BAZI

BAZI I is. [ fars. ] Oyun, kələk, hiylə. Şərəfnisə xanım: Bəsdir, Allahı sevirsən, bu bazıları mənə az gəl!.. (M.F.Axundzadə).

BAZI II is. məh. İki zəmi, tarla arasında mərz; dikdir. Badımcan çoxu bazılarda küçüklər; Da tərpəşmək olmaz badımcan əlindən (Şəhriyar).

BAZI III is. məh. Xışın, cütün ulamadan kötüyə qədər olan hissəsi; qol.

BAZAR
BEL
OBASTAN VİKİ
Baça bazı
Baça bazı ya da Beçəbazlıq (fars. بچه بازی‎, Beçə bazi - "oğlanlarla oynamaq";بچه beçə, "bala, uşaq" və بازی bāzī, "oyun") — Əfqanıstanda uşağbazlıq üçün istifadə edilən söz. Cavan oğlanların qız obrazında erotik rəqslər və başqa cinsi fəaliyyətlərdən ibarət olan cinsi quldarlığın və uşaq fahişəliyin növü. Əfqanıstanda və Pakistanda mövcuddur. Taliban Dövründə (1994-2001) beçə bazı üçün edam cəzası tətbiq olunurdu. İddia edilir ki, ABŞ hərbi qüvvələri Əfqanıstanda beçə bazı fəaliyyətini etina edirdilər. ABŞ hərbi qüvvələri bu iddiaları inkar edirlər və məsələnin çözülməsi böyük nisbətdə Əfqanıstan hökumətin məsuliyyəti olduğunu qeyd etdilər. beçə bazı indiki Əfqanıstan qanunlara da şəriətə də, mülki məcəlləsinə də qarşı olduğuna görə ziddir. Bu biznes günümüzdə Əfqanıstanda artır, bəzi kişilər beçə bazıları sərvətin və yüksək vəziyyətin göstəricisi kimi saxlayırlar. == Tarix == Beçə bazı Mərkəzi Asiyada IX və ya X əsrdə ortaya çıxdı.

Digər lüğətlərdə