini baş cümləyə bağlayır. Bu halda as Azərbaycan dilinə kimi deyə tərcümə edilir; təyin budaq cümləli tabeli mürəkkəb cümlə dilimizə sadə geniş cümlə vasitəsi ilə tərcümə edilir. Məsələn, Use such examples as occur in the text Mətndə təsadüf edilən misallar kimisini işlət / işlədin; I don’t like such books as he reads Onun oxuduğu kitablar kimi kitabı mən xoşlamıram
as2
adv 1. məsələn; Some animals as the fox and the squirrel have bushy tails Bəzi heyvanların, məsələn, tülkünün və dələnin şələ quyruğu var; 2. eyni, kimi; Tom runs fast but I run just as fast Tom bərk qaçır, mən də onun kimi bərk qaçıram
as3
conj Bağlayıcı kimi aşağıdakı budaq cümlələrində işlədilir: 1. zaman budaq cümlələrdə: -da, -də, vaxt, zaman; As I was coming here I lost my key Mən bura gələndə / gələn vaxt / gələn zaman açarımı itirdim; 2. səbəb budaq cümlələrində: indi ki, bir halda ki, madam ki; As I am here I’d better stay Madam ki, / Bir halda ki, burdayam, yaxşısı budur ki, qalım; 3. tərzi-hərəkət budaq cümlələrində: kimi; He will do as he likes O istədiyi kimi edəcək; They rose as one man Onlar bir adam kimi ayağa qalxdılar; 4. güzəşt budaq cümlələrində: baxmayaraq (ki), hərçənd; Tired as they were, they continued their way Yorğun olmalarına baxmayaraq, onlar yollarına davam etdilər