Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bazu arteriyası
Bazu arteriyası – lat. a. brachialis böyük döş əzələsinin aşağı kənarı səviyəsində qoltuq arteriyasının ardını təşkil edir; bazunun ikibaşlı əzələsinin içəri şırımı ilə aşağı doğru gedərək mil sümüyünün səviyəsində dirsək büküşündən bir barmaq aşağı iki uc şaxəyə bölünür: mil arteriyası – lat. a. radialis və dirsək arteriyası – lat. a. ilnaris. Bazu arteriyasının dirsək çuxurunda olan hissəsinə dirsək çuxuru arteriyası – lat. a. cubitalis deyilir.
Bazu kələfi
Bazu kələfi lat. plexus brachialis dörd aşağı boyun sinirlərinin və qismən IV boyun və I döş sinirlərinin ön şaxələrindən əmələ gəlir. Bəzən II döş sinirinin ön şaxəsindən də kiçik şaxəcik alır. Ön pilləli və orta pilləli əzələlərin arasından xaricə çıxaraq, aşağı, bayır tərəfə gedir, körpücük sümüyünün altından qoltuq çuxuruna daxil olur. Körpücüküstü və körpücükaltı çuxurları keçərkən körpücükaltı arteriyadan yuxarı və dala yerləşir, öz vəziyyətinə görə iki hissəyə bölünür: körpücüküstü hissə lat. pars supraclavicularis və körpücükaltı hissə lat. pars infraclavicularis. Bazu kələfi qoltuq çuxuruna daxil olarkən üç dəstəyə ayrılır: bayır, içəri və dal dəstələr - lat. fasciculi lateralis, medialis et posterior. Bunlar qoltuq çuxurunda qoltuq arteriyasını əhatə edirlər.
Bazu sümüyü
Bazu sümüyü (lat. Os humerus) — yuxarı ətraflara aid çiyin və dirsək oynaqlarının təşkilində iştirak edən uzun lüləli bir cüt sümük. Bazu sümüyü cismdən ya diafizdən, proksimal (yaxın) və distal (uzaq) olmaqla iki başcıqdan ya epifizdən ibarətdir.
Abzu
Abzu (şum. 𒀊𒍪 abzu, akkad. apsû, q.yun. Ἀπασών); həmçinin Enqurra (şum. engur, akkad. engurru) — Şumer–Akkad mifologiyasında Yeri əhatə edən şirin suların dünya okeanı. Bu, Babil kosmoqonik dastanı olan "Enuma eliş"də Abzu yerin və göyün yarandığı xaos kimi təqdim olunur. == İstinadlar == == Əlavə ədəbiyyat == Абзу / В. К. Афанасьева // Мифы народов мира : Энцикл. в 2 т. / гл.
Baku
Bakı, həmçinin Böyük Bakı — Azərbaycan Respublikasının paytaxtı; Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir. Sahəsi 2140 km², əhalisi, 2018-ci ilin əvvəlinə qədər əhalisinin sayı 2 262 600 nəfər idi. 2022-ci ilə aid digər rəsmi mənbələrə görə, şəhərin qeyri-rəsmi əhalisi 5 milyona yaxındır. Bakı, Avropa və Asiyanın kəsişməsində yerləşən dünyanın ən cazibədar və kosmopolit şəhərlərindən biridir. Bakı şəhərinin tərkibinə 12 inzibati rayon, 59 qəsəbə daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən 28 m aşağıdır. Bakı rayonu ərazisində faydalı qazıntılardan neft, qaz, tikinti materialları hasil edilir; müalicə əhəmiyyətli mineral sular çıxır. Çoxlu palçıq vulkanı var. İqlimi yarı quraq və subtropikdir.
Baza
Baza [yun. basis – əsas, özül] – əsas, nəyinsə əsası – özülü, bünövrəsi. Baza sözü müxtəlif mənalarda işlənə bilər: Anbar, emalatxana, istinad məntəqəsi və s. Məsələn, böyük anbar, təchizatla məşğul olan müəssisə; Hərbi hissə yerləşən ərazi, bəzən ordunu, ekspedisiyanı və ya bir müəssisəni təmin etmək üçün ehtiyat; Mədəni-maarif işlərinin bu və ya digər sahəsinə xidmət edən məntəqə; Mənbə; Müəyyən vaxt dövrünə aid edilən, digər analoji göstəricilərlə müqayisə üçün əsas sayılan göstəricilər, məlumatlar. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Bayu
Bayu ( /ˈbaɪ.uː, ˈbaɪ.oʊ/) — Amerika Birləşmiş Ştatlarının cənubunda adətən düz, alçaq ərazidə tapılan su hövzəsi üçün istifadə olunan termin. Bu, son dərəcə yavaş axan çaya (çox vaxt zəif müəyyən edilmiş sahil xətti ilə), bataqlıq gölə, bataqlıq əraziyə və ya dərəyə aid ola bilər. Onların tərkibində adətən balıq həyatı və plankton üçün çox əlverişli olan duzlu su var. Bayular adətən ABŞ-nin cənubundakı Körfəz sahili bölgəsində, xüsusən Missisipi çayının deltasında olur, baxmayaraq ki, onlar başqa yerlərdə də mövcuddur. == Etimologiyası == Söz Amerika ingiliscəsinə Luizianada danışılan Luiziana fransızcası vasitəsilə daxil olmuş və çokto dilində "kiçik axın" mənasını verən "bayuk" sözündən yarandığı güman edilir. İlk dəfə XVII əsrdə ortaya çıxdıqdan sonra bu termin XVIII əsr hesablarında və xəritələrində tez-tez "bayouque" və ya "bayouque" kimi istifadə olunur.
Bazu-baş kötüyü
Bazu-baş kötüyü – lat. Truncus brachiocephalicus (a. Anonyma – BNA) 3-4 sm uzunluğunda olub aorta qövsündən başlayır, nəfəs borusunun sağ yarısının ön səthilə yuxarı, sağa və arxaya doğru gedərək sağ döş körpücük oynaöının bərabərində iki şaxəyə bölünür: lat. arteria carotis communis dextra – sağ ümumi yuxu arteriyası; lat. arteria subclavia dextra – sağ körpücükaltı arteriya. Bazu-baş kötüyü tamamilə döş qəfəsində yerləşmişdir, qabaq tərəfdən sol bazu-baş venası ilə, sağ tərəfdən sağ bazu-baş venası ilə və sol tərəfdən ümumi yuxu arteriyası ilə əhatə olunmuşdur. Genez cəhətcə bazu-baş kötüyü ruşeym dövründə sağ aorta qövsünün qalığıdır. == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, II cild, "MAARİF" Nəşriyyatı, Bakı – 1979 Atlas of Human Cardiac Anatomy – Endoscopic views of beating hearts – Cardiac anatomy Р. Д. Синельников.
Bazu-baş vena
== İstinadlar ==
Dimdik-bazu əzələsi
== Həmçinin bax ==
Baku (jurnal)
"Baku" jurnalı — Moskva şəhərində nəşr olunan jurnal. Jurnalın baş redaktoru Leyla Əliyevadır. == Haqqında == "Baku" jurnalı 2007-ci ildən rus dilində nəşr olunur. Jurnalda Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri və müasir həyatı haqqında materiallar təqdim olunur. 2011-ci ildən "Baku" jurnalının ingilisdilli versiyası — "Baku International" nəşr edilməyə başlayıb.
Baku (qəzet)
Bakı və Baku (Баку) – Bakı Şəhər İcra Hakimiyyətinin (Sovet dövründə Bakı Şəhər Soveti) təsis etdiyi qəzetlər. Bakı qəzetinin ilk sayı 1958-cı il yanvarın 10-da axşam qəzeti kimi işıq üzü görmüşdür. Beş il sonra, 1963-cü il iyulun 1-də Baku (Баку) qəzeti də (rus dilində) şəhər qəzeti kimi fəaliyyətə başlamışdır. Bu qəzetlərin əsas vəzifəsi dövlətin, şəhər rəhbərliyinin apardığı siyasəti geniş ictimaiyyətə çatdırmaq olmuşdur. Qəzetlərin mövzu dairəsi paytaxtın iqtisadi, siyasi, mədəni və sosial həyatını əhatə edir. Qəzetlərin yaradıcısı və ilk baş redaktoru Nəsir İmanquliyevin mühüm rolu olmuşdur. Bakı və Baku qəzetləri ötən əsrin 70-80-ci illərində jurnalist kadrlarının püxtələşməsində əsl məktəbə çevrilmişdir. Burada vaxtilə Azərbaycan incəsənətinin və mədəniyyətinin bütöv nəsli yetişmişdir. B.Vahabzadə, N.Xəzri, C.Novruz, G.Hüseynoğlu, N.Kəsəmənli və onlarca belə görkəmli şəxsiyyətlər bu sıradadırlar. N.İmanquliyevdən sonra Bakı və Baku qəzetlərinə Şəmil Məmməd oğlu Şahməmmədov rəhbərlik etmişdir (1986-1990).
Baku Cup
Baku Cup, Azərbaycanda və regionda ilk dəfə olaraq WTA Tour-un (Women’s Tennis Association) rəhbərliyi ilə 2011-ci ilin iyul ayında mükafat fondu 220 000 (iki yüz iyirmi min) ABŞ dolları olan peşəkar qadın tennisçiləri arasında keçiriləcək olan beynəlxalq reytinqli turnirdir.
Baku Electronics
Baku Electronics — Azərbaycanda elektronika, mebel, nəqliyyat satışı üzrə fəaliyyət göstərən mağaza şəbəkəsi. Baku Electronics 1994-cü ildə pərakəndə, avtomobil və maliyyə sahələrində də fəaliyyət göstərən "NAB Holding"-in bir parçası olaraq Azərbaycanda yaradılıb. Hazırda Respublika üzrə 30 mağazada 60-dan çox rəsmi distribütoru olduğu brendlərin satışını həyata keçirir. "Baku Electronics" Samsung, LG, Bosch, Sony, Huawei, Xiaomi, Tefal, Rowenta, Panasonic, HP, Acer, Philips, Lenovo, Kenwood, Braun, Delonghi kimi markaların rəsmi distribütoru, Apple brendinin isə rəsmi satış təmsilçisidir. == Tarixi == Baku Electronics şirkəti 1994-cü ildə Türkiyədə yerləşən "NAB Holdinq" tərəfindən Azərbaycanda yaradılıb. İlk mağazanın fəaliyyətə başlamasından 1 il sonra 1995-ci ildə "Samsung Electronics"-in Azərbaycanda rəsmi distribütoru oldu. 2001-ci ildən etibarən "Groupe SEB" şirkətlər qrupunun "Tefal", "Moulinex", "Rowenta", "Krups" kimi şirkətlərini rəsmi distribütoru oldu. 2007-ci ildə isə "Lagostina"-nın rəsmi distribütoru oldu. == Loqo == Loqodakı əsas rəng (qırmızı) yenilik, müasirlik, dinamika və təravət göstəricisidir. Qırmızı rəng "Baku Electronics"-in müasir reklam kampaniyalarını, dinamik şəkildə böyüyən mağazalar şəbəkəsini və daim yenilənən məhsul siyahısını təmsil edir.
Baku TV
Baku TV — 2018-ci il fevralın 18-də jurnalist Orxan Məmmədov tərəfindən təsis edilən, Ramin Cəfərovun rəhbərlik etdiyi internet televiziyası. "Baku TV" televiziyasının Youtube və Telegram kanalı, Instagram və Facebook səhifələri fəaliyyət göstərir. Azərbaycan və rus dillərində xəbər istehsalı ilə məşğul olan internet televiziyasının youtube kanalında izləyici kütləsi yarım milyona yaxındır. İnternet televiziyası 2020-ci il tarixində "YouTube" platforması tərəfindən təsdiqlənmiş, 2021-ci ildə "Google" tərəfindən beynəlxalq xəbər platformalarının siyahısına daxil olmuşdur. 18 dekabr 2021-ci il tarixində "Baku TV" internet televiziyası "Netty" – Ümumdünya Şəbəkəsinin milli seqmentinin və ümumiyyətlə İT-bazarının inkişafı üçün yaradılmış informasiya texnologiyaları sahəsində Azərbaycanın ilk mükafatının "informasiya və xəbərlər" nominasiyası üzrə "İlin ən yaxşı internet televiziyası" kimi qalibi olmuşdur. 2023-cü il sentyabrın 19-da "Azerspace" peyki vasitəsilə test rejimində yayıma başlayıb. Global Media Groupa daxildir. == Tarixi == === Yaranma tarixi === "Baku TV" internet televiziyası 2018-ci ilin fevralın 18-də jurnalist Orxan Məmmədov tərəfindən təsis olunmuşdur. Kanalın təsisçisi Orxan Məmmədov, direktoru Ramin Cəfərovdur. "baku.ws" saytının yaradıcısı olan Orxan Məmmədov saytının təsis edilməsindən 14 il sonra bu saytın internet televiziyasını yaradaraq, müəyyən izləyici kütləsini bu kanal üzərində qərarlaşdırmışdır.
Baku Tower
Baku Tower – Bakı şəhəri, Heydər Əliyev prospekti 109 ünvanında inşa edilən 52 mərtəbəli ofis binasıdır. Bina inşa edildikdən sonra Bakının və Qafqazın ən hündür göydələni olacaq. == Tarixi == "Azinko Holding" MMC və "Azvil Tikinti" MMC-nin Bakıda yeni biznes mərkəzi tikmək planı haqqında ilk məlumat 2014-cü ildə yayımlanmışdır. Lakin həmin məlumatda binanın 49 mərtəbəli olacağı və 252 metr hündürlükdə planlaşdırılması bildirilirdi. Layihənin "Arxin-M Ltd" tərəfindən hazırlanması, memarın isə Eren Yorulmazer olduğu bildirilir. Binanın inşa prosesində onun mərtəbələrinin sayı və hündürlüyü ilə bağlı dəyişikliklər edilmişdir. Belə ki, 2015-ci ildə yayımlanmış məlumatlarda binanın 50 mərtəbəli olacağı qeyd edilirdi. Həmçinin 2015-ci ildən "Hill International" şirkəti də "Azvil Tikinti" MMC-nin məsləhətçisi kimi tikintiyə qoşulmuşdur. Bu şirkətlə bağlanmış müqavilənin təxmini məbləğinin 3,7 milyon dollar olması məlumat verilir. "Hill International" isə tikintinin bütün mərhələlərində iş qrafikinə, inşaatın keyfiyyətinə və texniki məsələlərə nəzarət etməyi öhdəsinə götürmüşdür.
Baku qəzeti
Bakı və Baku (Баку) – Bakı Şəhər İcra Hakimiyyətinin (Sovet dövründə Bakı Şəhər Soveti) təsis etdiyi qəzetlər. Bakı qəzetinin ilk sayı 1958-cı il yanvarın 10-da axşam qəzeti kimi işıq üzü görmüşdür. Beş il sonra, 1963-cü il iyulun 1-də Baku (Баку) qəzeti də (rus dilində) şəhər qəzeti kimi fəaliyyətə başlamışdır. Bu qəzetlərin əsas vəzifəsi dövlətin, şəhər rəhbərliyinin apardığı siyasəti geniş ictimaiyyətə çatdırmaq olmuşdur. Qəzetlərin mövzu dairəsi paytaxtın iqtisadi, siyasi, mədəni və sosial həyatını əhatə edir. Qəzetlərin yaradıcısı və ilk baş redaktoru Nəsir İmanquliyevin mühüm rolu olmuşdur. Bakı və Baku qəzetləri ötən əsrin 70-80-ci illərində jurnalist kadrlarının püxtələşməsində əsl məktəbə çevrilmişdir. Burada vaxtilə Azərbaycan incəsənətinin və mədəniyyətinin bütöv nəsli yetişmişdir. B.Vahabzadə, N.Xəzri, C.Novruz, G.Hüseynoğlu, N.Kəsəmənli və onlarca belə görkəmli şəxsiyyətlər bu sıradadırlar. N.İmanquliyevdən sonra Bakı və Baku qəzetlərinə Şəmil Məmməd oğlu Şahməmmədov rəhbərlik etmişdir (1986-1990).
Banu Avar
Banu Avar (18 iyul 1955, Əskişəhər) — Türkiyə yazıçısı, jurnalisti, televizor proqramı aparıcısı. == Həyatı == 18 iyun 1955-ci ildə Əskişəhərdə doğulmuşdur. == Karyerası == === 1980–1985 === Jurnalistika karyerasına "Süreç" qəzetində başladı. 1980-ci illərdə "Günaydın", "Dünya", "Vatan" qəzetlərində işlədi. London Universitetinə yollandı. Londonda BBC TV kanalında sənədli filmlərin hazırlanmasında iştirak etdi. Sonra TRT-nin London müxbirliyinə gətirildi. TRT-də göstərilən "32-ci gün" proqramının London müxbirliyini etdi. "Kipr" sənədli filminin hazırlanmasında araşdırmacılıq etdi. === 1985-h.h. ===
Banu Hammud
Həmmudilər və ya Bəni-Həmmud (ərəb: بنو حمود) — qısa müddət ərzində Kordova xilafətini və Malaqa və Algeciras taifalarını idarə edən Bədəvi ərəb müsəlman ailəsi. == Sülalə == Bu sülalə onların əcdadı, İdrisilər sülaləsinin banisi İdris ibn Abdullahın və Fatimə və Əlinin oğlu və İslam peyğəmbəri Məhəmmədin nəvəsi olan Həsənin, şərəfinə Həmmudun adlandırılmışdır. Süleyman ibn əl-Həkəm bərbər müttəfiqləri üçün Əndəlüs torpağını ələ keçirdikdə, Hammudid ailəsinin iki üzvünə Algeciras, Seuta və Tangier qubernatorluğu verildi. Beləliklə, Hammudilər Cəbəllüttariq boğazından keçən nəqliyyata nəzarəti ələ keçirdilər və birdən-birə güclü bir qüvvəyə çevrildilər. Taxtdan salınmış II Hişamın adından hərəkət etdiyini iddia edərək, Seutanın Hammudid valisi Əli ibn Həmmud əl-Nasir 1016-cı ildə Xəlifə taxtına oturduğu Kordova üzərinə yürüş etdi. 1056-cı ildə sonuncu Hammudi xəlifəsi taxtdan endirildi və əvvəllər Hammudilərin ən mühüm dəstəkçiləri olan Qranada Ziriləri Malaqanı itirdi. Sonra Hammudi ailəsi Seutada məskunlaşmağa məcbur oldu.
Banu Kəniz
Banu Kəniz (ərəb. بنو كنز) (həmçinin Avlad Kunuz kimi tanınır) — 10–15-ci əsrlər arasında Yuxarı Misir və Nubiya arasındakı sərhəd bölgəsini idarə edən qarışıq ərəb-beja əcdadından ibarət yarı köçəri müsəlman sülaləsi idi. Onlar Ərəb Bənu Hənifə qəbiləsinin şeyxlərinin oğulları və Beca Hadariba qəbiləsinin şahzadələrinin nəslindən idilər. Onlar 11-ci əsrin əvvəllərində başçıları Əbu əl-Məkərim Hibatallahın Fatimi hakimiyyəti adından böyük bir üsyançını ələ keçirməsi ilə Asvan, Vadi Əllaqi və sərhəd zonası üzərində rəsmi nəzarəti əldə etdilər. Əbu əl-Məkarimə xəlifə əl-Həkim tərəfindən Kənz əl-Dövlə (Dövlətin xəzinəsi) titulu verilmiş və onun davamçıları bu titulu miras almışdı. Banu Kəniz 1174-cü ildə Əyyubilərlə qarşıdurmaya girdi, bu zaman onlar məğlub oldular və cənuba şimali Nubiyaya köçmək məcburiyyətində qaldılar və burada əsasən xristianlar olan bölgədə İslamın genişlənməsini sürətləndirməyə kömək etdilər. Nəhayət, 14-cü əsrin əvvəllərində Nubiyalı Makuria Krallığının nəzarətini ələ keçirdilər, lakin 15-ci əsrin əvvəllərində Banu Kəniz ilə mübarizə aparmaq üçün Məmlüklər tərəfindən göndərilən Havvara qəbilələri tərəfindən sıxışdırıldılar. Onların müasir nəsilləri ölkənin ucqar şimalında yaşayan "Kunuz" kimi tanınan Sudan qəbiləsidir. == Tarixi == === Mənşəyi === Bənu əl-Kənz tayfasının mənşəyi 9-cu əsrdə Misirin Nubiya ilə sərhəd bölgəsinə ərəb qəbilə köçləri ilə bağlıdır. Ən böyükləri Muzhar, Rəbiə, Cuheynə və Qeys Aylan olan köçəri ərəb qəbilələri orada qızıl və zümrüd mədənləri aşkar edildikdən sonra bölgəyə köçdülər.
Banu Musa
Əhməd Banu Musa — Müsəlman dünyasında texnikanın inkişafına təsir göstərən alim. == Həyatı == Banu Musa kimi tanınan Məhəmməd, Əhməd və Əl-Həsən qardaşları, Xəlif Əl-Məmunun yol göstərəni və münəccimi Şakirin ovladları olmuşlar (IX əsr). Ataları öldükdən sonra uşaqların taleyi Xəlif tərəfindən Bağdad şəhərini hökmdarı İbrahim əl-Musabiyə tapşırılır. Uşaqların təhsili ilə Bağdad şəhərində fəaliyyət göstərən, İsgəndəriyyənin Museyon məktəbi ilə müqayisə oluna biləcək, "Hikmət evi" kitabxanasında tərcüməçiliklə məşğul olan Yahya ibn Abu Mansur məşğul olur. Qardaşlardan böyüyü Məhəmməd həndəsə və astronomiya uzrə, ortancıl qardaş Əhməd mexanika uzrə və kiçik qardaş Həsən həndəsə uzrə təhsil alırlar. Bu qardaşlar ümumilikdə 20-yə yaxın kitab yazmışlar və bununla müsəlman elminin inkişafına güclü təkan vermişlər. == Fəaliyyəti == Ümumiyyətlə müsəlman dünyasında texnikanın inkişafı Əhməd Banu Musanın kitabı ilə başlayır. Bu tanınmış kitab 850-ci ildə yazılmış "Texniki qurğular kitabı"dır (ərəb. Kitab Əl-Hiyal). Banu Musa antik dövrdə yaşamış yunan mühəndisi Heronun işləri ilə tanış olmuşdur.
Banu Məzyəd
Banu Məzyəd (ərəb. بنو مزيد) və ya Məzyədilər mərkəzi İraqda ərəb şiə sülaləsi idi. Onlar Banu Əsəd qəbiləsinin Naşirə qəbiləsinə mənsub idilər. Onlar təxminən 961-ci ildən 1160-ci ilə qədər Kufə və Hit ətrafındakı ərazidə muxtar əmirlik idarə edirdilər. == Məzyədi hökmdarları == 961–1017 : Səna əd-Dövlə Əli (I) ibn Məzyəd əl-Əsədi ən-Naşiri 1017–1082 : Nur əd-Dövlə Əbul-Ə'zz Dubays (I) ibn Əli 1082 –1086 : Əbu Kamil Bəha əd-Dövlə Mənsur ibn Dubays 1086–1108 : Seyf əd-Dövlə Fəxrəddin Əbülhəsən Sədəqə (I) ibn Mənsur 1108–1135 : Nur əd-Dövlə Əbu 'l-Ə'zz Dubays (II) ibn Sədəqə 1135-1138 : Seyf əd-Dövlə Sədəqə (II) ibn Dubays 1138-1145 : Məhəmməd ibn Dubays 1145-1150 : Əli (II) ibn Dubays 1150–???? : Mühəlhil ibn Əli == İstinadlar == == Xarici keçidlər == Bosworth, C. E. 36. The Mazyadids // The New Islamic Dynasties: A Chronological and Genealogical Manual. Edinburgh University Press. 1996. 87–88.
Banu Uxaizir
Banu Uxaizir (ərəb: بنو الأخيضر), qeyri-rəsmi olaraq 867-ci ildən ən azı XI əsrin ortalarına qədər Nəcd və Əl-Yəmamədə hökmranlıq edən ərəb sülaləsi idi. Əlidlər sülaləsi qızı Fatimə və nəvəsi Əl-Həsən vasitəsilə Məhəmmədin nəslindən olan Zeydi məzhəbinin şiələri kimi təsvir edirlər. Onların paytaxtı indiki Səudiyyə Ərəbistanının Əl-Kharc şəhəri tanınan əl-Xızrimə şəhəri idi.
Banu Çiçək
Banu Çiçək — "Kitabi-Dədə Qorqud" dastanında işlənən antroponimlərdən biridir. Mürəkkəb quruluşlu Banuçiçək antroponimin birinci hissəsi fars mənşəli «Xanım» anlamlı banı tituludur. Semantikasında gözəllik ifadə edən, çoxəsrlik tarixə malik olan, bu gündə qadın adı kimi işlənən «çiçək» adının qədim tarixi vardır. Dastandakı «Banuçiçək» antroponiminin yaranmasında «xanım», «padşah arvadı» mənasında olan Banı titulu ilə «çiçək» apelyativi uyğun təşkil edir. Banu Çiçək. Mürəkkəb quruluşlu “Banuçiçək” antroponimin 1-ci hissəsi fars mənşəli “xanım” anlamlı banı//banu tituldur. Müasir ədəbi dilimizdə titul kimi arxaikləşsə də, antroponimlər sistemində qadın adı kimi ayrılıqda, həm də mürəkkəb quruluşlu antroponomlərin tərkibində işlənməkdədir. “Orxon-Yenisey” abidələrində “çeçek” şəklində işlənən apelyativ gözəllik məzmunlu olduğuna görə qədim türk ad sistemində antroponim yaradıcılığına cəlb edilmişdir. Semantikasında gözəlliyi, qəşəngliyi bildirən, əsrlərin süzgəcindən keçib gələn, çoxəsrlik tarixə malik, bu gün də türk antroponimləri sistemində qadın adları kimi işlənən “çiçək” adının tarixi qədimdir. Macar alimi Pyotr Qolden yazır ki, 732-ci ildə Xəzər xaqanı öz qızını Bizans imperatoru Konstantinə ərə verir.
Banu Amin
.қаз
.қаз (punycode: .xn--80ao21a; Қазақстан Республикасы) — Qazaxıstan Respublikası üçün yuxarı səviyyəli milli domenidir. Kiril əlifbasında olan üçüncü domendir (birinci .рф, ikinci .срб). .рф və .срб domenlərin əsas fərqi hərfin qazax əlifbasında olmasıdır. == Tarix == 2012-ci ilin martında Qazaxıstan .қаз yuxarı səviyyəli milli kiril domenini fəaliyyətə buraxdı. Fəaliyyətin yoxlaması üçün test saytı ТЕСТ.ҚАЗ yaradılmışdır. == Domenin fəaliyyətə verilməsı == Qeydiyyat bir neçə mərhələdə oldu. Birinci mərhələ (2012-ci il aprelin 1-dən 30-dək) — hökumət orqanları və dövlət təşkilatları, qeydiyyat şöbəsinin texniki ehtiyacları üçün domen qeydiyyatı. İkinci mərhələ (1 may-30 iyul 2012-ci il tarixləri arasında) — 31 dekabr 2011-ci ilə qədər Qazaxıstan Respublikası qanunvericiliyə uyğun olaraq qeyd edilmiş ticarət markalarının və firma adlarının sahibləri üçün domen adlarının prioritetli qeydiyyatıdır. Üçüncü mərhələ (2012-ci ilin 15 avqustundan) — domen adlarının qeydiyyatı azad şəkildə aparıldı. .қаз domen zonasında domen adlarının qeydə alınması təyin edilmiş registratorlar vasitəsilə olar.
Baça bazı
Baça bazı ya da Beçəbazlıq (fars. بچه بازی‎, Beçə bazi - "oğlanlarla oynamaq";بچه beçə, "bala, uşaq" və بازی bāzī, "oyun") — Əfqanıstanda uşağbazlıq üçün istifadə edilən söz. Cavan oğlanların qız obrazında erotik rəqslər və başqa cinsi fəaliyyətlərdən ibarət olan cinsi quldarlığın və uşaq fahişəliyin növü. Əfqanıstanda və Pakistanda mövcuddur. Taliban Dövründə (1994-2001) beçə bazı üçün edam cəzası tətbiq olunurdu. İddia edilir ki, ABŞ hərbi qüvvələri Əfqanıstanda beçə bazı fəaliyyətini etina edirdilər. ABŞ hərbi qüvvələri bu iddiaları inkar edirlər və məsələnin çözülməsi böyük nisbətdə Əfqanıstan hökumətin məsuliyyəti olduğunu qeyd etdilər. beçə bazı indiki Əfqanıstan qanunlara da şəriətə də, mülki məcəlləsinə də qarşı olduğuna görə ziddir. Bu biznes günümüzdə Əfqanıstanda artır, bəzi kişilər beçə bazıları sərvətin və yüksək vəziyyətin göstəricisi kimi saxlayırlar. == Tarix == Beçə bazı Mərkəzi Asiyada IX və ya X əsrdə ortaya çıxdı.