Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bağanis
Bağanis (Loru) — Yelizavetpol (Gəncə) Qazax Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd. Bağanis Ayrım — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.
Bağanıs

İvan Baqryanı
İvan Pavloviç Baqryanı (ukr. Іван Павлович Багряний; əsl soyadı Lozovyaqa, yaxud Lozovyagin, ukr. Лозовяга, Лозовягін; 19 sentyabr (2 oktyabr) 1906, Axtırka, Rusiya imperiyası – 25 avqust 1963, Noy-Ulm[d], Bavariya, Qərbi Almaniya) — Ukrayna nasiri, şair, publisist, dramaturq, siyasi xadim. İvan Baqryanı 2 oktyabr 1907-ci ildə bənna ailəsində anadan olmuşdur. Orta təhsil aldıqdan sonra 1920-ci ildə çilingərlik məktəbinə daxil olmuşdur. Vətəndaş müharibəsi illərində və 1920-ci illərin əvvəlində sovet ictimai-siyasi işlərində çalışmışdır. 1925-ci ildə komsomol sıralarından xaric olmuşdur. 1926-cı ildən ədəbi fəaliyyətlə məşğul olmağa başlamışdır. İnqilabi Söz Emalatxanasına (ukr. МАРС) daxil olur və orada Yevgeni Plujnik, Valerian Pidmogilnı kimi şəxslərlə yaxından tanış olur.
Baqrami rayonu
Baqrami rayonu — Əfqanıstanda Kabil vilayətinin mərkəzində yerləşən rayon. == Haqqında == Əfqanıstanda Kabil vilayətinin mərkəzində yerləşən Baqrami rayonunun mərkəzi Baqrami şəhəridir. Əfqanıstanın paytaxtı Kabil şəhərindən cənub şərqdə yerləşir. == Coğrafiyası == Rayon qərbdə Kabillə, şimalda Deh Səbzlə, şərqdə Surobi və cənubda isə Xaki Cabbar, Musayi və Çəhar Asyab rayonları ilə hüdudlanır. İcmaların bir-birinə yaxın olmasına görə əhalinin əksəriyyəti Kabildə işləyir.
Baqrati kafedralı
Tuşetiya (gürc. თუშეთი, Tuşeti) — Gürcüstanın şimal-şərqində yerləşən tarixi və coğrafi dağlıq ərazi. Ərazi, xüsusilə Mta-Tuşeti Milli Parkı, YUNESKO-nun Dünya Mirası Siyahısına daxil edilmişdir. == Coğrafiyası == İnzibati cəhətdən Tuşeti, Kaxeti bölgəsinin Axmeta bölgəsinin şimal hissəsini təşkil edir. Tuşeti bölgəsi, Kaxetinin cənubundan, Böyük Barbalo zirvəsindən (3294 m), Şaviklda (3578 m) şərqə qədər olan əsas Qafqaz aralığının bir hissəsi ilə ayrılır. 1980-ci illərdə inşa edilmiş Pşaveli-Abano-Omalo avtomobil yolu olan Abano Pass (2850 m), Tuşeti Omalonun ən böyük müasir yaşayış məntəqəsini Axmetin regional mərkəzi ilə birləşdirir. Şimaldan bölgə şərqdə Diklosmt (4285 m) qərbində Tebulosmt (4492 m) yuxarıdan Sulako-Terek Range (Lateral Range şərq hissəsi) tərəfindən Rus Çeçenistan ayrılır. Qərbdə buzlaqlarla örtülmüş dağ divarının arxivi, tarixi Kövsüreti bölgəsinin bir hissəsi olan Arçilo dərəsinin vadisində yerləşir. == Populyar mədəniyyətdə == Tuşetiyanın Omalo kəndində «Mimino» filmi çəkilmişdir. Ssenariyə görə baş qəhrəman Valiko Mizandari (Mimino) əslən Tuşetiyadandır.
Baqrati məbədi
Kutaisi məbədi və ya daha çox tanınan adı ilə Baqrati məbədi (gürc. ბაგრატის ტაძარი) — Gürcüstanın Kutaisi şəhərində yerləşən XI əsrə aid məbəd. Orta əsrlərdəki gürcü memarlığının şah əsəri olan məbəd, əsrlər boyu ağır ziyana uğramış və 1950-ci illərdən başlayıb, 2012-ci ildə yekunlaşdırılacaq mühüm bərpa işləri ilə tədricən başlayan bir proses ilə yenidən qurulmuşdur. Kutaisinin mərkəzində simvol abidə olaraq bilinən məbəd, Ukimerioni təpəsində yerləşir.
Baranix burnu
Baranix burnu — Şərqi Sibir dənizində Kitepveem çayının mənsəbinə yaxın ərazidə yerləşir. İnzibati cəhətdən Çukot Muxtar Dairəsinin Çaunski rayonu ərazisində yerləşir. Burunda Malaya Baranix adlı stasionar stansiya fəaliyyət göstərir. Stansiyanın Radioizotop termoelektrik generatorunda radiasiya sızması müşahidə edilmişdir. Bununla belə ora giriş əngəllənməmişdir. 2012 ildə generator çıxarılmış və çıxdaş edilmişdir.
Bağanis (Loru)
Bağanis — Yelizavetpol (Gəncə) Qazax Şəmşəddin qəzasında, indi Barana (Noemberyan) rayonunda kənd.
Bağanis Ayrım
Bağanıs Ayrım (keçmiş adı "Seyid Ayrım") — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. 1990-cı il martın 23-dən 24-ə keçən gecə ermənilər tərəfindən işğal edilmişdi. == Tarixi == Ermənilərin Azərbaycan ərazisində Qarabağ müharibəsinə başlayarkən törətdiyi ilk faciə Bağanıs Ayrım kəndində törədilib. Kənddə 5 üzvdən ibarət bir ailə xüsusi amansızlıqla qətlə yetirilərək yandırılıb. Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı ilin martın 23-dən 24-ə keçən gecə qabaqcadan təşkil edilən plan əsasında hücuma məruz qalmış və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal olunub. Bununla da Ermənilərin işğal etdiyi ilk Azərbaycan kəndi kimi tarixə düşüb. İşğal zamanı Bağanıs Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı qətliam törədilib. 10 nəfər dünyasını dəyişib, 15 nəfərdən çox insan yaralanıb. 100-dən çox evi olan kənd talan olunub, əhalinin kənddən çıxara bilmədiyi ev əşyaları və mal-qara ermənilər tərəfindən mənimsənilib. Bağanıs Ayrım faciəsi barədə Elçin İsmayıl "Bu, əsl faciə idi" adlı kitab yazaraq 1999-cu ildə "Azərbaycan nəşriyyatı"nda çap etdirmişdir.
Bağanıs Ayrım

Robert Barani
Robert Barani (22 aprel 1876[…], Vyana – 8 aprel 1936[…], Uppsala[d]) - Qulaqdakı vestibulyar aparatın fiziologiya və patologiyası üzərində etdiyi işləri sayəsində 1914-ci ildə Fiziologiya və tibb üzrə Nobel mükafatını alan avstriyalı həkim. Barani Avstriyanın Vyana şəhərində anadan olmuşdur. Bir elm adamının qızı olan Maria Hok və bank səlahiyyətlisi və daşınmaz əmlak idarəçisi olan Macar Yəhudi İqnaz Baraninin altı uşağından ən böyüyü idi. 1900-ci ildə Vyana Universitetinin tibb fakültəsindən məzun oldu. Barani Vyanada bir həkim olaraq çalışarkən xəstələrinin baş dönməsini rahatlaşdırmaq üçün onların daxili qulaqlarının içinə maye yeridirdi. Yeridilən maye çox soyuq olduğundan xəstələrində başgicəllənmə və Nistagmus (istəksiz göz hərəkəti) baş verirdi. Mayeni qızdırdıqda isə xəstələrdə tərs istiqamətdə Nistagmus meydana gəldiyini gördü. Barani bu təcrübəsiylə endolinfanın sərin ikən batan və isti ikən yüksələn bir xüsusiyyəti olduğunu və beləcə endolinfanın axın istiqamətinin vestibulyar orqana proprioseptiv siqnalları təmin etməsini təyin etdi. Kaloridən reaksiya olaraq adlandırdığı bu təcrübə ilə müşahidələrinə davam etdi. Etdiyi müşahidələr və araşdırmalar nəticəsində vestibulyar orqan xəstəliklərinin cərrahi müalicəsini mümkün etdi.
Şahmalik Barani
Bağanis-Ayrım qırğını
Bağanıs Ayrım qətliamı — 24 mart 1990-cı ildə Azərbaycanda, Qazax rayonunun Bağanıs Ayrım kəndində ermənilər tərəfindən törədilmiş qətliam. Qətliam nəticəsində 7 nəfər mülki şəxs öldürülmüş, 2 nəfər yaralanmışdır. == Qətliam == 24 mart 1990-cı ildə erməni silahlıları SSRİ hərbçilərinə məxsus hərbi texnikadan istifadə edərək Qazax rayonunun dağlıq kəndi olan Bağanıs Ayrıma hücum etmişdir. Hücumda yeddi nəfər kənd sakini ocağa atılaraq yandırılıb, iki nəfər isə güllələnib. Kənddə 17 ev qumbaraatanla dağıdılıb, 11 ev isə qarət edilib. Əsliyevlər ailəsinin 5 üzvü işgəncələrlə qətlə yetirildikdən sonra üstlərinə benzin tökülərək yandırılıblar. Alməmməd Məhərrəmov isə həyətindəki ot tayasına atılaraq diri-diri yandırılıb. Kənddə növbə çəkən milis əməkdaşı Məcid Əhmədov güllələnib, 2 nəfər isə odlu silahla yaralanıb. Qətlə yetirilənlərin ən yaşlısı Dədəş Əsliyev 75 yaşında, ən kiçiyi isə beşikdə olan 39 günlük Hafiz olub. Qırğın nəticəsində kənd sakinləri 1915-ci il təvəllüdlü Əsliyev Dədəkişi Bayram oğlu və onun ailə üzvləri — 1923-ci il təvəllüdlü Əsliyeva Pakizə Qulu qızı, 1959-cu il təvəllüdlü Əsgərova Havaxanım Dədəş qızı, 1963-cü il təvəllüdlü Adıgözəlova Alya Dədəş qızı, 1990-cı ilin fevral ayında anadan olmuş Adıgözəlov Hafiz Ramiz oğlu, onların həmkəndlisi, 1942-ci il təvəllüdlü Məhərrəmov Alməmməd Gülməmməd oğlu və xidməti vəzifəsini həyata keçirən 1965-ci il təvəllüdlü, polis əməkdaşı Məmmədov Məcid Oqtay oğlu odlu silahlarla qəsdən qətlə yetirmiş, Adıgözəlov Mülkədar İsrafil oğlu və polis əməkdaşı Əhmədov Zirəddin Musa oğlu isə odlu silahlarla yaralamışlar.
Bağanis-Ayrım qətliamı

Bağanıs Ayrım qətliamı

Barani-i Kürd (Sulduz)
Barani-i Kürd (fars. باراني كرد‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 364 nəfər yaşayır (61 ailə).
Barani-i Əcəm (Sulduz)
Barani-i Əcəm (fars. باراني عجمد‎, azərb. Əcəm Baranlısı‎) — İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 331 nəfər yaşayır (67 ailə). Əhalisi Azərbaycan türkləri və şiə inanclıdır.