Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Baqi
Baqi — qum təpələrində, çimərliklərdə və ya səhralarda istifadə üçün nəzərdə tutulmuş böyük təkərləri olan istirahət üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsidir. Onun konstruksiyası adətən açıq şassiyə quraşdırılmış dəyişdirilmiş avtomobil və mühərrikdir. Dəyişikliklər adətən avtomobili yüngülləşdirmək və ya mühərrik gücünü və ya hər ikisini eyni zamanda artırmaqla güc-çəki nisbətini artırmaq üçündür.
Baxş
Bəxş (və ya Baxş) (fars. بخش‎) — İran şəhristanlarında inzibati ərazi vahidi. Hər bəxşa bir neçə dehistan daxil olur. Bəxşə rəhbərlik edən şəxsə bəxşdar deyilir.
Bağı
Sehr (lat. magia, yun. μαγικός — sehrbazlıq) — uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dualar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müxtəlif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələrini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər. Magiya elementləri əksər xalqların dini adət-ənənəsində öz əksini tapıb. == Tərif və Məna == Magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında "magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gün də işlənməkdə, maqların adını yaşatmaqdadır.
BAAS
Ərəb Sosialist Bəəs Partiyası (ərəb. حزب البعث العربي الاشتراكي‎) yaxud sadəcə Bəəs (dirçəliş) — Suriya və İraqda ərəb sosialist partiyası. Tarixən iki qanadı olub, İraq və Suriya. Səddam Hüseyn devrildikdən sonra, Suriyada ki, qanadı yeganə mövcud olan qanadıdır. 1947-ci il aprelin 7 Dəməşqdə Mişel Əfləq və Səlahəddin Bitar tərəfindən Ərəb dirçəlişi partiyası adı ilə yaradılmışdır. 1954-cü ildə Əkrəm Hövraninin sosialist partiyası ilə birləşmişdir və o vaxtdan indiki adını daşıyır.Əsas məqsədləri sosializmin qurulması və ərəblərin birləşdirilməsi, partiyanın ideoloqiyasının əsası "panərəb hərəkatı" ideyası. Partiyanın lozunqu "Birlik, Azadlıq, Sosializm". İraqda 1963-cü il fevralın 8, Suriyada isə 1963-cü il 8 martda iqtidara gəlmişdir. Həmin ilin noyabrında İraqda iqtidardan uzaqlaşdırılıb, 1968-ci il iyulun 17-dən yenə iqtidarı ələ almış, 2003-cü ildə yenə iqtidardan uzaqlaşdırılıb. 1966-cı ildə Suriyada iqtidar Bəəs partiyasının sol qanadına keçir (Səlah Cədid və Nür-əd-din əl Atası), İraq qanadı bu çevrilişlə razılaşmır və 1968-ci ildə hakimiyyətə gələndən sonra partiyanın yaradıcıları Mişel Əfləqə və Şibl əl Əysamiyə sığınacaq verir.
BAS
Böyük adron sürətləndiricisi və ya Böyük adron kollayderi (ing. Large Hodron Collider, LHC) Avropa nüvə tədqiqatlar şurasının CERN (fr.Conseil Europeen pour la Recherche Nucleaire) hazırladığı dünyanın ən böyük proton sürətləndiricisidir. BAS-nin yaradılması ilk dəfə 1984-cü ildə nəzərdə tutulsa da onun reallaşması 2001-ci ildə həyata keçdi. Böyük adron sürətləndiricisində protonlar 14 TeV (14 teraelektronvolt- 14•10x12 elektronvolt) enerji ilə toqquşması nəzərdə tutulub. BAS Fransa ilə İsveçrə sərhəddində 26.7 km uzunluğu olan və 100 dərinlikdə bir sahəni əhatə edir. BAS-da proton dəstəsinin tutulması və korreksiyası üçün uzunluğu 22 km-i əhatə edən 1624 maqnitdən istifadə olunub. Maqnitlər absolyut 0-dan 1.9K yüksək, -271C temperaturda işləyəcək. BAS-da 4 detektorun işləyəcəyi bildirilir. ATLAS ( A Toroidal LHC- ApparatuS), CMS (Compact Muon Solenoid), LHCb (The Large Hadron Collider beauty experiment) və ALICE (A Large Ion Collider Experiment). ATLAS və CMS Hiqqsin bozonları və "standart olmayan fizika"-nı öyrənmək üçün təyin edilib.
Bağ
Bağ (anatomiya)
Filarmoniya Bağı
Filarmoniya bağı — Bakının mərkəzində, Qala divarları yaxınlığında salınmış bağ. XIX əsrin əvvəllərində Bakının komendantı R.R.Xoven İrandan gələn bütün gəmi sahiblərinin qarşısına hərəyə bir çuval qara torpaq gətirmək barədə şərt qoyur. Gətirilən torpaq sahildə bir yerə tökülür. Həmin torpağın yayıldığı bu ərazidə bitkilərin çeşidi zənginləşdirilir, beləliklə, Filarmoniya bağı şəhərin "yaşıl adası"na çevrilir. Bu bağda "Gün keçdi" filminin qəhrəmanları qartopu oynayıblar, Qurban Səidin "Nino"su "Əli"yə məhz burada görüş təyin edib. Hətta əsərdə Əli o vaxtkı Qubernator, indiki Filarmoniya bağını "Bakının qumlu torpağında böyük zəhmətlə salınmış bağ" deyə qeyd edir. İlk dövrdə burada tut ağacı, qarağac, şam, akasiya və bir çox çiçəklər əkilir. Daha sonra Filarmoniya bağı üçün yerli ağaclarla yanaşı, digər ölkələrdən də ağaclar gətirilir. XIX əsrin 1960-1970-ci illərində bağın ərazisi xeyli genişləndirilir, bir neçə onilliklər keçdikdən sonra isə burada dekorativ ağaclar və kollar əkilir, rəqs meydanı, hovuz, çardaq, meydançalar düzəldilir. Gündən-günə gözəlləşən bağa, deyilənə görə, sadə şəhərlilərin girişi həftənin bir günü ilə məhdudlaşdırılmışdı.
Fin bağı
Fin bağı (Fars dili: باغ فین) İranın Kaşan şəhərində yerləşən bağdır. Məşhur Fin hamamı da bu bağda yerləşir. İddialara görə, Nasirəddin şah Qacar öz dövlətinin baş naziri olan Əmir Kəbiri 1852-ci ildə bu bağda öldürüb. Ərazisi 22 min kvadrat metrdən artıq olan bağ Azərbaycan Səfəvilər dövləti dövründə salınmışdır. Mərkəzi hissədə divarlar, istehkam tikililəri və silindirşəkilli qalalarla əhatə olunan həyət xüsusi diqqət çəkir. Bu bağ İranın İsfahan vilayətində yerləşən ən çox turist cəlb edən tarixi məkan hesab olunur. Belə ki, 2018-ci il novruz bayramında Fin bağı ən çox turist cəlb edən tarixi məkan olmuşdur. Fin bağı 23 noyabr 1935-ci ildə 238 saylı qeydiyyat nömrəsi ilə İranın yerli əhəmiyyətli tarixi memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Eləcə də bir neçə il öncə Yuneskonun ümümdünya mədəni irs siyahısına salınmışdır. Bəzi mənbələrdə bağı tarixi Buveyhilər sülaləsinin hakimiyyəti dövründən başladığını qeyd edirlər.
Gina Bass
Gina Bass (3 may 1995, Toubakouta[d]) — Qambiyanı beynəlxalq yarışlarda təmsil edən sprinter. O, 2016 Afrika Çempionatında bürünc medal qazanmışdır. Bass 2016 Yay Olimpiya Oyunlarında təsnifat mərhələsində iştirak etmiş və Qambiyanın bayraqdarı olmuşdur. Bass 2016 Yay Olimpiya Oyunlarında qadınlar 200 m məsafəyə qaçış yarışlarının təsnifat mərhələsində 52-ci yeri tutmuş və yarımfinala vəsiqə qazana bilməmişdir. Bass 100 və 200 m məsafəyə qaçış yarışlarında hal-hazırkı Qambiya rekordçusudur.
Kaçanovka bağı
Kaçanovka bağı(ukr. Качанівка) — Ukraynanın Çerniqov vilayəti Içnia rayonunun kəndi yaxınlığında yerləşən bir saray və ya park ansamblı. 1770-ci illərdə formalaşmağa başladı, ən böyük inkişaf XIX əsrin ikinci yarısında idi. 1981-ci ildə ansamblı əsasında "Kaçanovka" tarixi-mədəni abidəsi yaradılmışdır ki, 2001-ci ildə milli status verilmişdir. 2010-cu ildən etibarən, şərqi Ukraynanın kompleksində saxlanıla bilən əmlaklar arasında yeganə olmuşdur. Görməli yerləri Çerniqov vilayətinin cənub-şərqində Içinya rayonunda, Smos çayının sahillərində, Kiyevdən və Çerniqovdan 180 kilometr məsafədə yerləşir. Moskva arxitektoru Karl Blankin layihəsinə görə, Rusiyalı memar Maksim Moszepanov bir səy- qotik üslubunda böyük bir saray tikdi. Bir mərtəbəli binanın fasadları çox yaxsı bəzədilmişdir. Tezliklə, sarayın ətrafında park tikildi və 1777-ci ilin martında Pyotr Rumyantsev şəxsən öz təşkilatına əmr verdi: "Mən vaxt itirmədən Kaçanovski təsərrüfatında, bağçanın yarımadaya-sağa doğru, soldan-yola qədər uzanmışdı ... 21 mart 1777 ".
Kyu Bağı
Kyu Kral Botanika Bağı (ing. Royal Botanic Gardens, Kew) və ya Kyu Bağı (ing. Kew Gardens) — Londonun cənub-qərb hissəsində Riçmond və Kyu arasında yerləşən sahəsi 121 ha olan botanika bağlar kompleksi, XVIII—XX əsrlərə aid tarixi park landşaftı.
Lomonosov bağı
Lomonosov bağı - Sankt-Peterburqun Nevski rayonundakı meydan. Lomonosov bağı plana görə düzbucaqlı formadadır: Matyuşenko zolağı, Babuşkina, Polyarnikov küçələri və Somov zolağı ilə məhdudlaşır. Bağın yerləşdiyi ərazidə XX-ci əsrin əvvəllərində Transfiqurasiya qəbiristanlığı var idi. Yerli tarixçilər qəbiristanlığın mövcudluğunu İmperatorun Farfor zavodu ilə əlaqələndirirlər. Məzarlığın bir hissəsi Babuşkina küçəsində yerləşirdi,sonradan küçənin adı dəyişib Vinoqradovski meydanı oldu. Lomonosov bağı ərazisində 21 dekabr 1970-ci ildə Nevsko-Vasileostrovskaya xətti üzrə Lomonosov metro stansiyası istifadəyə verilmişdi. Məzarlıq ərazisində ağacların məhv edilməsi və Makromir kompaniyasının kommersiya mərkəzinin tikilməsini nəzərdə tutması ilə məşhur oldu.2008-ci ilin aprelin sonu mayın əvvəli burada hasar tikdilər daha sonra ağacları kəsdilər. 2009-cu ilin yanvar ayının 28 də məlum oldu ki,tikinti ləğv edilib və hasar dağıdılacaq. 27 yanvar 2015-ci ildə Lomonosov bağı ərazisində (Matyuşenko zolağı tərəfdən) Tanrının Transfiqurasiyasının müvəqqəti məbədi ibadətgahı qoyuldu. Lomonosovskaya metro stansiyasının foyesində tikinti zamanı dağıdılan Nevskaya Zastavanın arxasında,2006-cı ildə Müqəddəs Ruhun Enişi kilsəsinin yenidən qurulması ideyası yaranıb.
Lüksemburq bağı
Lüksemburq bağı (Fransızca: jardin du Luxembourg) — Parisin 6-cı bölgəsindəki müxtəlif üslublu bağlar toplusudur. 1612-ci ildə Médici ailəsinin üzvü olan Marie de Médicinin hakimiyyəti dövründə salınan bağ, Paris tələbələriin, gəzintiyə çıxanların üstünlük veridikləri məkanlardandır. 1611-ci ildə Marie de Medici doğma Florensiyadakı Pitti Sarayının oxşarını tikdirmək qərarı verdi. Bu gün kiçik Lüksemburq Sarayı olaraq bilinən Lüksemburq Otelinin binasını aldı və yeni sarayın tikintisinə başlandı. Salomon de Brosseyə sarayın və bu günə qədər qalmış olan fəvvarənin tikintisini tapşırdı. 1612-ci ildə 2000 ədəd ağac əkməkdən əlavə bir çox insanı, xüsusən Tomasso Francini, uşaqlıq Florensiyasının üslubunda bir bağ qurmağı tapşırdı. Orijinal bağ 8 hektar idi, lakin 1630-cu ildə Marie de Medici ətraf əraziləri də alaraq ərazini 30 hektara çatdırdı. Böyüdülmüş ərazinin idarəsi yeni fransız bağçılıq mədəniyyətinin əsasını qoyanlardan biri olan Jak Boyceoya verildi. Bağçanın dairəvi mərkəzində fəvvarə olan səkkizbucaqlı bir hovuz da inşa edildi. Növbəti monarxlar bağçaya məhəl qoymadılar.
Miluoki Baks
Miluoki Baks — Viskonsin ştatının Miluoki şəhərini təmsil edən peşəkar basketbol klubu. NBA-da Şərq Konfransının Mərkəzi qrupunda mübarizə aparır. 17 may 2018-ci ildə Bucks, San Antonio Spurs-un keçmiş köməkçi məşqçisi və keçmiş Atlanta Hawks baş məşqçisi Mayk Budenholzeri yeni baş məşqçi elan etdi. 26 avqust 2018-ci ildə Bucks-ın yeni arenası Fiserv Forum ictimaiyyətə açıldı. 2019-20 mövsümündə Bucks, komandanın 56-cı adi mövsüm oyunundan sonra pley-offa vəsiqə qazandı və NBA-dan bəri oynanan oyunların sayı və təqvim tarixinə görə (23 fevral) ölçülən pley-offa ən sürətli komanda oldu. 1984-cü ildə pley-off formatını dəyişdi.
Molokan bağı
Xaqani bağı və ya Molokan bağı — Bakının ən qədim parklarından biri. Ərazisi kiçikdir (0.8 hektar), Səbail rayonunda yerləşir. Park adını orta əsrlərdə Şamaxıda yaşamış şair Xaqani Şirvanidən alır. Park cənubdan Üzeyir Hacıbəyov küçəsi ilə, şimaldan Xaqani küçəsi ilə, şərqdən Qoqol küçəsi ilə, qərbdən Rəsul Rza küçəsi ilə məhdudlaşır. Bağın arxitektura-landşaft kompozisiyasının əsası üç qızın heykəlindən təşkil edilmiş "Üç gözəl" heykəllər qrupu ilə əyri cızıqlı formalı hovuzdan ibarətdir. Heykəllər qrupu adi daşın böyük parçaları üzərində oturdulmuşdur. Bağ pavilyonunun cərgələri su hovuzundan başlayır. Bağın yolları elə istiqamətlənib ki, onlar mərkəzdə yerləşən hovuza qədər diaqonal şəklində davam edir. Bağın ərazisi kiçik olsa da (0.8 hektar), kifayət qədər rahatdır və bakılıların istirahət üçün sevimli məkanıdır. Yaşıllıq əraziləri elə yerləşib ki, skamyaların yanında kifayət qədər kölgəlik ərazisi var.
Otey bağı
Sabir bağı
Sabir bağı — Azərbaycanın paytaxtı Bakının skverlərindən biri. Şəhərin Səbail rayonunda yerləşir. Azərbaycanlı şair-satirik Mirzə Ələkbər Sabirin adını daşıyır. Cənub tərəfdən skver İçəri şəhərin qala divarına söykənir, şimal tərəfində İstiqlaliyyət küçəsi, şərqində tərəfdən – Konstitusiya məhkəməsinin binası, qərbində isə, daha çox İsmailiyyə adı ilə tanınan, Azərbaycan Elmlər Akademiyasının prezidiumu yerləşir. Bağın mərkəzində həmçinin şairin heykəli ucaldılıb. Bağ 1922-ci ildə memar Ələsgərovun layihəsi əsasında "Kaspiy" tipoqrafiyasının yerində qurulub və şəhərin bu hissəsinin yaşıllaşdırılmasına təkan verib. Skverin formalaşması mərhələlər ilə baş verib. 1922-ci ildə bağda, qala divarının yanında Sabirin heykəli ucaldılır (skulptor Yakov Keylixis, memar Sırişev). 50-ci illərdə skver olduqca genişlənir və onun ərazisi əlavə olaraq abadlaşdırılır və yaşıllaşdırılır. Yeni yaşıllaşdırma strukturu və qala divarına açılan yeni mənzərə bütün məkanın bədii-arxitektur görünüşünü daha da qabardır.
Sahil bağı
Sahil bağı və ya Sahil parkı – Bakı şəhərinin mərkəzində, Üzeyir Hacibəyov küçəsində yerləşən park. Bu bağa ilk olaraq Hürriyyət bağı adı verilməsi və Nuru Paşanın heykəlinin burda ucaldılması təklif edilib. Səbəb kimi də, 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdə Nuru Paşanın çağırışı ilə bayram mitinqinin məhz indiki Sahil bağının yerləşdiyi ərazidə təşkil olunması və Nuru Paşanın həmin gün sözügedən əraziyə Hürriyyət meydanı adını verməsi göstərilmişdi. SSRİ dövründə isə bu bağ əvvəllər 26-lar bağı kimi tanınırdı. Belə ki, Türkmənistanda güllələnən 26-ların cəsədləri 1920-ci ildə parkın yerində dəfn olunmuşdular. 2018-ci ildə AXC-nin 100 illiyi ilə əlaqədar bağın adının Cümhuriyyət bağı adlandırılması təklif edilmişdi. Parkın ortasında, böyük, Şərq üslubunda tikilən, fincan şəkilli, üç pilləli fəvvarə var. Bağın ərazisindəki çoxillik ağaclar arasında çoxlu palma, çinar, göyrüş və başqa ağaclar var. Ərazisi 22 min m2 olan parkda 2009-cu ildə əsaslı təmir işləri aparılıb. Bağda kompüterlə idarə olunan və italiyalı mütəxəssislər tərəfindən hazırlanmış 3 yeni fəvvarədən ibarət kompleks quraşdırılıb.
Sayalı bağı
Sayalı bağı — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şəhriyar kəndinin cənub şərqində arxeoloji abidə. Yаşаyış yеri Şəhriyаr kəndinin cənub-şərqində yеrləşir. Yаşаyış yеrinin bir qismi əkin sаhəsinə çеvrilmiş, bir qismində isə yеni binаlаr sаlınmışdır. Аrаşdırmаlаr zаmаnı möhrədən tikilmiş dördkünc fоrmаlı binаlаrın qаlıqlаrı, çəhrаyı rəngdə bişirilmiş şirli və şirsiz kеrаmikа məmulаtı əldə еdilmişdir. Аşkаr оlunаn kеrаmikа məmulаtı Sоn Оrtа əsrlər üçün хаrаktеrikdir. Yаşаyış yеri ilə bаğlı yеrli əhаli аrаsındа müxtəlif rəvаyətlər vаrdır. Yаşаyış yеrini XVI-XIX əsrlərə аid еtmək оlаr.
Səadətabad bağı
Səadətabad bağı — 1544-cü ildə Səfəvilər dövründə şahın səfirlərlə görüşməsi üçün Qəzvin şəhərində salınmış bağ. Paytaxt Qəzvinə köçürüldükdən sonra burada bir neçə əlavə bağlar salınmış və imarətlər tikilmişdir. Səadətabad bağı 1544-cü ildə Qəzvin şəhərində tikilmişdir. İlk dövrlər bağ Səfəvilər dövlətinin ərazisində fəaliyyət göstərən səfirlərin şahla görüşdükləri yer kimi fəaliyyət göstərmişdir. Sonradan paytaxt Qəzvinə köçürüldükdən sonra ətrafda daha bir neçə bağ və imarətlər tikilmişdir. 1590-cu ilin səfəvi tarixçisi Qazi Əhməd Quminin «Xülasətut-təvarix» adlı kitabında yazdığı kimi, bağ və oradakı imarətlər Səfəvi dövrünün ən gözəl tikililərindən biri olmuşdur. Bağda Çəhəl Sütun Sarayı, Nadir şahın, qacarların və pəhləvilərin malikanələri yerləşib. Binaların bəziləri müxtəlif dövrlərdə dağılsa belə əksər binalar günümüzə qədər gəlib çatıb.
Vahid bağı
Əliağa Vahid bağı və ya Əliağa Vahid parkı — Bakıda, İçərişəhərdə kiçik meydan. Kiçik Qala küçəsinə bağlanır. Çin məscidi və YAY!Gallery burada yerləşir. Bağın adı Azərbaycan şairi Əliağa Vahidin büstü qoyulduqdan sonra müəyyənləşdirildi. Əvvəllər, 1990-cı ildə, əvvəlcə Mikayılovski və ya Qubernator Baharı kimi tanınırdı. Cənubunda Niyazi küçəsi, şimal tərəfində İçərişəhər metrostansiyası, qərbdə İstiqlaliyyət küçəsi və şərqdə İçərişəhərin köhnə hissəsinin qala divarı yerləşir. 2009-cu ildə büst İçərişəhərə köçürüldü və bağ "Filarmoniya bağı" adlandırıldı. Bakı Filarmoniyası Cəmiyyəti adına "Əliağa Vahid bağı" adı yeni bir yerə təyin edildi. Baku.
Xan bağı
İranda Xanbağı (Kəleybər) — İranda kənd. Xanbağı (Bicar) Azərbaycanda Xan bağı (Qarabağ) — Azərbaycanın Şuşa rayonu yaxınlığında yer. Xan bağı (Gəncə) — Gəncə şəhərinin tarixi mərkəzində yerləşən tarixi park. Xan bağı (Bakı) — İçərişəhərdə yerləşən tarixi park. Xan bağı (İrəvan) — İrəvan şəhərinin tarixi mərkəzində yerləşən bağ. Xan bağı (Qarabağ) — Xankəndi şəhərinin tarixi mərkəzində yerləşən yer.
Xaqani bağı
Xaqani bağı və ya Molokan bağı — Bakının ən qədim parklarından biri. Ərazisi kiçikdir (0.8 hektar), Səbail rayonunda yerləşir. Park adını orta əsrlərdə Şamaxıda yaşamış şair Xaqani Şirvanidən alır. Park cənubdan Üzeyir Hacıbəyov küçəsi ilə, şimaldan Xaqani küçəsi ilə, şərqdən Qoqol küçəsi ilə, qərbdən Rəsul Rza küçəsi ilə məhdudlaşır. Bağın arxitektura-landşaft kompozisiyasının əsası üç qızın heykəlindən təşkil edilmiş "Üç gözəl" heykəllər qrupu ilə əyri cızıqlı formalı hovuzdan ibarətdir. Heykəllər qrupu adi daşın böyük parçaları üzərində oturdulmuşdur. Bağ pavilyonunun cərgələri su hovuzundan başlayır. Bağın yolları elə istiqamətlənib ki, onlar mərkəzdə yerləşən hovuza qədər diaqonal şəklində davam edir. Bağın ərazisi kiçik olsa da (0.8 hektar), kifayət qədər rahatdır və bakılıların istirahət üçün sevimli məkanıdır. Yaşıllıq əraziləri elə yerləşib ki, skamyaların yanında kifayət qədər kölgəlik ərazisi var.
Yəgub Bağı
Yəgub Bağı (fars. باغ يعقوب‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. Təbrizə yaxın olmasına görə yaxın gələcəkdə bu şəhərin bir qismi olacağı gözlənilir. 2006-cı il məlumatına görə kənddə 515 nəfər yaşayır (142 ailə). Kənd əhalisi Azərbaycanlılardan İbarətdir və Kənddə Azərbaycan dili Danışılır.
Zoologiya bağı
Zoologiya parkı — vəhşi heyvanları nümayiş etdirmək, öyrənmək və yetişdirmək məqsədilə onları bağlı və yarımbağlı şəraitdə saxlayan elmi-maarif müəssisəsi. Bəzi zoologiya parklarında ev heyvanları da saxlanır. Zoologiya parkı zoologiya bağından, adətən, ərazisinin böyüklüyü və heyvan kolleksiyasının müxtəlifliyi ilə fərqlənir. Zoologiya parkı təbiətə məhəbbət aşılayan, nadir və nəsli kəsilməkdə olan vəhşi heyvan növlərinin genetik fondunu saxlayan və təbiətin mühafizəsi ideyalarını təbliğ edən mərkəzdir. Zoologiya parklarında heyvanların iqlimə uyğunlaşdırılması, xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsi sahəsində elmi-tədqiqat işləri də aparılır. Məktəblilər üçün ekskursiya, zoologiya və biologiyaya dair mühazirələr, sərgilər və s. təşkil olunur. Tarixən zoologiya parklarından qabaq heyvanxanalar yaranmışdır. Eramızdan 1500 il əvvəl Misirdə böyük zoologiya parkı olmuşdur. Avropada ilk zoologiya parkı Vyanada (1752), Madriddə (1774), Parisdə (1793) yaradılmışdır.