Bağanis-Ayrım qətliamı

Bağanıs Ayrım qətliamı — 24 mart 1990-cı ildə Azərbaycanda, Qazax rayonunun Bağanıs Ayrım kəndində ermənilər tərəfindən törədilmiş qətliam.[1] Qətliam nəticəsində 7 nəfər mülki şəxs öldürülmüş, 2 nəfər yaralanmışdır.

Bağanıs Ayrım qətliamı
Ümumi məlumatlar
Yeri
Ölü sayı
  • 7
Yaralı sayı
  • 2

24 mart 1990-cı ildə erməni silahlıları SSRİ hərbçilərinə məxsus hərbi texnikadan istifadə edərək Qazax rayonunun dağlıq kəndi olan Bağanıs Ayrıma hücum etmişdir. Hücumda yeddi nəfər kənd sakini ocağa atılaraq yandırılıb, iki nəfər isə güllələnib. Kənddə 17 ev qumbaraatanla dağıdılıb, 11 ev isə qarət edilib. Əsliyevlər ailəsinin 5 üzvü işgəncələrlə qətlə yetirildikdən sonra üstlərinə benzin tökülərək yandırılıblar.[2] Alməmməd Məhərrəmov isə həyətindəki ot tayasına atılaraq diri-diri yandırılıb. Kənddə növbə çəkən milis əməkdaşı Məcid Əhmədov güllələnib, 2 nəfər isə odlu silahla yaralanıb. Qətlə yetirilənlərin ən yaşlısı Dədəş Əsliyev 75 yaşında, ən kiçiyi isə beşikdə olan 39 günlük Hafiz olub.[3]

Qırğın nəticəsində kənd sakinləri 1915-ci il təvəllüdlü Əsliyev Dədəkişi Bayram oğlu və onun ailə üzvləri — 1923-ci il təvəllüdlü Əsliyeva Pakizə Qulu qızı, 1959-cu il təvəllüdlü Əsgərova Havaxanım Dədəş qızı, 1963-cü il təvəllüdlü Adıgözəlova Alya Dədəş qızı, 1990-cı ilin fevral ayında anadan olmuş Adıgözəlov Hafiz Ramiz oğlu, onların həmkəndlisi, 1942-ci il təvəllüdlü Məhərrəmov Alməmməd Gülməmməd oğlu və xidməti vəzifəsini həyata keçirən 1965-ci il təvəllüdlü, polis əməkdaşı Məmmədov Məcid Oqtay oğlu odlu silahlarla qəsdən qətlə yetirmiş, Adıgözəlov Mülkədar İsrafil oğlu və polis əməkdaşı Əhmədov Zirəddin Musa oğlu isə odlu silahlarla yaralamışlar.[4]

  1. Əsgər Abdullayev. Azərbaycana qarşı erməni təcavüzü və xarici havadarlıq (PDF). Bakı: İqtisad universitetinin nəşriyyatı. 2004. səh. 161.
  2. Cullen, Robert. "A Reporter at Large, Roots." The New Yorker. 15 April 1991. p55-58
  3. ATV. "Sakinləri diri-diri yandırılan kənd" (az.). Youtube.com. 06.02.2023. 2023-02-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-07.
  4. Erməni cinayətləri (sənədlər əsasında) (PDF). I. Bakı: Vətən nəşriyyatı. 2004. səh. 81.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]