fars. bazu – qolun çiyindən dirsəyə qədər olan hissəsi, bənd – bağ
1. Qolbaq, bilərzik.
2. Döyüşçülərin qollarına geydikləri dəmir qolçaq.
3. İçərisinə dua və s. qoyulub qola bağlanan məhfəzə (qovluq).
Pərimin boynunda heykəl-hamayıl,
Ləl bazubənd düzüb qol kənarında.
(“Qurbani. Diri versiyası”)